Gəncə qalasının işğalı
Gəncə qalasının işğalı rus. Штурм Гянджи | |||
---|---|---|---|
Rusiya-İran müharibəsi (1804-1813) | |||
Tarix | 3 yanvar 1804-cü il | ||
Yeri | Gəncə, Gəncə xanlığı | ||
Nəticəsi | Rusiya imperiyasının qələbəsi | ||
Ərazi dəyişikliyi | Gəncə xanlığı Rusiyanın tərkibinə daxil oldu. | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
Gəncə qalasının işğalı[4] (rus. Штурм Гянджи) — 3 yanvar 1804-cü ildə Rusiya imperiyası əsgərlərinin Gəncə xanlığının paytaxtı Gəncə şəhərini ələ keçirməsi.
Gəncə xanlığı Kür çayının sağ sahilində Alazan çayının mənsəbinə qədər yerləşirdi. Xanlıq şərq və cənub-şərqdə Qarabağ xanlığı ilə, cənubda İrəvan xanlığı ilə həmsərhəd idi. Qərbdə Zəyəm çayı xanlığın ərazisini Şəmşədil sultanlığından və şimalda Kür çayı xanlığın ərazisini Gürcüstandan ayırırdı. Gəncə 8 metr hündürlüyündəki iki divarı və 6 bürcü olan güclü qala idi.[2] 2 dekabr 1803-cü ildən blokadada olan[5] Gəncə qalası Nikolay Dubrovinə görə bütün Azərbaycanda ən yaxşı hesab edilirdi.[6] Bu zaman şəhər onun Gürcüstan kraliçası Böyük Tamaranın dövründən bəri Gürcüstana aid olması və Gürcüstan hökmdarlarının zəifliyinə görə bu yerlə əlaqəsini kəsdiyini bəhanə edən general-leytenant Sisianovun rəhbərliyi altındakı rus ordusunun hücumlarına məruz qalırdı.[7] Sisianova görə "Gəncə qalasının yerli mövqeyi bütün Azərbaycan üzərində hökmran" idi. Məhz buna görə də "bu istila Rusiya üçün birinci dərəcəli əhəmiyyətə malik" idi.[8][3]
Sisianov Qacarlar nəslindən olan V Gəncə xanı Cavad xandan təslim olmağı tələb edəndə Cavad xan imtina etdi[2] və Tamaradan bəri Gəncənin Gürcüstana aid olmasını rədd etdi.[9] Gəncəyə yaxınlaşarkən Cavad xan onlarla savaşdı və məğlub oldu. Ancaq 3 yanvar 1804-cü ildə sübhçağı iki dəstəyə bölünmüş Sisianovun ordusu Gəncə üzərinə yürüş etdi.[2] Qanlı həmlə zamanı Cavad xan ortancıl oğlu Hüseynqulu xanla birlikdə öldürüldü.[10]
Gəncənin alınması bu ərazidən hücumlara məruz qalan Gürcüstanın şərq sərhədlərinin təhlükəsizliyini təmin etdi. Digər tərəfdən Qacarlar sülaləsinin hökmranlıq etdiyi İranın himayəsində olan Gəncənin işğalı İranda mənfi qarşılandı və faktiki olaraq Birinci Rusiya-İran müharibəsinin başlanmasına səbəb oldu.[2]
Arxa plan
[redaktə | mənbəni redaktə et]1801-ci ilin əvvəllərində I Pavel Şərqi Gürcüstanın xüsusi hüquqlar üçün Rusiyaya birləşdirilməsi haqqında manifesto imzaladı. I Aleksandr atasının qərarını təsdiqlədi və 12 sentyabr 1801-ci ildə Gürcüstan xalqına ünvanlanan Kartli-Kaxetiya çarlığının ləğv edilməsi və Şərqi Gürcüstanın Rusiyaya birləşdirilməsi haqqında manifesto imzaladı. Baqrationilər sülaləsi hakimiyyətdən kənarlaşdırıldı və Tiflisdə rus əsgərlərindən və mülki şəxslərdən ibarət Ali Hökumət yaradıldı. 1802-ci ildə general Pavel Sisianov Gürcüstanın baş hakimi vəzifəsinə gətirildi.[11]
Gəncə xanlığı Rusiya imperiyasına ən yaxın və ən güclü idi. Gəncə alınmaz hesab edilirdi və Gəncə xanı Cavad xan qoçaqlığı ilə məşhur idi.[10] Tarixçi Nikolay Dubrovinə görə şəhər qalası "bütün Adərbicanda ən yaxşı" hesab edilirdi.[6] Gəncə qalası 1588-ci ildə Səfəvi-Osmanlı müharibəsi zamanı şəhər Osmanlı sərkərdəsi Fərhad paşa tərəfindən alındıqda tikilmişdi.[12] Bu qalanın 6 bürc və 2 qapısı (Tiflis qapısı və Qarabağ qapısı) var idi. Qala 8 metr hündürlüyündəki iki divarla əhatə olunmuşdu. Gəncənin süqutu bütün Qafqazda böyük təsirə səbəb olacaqdı. Buna görə də Sisianov, Mixail Vladıkinanın deyişi ilə, "bu güclü və hiyləgər qonşudan" başlamağa qərar verdi.[10] Sisianov yazırdı ki, "Gəncə qalasının yerli mövqeyi bütün Adərbican[q 1] üzərində hökmrandır." Dubrovin qeyd edirdi:
Gəncə hər zaman Adərbicanı qorxu içərisində saxlayıb və onun qalası onlar üzərinə edilən hücumlarda Asiyanın güclü dayaqları arasında sayılırdı. Gəncə İranın şimal əyalətlərinə stratejik cəhətdən açar idi. Buna görə də knyaz Sisianov onun alınmasını çox vacib hesab edirdi.[3] |
Sisianovun həqiqi mülki müşavirinin 17 dekabr 1802-ci il tarixli məruzəsi Cavad xanla müharibəyə girmək üçün səbəblər siyahısına oxşayır: Gürcüstandan olan insanların tovlanıb aparılması, Rusiyanın düşmənlərilə əlaqə, qiyamçı şahzadə Aleksandra maliyyə dəstəyi, Şörəyel əyalətinə iddia, rus təbəələrini oğurlayanlara imkan verilməsi. Əlavə olaraq Cavad xan ərazisindən duzlu balıqla karvanların keçməsi üçün ağılagəlməz dərəcədə böyük miqdarda vergi tələb edirdi və Rusiya təmsilçilərinin mesajlarına "ədəbsizcəsinə" cavab verirdi.[13] Hələ 1803-cü ilin fevralında Sisianov eşitdi ki, Cavad xan onun dostcasına məktublarına və hətta rus vətəndaşlığını götürmək barədə arzusunu bəyan etməsinə baxmayaraq müharibəyə hazırlaşır, əsgərlər və azuqə toplayır və Qarabağ xanlığının III xanı İbrahimxəlil xanla ittifaq qurur. O, İran şahının himayəsi altında antirus ittifaqının qurulmasından kənarda qalmayıb.[13]
1803-cü il kampaniyası üçün Sisianovun planı belə idi: Gəncə və İrəvan istiqamətində "kəşfiyyat" aparmaq və özünü hakimi saydığı Bakını ələ keçirmək.[13] Sisianov belə yazırdı:
Kür üzərindən keçid quraraq düşməni arxada qoymamaq üçün, mən özüm Şəmşədildən əvvəla Gəncəyə gedəcəm, ona görə ki, Gəncə xanı Cavad Şuşa xanı İbrahimlə barışıb və hədiyyə kimi iki top alıb. Gəncədən Şəmsədil əyalətini boyunca birbaşa sürətlə ondan 70 verst (74.6 km) aralı İrəvana gedəcəm. Bakını almaq vaxtı gələndən sonra, onda iki qarnizonu Gəncə və İrəvanda qoyacağım üçün mənim iki komplekt batalyonum olmayacaq.[13] |
Buna əsasən baş komandir əlavə yardım göndərilməsini istədi. Sisianovun Gəncə və İrəvanın işğalını tamamlanmış məsələ kimi qeyd etməsi diqqətəlayiqdir.[13]
General Qulyakovun 1803-cü ilin martında Car-Balakən camaatına qarşı uğurlu hərəkatı İrəvan xanının Sisianovun tələbləri ilə razılaşmasına səbəb oldu və Bakı xanının təbəəliyə keçmək üçün danışıqlara başlaması Sisianovun bütün qüvvələri Gəncə istiqamətində hərəkət etdirməsi üçün şərait yaratdı.[14]
Yürüşə hazırlıq
[redaktə | mənbəni redaktə et]Gəncəyə yürüşə hazırlanarkən Sisianov Narva draqun və 9-cu Yeger[q 2] polklarına Qafqaz xətti ilə Gürcüstana hərəkət etməyi tapşırdı: 1803-cü ilin mayında bu ordular Gürcüstana daxil oldular draqunlar Zaqoreçidə, Martkobidə, Xoştidə, Paterzeulidə və Makovidə, yegerlərin bir batalyonu Qoridə, digəri Suramidə və iki bölük Duşetidə və ikisi Tsxinvalidə.[q 3][14] yerləşdilər.
Gəncəyə dəstə ilə getmək üçün Demurtçasal, Borçalı və Qazaxdan 100 atlı tatar (azərbaycanlı) hazırlanması əmr edildi. Onların 6 həftəlik azuqəsi olmalı idi.[14][q 4]
Ancaq müxtəlif səbəblərə görə Sisianov imperiyanın sərhədlərini dərhal keçə bilmədi. Birincisi, əsgər sayı az idi. İkincisi, generalın hələ də Cənubi Qafqaz hakimlərini diplomatik yollarla Rusiya təbəəliyini qəbul etməyə razı salmağa ümidi var. Üçüncüsü, Gürcüstandakı yerli vəziyyət idarəçilik baxımından ərazinin qaydaya salınması və əleyhdarların yatırılmasını tələb edirdi. Bundan əlavə, Sisianova yüksək yerlərdən gələn təlimatlarla "təzyiq edilirdi" ki, əgər qonşularla diplomatik və xüsusilə hərbi maneə təhlükəsi yoxdursa, hər cür ərazi genişləndirilməsi olar.[13]
Gəncəyə hərəkət etməzdən əvvəl knyaz Sisianov bir müddət Kartalinidə ortaya çıxan ləzgilərə görə ləngidi.[14] Ləzgilərə qarşı hərbi əməliyyat nəticələri kiçik olsa da, Sisianovun Gəncəni almaq planını dayandırdı. Baş komandir dağıstanlıların Gürcüstana girməsindən qorxduğu üçün hücum əməliyyatını dayandırmağa və müdafiə taktikasına keçməyə məcbur oldu. Dağıstanlıların Gürcüstana girməsi rusların hücum dəstəsində olan bir neçə batalyonun geri çəkilməsi ilə baş verə bilərdi.[15] Car-Balakən ləzgiləri ilə sülh danışıqları gözləniləndən daha çox zəhmət tələb etdi.[13]
Sisianovun müdafiə taktikası hücum əməliyyatının gecikməsinə səbəb oldu. Bu zaman Cavad xan öz qüvvələrini və ehtiyatlarını ruslarla qarşılaşma üçün hazırlayırdı. Cavad xan Fətəli şah Qacara məktub yazaraq Gəncəyə hərəkət edən rus qoşunlarına qarşı kömək istədi. Fətəli şah cavab yazdı ki, indi Xorasana gedir, qayıdanda ona kömək göndərəcək.[q 5] Onun tək köməyi Qazax ağalarına göndərilən fərman idi. Bu fərmanla o, Qazax ağalarını Gəncə xanına tabe olmağa, silahlanmağa və hərəkət etməyə inandırmaq istəyirdi.[q 6][15]
Bu zaman Sisianov Gəncəyə getmək üçün Gürcüstana iki polk daha gəlməsini gözləyirdi: Sevastopol muşketyor və 15-ci yeger. 11 noyabrda Sevastopol polku gəldi və Tiflisin 10 verstliyində (10.6 km), Qartiskaro mərzində yerləşdi. 12 noyabrda 15-ci yeger polku hələ Tiflisin 70 verstliyində (74.6 km) idi. Bu polklar ilin yağışlı vaxtında dağlar boyunca hərəkət etməkdən yorulmuşdu. Buna görə də Sevastopol polkunun üç batalyonlu tərkibindən yalnız iki batalyonun nəqliyyatını daşımağa uyğun atlar qalmışdı. Sisianov 15-ci yeger polkunu yanında götürməyi heç fikirləşmədi də, Sevastopol polkundan isə bütöv olmayan iki batalyonu götürdü, üçüncü batolyon isə "çətinlikdə" qaldı.[q 7][16] Bu zaman Sisianov yalnızca Kaxetiyadakı dağlıların hücum təhdidinə qarşı diqqətli olmaq istədiyi üçün Gəncəyə yürüşü yavaşlatmadı. O, əlavə qoşunun gəlməsini gözləyirdi. Ancaq onlar gəlib çatanda Sisianov məyus oldu. O, bu məyusluğunu dövlət kanslerinə yazdığı 17 noyabr 1803-cü il tarixli məktubunda bildirirdi.[13] O yazırdı :
Gələn Sevastopol polkunun başçısı mənə dedi ki, onun polku heç zaman güllələrin vızıltısını eşitməyib, hərəkət edə bilmir və 15 verstdə (16 km) yorulur və zəifləyirlər. 20 yaşındakı əsgərlər yerlərindən tərpənmədilər, daha vacibi isə odur ki, beləliklə, polkda xəstələr istisna olmaqla 600 adam yoxdur və onlardan komplekləşdirmə gözləyə bilmirəm, ona görə ki, polk Krım inspektorluğundan [q 8] göndəriləndə inspektor təyin olunmuş hərbi kollegiyanın ona əsgər verməsindən imtina edib; ancaq mənimkilər[q 9] artıq təyin olunmuş hərbi kollegiyaya görə polklara paylanmışdılar. Nə zaman belə oldu ki, xüsusi naçalniklər asanlıqla hərbi kollegiyanın cədvəlinə əks gedə bildilər? Vaxt gedir; ərzaq çatışmır və polkların naçalnikləri qəribə şəkildə qiymət tələb edirlər, ehtiyat komissarları edə bilmədiyi üçün mən də etiraz edə bilmirəm. Bütün bu nizamsızlıqlardan sonra öz səhvlərimə görə yox, mənə tabe olanların səhvlərinə görə hər gün öz şöhrətimi etibarsız edərək mən xidmətdə qalıb görəsən yararlı ola bilərəm.[16] |
Bu zaman Gəncədəki vəziyyət haqqında polkovnik Karyagin məruzə etdi:
Cavad xan qəti surət bizlə müharibə etmək istəyir. Sakinlər, ermənilər və tatarlar müharibəyə girişmək istəmir və aman istəmək niyyətindədirlər. Şəhərdə öz ailələri ilə bütün kəndlərdən olan insanlar toplaşıb; bütün tatarlar şəhərdə, ermənilər qala ətrafındadırlar. Xüsusi qüvvələr yoxdur, sakinlərdən toplanan 7 min daxil olmaqla. Üç köhnə topa əlavə olaraq yeni beş top hazırlanıb, və onların hamısı qaladan yerləşdirilib.[13] |
Gəncəyə yürüş
[redaktə | mənbəni redaktə et]Gəncəyə yürüş üçün 6 batalyon və 3 eskadrondan ibarət dəstə təşkil etmək nəzərdə tutulurdu: Sevastopol polkundan 2 batalyon, yeger polkundan 2 batalyon, hansı ki, Şəmsədildə, Gəncə yolunda yerləşirdi, Qafqaz qrenader polkunun bir batalyonu, Narva draqun polkunun 3 eskadronu və 17-ci yeger polkundan iki bölük, şef batalyon.[16] Bu batalyonun qalan iki bölüyü II İraklinin dul arvadı Daryunu ötürəndən sonra Vladiqafqazdan qayıdanda onlara qoşulmalı idi. Dəstə 20 noyabrda Tiflisin 15 verstliyindəki (16 km) Saqanluq kəndində görüşməli, 21 noyabrda dincəlməli və 22 noyabrda hərəkətə keçməli idi.[17]
Bütün mümkün ərzaq ehtiyatını yığandan sonra Sisianov Gəncəyə hərəkət etdi. 20 noyabr 1803-cü ildə onun korpusu 6 piyada batalyonundan, 3 draqun eskadronundan, Don kazaklarının iki polkundan, Tiflisdən hərəkət edən Borçalı, Qazax, Demurtçasal və Şəmsədil qəzalarından olan azərbaycanlılardan[13] təşkil olunmuş ordudan ibarət idi. İlk keçid Suqanluk kəndindən səkkiz yarım verstliyində (9 km) idi. Yürüşün başlığında ordunun keçdiyi qısa məsafə onunla izah edildi ki, bütün hazırlığa və əmrə baxmayaraq, nəyisə unutdular və ya kimsə hər hansı səbəbə görə yubandı. Beləliklə, hər şeyi qaydaya salmaq üçün bir gün fasilə vermək lazım gəldi. Sonra dəstə sürətləndi. 22 noyabrda dəstə 24 verst (25,6 km) məsafə saxlayaraq Demurçalas kəndinin yanında dayanmalı oldu. Burada Sisianov tatar (azərbaycanlı) atlılarla birləşdi. 23 noyabrda 19 verst getdilər və Şikol kəndinin yaxınlığında düşərgə saldılar. Ancaq xəritə ilə baxanda görünür ki, onlar iki dəfə kiçik çayın üzərindən və bir neçə dəfə yarğan üzərindən keçmişdilər. Paltarlarını qurutmaq ehtiyacı 24 noyabrda ordunun fəaliyyətlərini azaltdı və beləliklə, ordu yalnız 7 verst (7.5 km) hədəflə irəlilədi. Ordu 25 noyabrda Ağstafa çayını keçdi və daha 16 verst (17 km) çətin dağ yollarından keçərək düşərgə saldı. Növbəti keçid 25 noyabrda Tovuz çayının sahilində qət edildi. Beləliklə, ordu 25 verst (26.7 km) məsafənin öhdəsindən gəldi. Burada ordunun "Qazax və Borçalı tatarları" ilə sayı artdı, 27 noyabrda isə Şəmsədil tatarları orduya yanaşdı. Hərbi fəaliyyət zamanı yüngül və qeyri-nizami süvarilər həm hərəkətdə olarkən, həm də düşərgələrdə öz orduları və düşmən arasında xüsusi pərdə əmələ gətirirdilər. Dayandıqları yerlərdə Sisianov həmişə milli müsəlman hərbi hissələrini qabağa verirdi və rus piyadaları və "tatarlar" arasında həmişə kazaklar olurdu. 29 noyabrda Şamxorda dayanarkən azərbaycanlılardan təşkil olunmuş ordu tamamilə çayın o biri sahilində yerləşdirildi.[13] Axırda altı keçiddən sonra onlar Şəmsədil kəndi Zaqiala çatdılar. Burada 17-ci yeger polkunun iki batalyonu onlara birləşdi.[q 10][17]
Axırda 29 noyabrda Sisianovun korpusu Gəncə xanlığının sərhədini keçdi.[13] 29 noyabrda Şamxora gələn kimi Sisianov Cavax xana məktub yazdı və qalanın təslim edilməsini tələb etdi.[17] Sisianov ordunun başçısı kimi gəlməsini belə izah edirdi ki, Gəncə hüquqən Rusiyaya məxsusdur, çünki əvvəllər o, Gürcüstan krallığının bir hissəsi idi, indi isə Romanovların imperiyasının tərkib hissəsidir, şəhər 1797-ci ildə Rusiya tərəfindən işğal edilmişdi və Cavad xanın təbəələri tərəfindən soyulan Tiflis tacirləri hələ də razı salınmayıb. O, həmçinin, qeyd-şərtsiz təslim olunduğu zaman sonsuz mərhəmət vəd edirdi. O, məktubu hədələyici hissə ilə sonlandırırdı.[13] Cavad xana yazdığı məktubunda Sisianov Gəncə üzərinə yürüşün birinci və başlıca səbəbini belə izah edirdi ki, "Gəncə və onun ətrafı kraliça Tamaranın hakimiyyəti dövründə Gürcüstana mənsub idi, sonra Gürcüstan çarlarının zəifliyi üzündən ondan ayrılıb" və Gürcüstanı öz müdafiəsi altına alan Rusiya imperiyası Gəncəni Gürcüstanın bir hissəsi sayaraq onu "yadların əlində" saxlaya bilməz. İkinci səbəb kimi Sisianov yazırdı ki, altı il əvvəl Cavad xan Rusiya təbəəsi idi və Gəncə qalasında Rusiya ordusu dururdu. Üçüncü səbəb kimi Sisianov Cavad xanın adamları tərəfindən qarət edilən Tiflis tacirlərini göstərirdi. Sisianov qeyd edirdi ki, Avropa adətinə və etiqadına görə insan qanı tökməyə başlamazdan öncə xana şəhərin təslim edilməsini təklif etməlidir. Sisianova görə Cavad xan öz arzusu ilə şəhəri təslim etsə, "onun lütfkar padşahının sonsuz şəfqət və mərhəmətini" görəcək, etməsə, İzmayıl, Oçak, Varşava və bir çox başqa şəhərlərin düşdüyü bədbəxt taleyə düşəcək. Sisianov növbəti gün günortaya cavab almaq istəyirdi.[9]
Cavad xanın Sisianova məktubundan səhifələr
|
Cavad xanın məktubu da eyni üslubla yazılmışdı.[13] O, Sisianovun Gəncənin kraliça Tamaranın dövründə Gürcüstana aid olması haqda yazdıqlarını rədd etdi:[9]
Bu rəvayətə bir kimsə inanmaz. Amma əcdadlarımız Abbasqulu xan və başqaları Gürcüstanı idarə edirdilər.[9] |
Xan dediklərinin doğru olmasının isbatı kimi gürcü qocalarını və Abbasqulu xan Uğurlu xan oğlu Ziyadoğlu-Qacarın Gürcüstanda ağalığından sonra orada qalan izləri göstərirdi: məscidlər, dükanlar və Abbasqulu xandan gürcülərə buyruqlar. Cavad xan etiraf etdi ki, 6 il əvvəl məcburi olaraq imperiyanın təbəəliyində olub, qalanı ruslara təhvil verib və rus qarnizonunu içəri buraxıb. Bunun səbəbi isə İran şahının o zaman Xorasanda olması və Cavad xanın əlinin ona çatmaması idi. Bu səbəbdən o, rus padşahına tabe olmağı lazım bilmişdi.[9] Xan Sisianova yazırdı:
İndi isə Allaha şükür, İran şahı yaxınlıqdadır, onun göndərdiyi baş komandan artıq burdadır. Əsgərlər də gəlirlər. Müharibə etmək niyyətindəsənsə, mən hazır! Əgər öz toplarınla öyünürsənsə, mənimkilər ondan heç də geri qalmır, sizdə top lüləsinin uzunluğu bir arşındırsa, bizdə 3 – 4 arşındır, uğur isə Allahın əlindədir. Haradan bilirsən ki, döyüşçüləriniz İran əsgərlərindən qoçaqdırlar? Siz yalnız öz savaşınızı görmüsüz, iranlıların hünərindən isə xəbərsizsiz. Mənə müharibəyə hazır olmağı təklif edirsən? Sən Şəmşəddilə girən gündən müharibəyə hazıram. Savaşmaq istəyirsənsə, savaşaq.[5] |
Cavad xan knyaz Sisianovu vəziyyəti başa düşməməkdə günahlandırırdı[9]. Eyni məktubda o yazırdı:
Hədələyirsən ki, təklifini qəbul etməsəm, bəlaya düçar olaram. Əslində bədbəxtlik səni Peterburqdan izləyə–izləyə bura çəkib gətirib. Bunu zaman, bir də savaş göstərəcək.[18] |
Beləliklə, Gəncə uğrunda savaş Sisianov və Cavad xan arasındakı yazılı surətdə keçən duellə başladı. Belə məktublaşmadan sonra Gəncənin alınması Sisianov üçün yalnız dövlət məsələsi yox, həm də şəxsi məsələ idi.[13]
Cavad xanın cavabı Sisianovun istədiyi kimi deyildi. Erməniləri rus taxtının himayədarlığı altında sığınmağa çağıraraq Sisianov Gəncəyə yaxınlaşmağa qərar verdi.[5] Əsgərlərə istirahət verən Sisianov 1 dekabrda Koçxor adlı kiçik çaya yaxınlaşdı, başqa gün isə əllərində Gəncə və ətrafının planı olmadığından ərazinin tədqiqinə şəxsən başlamaq məcburi oldu. Kəşfiyyat üçün polkovnik Karyaginin rəhbərliyi altında 17-ci yeger polkunun hər üç batalyonu, podpolkovnik Simonoviçin rəhbərliyi altındakı Qafqaz qrenader batalyonu, Narva draqun polkunun bir batalyonu və yüngül silahlı əsgərlər (kazaklar və azərbaycanlılar), hansı ki, general-mayor Portnagin rəhbərik edirdi, 7 səhra topu ilə hərəkətə keçdi.[18]
Sisianovun orduları Gəncəyə gələndə aydın oldu ki, istehkamlar geniş bağlarla əhatələnib.[19] Qala ələ keçirməyin çətin olduğu şəhərətrafı yerlər və bağlarla örtülüb.[5] Bağları ələ keçirmədən qalanı tədqiq etmək mümkün deyildi.[18]
Kəşfiyyat məqsədilə knyaz Sisianov iki kolon yaratdı — biri yüngül silahlı ordunun bir hissəsi və iki topla (podpolkovnik Simonoviçin rəhbərliyi altında) Simonoviçin Qafqaz qrenader batalyonundan və Belavinin yeger batalyonundan ibarət idi, hansına ki, Tiflis yolu ilə getmək əmri verilmişdi. Beş top və yüngül silahlı ordunun qalan hissəsi ilə Karyagin və Lisaneviçin 17-ci yeger polkunun iki batalyonu və draqun eskadronundan ibarət ikinci kolon xan bağının içərisindən Tiflis yolunun sağı ətrafında hərəkət etdi.[5]
Bağlarla əhatələnən istehkamla Gəncə şəhəri Gəncə çayının yanındakı düzənlikdə yerləşir. Şimal-şərqi hissədə, bağların dalında bir verstlikdə (1 km) şəhərətrafı ərazi yerləşir, şərqdə qaladan 100 sajınlıqda (213 m) məscid və meydanlarla birlikdə geniş karvansarayların daşdan binaları yerləşir. Bağlar və şəhərətrafı 10 fut hündürlüyündə olan daş divarlarla əhatələnib. Divarın bütün ətrafı bağ və şəhərətrafını əhatə edir və bastion şəklində çıxıntılarla bir arasıkəsilməz xətdən ibarətdir, hansı ki, 5 verstə (5.3 km) çatır. Bu divardan qala hasarına yaxın məsafə (400 sajın və ya 853 metrə qədər) Tiflis yolundadır. Bu, şimal-qərb istiqamətində kiçik çay və ya sulu xəndək üzərindədir, hansı ki şəhərin qərb hissəsi boyunca istehkamın yanından axır. Qaladan ikinci yol Qarabağ qapısındandır və qalada şəhərin şərq küncündən gəlir. Məscid və karvansarası keçdikdən sonra yol Gəncə çayına doğru gedir. Xan bağı şəhərin sağında, qala divarının xaricində, Tiflis qapısının 1 verstliyində (1 km) yerləşir. Şəhər iki hasarla əhatələnib — 650 sajın (1387 m) uzunluğunda və 10 fut (3 m) hündürlüyündəki çəpərlə torpaq sədd və altı bürclə daş divar. Odundan evlərin olduğu şəhərin mərkəzində xan sarayı ilə daş içqala yerləşir. O, 50 kvadrat sajın (107 m²) ərazini tutur.[5]
Mühasirə
[redaktə | mənbəni redaktə et]Hücuma hazırlıq
[redaktə | mənbəni redaktə et]Gəncə xanlığı ordusunun dəbilqə və qalxanı, Azərbaycan Milli İncəsənət Muzeyi
|
Karyagin və Lisaneviç öz batalyonlarını xan bağı ərazisindən hərəkət etdirdilər. Karyaginin yegerləri ilə knyaz Sisianov hərəkət etdi.[5]
Bağ ərazisində rus ordusu güclü müqavimətlə rastlaşdı və inadlı mübarizəni davam etdirməyə məcbur edildi.[18] Gildən düzəldilmiş hündür hasarlar hər addımda müdafiə vasitəsilə xan ordusunun keçidləri və istehkamları ələ keçirməsinə imkan yaradırdı,[20] ruslar üçün isə o, ayrıca bir istehkam idi və güc və ya hücumla alına bilərdi.[18] Güclü atəşə və xan ordusunun güclü müqavimətinə baxmayaraq Sisianovun dəstəsi iki saat ərzində demək olar ki, bir bağdan ibarət olan və şəhərdən 1.5 verst (1.6 km) məsafəyə qədər uzanan şəhərkənarını təmizləməyə nail oldu. .[21] 8 dekabr 1803-cü il tarixli məruzəsində Sisianov yazırdı:
Yoluna çıxan maneələri dəf etməyə adət etmiş yenilməz ordu şöhrətini saxlayaraq tərifəgəlməz cəsurluqla bağdan ibarət şəhərətrafını düşməndən təmizlədi. [20] |
Sisianova görə kapitanlar — Kotlyarevski və Diyaçkov, ştabs-kapitan Parfyonov, poruçiklər — Trunov və Çevkin, polk adyutantı Patrijiçki və kvartirmeyster Surokov fərqlənirdi. O, xüsusilə kapitan Kotlyarevskini fərqləndirirdi. Xarici hasarın alınması zamanı öz bölüyünün qarşısında olan Kotlyarevski güllə ilə düz ayağından yaralanmışdı. Ancaq poruçik Mixail Vorontsovun (gələcəkdə feldmarşal və Qafqaz canişini) qvardiyası tərəfindən çıxarılmayanadək oz postunu tərk etmədi. Unter-ofiser Boqatıryov isə hücumun başlanğıcında güllə ilə ürəyindən yaralanmışdı.[q 11] Ən böyük müqavimətlə Simonoviçin dəstəsi Tiflis yolunda karvansaraya doğru qarşılaşmışdı.[20]
İki saat ərzində rus ordusu düşməni qalaya qovdu, şəhər ətrafını və bağı ələ keçirdi, blokada üçün şəhər ətrafının müəyyən yerlərində möhkəmləndi. Lisaneviçin batalyonu iki topluq batareya (bir neçə topdan ibarət hərbi hissə) ilə Tiflis darvazasının və Yuxarıqala bürcünün qarşısında iki kiçik çayın yanında (su xəndəkləri) yerləşdi, şef batalyonu üç topla birlikdə Cəfər bəy bürcünün sağında qaldı, Belavinin batalyonu hücum zamanı podpolkovnik Simonoviçin komandirliyi altında Qafqaz qrenader batalyonu ilə birlikdə idi, sonra isə bu batalyon Şaram bəy bürcünün qarşısında mövqe tutmuşdu, karvansarayın solunda Simonoviçin qrenader batalyonunun qoruyuculuğunda knyaz Sisianovun əsas ordugahı yerləşirdi.[q 12][20]
2 dekabrda hücum zamanı xanın ordusundan 250 adam öldü. Onlardan çoxu Tiflis yolunda toplanan podpolkovnik Simonoviçin dəstəsi ilə qarşılaşmada həyatını itirdi.[21][20] Burada 200 Şəmsəddil azərbaycanlısı və 300 erməni əsir düşdü.[21][20] Ruslardan 70 adam öldü və 30 adam yaralandı.[21] Buna ölən 7 aşağı rütbəli, yaralanan 2 ofiser (Kotlyarevski və Dyaçkov), 4 unter-ofiser, 1 təbilçalan və 8 sıravi yeger daxildir.[20]
Sisianov imperatora bağlardan ibarət şəhər ətrafının alınmasında bütün dəstənin "səylərini, həvəslərini, qəhrəmanlıqlarını və sarsılmaz mərdliklərini" ifadə edirdi. O, xüsusilə, polkovnik Karyagin, mayor Lisaneviç, yaralı kapitan Kotlyarevski haqqında yaxşı rəy verirdi. Sisianov 8 dekabr 1803-cü il tarixli məruzəsində yazırdıː {{Sitat|Mən Preobrajenski leyb-qvardiyasının, poruçik qraf Vorontsovun və Siz İmperator Əlahəzrətlərinin fliger-adyutantı Benkendorfun polkunun qəhrəmanlığı və mərdliyi haqqında sakit qala bilmərəm, hansı ki, yeger batalyonunun yanında olmaq üçün məndən icazə aldılar, bütün təhlükələrə atıldılar. Acizanə şəkildə yeger batalyonunda və draqun eskadronunda olan bütün əsgərlər haqqında yaxşı rəy verməyə cürət edirəm.
Öz rəyində baş komandan Sisianov general-mayor Portnaginin, artilleriya polkovniki Axverdovun, Qafqaz qrenader batalyonunun komandiri Simonoviçin və Narva draqun polkunun mayoru Fitinqofun adını çəkirdi.
Artıq qala tamamilə mühasirəyə alınmışdı və təxminən bir ay heç bir nəticə olmadan qala topa tutuldu. Əvvəlcə Sisianov ümid edirdi ki, şəhərətrafının itirilməsindən vahiməyə düşmüş Cavad xan könüllü şəkildə qalanı təslim etməyə məcbur ediləcək. Ancaq qarnizonun sıxıtılı vəziyyətinə və fərarilərin çox sayda olmasına baxmayaraq, Sisianovun ümidləri puça çıxdı. (Hər gün qaladan çox adam qaçırdı və bu xanın qarnizonun zəiflədir və azaldırdı.)[21]
Sisianov danışıqlar vasitəsilə xanı qalanı təslim etməyə inandırmaq istəyirdi. Cavad xana yazdığı yeni məktubunda, hansı ki, nəzərəçarpacaq dərəcədə mülayim görünürdü, Sisianov yenə qalanın təslim edilməsini tələb edirdi və qəti cavab üçün bir gün möhlət verdi.[21][19] Təslim xəbəri yerinə elçi Gəncə hakiminin cavabını gətirdi. Bu cavabda Cavad xan özünə qarşı hörmət tələb edirdi.[19] Beləliklə, 11 dekabr tarixli məktubunda Cavad xan yazırdı ki, sabah, yəhudilər tərəfindən qeyd edilən şənbə günü generala adam göndərəcək. Sabahdan sonrakı gün, bazar günü başqa bir adam daha göndərəcək və əgər Sisianov “yaxşı təklif versə”, xan da “qarşılıqlı surətdə yaxşı cavab verəcək.”[21]
Sisianov cavab verdi ki, ona heç bir şərt təklif etmir, əvvəlcə təslim olmağını tələb edir və yenidən hücumla hədələyirdi.[19] O yazırdı ki, əgər Cavad xan eyni gündə, səhər rus qoşunlarının başçısına şəhərin təslim edilməsinin nişanəsi kimi əmanət olaraq qalmalı olan oğlu Hüseynqulu ağayla birlikdə şəhərin açarlarını göndərsə, "onda Cavad xan Gəncəli mərhəmətli padşahımızın xoşbəxtlik və firavanlıq səltənətinə düşəcəkdir". [22]
Əks halda Cavad xana söz verirdi ki, hücuma başlayacaq və onun "bədbəxt" təbəələrinin qanını tökəcək, hansı ki, onunla eyni dindən olmasa da, ancaq o, insanlıq baxımından heyfslənir. Cavad xan danışıqlar üçün onun yanına Qazaxlı Mehmeti göndərməsini xahiş etdi, ancaq Sisianov imtina etdi və sözdə yox, sənəddə cavab tələb etdi.[22] Cavad xan vəkil edilmiş şəxs vasitəsilə danışıqlar aparmağa razılaşaraq vaxt uzaldırdı.[19] Cavad xana 28 dekabr 1803-cü il tarixli məktubunda Sisianov yazırdı ki. xan srağagün gün müzakirə aparmaq üçün Qazaxlı Mehmeti istəmişdi və Sisianov tələb edirdi ki, onun atasının adını desin, çünki Qazaxda Mehmet çoxdur. Sisianov məktubunu belə sonlandırırdı ki, xana izah edilməlidir ki, o, “öz etiqadına görə Asiya məğrurluğuna” nifrət edir. Qırğın olmasın deyə Sisianov mühasirədəkilərə istədikləri qədər vaxt verərək sülh istəmələri üçün imkan verirdi. Sisianov yazırdı ki, vaxt qurtarmasından sonra ya müharibənin başlamalıdır, ya da xan şəhəri onun şərtlərinə görə təsim etməlidir və qeyd edirdi ki, Sisianovun iştirakı ilə 4 qala ilə belə hərəkət edilib. Sisianov məktubunda qalanın təslim edilməsini tələb edirdi.[22] Bu məktubunda Sisianov yazırdı ki, heç kəs indiyə qədər eşitməyib ki, rus ordusu qalanı mühasirə edib, qalanın təslim olması və ya qalaya hücumla onu almadan oradan gedib: “Təslim olanları bağışlayıram. Lovğaları isə qanlarına qəltan edəcəyəm. Allah göstərəcək ki, Gəncə kimin əlində qalacaq.”
29 dekabrda xan cavab verdi ki, Mehmet Mirzə oğlunu ona göndərməsini istəyir və dedi ki, Sisianovun istəkləri elədir ki, heç kəs onları yerinə yetirmək iqtidarında deyil.[22] Cavad xan yazırdı ki, kimsə kimsəyə sərt şəkildə yazırsa, elə cavab da almalıdır.[22] Sisianovun danışıqlar zamanı qaydaya görə atəş açılmadığını qeyd etməsinə işarə olaraq xan yazırdı ki, onun hakimiyyətində düşmən top və tüfəng səsiylə bu qədər yaxın durursa, ona qarşı mütləq atəş açılmalıdır. Sisianovun “hücum zamanı insan qanı axıdılacaq” sözlərinə Cavad xan cavab verirdi ki, günah Sisianovun boynunda qalacaq. Sisianovun “xristian qayda-qanuna görə qan tökmək günahdır” sözlərinə Cavad xan cavab verirdi ki, müsəlman qayda-qanuna görə əgər biri bir kəsin üzərinə güclə gəlirsə, qan axacaq, ancaq bu o adama günah gətirməyəcək. Sisianovun elə həmin gün məktuba cavab yazılması tələbinə cavab olaraq Cavad xan yazırdı ki, ağa bu sözləri öz nökərinə deyə bilər, xan heç kəsdən qorxmur və istədiyi zaman cavab verir. Xan yazırdı ki, Sisianov tərəfdən yollanan qarabağlı idi və generalın yanına getməkdən qorxduğu üçün xan cavabı başqa adamla göndərib.[23]
Danışıqlar aparılarkən qalanın vəziyyəti ağırlaşırdı. Xan qarnizonunun oduna ehtiyacı var idi, azuqə ehtiyatı kifayət qədər olsa da, arpa yox idi, atlar ölürdü, su kəmərləri ölü bədənlərlə dolmuşdu, hava pozulmuş, ehtiyac və xəstəlik artmışdı. Buna baxmayaraq Cavad xan ruhdan düşmürdü.[23] Mühasirə edənlər də ehtiyaclarına baxmayaraq dözürdülər: qida azalmış, xəstələrin sayı artmışdı
Sisianov axırıncı məktubunda söz verirdi ki, şəhər alınandan sonra xana rüsvayçı ölüm bəxş edəcək, o isə cavab verdi ki, divarları qoruyarkən öləcək.
Sisianov hədə-qorxunun Gəncə hakimi üzərində heç bir təsir etmədiyi gördükdə üslubunu dəyişdi və yeni şərtlər irəli sürdü.[19] Sisianov son dəfə, beşinci dəfə məğrur xanı təslim olmağa inandırmağa cəhd göstərdi və aşağıdakıları ona təklif etdi:
“Cavad xan bütün rəiyyəti ilə Rusiya hakimiyyətini qəbul etməlidir, qalanı bütün əmlakı ilə rus ordusuna verməlidir, o, hakim olaraq qalır və hər il 20 min rubl vergi verməlidir, həm qalada yerləşdirilmiş, həm də Şəmsəddil yolundakı ordunu ərzaqla təmin etməlidir, Şəmsəddil və onun əhalisindən əl çəkməlidir və öz oğlunu verməlidir.” |
Cavad xan xanlığın hakimi olaraq qalsa belə[24] Rusiyaya xərac vermək istəmirdi. Cavad xanın inadının bir səbəbi də rus ordusunun ağır vəziyyəti idi.[19] Təyin olunmuş vaxtda Gəncədən cavabın gəlməsi top və tüfəng atəşini başlatdı.
Hücum
[redaktə | mənbəni redaktə et]Cavad xan hesab edirdi ki, azuqə və heyvanlar üçün yemin çatışmaması, soyuq və xəstəlik, tez ya da gec rus ordusunu mühasirəni dayandırmağa məcbur etməlidir. Ancaq Sisianovun getməməsinin səbəbi sadəcə bunun rus ordusu üçün eşidilməmiş bir hadisə olması deyildi. Digər səbəb də bir çox fərarinin şəhərin güclə mübarizə apardığını xəbər verməsi idi.[19] Rus ordusu burada uzun müddət qalmağı gözləmirdi — qüvvələri qurtarırdı.[19]
Sisianovun sədrliyi ilə dörd baş komandirdən (general Portnagin, polkovnik Karyagin və Axverdov və podpolkovnik Simonoviç) ibarət hərbi şura 3 yanvar 1804-cü il tarixində dan yeri ağarkən qalaya hücum etməyə qərar verdi. Dispozisiya üçün əmr verildi ki, hücum iki dəstə olmaqla icra edilsin: birinci dəstə 200 atsız draqun, Sevastopol qrenader batalyonu və Simonoviçin Qafqaz qrenader polkunun batalyonundan ibarət olmaqla general-mayor Portnaginin başçılığı ilə Qarabağ və ya yuxarı qapıdan sola getməliydi, ikinci dəstə isə polk şefi polkovnik Karyaginin başçılığı ilə mayor Lisaneviçin şefliyində 17-ci yeger polkunun iki batalyonundan ibarət olmaqla Tiflis və ya içqala qapısının sağına getməli, əvvəl yalançı,[25] axırda isə həqiqi hücumu həyata keçirməli idi.[26] Ancaq hər şeydən əvvəl Sisianov hərbi sıralardan müsəlman (azərbaycanlıları) militsiyaları çıxartdı. O, ehtiyat edirdi ki, qaranlıqda müsəlmanlar düşmən tərəfinə keçə və çoxlu çətinliklərə səbəb ola bilərlər.[19] Onlara forştadt və bağlar ətrafında xəncir xətti saxlamaq əmr edildi.[26]
Hücumdan əvvəl Sisianov Portnaginə, ordu başçılarına hücuma aid, aşağıdakı məzmunda gizli əmri verdi:
Axşama qədər hal-hazırda mühasirədə olduqları kimi hər kəs öz mövqelərində qalsın. Yarım saat ərzində, həqiqi vuruşmaya hərəkət etməzdən əvvəl hamı təyin edildiyi kimi Çuykovun kvartirmeyster hissəsinin kapitanlara göstərdiyi dispozisiya yerlərini, həmçinin mövqelərini tutmalıdır; ancaq izah etməyə ehtiyac yoxdur ki, hansı sakit və dərin sükutla ordunun yerdəyişməsi həyata keçirilməlidir. Bütün ştandartlar və hərbi qoşun bayraqları axşam mərasimsiz məscid qapısına gətirilməli və orada qarovula verilməlidir. Kazak hərbi zənciri hava işıqlanana qədər ən yaxın əlaqələndirici batareyanı anlayaraq öz mövqelərində qalmalıdır, ehtiyat hissələrindəki digərləri isə güllə və qumbaralardan qapalı yerdə olmalıdır; səhər hər kəs ona yaxın yığılmalıdır.[24] |
Sisianovun da olduğu Mayor Belavinin 17-ci yeger polku batalyonu hərbi ehtiyat hissəsini təşkil edirdi və meydanda Qarabağ qapısına qarşı təyin edildi. Tiflis qapısına qarşı Sevastopol muşketyor polku batalyonu təyin edildi və onlara düşmənin qaladan çıxışına əngəl olmaq və hücum tələbi olarsa, köməyə tələsmək əmr edildi.[26] 11 topdan ibarət bütün artilleriya üç ədəd üç funtluq top daxil olmaqla ehtiyat hissələrində saxlanırdı, hansı ki, 100 kazaka tapşırılmışdı. Bütün dəstələrin məmurlarına əmr edilmişdi ki, diqqət etsinlər ki, hücum ərzində əsgərlər qadın və uşaqlara rəhm edirlər və onları boşaldılmış bürcə gətirirlər. Buraya Sisianov onların təhlükəsizliyi üçün qaravul təhkim edilməsini əmr etmişdi. Düşmənin tamamilə məhv edilməsindən əvvəl qarətçilik etmək ciddi surətdə qadağan edilmişdi.[26]
Səhər saat 5-ə qədər polkovnik Karyagin ona tapşırılan iki batalyonu Qafar bəy bürcünə qarşı təyin olunmuş yerə çox böyük sakitliklə gətirdi və onlara Tiflis qapısına bitişik bağların qırağında gizlətdi. Karyaginin əmrində 43 unter-ofiser, 17 voltornist və təbilçalan, 524 sıravi yeger, 7 feldşer və dəllək və divarın sındırılması üçün çəkicləri və lingləri ilə 4 dəmirçi var idi. (20 ofiserlə birlikdə cəmi 615 adam var idi)[25] Şef batalyonunda 21 unter-ofiser, 4 voltornist, 7 təbilçalan, 263 yeger, 2 dəllək, 3 dəmirçi var idi. (cəmi 300 nəfər) Lisaneviçin batalyonunda 22 unter-ofiser, 6 təbilçalan, 261 yeger, 1 feldşer, 4 dəllək, 1 dəmirçi var idi. (cəmi 295 adam) Bundan başqa birinci batalyonda 11, ikincidə 6 denşik var idi. Mühasirə zamanı hər iki batalyonda hücumda iştirak etməyən 32 qeyri-sıravi aşağı rütbəli məmur var idi: 3 katib, 2 lazaret qulluqçusu, 10 dülgər, 1 silah ustası, 1 din xadimi, 17 furleyt. İki batalyonda cəmi 644 aşağı rütbəli məmur var idi. Belavinin batalyonunda xəstələrdən başqa 280 ofiser və aşağı rütbəli məmur var idi. Beləliklə, Gəncəyə hücümdan əvvəl bütün 17-ci yeger polku 920-ə qədər adamdan təşkil oluna bilərdi.[25]
Gecənin qaranlığından istifadə edərək şəhər divarına nərdivanları söykəmək üçün səhər altının yarısı dəstənin hücum üçün hərəkəti başladı.[27]
Öz atəşlərilə düşmənin atəşini özlərinə cəlb etməli və hücumçuların yuxarı qalxmasını asanlaşdırmalı olan poruçik Nikşiç və Equlovla yeger komandasını yalançı hücum üçün təyin edərək Karyagin dispozisiyaya uyğun olaraq öz dəstəsini torpaq tikiliyə doğru apardı. Onların yaxınlaşması bağlar və hasarlara görə bəlli olmadı. Onlar torpaq tikiliyə 15 sajından az məsafədə olanda xan ordusu rus ordusunun hərəkətini gördü və top və tüfəng atəşini başlatdı.[25] Sonra hücumçuların üzərinə daş və oxlar, daş divara çatanların üzərinə isə neftlə isladılmış bükülü burkalar atıldı.[28]
Karyagin qarşı tərəfdən Portnaginin dəstəsinin səddə qalxmasını gözləmədən və oradan gələn təbil səslərini eşitmədən nərdivan üçün tələsdi və divara çatdı, burada kapitan Saxarov ayağından yaralandı. Eyni zamanda Saxarovun bölüyü ilə torpaq sədd ilə hərəkət edildi və nərdivana dırmaşıldı, bir hissə divara, bir hissə bürcün mağzalına, divara kapitan Kalivski, Dyaçkov və Tereşkeviç, ştabs-kapitan Parfyonov, Xrustalevski öz bölükləri ilə təhkim edildi. Karyaginin bölüyündə 1-ci vzvoda komandanlıq edən poruçik Trunov xəndək və torpaq səddi tez keçdi, Qafar bəy bürcünə yaxınlaşdı və mağzala nərdivanı söykədi, öz yegerləri ilə birlikdə bürcə dırmaşdı.[28]
Qafar bəy bürcünün alınmasından sonra mayor Lisaneviç ona tapşırılan batalyon bölükləri ilə Karyaginin əmrinə uyğun olaraq Qafar bəy bürcünün sağ tərəfinə, Yuxarıqala bürcünə hərəkət etdi, onu ələ keçirdi və qapıları açdı. Daha sonra Lisaneviç Karyagin tərəfindən göndərilmiş ştabs-kapitan Parfyonovun bölüyünü qapıların yanında qoyaraq üçüncü bürc olan Qacı xanı işğal etmək üçün hərəkət etdi. Bu əvvəl Karyagin tərəfindən kapitan Dyaçkov və bölüyünə tapşırılmışdı. Burada kapitan Kalovski öldürüldü. Cavad xanın özü qalada yerləşən ən böyük topun yanında at üstündə otururdu və öldürülənə qədər qılınc əlində qalanı müdafiə etdi. Beləliklə, hücumun başlanğıcında səddə dırmaşan zaman uğursuzluğa düçar olan Portnaginin dəstəsindən fərqli olaraq 17-ci yeger polkunun əlində artıq qala səddinin yarısı və üç bürc var idi. Öz raportunda Sisianov yazırdı:
Deməli, belə demək olarsa, göz qırpımında Siz İmperator Əlahəzrətlərinin ordusu misli görünməmiş qəhrəmanlıq göstərdilər, haradakı onlardan biri həmin Cavad xandan öz lovğalığı ilə bu sayda adamı fəda etdiyinə görə intiqam aldı. Portnaginin dəstəsinin hücumun əvvəl uğursuz olması belə izah edilirdi ki, Cavad xan bütün gücünü təhlükə xəbər verilən zaman rəxnəyə cəmləşdirmişdi. Rəxnə boyunca yolu buraxmağa məcbur edilən Portnagin divarları almağa qərar verdi. İki dəfə xan ordusu nərdivanları itələdi və iki dəfə əsgərlər onları təkrar qaldırdı. Yalnız üçüncü cəhddə əsgərlər səddə dırmaşmağa nail oldular, onun qalan hissəsini və başqa üç bürcü ələ keçirdilər. Portnaginin dəstəsində poruçik Lisenko ilə 17-ci yeger polku komandası var idi. Ehtimal ki, onlar Sisianov tərəfindən Belavinin batalyonundan göndərilmişdi. Lisenko asan keçid tapdı və dəstəni ötürdü. |
Altı bürc alındıqdan sonra əsgərlər 12 arşınlıq (8.5 m) daş divarın üzərindən şəhərə endirilməyə başlandı. 14 arşınlıq nərdivanları divarın xarici hissəsindən keçirmək və şəhərə düşmək zəruri idi.[28] (bürcdən çıxış dar idi və səkkiz metrlik divardan şəhərə enmək mümkünsüz idi, bundan başqa aşağıda intensiv atışma gedirdi.)[19] Şəhərdə panika var idi. Azərbaycanlı dəstələr piyada və atlı şəkildə boş yerə xan buncuğunu axtarırdılar.[6] Qadınlar meydana axışır və bayır onların səsi ilə dolurdu. Rus ordusunun əsgərləri şəhər küçələrini düşməndən təmizlədi. Günortaya yaxın artıq sakitçilik idi. Şəhər cəsədlərlə dolu idi. Əsgərlər atlarla qızıl zinət əşyalarını götürürdülər.[6]
Beləliklə, 1.5 saat ərzində Sisianovun ordusu qalanı almağa nail oldu. Ancaq nə kişilərin sədaqətinin sübutu kimi xan tərəfindən kənddən şəhərə aparılan təqribi 8600 qadından biri, nə də bir uşaq həlak olmadı. Sisianov 3 yanvar və 10 yanvar 1804-cü il tarixli öz məruzələrində bu barədə yazırdı: “Hücum ərzində insanpərvərliyin və mənim əmrlərimə itaətin indiyə kimi misli görünməmişdir.”[6]
Bütün xan ordusu 1500 adam adam itirdi. (Zubova görə ölənlərin sayı 1750-ə çatırdı) 17224 adam (8585 kişi və 8639 qadın) əsir götürülmüşdü. Rus ordusunun itkiləri 3 ofiser və 35 aşağı rütbəli adam ölü, 12 ştab və ober-ofiser və 192 aşağı rütbəli adam yaralı idi.[3] 17-ci yeger polkunda kapitan Kolovski və 8 yeger ölü, kapitan Saxarov (ağır yaralı) və Dyaçkov, ştabs-kapitan Xrustalevski, poruçiklər — Patrijiçki (polk adyutantı) və Nikitiç, podporuçiklər — Verbiçki və Tumanov, 3 unter-ofiser və 57 sıravi yaralı idi.[29]
Hücum ərzində atası ilə birlikdə Cavad xanın ortancıl oğlu Hüseynqulu xan da öldü.[30] Cavad xanın böyük oğlu Uğurlu xan [30] və kiçik oğlu Əliqulu xan [30] qaçmağa nail oldular və Qarabağ xanı İbrahimxəlil xanın yanında sığınacaq tapdılar.[29] (Sisianov əvvəl fikirləşdi ki, onlar Gəncədən asılı olan Samux hakimi Şərim bəyin yanına qaçıblar.)[31]
Rus ordusunun soyğunçuluğuna görə çoxlu insan Cümə məscidində gizlənmişdi. Sisianovun məruzəsinə görə, “500-ə qədər tatar[q 13] bəlkə də qaliblərə təslim olmaq üçün məscidə yığışmışdı. Ancaq bir erməni bizim əsgərlərə dedi ki, onların arasında bir neçə dağıstanlı ləzgi var. Bir dəfə ləzgi adının çəkilməsi məsciddəki hər kəsin öldürülməsi üçün siqnal oldu.”[32][10][6] Hələ Gürcüstan ərazisində tez-tez rusların üzərinə basqın edən ləzgilər qan düşməni hesab edilirdilər. Bunun nəticəsi olaraq Cümə məscidinə sığınan, sayı 500-dən çox olan dinc əhalinin hamısı öldürüldü.[32][29][33]
Bu dövrdə yaşamış gürcü şahzadəsi XII David Gəncənin viran qoyulması ilə bağlı yazırdı ki, gürcülər[q 14] sakinlərə qəzəbli olduqlarına görə Sisianov onların kişi sakinlərin böyük hissəsinin məğlub edildiyi, qadınların əsir alındığı və xanın özünün öldürüldüyü şəhəri talan etməsinə və dağıtmasına mane ola bilmədi.[19]
4 yanvar tarixində şəhərin əsas məscidi artıq kilsəyə çevrilmişdi.[24][8]
Nəticəsi və təsirləri
[redaktə | mənbəni redaktə et] I Rusiya-İran müharibəsinin xronologiyası |
---|
Gəncə qalasının işğalı (1804) |
Gəncə sakinlərini rus ordusunun əvvəl etdiyi kimi qalanı tərk etməyəcəyinə inandırmaq və bütün ərazinin Rusiyanın tərkibində qalacağını göstərmək üçün[31] Sisianov Gəncənin adını imperatriçə Yelizavet Alekseyevnanın şərəfinə Yelizavetpol olaraq dəyişdirdi. Xanlığın özü isə ləğv edildi. Köhnə Gəncə xanlığının ərazisi Yelizavetpol dairəsi adı ilə Rusiya imperiyasına birləşdirildi. Gəncənin ələ keçirilməsi xəbərini aldıqdan sonra I Aleksandr 4 fevral 1804-cü ildə Sisianovu infanteriya generalı elan etdi.[34]
Pavel Baberovski hücumun nəticələri haqqında yazırdı:
Adərbaycan və Gürcüstana qorxu salan, asiyalılar arasında istinadgah kimi tanınan, İranın şimal əyalətlərinin keçmiş açarı Gəncə qalasına hücumdan saat yarım sonra o, qaliblərin əlində idi. 1500-dən çox tatar cəsədi süqut etmiş qalanın divarlarına və küçələrinə sərilmişdi, 8585 qadın və 8639 kişi əsir alınmışdı.[29] |
Gəncəyə hücum zamanı əsir alınanlar arasında Cavad xanın ailəsi də var idi. Hərbi əlavə büdcədən onlara dərhal 900 rubl verildi. Ailə şəhərətrafı evə götürüldü, hücumçulardan gürcü əlavə büdcəsi hesabına xalça, ədyallar və başqa şeylər alındı və onlara çörək ehtiyatı kimi buğda və darı verildi.[3] Cavad xanın birinci arvadı Şəki xanı Məhəmmədhəsən xanın doğmaca bacısı Bəyim (Məliknisə bəyim)[30] Sisianovdan onu və qızı Şirin bəyimi[30] qardaşının yanına göndərməsini istədi. Məhəmmədhəsən xan da bu haqda xahiş etdi. Sisianov bununla rus hakimiyyətinin mülayimliyinə və mərhəmətinə bağlılığa həvəsləndirəcəyinə inanaraq razılaşdım Eyni zamanda Sisianov xanın əsir alınan digər bütün ailə üzvlərinə təqaüd verilməsini istədi.[31]
Qənimət kimi ruslar 9 mis silah, 3 çuqun, 6 falkonet və 8 bayraq (yazılarla),[q 15] 55 pud barıt və böyük çörək ehtiyatı əldə etdilər.[31]
Polkovnik Karyagin və mayor Lisaneviç IV dərəcəli Müqəddəs Georgi ordeni ilə təltif edildi. Bundan başqa Sisiaonov parlaq hücumun əsas "müqəssiri" saydığı Karyagini mükafatlandırmaq istəyirdi. O, əlahəzrətə məktub yazıb xahiş etdi ki, Karyaginin "səylərinə və cəhdlərinə mükafat olaraq" onun köhnə II dərəcəli Müqəddəs Anna ordeninə almaz bəzəklə mükafatlandırılsın. Ona "cəsarətinə görə" yazısı ilə qızıl qılınc bağışlandı. On beş fərqlənmiş məmur III dərəcəli Müqəddəs Anna ordeni ilə təltif edildi.[29]
İmperator I Aleksandrın əmriylə hücum iştirakçılarının mükafatlandırılması üçün gümüş medal təsis edildi. Medalın qabaq tərəfində imperatorun monoqramının təsviri, arxa tərəfində isə bu yazı var: “3 yanvar 1804-cü ildə Gəncənin alınmasında zəhmətinə və cəsurluğuna görə”.[29] Cəmi 3700 medal zərb edildi.[35][36]
9 yanvar 1804-cü ildə knyaz Sisianov 17-ci yeger polkunu və 145 kazakı Karyaginə tapşıraraq ondan təzə ələ keçirilmiş qalanı və Gəncə və ətrafını, həmçinin Şəmsəddil nahiyəsini qorumağı əmr etdi. Pavl Bobrovskiyə görə bu vaxtdan etibarən 17-ci yeger polku “bir neçə il müddətində bizim hərbi tarixi qəhrəmanlıq salnamələrimizi, hansı ki, müasirlərini və gələcəkdə bu haqda öyrənənləri təəcübləndirəcək, artıraraq İran sərhədindən Gürcüstan üçün qalxan və İran müharibəsində qabaqcıl döyüşçü olur”.[37]
Cavad xanın oğullarının Gəncədən asılı olan Samux hakimi Şərim bəyin yanına qaçdıqlarını fikirləşən Sisianov ondan təslim olmasını belə istədi: “dedim ki, Gəncəni alacam və aldım.” Məktub öz işini gördü. Gəncənin alınmasından dərhal sonra sayca 400-dən çox olmayan evə sahib Samux hakimi onu rus təbəəliyinə götürmək təklifi ilə Sisianovun yanına gəldi. Samux hakimi ildə 1000 çervon vergi verməli idi.[34]
Gəncənin süqutu Gürcüstanın qonşularını sarsıtdı. Xanların böyük hissəsi mülayimlik və təvazökarlıq ifadəsiylə və rus hakimiyyətinin arzularını həyata keçirməyə hazır görünürərək Sisianova elçi göndərdi. Qarabağ və Şəki xanları rus təbəəliyinə girməyə hazır olduqlarını bildirdilər. Gəncənin alınmasına görə çaşıb qalmış İmereti çarı II Solomon qələbə münasibətilə Sisianovu təbrik etdi və knyazın tələblərinə tabe oldu. 4 iyun 1804-cü ildə İmeretiya Rusiya təbəəliyinə qəbul edildi. Əvvəllər ondan asılı olan Minqreliya və Quriyanın da Rusiya təbəəliyinə girməsi elan edildi. Abxaziya hakimi Kəliş bəy Rusiyanın tərəfinə keçdi və himayədarlıq istədi.[37]
Gəncənin işğalının Zaqafqaziya üzərində sarsıdıcı şəkildə təsir etdiyini görərək 1804-cü ilin yazında Sisianov Naxçıvan xanlığını birləşdirməyə çalışdı. 5 may tarixində Sisianov Rusiya hakimiyyətinə keçidin şərtlərini oranın hakimi Kəlbəli xana bildirdi; xanlığa gizlənən erməni “psevdo-patriax” Davidi göndərmək, Danieli patriarx elan etmək, Naxçıvan qalasındakı qarnizonu buraxmaq və hər il 80 min vergi ödəməyə razı olmaq. Əvəzində Kəlbəli xan və onun varisləri tamhüquqlu hakim olaraq tanındılar, sadəcə ölüm hökmü vermək hüquqlarını itirdilər. Rusiya Naxçıvanı xaricdən gələ biləcək qəsdlərdən qorumağı və farsların əlində olan xan ailəsini girovluqdan xilas etmək üçün hər şeyi etməyi öhdəsinə götürürdü.[8] Sisianovun məktubu aşağıdakı sözlərlə bitirdi:
...Günəşin geri getməsi, Xəzər dənizində su qalmaması mənim yürüşümün ləğv edilməsindən daha çox mümkündür. Fərq olur ki, ya qardaş kimi qardaşımı xilas etməyə gələcəm, ya da və düşmən kimi padşahların padşahının əmrlərinə Gəncəli Cavad xan kimi müqavimət göstərməyə cəsarət edənləri cəzalandırmağa gələcəm.[8] |
İrəvan xanı açıqca düşməncəsinə davrandı, ancaq Rusiya ilə döyüşün labüdlüyünü dərk edərək İran tərəfdən köməyə əmin oldu.[37]
İran Gəncənin alınmasını sadəcə müharibə səbəbi olaraq yox, həmçinin onun həqiqi başlanğıcı olaraq görürdü. Gəncənin süqutu Tehrana çox təsir etdi və Baba xan müharibəyə hazırlanmağa başladı. 1804-cü ilin başlanğıcından İranın şimal əyalətlərində İran ordusu toplanmağa başladı. Sisianov Gəncənin istilasından və İmeretiya və Quriyanın Rusiyaya birləşməsindən sonra ancaq İrəvanın alınması haqqında yox, həmçinin Arazı Rusiya və İran arasında təbii sərhəd edərək Qara dəniz və Xəzər dənizi arasında Rusiyanın hakimiyyətini bərqərar etmək haqqında fikirləşirdi.[37]
Xatirəsi
[redaktə | mənbəni redaktə et]1.Cavad xanın qəbri. 2.Cavad xanın qəbri üzərində tikilmiş türbə.
|
Müasir Azərbaycanda Cavad xan “müstəqillik uğrunda mübariz”,[38] “əfsanəvi gəncəli” və “mərdik simvolu”,[39] təhlükə zamanı öz vətəni üçün həyatını və öz uşaqlarının həyatını qurban verməyə hazır “fədakar qəhrəman” hesab edilir.[40] Azərbaycan tarixçisi, Gəncə Dövlət Universiteti tarix kafedrasının müdiri, tarix elmləri doktoru Həsənbala Sadıqov Cavad xanı xarici işğalçılara qarşı öz xalqının müstəqilliyi üçün mübarizə aparan, "böyük hökmdar" adlandırır.[41]
Cavad xan Cümə məscidinin (Şah Abbas məscidi) həyətində (bir zamanlar Gəncə xan sarayının yerləşdiyi yer) dəfn edilib (keçmişdə adlı-sanlı adamları yaşayış yerinə yaxın yerdə basdırmaq hörmət əlaməti hesab edilirdi). Hətta sovet dövründə onun qalıqlarının yığışdırılması tapşırılmışdı. Bunun səbəbi o idi ki, birincisi, rəsmi versiyaya görə "öz xoşu ilə Azərbaycanın Rusiyaya birləşməsi"nə müqavimət göstərən "Azərbaycanın maraqlarına xəyanət və satqınlıq edən" hesab edilirdi (məsələn, Azərbaycanda Rusiya maraqlarının müttəfiqi və bələdçisi olan Qubalı Fətəli xan dərsliklərdə və monoqrafiyalarda qəhrəman kimi göstərilirdi, onun haqqında həmçinin 1947-ci ildə bədii film çəkilmişdi). İkincisi, düşmən sinfinə məxsus olan həlak olmuş, əsilzadə və cəngavər xanın şöhrətləndirilməsi SSRİ ideologiyasına zidd idi.[38]
İlk respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin devrilməsindən on illər keçdi və SSRİ-in süqutuna qədər Azərbaycanda milli müstəqillik ideyası bir daha dirçəlməyə başladı. Xəyanətkar və cəhalətpərəst hesab edilən Cavad xan bir daha milli qəhrəman hesab edilməyə başladı. Cavad xanın qalıqlarının yenidən basdırıldığı yerdən tapıldı. Onun meyidi yenidən əvvəlki yerində, Cümə məscidi yaxınlığında basdırıldı.[38] Heydər Əliyev Cavad xanı "Azərbaycan xalqının qəhrəmanı" adlandırdı.
2005-ci ildə Cavad xanın məzarı üzərinə Heydər Əliyev fondunun verdiyi vəsaitlə türbə tikildi. Bu gün bu yer bütün gəncəlilər üçün fəxr hesab edilir.[41] Respublikanın müstəqillik əldə etməsindən sonra, hər 4 yanvar (Cavad xanın öldürüldüyü gün) şəhər əhalisi onun türbəsinə yürüş təşkil edir və şəhid hesab edilən, xanlığın son hökmdarının qəbrinə çiçək qoyur.[42][43]
2008-ci ildə rejissorlar — Ramiz Fətəliyev və Dilşad Fatxulin Qarabağ xanı İbrahimxəlil xanın həyatından bəhs edən Hökmdarın taleyi adlı bədii film çəkdilər (baş rolda Fəxrəddin Manafov) . Bu filmdə Zaqafqaziyada baş verən bir çox hadisələrlə birlikdə Gəncəyə hücum da nümayiş edilir. Bu filmdə Cavad xan rolunu Vidadi Həsənov (2012-ci ildə — Azərbaycan Respublikasının əməkdar artisti), Sisianov rolunu Rusiya Federasiyasının xalq artisti Aleksandr Qalibin, General Portnyagin rolunu Azərbaycan Respublikasının xalq artisti Yuri Baliyev ifa edirdi.
2009-cu ildə azərbaycanlı rejissor Rövşən Almuradlı Azərbaycanın xalq şairi Sabir Rüstəmxanlının ssenarisi əsasında Cavad xan haqqında tarixi bədii film çəkdi. Cavad xan rolunu Azərbaycanın xalq artisti Nurəddin Mehdixanlı, Sisianov rolunu Azərbaycan xalq artisti Ramiz Novruzov ifa edirdi. Kinonun son epizodunda Gəncəyə hücum səhnəsi və Cavad xanın həlak olması göstərilir.
2010-cu ilin yanvarında Gəncədə Cavad xanın ölümünün 206-cı ildönümü münasibətilə tədbir keçirildi. Burada, türbə yaxınlığında şəhər qalasına hücum və Cavad xanın qoşunu tərəfindən onun müdafiəsini göstərən səhnələşdirilmiş tamaşa təşkil edildi.[39]
2011-ci ildə "müstəqillik uğrunda mübariz" kimi Cavad xanın atlı heykəlinin qoyulması planlaşdırıldı.[38]
2015-ci ildə ortaya çıxdı ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə Cavad xanın 8 metr hündürlüyündə abidəsi ucaldılacaq.[44] AMEA-nın Gəncə bölməsinin sədri Fuad Əliyevə görə abidə üçün yer artıq seçilib və o, “gəncəlilərin qəhrəmanlıq rəmzi olacaq”.[44]
Hücumun məşhur iştirakçıları
[redaktə | mənbəni redaktə et]- Mixail Vorontsov (rus. Воронцов, Михаил Семенович) — rus dövlət xadimi, general feldmarşal. Qalanın mühasirəsi və hücum zamanı gənc Vorontsov Sisianovun öhdəsində idi.[45] Kotlyarevskinin komandan bölüyünü döyüş meydanından çıxartmışdı.[46] Qalanın alınması münasibətilə III dərəcəli Müqəddəs Anna ordeni ilə mükafatlandırılmışdı.[45]
- Pyotr Kotlyarevski (rus. Котляревский, Пётр Степанович) — infanteriya generalı. Qalaya hücum zamanı kapitan rütbəsi ilə bölüyə komandirlik etmiş, ağır şəkildə yaralanmış, gələcək Qafqaz canişini, gənc knyaz Mixail Vorontsov tərəfindən döyüş meydanından çıxarılmışdı.[46]
- Sergey Tuçkov[47] (rus. Тучков, Сергей Алексеевич) — rus qoşun başçısı və siyasətçi, senator, general-leytenant.
- Dmitri Lisaneviç (rus. Лисаневич, Дмитрий Тихонович) — general-leytenant, Qafqaz müharibəsinin irəli çıxan xadimlərindən biri. Gəncəyə hücum zamanı fərqləndiyinə görə IV dərəcəli Müqəddəs Georgi ordeni ilə təltif edilmişdir.
- Aleksandr Benkendorf (rus. Бенкендорф, Александр Христофорович) — rus qoşun başçısı, kavaleriya generalı. Poruçik kimi Gəncəyə hücumda iştirak etmişdir.[48]
Qeydlər
[redaktə | mənbəni redaktə et]- ↑ Azərbaycan
- ↑ 16 mart 1803-cü il Sisianovun məruzəsi
- ↑ 16 mart 1803-cü il Sisianovun məruzəsi
- ↑ Knyaz Sisianovun knyazlar — Orbelyanov, Andronikov və Çavçavadzeyə 30 iyun 1803-cü il tarixli əmri
- ↑ Knyaz Andronikovun knyaz Sisianova 29 iyul 1803-cü il tarixli məktubu
- ↑ 29 sentyabr 1803-cü il tarixli fərmanın tərcüməsi
- ↑ Sisianovun 17 noyabr tarixli məruzəsi
- ↑ Ordunun təchizatı və komplekləşdirilməsi üzrə məhəlli təşkilat
- ↑ Qafqaza təyin olunmuş əsgərlər
- ↑ Knyaz Sisianovun 9 dekabr 1803-cü il tarixli məruzəsi
- ↑ Polkovnik Karyaginin knyaz Sisianova 7 dekabr 1803-cü il tarixli məruzəsi.
- ↑ Polkovnik Karyaginin knyaz Sisianova 7 dekabr 1803-cü il tarixli məruzəsi.
- ↑ Azərbaycanlılar nəzərdə tutulur
- ↑ Gəncə qalasının işğalında gürcü militsionerlər də iştirak edirdi.
- ↑ Sisianovun 10 yanvar 1804-cü il tarixli məruzəsi
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Гололобов, 2006
- ↑ 1 2 3 4 5 Шефов, 2002. səh. 150
- ↑ 1 2 3 4 5 6 7 8 Дубровин, 1866. səh. 235
- ↑ Azərbaycan tarixi. Azərnəşr. Bakı, 1994. S. 653.
- ↑ 1 2 3 4 5 6 7 Бобровский, 1893. səh. 209
- ↑ 1 2 3 4 5 6 Дубровин, 1866. səh. 234
- ↑ Baddeley, 2011. səh. 17
- ↑ 1 2 3 4 Лапин, 2011. səh. 112
- ↑ 1 2 3 4 5 6 Дубровин, 1866. səh. 226
- ↑ 1 2 3 4 Владыкин, 1885. səh. 261
- ↑ История России XVIII–XIX веков / Под ред. Л. В. Милова. — М.: Эксмо, 2008. — С. 496. — 784 с.
- ↑ Альтман М. М. Исторический очерк города Ганджи. — Б.: Издательство Академии наук Азербайджанской ССР, 1949. — С. 94.
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 Лапин, 2011. səh. 110
- ↑ 1 2 3 4 Дубровин, 1866. səh. 216
- ↑ 1 2 Дубровин, 1866. səh. 223
- ↑ 1 2 3 Дубровин, 1866. səh. 224
- ↑ 1 2 3 Дубровин, 1866. səh. 225
- ↑ 1 2 3 4 5 Дубровин, 1866. səh. 227
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 Лапин, 2011. səh. 111
- ↑ 1 2 3 4 5 6 7 Бобровский, 1893. səh. 210
- ↑ 1 2 3 4 5 6 7 Дубровин, 1866. səh. 228
- ↑ 1 2 3 4 5 Дубровин, 1866. səh. 229
- ↑ 1 2 Дубровин, 1866. səh. 230
- ↑ 1 2 3 Дубровин, 1866. səh. 231
- ↑ 1 2 3 4 Бобровский, 1893. səh. 212
- ↑ 1 2 3 4 Дубровин, 1866. səh. 232
- ↑ Дубровин, 1866. səh. 233
- ↑ 1 2 3 Бобровский, 1893. səh. 213
- ↑ 1 2 3 4 5 6 Бобровский, 1893. səh. 214
- ↑ 1 2 3 4 5 Акты, собранные Кавказской археографической комиссией / Под ред. Ад. Берже. — Тифлис: Типография Главного Управления Наместника Кавказского, 1875. — Т. VI (часть II). — С. 905.
- ↑ 1 2 3 4 Дубровин, 1866. səh. 236
- ↑ 1 2 Бабаев, 2003. səh. 104
- ↑ Харитонов И. За Царя, за Родину, за веру! Герои и войны российской армии (1695-1918). — М.: Феникс, 2000. — С. 102. — 303 с.
- ↑ 1 2 Дубровин, 1866. səh. 237
- ↑ Петерс Д. И. Наградные медали Российской империи XIX—XX веков. Каталог. Arxivləşdirilib 2021-08-06 at the Wayback Machine — М.: Археографический центр, 1996. — С. 36. — 291 с. — ISBN 5-86169-043-X., № 18
- ↑ Петерс Д. И. Из истории учреждения некоторых наградных медалей России первой четверти XIX века // Наградные медали России XIX—XX вв. и гражданской войны. Arxivləşdirilib 2021-08-06 at the Wayback Machine — М.: Археографический центр, 1996. — С. 50—51, 66. — 210 с. — ISBN 5-86169-042-1.
- ↑ 1 2 3 4 Бобровский, 1893. səh. 215
- ↑ 1 2 3 4 Султансой Ч. Первые и последние. Джавад хан // Азербайджанская служба «Радио Свобода». 15 декабря 2011.
- ↑ 1 2 Абдуллаев В. Джавад-хан — символ мужества // Бакинский рабочий. 14 января 2010. 4.
- ↑ Багирова, 2009
- ↑ 1 2 В Азербайджане к Евровидению восстанавливают памятники архитектуры // mir24.tv. 7 мая 2012.
- ↑ S. Ramazan. Cavad xan anıldı // ganca.az. 4 января 2014.
- ↑ Гулиев Ф. В Гяндже почтили память Джавад хана // vesti.az. 5 января 2015.
- ↑ 1 2 Мехтиев Ф. Памятник Джавад-хану будет установлен в Гяндже // Интерфакс-Азербайджан. 4.
- ↑ 1 2 Военный енциклопедическій лексикон. Издание 2-е. — СПб., 1858. — Т. XIV. — С. 551.
- ↑ 1 2 Торнау Ф. Ф. Воспоминания кавказского офицера. — М.: АИРО-ХХI, 2008. — С. 490. — 493 с.
- ↑ Гордин Я. А. Кавказская война: истоки и начало. 1770-1820 годы ... Arxivləşdirilib 2010-04-21 at the Wayback Machine. — СПб.: Звезда, 2002.
- ↑ Сысоев Н. Г. Жандармы и чекисты: от Бенкендорфа до Ягоды. — М.: Вече, 2002. — С. 49. — 380 с.
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Baddeley J. F. Завоевание Кавказа русскими. 1720–1860 Arxivləşdirilib 2014-07-15 at the Wayback Machine = The Russian conquest of the Caucasus (англ.) / Пер. с англ. Л. А. Калашниковой. — М. (L.): Центрполиграф (Longmans), 2011 (репр. 1908). — 352 с. — ISBN 978-5-227-02749-8.
- Багирова И. Лишь дело героя да речь мудреца, Азербайджанский конгресс, 2009
- Бобровский П. О. Исторiя 13-го Лейбъ-Гренадерскаго Эриванскаго Его Величества полка за 250 лѣтъ. Часть третья, 1893, 393
- Владыкин М. Н. Путеводитель и собеседник в путешествии по Кавказу, 2-е изд., 1885
- Гололобов М. Осада и штурм крепости Ганжа, Император, 2006
- Лапин В. В. Цицианов, Молодая гвардия, 2011, 540, ISBN 978-5-235-03484-6
- Шефов Н. А. Битвы России. Военно-историческая библиотека, ООО «Издательство АСТ», 2002, 704
- Шишов А. В. Схватка за Кавказ, Вече, Москва, 2007, 161–170
- Дубровин Н. Закавказье от 1803-1806г.., СПб., 1866, 223–241