Vəkalət müharibəsi
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Vəkalət müharibəsi | ||||
---|---|---|---|---|
Tarix | 1524-1534 | |||
Yeri | İraqi-Əcəm, Çuxursəəd, Təbriz, | |||
Nəticəsi | Şah I Təhmasibin idarə etmədə müstəqil olması | |||
Münaqişə tərəfləri | ||||
|
||||
Komandan(lar) | ||||
|
||||
|
Vəkalət uğrunda müharibə — 1524–1534-cü illərdə Səfəvilər dövlətinin Vəkalət vəzifəsi uğrunda iri qızılbaş əmirləri arasında baş vermiş müharibə idi.
1524-cü ildə şah I İsmayılın ölümundən sonra hakimiyyətə gələn şah I Təhmasibin azyaşlı olmasından istifadə edən iri Qızılbaş əmirləri imperiyanı idarə etmək üçün bir-birilərilə vuruşmağa başladılar. Bu müharibə zamanı üç qızılbaş tayfası Rumlu, Təkəli, Şamlı tayfaları bir-birini əvəz etməklə vəkalət vəzifəsini ələ keçirmişdi. Buna görə bu müharibə üç dövrə bölünür.
Rumlu dövrü
[redaktə | mənbəni redaktə et]1524-cü ildə şah I İsmayılın oğlu Təhmasib Mirzə formal olaraq şah elan edildi. Lakin on yaşlı oğlan qızılbaş tayfa əmirlərinin əlində oyuncağa çevrildi. Dövlət işləri üzərində əməli nəzarəti rumlu tayfasının rəhbəri, Təhmasibin lələsi Əli bəy Rumlu (ləqəbi Div sultan) ələ keçirdi. Lakin ustaclı tayfasının Mustafa bəy Ustaclı (ləqəbi Köpək sultan) və Abdulla xan kimi qüdrətli əmirləri onun hakimiyyətinin güclənməsinə yol vermək istəmirdilər. Təbrizdə ustaclı əyanlarının çıxış edəcəyindən qorxan Əli bəy Rumlu özbəklərin Xorasana basqınlarını dəf etmək bəhanəsi ilə paytaxtdan çıxdı və guya xarici düşmənə qarçı qoşun toplamaq üçün Lar yaylağına yola düşdü. Bir çox hakimlər onun çağırışı olə öz qoşunları ilə bura gəldilər. Əli bəy Rumlu hədiyyələr və vədlər verməklə onları öz tərəfinə çəkdi. Mustafa bəy Ustaclı əleyhinə ittifaq bağladı. Mövqeyinə və sayına görə başqa qızılbaş tayfalarından üstün olan ustaclı tayfa əmirlərinin əksəriyyəti Əli bəy Rumlu tanımaqdan imtina etdi.
1525-ci ilin payızında özünü kifayət qədər güclü hiss edən Əli bəy Rumlu Mustafa bəy Ustaclıya məktub göndərərək mərhum şahın iradəsinə tabe olmağa və onun vəkalət hüquqlarının tanımağa çağırdı. Özü isə əmirlərlə birlikdə Təbriz istiqamətində hərəkət etdi. Təbrizə girən Əli bəy Rumlu ustaclı əmirlərini vəzifədən kənarlaşdırdı. Mustafa bəy Ustaclı Tərizi tərk elədi və özünün keçmiş vilayəti olan Naxçıvan İrəvana tərəfə hərəkət etdi. Əli bəy Rumlu və Bəxşi bəy Təkəli (ləqəbi Çuxa sultan) bütün hakimiyyəti ələ keçirdi. Mustafa bəy Ustaclı rumlu və təkəli tayfalari ilə mübarizə aparmaq ücün 1526-cı ilin apreli Xalxaldan Sultaniyyəyə gəldi. Əli bəy Rumlu barışmağa cəhd göstərdi və vasitəçilik etmək üçün Qasım xəlifə Varsağı Mustafa bəy Ustaclı yanına göndərdi. Lakin onlar Əli bəy Rumlunun sözlərinə və vədlərinə inanmadılar. 1526-cı ildə mayın 26 Səksəncik adlanan yerdə düşmən tərəflər arasında döyüş baş verdi və Mustafa bəy Ustaclı məğlub oldu. Ustaclı əmirləri geri çəkildi. Həmin vaxtda mərhum Qara xan Ustaclının oğlu Abdulla xan rumlu və təkəli tayfalarına qarşı çıxdı. 1526-cı ildə Xərzavil döyüşü baş verdi və yenidən ustaclı dəstələri məğlubiyyətə uğradıldı. Bundan sonra Mustafa bəy Ustaclı Çuxursədə doğru hərəkət etdi. Bundan xəbər tutan Əli bəy Rumlu və Çuxa sultan 8 min qorçu dəstəsi ilə ora yollandı. 1527-ci ildə Araz çayı yaxınlığında döyüş baş verdi. Ustaclı qoşunları darmadağın edildi, Mustafa bəy Ustaclı isə öldürüldü.
Təkəli dövrü
[redaktə | mənbəni redaktə et]Üçüncü rəqibdən yaxalarını qurtaran Əli bəy Rumlu və Çuxa sultan bir-biri ilə vəkalət vəzifəsi uğrunda toqquşmağa başladı. 1527-ci ilin iyulunda Əli bəy Rumlu Çuxa sultanın təhriki ilə öldürüldü. Dövlət işlərinə rəhbərlik təkbaşına vəkil olmuş Çuxa sultan şəxsində təkəli əyanlarının əlinə keçdi.