Xəlfə İbrahimov
Xəlfə İbrahimov | |
---|---|
1974 – ? | |
1964 – ? | |
1963 – 1964 | |
1961 – 1963 | |
1959 – 1960 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1919 |
Doğum yeri | |
Vəfat tarixi | 24 fevral 1980 |
Vəfat yeri | |
Dəfn yeri | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
|
|
Təltifləri |
Xəlfə İmamqulu oğlu İbrahimov (1919, Sündü, Şamaxı qəzası – 24 fevral 1980, Bakı) — Azərbaycan Kommunist Partiyası Ağdaş Rayon, Bərdə Rayon, Qasım İsmayılov Rayon və Daşkəsən Rayon komitələrinin birinci, Şamaxı Rayon Komitəsinin ikinci katibi katibi, SSRİ Ali Sovetinin deputatı.
Həyatı
[redaktə | mənbəni redaktə et]İbrahimov Xəlfə 1919-cu ildə Şamaxı qəzasının Sündü kəndində doğulmuşdur. Kənd məktəbini bitirdikdən sonra, təhsilini Şamaxı Pedaqoji məktəbində davam etdirmişdir. Təzəcə müəllimlik edirdi ki, Böyük Vətən müharibəsi başlayır. O, cəbhəyə yollanır. Cəbhədə ağır döyüşlərdə şücaətlər göstərir.
Xəlfə İbrahimov istehsalatdan ayrılmamaqla təhsilini davam etdirmişdir. O, əvvəl Azərbaycan Dövlət Universitetini, sonra isə Azərbaycan KP MK yanında Ali Partiya məktəbini bitirmişdir.
Xəlfə İbrahimov 1980-ci il fevral ayının 24-də Bakı şəhərində vəfat etmişdir. Anası Bahar xanımın məsləhəti ilə Şüvəlan qəsəbəsində — Mir Mövsüm Ağanın qəbristanlığında dəfn edilmişdir.
Ailəsi
[redaktə | mənbəni redaktə et]Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimovun babasıdır.
Siyasi fəaliyyəti
[redaktə | mənbəni redaktə et]Müharibədən qayıtdıqdan sonra, Xəlfə İbrahimov Mərəzə rayon maşın-traktor stansiyasında hərbi işlər üzrə komissar, sonra isə rayon PK-nin katibi vəzifəsində çalışmışdır.
Xəlfə İbrahimov əvvəl – 1959–1960 cı illərdə Şamaxı rayon PK-nın ikinci katibi, sonralar isə Daşkəsən, Qasım İsmayılov, Bərdə və Ağdaş rayon PK-nın birinci katibi vəzifəsində çalışmışdır.
X.İbrahimov Azərbaycan KP MK üzvlüyünə namizəd və dəfələrlə Ali Sovetin deputatı seçilmişdir.
Mükafatları, təltifləri və fəxri adları
[redaktə | mənbəni redaktə et]O dövlətin bir çox ali mükafatlarına ("Lenin", "Oktyabr inqilabı", "Qırmızı Əmək Bayrağı" ordenlərinə, onlarla fəxri fərmanlara) layiq görülmüşdür.
- "Lenin" ordeni (1956)
- "Oktyabr inqilabı" ordeni
- "Qırmızı əmək bayrağı" ordeni
Mənbə
[redaktə | mənbəni redaktə et]- Seyfəddin Qəniyev. Qobustan. Bakı, "Nurlan", 2005.-720 səh.
- Азәрбајҹан ССР Али Советинин депутатлары. Доггузунҹу чағырыш. Бакы: Азәрбајҹан Дөвләт Нәшријјаты. 1976. С. 161.
- 1919-cu ildə doğulanlar
- Şamaxı qəzasında doğulanlar
- 24 fevralda vəfat edənlər
- 1980-ci ildə vəfat edənlər
- Bakıda vəfat edənlər
- Şüvəlanda dəfn olunanlar
- Bakı Dövlət Universitetinin məzunları
- "Lenin" ordeni ilə təltif edilənlər
- "Oktyabr inqilabı" ordeni ilə təltif edilənlər
- SSRİ-nin "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilənlər
- Əlifba sırasına görə vəzifəli şəxslər
- SSRİ Ali Sovetinin deputatları
- Böyük Vətən müharibəsi iştirakçıları
- Azərbaycan Kommunist Partiyası Şamaxı Rayon Komitəsinin ikinci katibləri
- Azərbaycan Kommunist Partiyası Daşkəsən Rayon Komitəsinin birinci katibləri
- Azərbaycan Kommunist Partiyası Qasım İsmayılov Rayon Komitəsinin birinci katibləri
- Azərbaycan Kommunist Partiyası Bərdə Rayon Komitəsinin birinci katibləri
- Azərbaycan Kommunist Partiyası Ağdaş Rayon Komitəsinin birinci katibləri
- Azərbaycan SSR Ali Sovetinin VI çağırış deputatları
- Azərbaycan SSR Ali Sovetinin VII çağırış deputatları
- Azərbaycan SSR Ali Sovetinin IX çağırış deputatları