Məmməd Əsgərov
Məmməd Əsgərov | |
---|---|
26 dekabr 1977 – 11 dekabr 1985 | |
Əvvəlki | Məmməd Xəlilov |
Sonrakı | nazirlik ləğv edilib |
6 yanvar 1970 – 1977 | |
Əvvəlki | İbrahim Əhmədov |
Sonrakı | Hidayət Vəliyev |
1968 – 1970 | |
Nazir | Sadıq Rəhimov |
1965 – 1968 | |
Sonrakı | Vahid İsmayılov |
1959 – 1964 | |
Əvvəlki | Rəhim Rəhimov |
Sonrakı | Ramazan İsmayılov |
1958 – 1959 | |
Sədr | Rəhim Rəhimov |
1954 – 1958 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 25 dekabr 1918 |
Doğum yeri | |
Vəfat tarixi | 27 iyul 1988 (69 yaşında) |
Vəfat yeri | |
Partiya |
|
Fəaliyyəti | siyasətçi |
Uşağı | |
|
|
Təltifləri |
|
Məmməd Həsən oğlu Əsgərov (25 dekabr 1918, Naxçıvan qəzası – 27 iyul 1988, Bakı) — Azərbaycan SSR kənd təsərrüfatı naziri (1977–1985), Azərbaycan Kommunist Partiyası Şamxor Rayon və Ağcabədi Rayon komitələrinin birinci katibi, Azərbaycan SSR yüngül sənaye nazirinin müavini, Naxçıvan MSSR Nazirlər Sovetinin əvvəlcə sədrinin birinci müavini, sonra isə sədri, Bərdə Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri.
Həyatı
[redaktə | mənbəni redaktə et]Məmməd Əsgərov 1918-ci ildə Culfa rayonu Yaycı kəndində anadan olub.
Məmməd Əsgərov 1943–1944-cü illərdə Tovuz MTS-in baş aqronomu, 1944–1948-ci illərdə Cəbrayıl MTS-də, 1948–1954-cü illərdə Bərdə MTS-in direktoru olmuşdur. 1954–1958-ci illərdə Bərdə rayonu Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri olmuşdur. 1958-ci ildən Naxçıvan MSSR Nazirlər Sovetinin sədrinin birinci müavini vəzifəsini daşımışdır. 1959-cu ildə isə Naxçıvan MSSR Nazirlər Sovetinin sədri olmuşdur.
1964-cü ildən Ağdaş rayon kolxoz-sovxoz istehsalat idarəsinin rəisi seçilmişdir.
1965–1968-ci illərdə Ağcabədi Rayon Partiya Komitəsinin birinci katibi vəzifəsində, 1968–1970-ci illərdə Azərbaycan SSR Yüngül sənaye nazirinin müavini, 1970–1977-ci illərdə Şamxor (Şəmkir) Rayon Partiya Komitəsinin birinci katibi, 1977–1985-ci illərdə, yəni vəfat edənədək Azərbaycan SSR Kənd təsərrüfatı naziri vəzifəsini icra etmişdir.
SSRİ Ali Sovetinin (6-cı çağrış) Azərb. SSR Ali Sovetinin (4–11-ci çağrış) deputatı olmuşdur.
Azərbaycan KP MK-nın üzvü(1960–1983)
Məmməd Əsgərov dövlətə xidmət sahəsində qazandığı nailiyyətlərə görə bir çox orden və medallarla təltif edilmiş,1968-ci ildə Azərbaycan SSR əməkdar aqronomu fəxri adına layiq görülmüşdür. Daha sonra 4-dəfə "Lenin" ordeni, 2-dəfə "Qırmızı əmək bayrağı" ordeni ,"Oktyabr inqilabı" ordeni ən əsası O,1973-cü ildə sovet dövrünün ən yüksək adlarından biri olan Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. 360 səh. ISBN 5-8066-1468-9.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- 25 dekabrda doğulanlar
- 1918-ci ildə doğulanlar
- Naxçıvan qəzasında doğulanlar
- 27 iyulda vəfat edənlər
- 1988-ci ildə vəfat edənlər
- 69 yaşında vəfat edənlər
- Bakıda vəfat edənlər
- Sovet İttifaqı Kommunist Partiyasının üzvləri
- Sosialist əməyi qəhrəmanları
- "Lenin" ordeni ilə təltif edilənlər
- "Oktyabr inqilabı" ordeni ilə təltif edilənlər
- SSRİ-nin "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilənlər
- Azərbaycan SSR əməkdar aqronomları
- Əlifba sırasına görə vəzifəli şəxslər
- SSRİ Ali Sovetinin VI çağırış deputatları
- Naxçıvan MSSR Ali Sovetinin V çağırış deputatları
- Naxçıvan MSSR Ali Sovetinin VI çağırış deputatları
- Azərbaycan SSR Ali Sovetinin IV çağırış deputatları
- Azərbaycan SSR Ali Sovetinin V çağırış deputatları
- Azərbaycan SSR Ali Sovetinin VI çağırış deputatları
- Azərbaycan SSR Ali Sovetinin VII çağırış deputatları
- Azərbaycan SSR Ali Sovetinin VIII çağırış deputatları
- Azərbaycan SSR Ali Sovetinin IX çağırış deputatları
- Azərbaycan SSR Ali Sovetinin XI çağırış deputatları
- Naxçıvan MSSR Nazirlər Sovetinin sədrləri
- Azərbaycan Kommunist Partiyası Ağcabədi Rayon Komitəsinin birinci katibləri
- Azərbaycan Kommunist Partiyası Şamxor Rayon Komitəsinin birinci katibləri
- Bərdə Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədrləri
- Azərbaycan SSR kənd təsərrüfatı nazirləri