Məzmuna keç

zərbə

Wiktionary saytından
İsim Tək Cəm
Adlıq halı zərbə zərbələr
Yiyəlik halı zərbənin zərbələrin
Yönlük halı zərbəyə zərbələrə
Təsirlik halı zərbəni zərbələri
Yerlik halı zərbədə zərbələrdə
Çıxışlıq halı zərbədən zərbələrdən
  • azərbaycanca: zərbə

Mənalar :[1]https://web.archive.org/web/20131023201605/http://azerdict.com/izahli-luget/z%C9%99rb%C9%99

    1. [ər.] Qolaylayaraq bir şeylə şiddətlə vurma; vuruş. Yumruq zərbəsi. Balta zərbəsi. Zərbə səsi._Zərbə endirmək (çalmaq, vurmaq) – 1) bir şeylə bərk vurmaq. Bizləri osmanlı, alman, rus gətirdi, heyrətə; Zərbə vurdu hər biri mümkün qədər hürriyyətə. Ə.Qəmküsar. Şaxtaçılar çalarkən zərbəsini dağlara; Radiodan yayıldı bu səda uzaqlara. M.Rahim; 2) zərər vermək. [2-ci bənna:] Haydı, quzum, kərpic at; Kərpic gətir, az su qat; Gecikmə, gəl, durma, gəl! İşə zərbə vurma, gəl. H.Cavid. Zərbə yemək – vurulmaq, döyülmək, zərbəyə məruz qalmaq. Gəldiyev nagahani zərbə yemiş adam kimi səndirlədi, özünü saxladı. Mir Cəlal. // Bərk dəymə, şiddətlə çarpma. Top gülləsinin zərbəsi. Dalğanın zərbəsi.
    2. Şiddətli həmlə, ansızın və qəti hücum. Cinahdan vurulan zərbə. Gözlənilməz zərbə. Ansızın zərbələr düşməni sarsıtdı. – Faşistlər zərbəmizə dözməyib geriyə qaçdılar. M.Hüseyn. // məc. Bir şeyin qabağını almaq, bir şeyi aradan qaldırmaq üçün görülən qəti tədbir, hərəkət. Müharibə qızışdıranlara qəti zərbə vurmaq.
    3. məc. Ağır mənəvi və ya cismani sarsıntı. Taleyin zərbələri. Oğlunun ölümü onun üçün ağır zərbə oldu. Xəstəlik onun səhhətinə ağır zərbə vurdu. – Əgər insan güclü məxluq olsaydı, ən ağır zərbələrə də dözərdi.. M.Hüseyn. ◊ Zərbə altına qoymaq – təhlükə qarşısında qoymaq.

Tərcümələr Dünya xalqlarının dillərində

[redaktə]

Ural-Altay dil ailəsi: Türk qrupu

[redaktə]