Vikipediya:Ensiklopedik əhəmiyyətlilik (hadisələr)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Vikipediyada aktuallıq meyarları redaktorlar tərəfindən müəyyən bir mövzuda məqalə yaratmaq üçün istifadə olunur. Məqalənin mövzusu aktual kriteriylarına , yəni geniş oxucu kütləsinin diqqətini qazanmaq üçün əhəmiyyətli, maraqlı və anlaşıqlı olmalıdır. Bu aktuallıq təlimatları müzakirələr və müəyyən təcrübələrlə əldə olunmuş konsensusu əks etdirir və keçmiş, cari və son xəbərlər barəsində yaradılmış məqalələrin yazılması, silinməsi, birləşdirilməsi və ya daha da təkmilləşdirilməsi ilə bağlı istifadəçiləri məlumatlandırır.

Məqalələrin silinməsi barəsində müzakirələr xüsusilə mediada geniş şəkildə işıqlandırılmış son xəbərlər də daxil olmaqla hadisələr ilə bağlı bir sıra mübahisəli müzakirələrə yol açmışdır. Bu təlimat hadisələr haqqında yaradılan məqalələrə tətbiq olunan müxtəlif qayda və təlimatlarlarla redaktorları məlumatlandırmaq məqsədilə yaradılıb.

Daxiletmə kriteriyaları

[mənbəni redaktə et]

Vikipediya kağız üzərində yazılmış ensiklopediya deyil, yəni burada müəyyən bir mövzu barəsində yaradılmış məqalələrin sayına məhdudiyyət yoxdur. Lakin Vikipediya həmçinin informasiya və xəbərlər xidmətinin nizamsız toplusu da deyil. Vikipediya redaktorlara cari xəbər hadisələrini sənədləşdirmək üçün bir məkan təklif edir, buna baxmayaraq mediada işıqlandırılan hər bir xəbər haqqında Vikipediyada məqalə yaradılmamalıdır. Vikipediyada davamlı, tarixi əhəmiyyəti olan və geniş əhatə dairəsinə malik (milli və qlobal çərçivədə) xəbərlər haqqında məqalələr yaradıla bilər.

Redaktorlar resentizm fenomenini nəzərə almalıdırlar, resentizm hazırda bir neçə il əvvəldən daha vacib hesab olunan yeni və cari məsələlər haqqında tendensiyadır. Bəzi hadisələr xəbərlərdə işıqlandırılır, lakin onlar tarixi əhəmiyyətli və davamlı olmurlar. Xəbər təşkilatlarının hadisələrin məzmunu ilə bağlı bəzi kriteriyaları var, məs, xəbər dəyərləri kimi. Bu kriteriyalar Vikipediyada və ya ümumiyyətlə ensiklopediyalarda istifadə olunan kriteriyalardan fərqlənirlər. Zorakı cinayətlər, təsadüfi ölüm halları və ya digər media hadisələri jurnalistlərə və ya redaksiyalara xəbərlərdə işıqlandırmaq üçün kifayət edə bilər, lakin bu hallar heç də həmişə Vikipediyada məqalə yaratmaq üçün məqsədəuyğun hesab olunmur.

  • Hadisələr uzunmüddətli tarixi əhəmiyyətə sahib olduqda və ümumi aktuallıq təlimatlarını ödədikdə aktual hesab olunur.
  • Hadisələr geniş coğrafi təsirə malik olduqda (milli və ya beynəlxalq səviyyədə) və ya aşağıda göstərildiyi kimi daha sonra yenidən təhlil olunmaqla müxtəlif mənbələrdə əhatə olunarsa əsasən aktual hesab olunur.
  • Daha az əhatə dairəsi olan və ya mediada az sayda işıqlandırılan hadisələr aktual hesab oluna və ya olunmaya bilər, aşağıdakı kriteriyalarda bu məqalələri qiymətləndirmək üçün təlimatlar yer alıb.
  • Müntəzəm olaraq mediada işıqlandırılan xəbər hadisələri (cinayət halları, qəzalar, ölüm halları, şokedici xəbərlər) faciəli olsalar da və ya həmin vaxtda mediada geniş şəkildə işıqlandırılsalar da aktual hesab olumurlar. Yalnız onların əhəmiyyətli bir şey ilə bağlılıqları olarsa bu hallarda aktual hesab oluna bilərlər.

Hadisələri qiymətləndirərkən redaktorlar hadisələrin müxtəlif aspektlərini qiymətləndirməlidirlər: təsir dairəsi, həcmi, coğrafi miqyası, müxtəliflik və mediadakı etibarlılığı.

Uzunmüddətli təsiri

[mənbəni redaktə et]

Digər bir uzunmüddətli təsiri olan hadisənin yaranmasına səbəb olan hadisələr aktual hesab olunur. Hadisələr əksər hallarda digər bir uzunmüddətli təsiri olan hadisənin yaranmasına səbəb olduqda aktual hesab olunurlar. Buraya cəmiyyətin və qanunvericiliyin fikir və hərəkətlərindəki təsirlər də daxildir.

Məsələn, Adam Volşun qətl edilməsi Adam Volş Uşaqların Mühafizə və Təhlükəsizlik Aktının yaranmasına gətirib çıxardı. Tarixi əhəmiyyəti olan məşhur və mənbələşdirilmiş hadisələr davamlı təsiri malik olarsa aktual hesab olunar. Buraya, məsələn, binaların bərpasına, əhalinin yerdəyişməsinə və seçkilərdə müəyyən təsirə səbəb olan təbbi fəlakətlər aiddir.

Məsələn, Katrina qasırğası və ya 2004-cü ildə Hind okeanındakı zəlzələ bu standartlara əsasən aktual hesab olunur. Kiçik təsirə malik və ya əhali sayına heç bir təsiri olmayan zəlzələlər və ya qasırğalar əsasən aktual hesab olunmur. Hadisənin davamlı təsirinin olmasını müəyyənləşdirmək üçün bəzən həftələr və hətta aylarla vaxt sərf oluna bilər. Lakin bu da davamlı təsirlərinin müəyyənləşdirilmədiyi son hadisələrin avtomatik olaraq aktual olmadığı anlamına gəlmir.

Mediada işıqlandırılması

[mənbəni redaktə et]

Tətbiq dairəsinin miqyası

[mənbəni redaktə et]

Əhəmiyyəli olan və mediada geniş şəkildə işıqlandırılan hadisələr aktual hesab olunur. Ümumi təlimata əsasən hadisənin mediada əhatə olunması üçün əhəmiyyətli olmalıdır. Geniş şəkildə əhatə olunduqda hadisə analiz olunaraq müəyyən bir məzmuna çevrilir və adətən böyük jurnallarda və televiziya xəbərlərində və ya kitablarda uzun məqalələrdə və ya reportajlarda işıqlandırılır.

Qısa və ya ümumi olaraq şərh olunan xəbərlər rutin reportajı hesab olunur. Bəzi redaktorlar izahlı xəbərləri əlavə mənbələrdən daha etibarlı hesab edirlər. Media mənbələri bəzən mediada geniş şəkildə işıqlandırılmış digər hadisələrə yaxın olan hadisələri məruzə edirlər. Redaktorlar son hadisələr ilə bağlı məqalə yaradarkən bu kimi mənbələrə etibar etməməlidirlər, çünki belə məqalələrin yaradılmasında əsas məqsəd ümumi olaraq hadisəni mediada əhatə etməkdir

Əhatə müddəti

[mənbəni redaktə et]

Xəbərin mediada işıqlandırılma müddəti hadisənin davamlı və ya ötəri təsirini müəyyənləşdirməyin güclü göstəricisidir. Baş verdikdən sonra heç bir təhlil edilməyən və ya müzakirə aparılmayan və dərhal sonra mənbələrdə dərc olunan hadisələr ensiklopedik məqalə kimi yaradıla bilməz. Lakin hadisə baş verdikdən dərhal sonra redaktorların onun daha sonralar geniş şəkildə əhatə ediləcəyini bilməsi mürəkkəb və mümkünsüzdür. Hadisələrin son zamanlarda baş verməsi də onu aktual etmir.

Mənbələrin müxtəlifliyi

[mənbəni redaktə et]

Vikipediyanın ümumi aktualllıq təlimatları mövzunun aktuallığını ödənməsi üçün sadəcə bir mənbədən bir neçə istinad yox, bir neçə mənbədən istinadlar gətirilməsini tövsiyə edir. Ümumi nəzarət və ya təsir altında olan media vasitələri hətta bir sıra regional və ya milli çıxışları olsa da adətən bir yerli və ya milli çıxış və ya vahid əhatə instansiya kimi sayılır. Eynilə, bir kiçik məlumat və ya pres-reliz sadəcə mediada yenidən işıqlandırılarsa və ya jurnalistlər xəbərləri təkrarlayaraq öz məlumatlarını əsaslandırarlarsa, bu aktuallığı müəyyən etmək üçün bir mənbə hesab olunur.

Digər mülahizələr

[mənbəni redaktə et]

Müntəzəm olaraq mediada işıqlandırılma

[mənbəni redaktə et]
Qısa keçid yönləndirmə

Vikipediya qaydalarında elanlar, idman xəbərləri, jurnal məqalələri kimi müntəzəm olaraq mediada işıqlandırılan xəbərlər məqalə yaratmaq üçün kifayət deyil. İlkin planlaşdırılan tədbirlər haqqında məqalələr də müntəzəm xəbərlər hesab olunur. Toy elanları, idman oyunlarının hesabları, kriminal jurnallar və digər mövzulu hadisələr də müntəzəm hesab olunur. İdman oyunları, film premyeraları, mətbuat konfransları və s. kimi müntəzəm hadisələr hər hansısa bir digər məqalənin bir hissəsi kimi əhatə olunsa daha məqsədəuyğun hesab olunar. Ümumilikdə, gündəlik olaraq baş verən hadisələr əsasən aktual hesab olunmur.

Sensasional xəbərlər

[mənbəni redaktə et]

Tabloid jurnallar və ya sarı jurnalistika adətən ensiklopedik məqalə yaratmaq üçün yetərli hesab olunmur, buna səbəb bu kimi jurnallardasensassion və qalmaqallı xəbərlərin olmasıdır. Vikipediyanın siyasətinə uyğun olaraq bura skandallı şayiələr və ya sensassion xəbərlər üçün məkan deyil. Faktların nizamlı yoxlanılması olmadan xəbərlərin yerləşdirilməsi qeyri-ciddiliyə və etibarsızlığa gətirib çıxara bilər.

Cinayət halları

[mənbəni redaktə et]

Son xəbərlər başlığı altında adı çəkilən cinayət hadisələri haqqında məqalələr adətən silinməyə namizəd olurlar. Digər hadisələrdə olduğu kimi, media nümayəndələri cinayət hallarını geniş şəkildə işıqlandıra və onları yuxarıdakı təlimatlara uyğun şəkildə etibarlı mənbələrlə əsaslandıra bilərlər. Cinayətkarın müəyyən edilməsi və ya ittiham olunmasından asılı olmayaraq əgər hüquq-mühafizə orqanları bu vəziyyəti cinayət halı kimi qiymətləndirərsə bu təlimatları ödəyə bilər. Əgər bu hadisə aktual hesab olunarsa və ya cinayət hadisəsi kimi qeydə alınarsa sonradan hadisənin cinayət halı olmaması aşkarlansa belə məqalə qalmalıdır. Yalnız bir hadisə ilə bağlı aktual hesab olunan şəxslər Yalnız bir hadisə ilə əlaqəsi olan şəxslər haqqında adətən məqalə yazılmamalıdır. Əgər bu hadisə özü aktual hesab olunarsa məqalə məhz həmin hadisə barəsində yazılmalıdır.

Son xəbərlər

[mənbəni redaktə et]

Əgər hadisə (cari hadisə) hələ də kütləvi informasiya vasitələrində geniş şəkildə işıqlandırılarsa, redaktorlar oxucuları məlumatlandırmaq üçün hadisənin dəyişməsi ilə bağlı şablon yerləşdirməlidirlər.

Məqalələri yaratmağa tələsməyin

[mənbəni redaktə et]

Hadisənin əhəmiyyəti müəyyənləşənə kimi son xəbərlər haqqında məqalələr yaratmağı bir qədər təxirə salmaq məqsədəuyğundur, çünki ilkin olaraq xəbər mediada işıqlandırılarkən əhəmiyyətli perspekti olmaya və faktiki səhvlərə yol verilə bilər. Son xəbərlər haqqında məqalə yazmaq resentizm hesab oluna bilər və Vikipediya kristal top deyil. Tövsiyə olunur ki, əgər mümkündürsə redaktorlar müvafiq mövzu haqqında olan mövcud məqalələrin tərkibində hadisə haqqında bir bölmə yaratsınlar. Məqalələri silməyə tələsməyin Son xəbər hadisələri haqqında məqalələr, xüsusilə də iştirakçıların avtobioqrafiyaları tez-tez silinməyə namizəd olur. Burada heç bir vaxt məhdudiyyəti olmadığı üçün məqalələrin silinməsi müddətini bir neçə gün ləngitmək olar, bu zaman ərzində yaradılan məqalənin əhəmiyyəti meydana çıxa bilər və belə olan halda məqalənin silinməsi lüzumsuz olacaqdır. Hadisə geniş kütlənin diqqət mərkəzində olduğu zaman onun silinməsi ilə bağlı müzakirələr silinmə konsensusu ilə nəticələnə bilər. Məqalələrin silinməsinin bəzi alternativləri də var.

Redaktorlar son xəbərlər haqqında Vikipediyada deyil, Vikixəbər bölməsində məqalə yazmağa təşviq olunurlar. Məqalənin silinməsinin alternativləri Əgər hadisənin aktuallığı sual altındadırsa, lakin o, müəyyən bir şəxs, şirkət və ya təşkilat ilə əlaqəlidirsə və ya geniş bir mövzunun bir hissəsi kimi əhatə oluna bilərsə, bu hadisəni məzmunalrı birləşdirməklə əvvəllər mövcud olan bir məqalənin daxilində vermək olar. Hadisələr haqqında məqalə yaradardən Vikipediyadakı şəxslərin bioqrafiyası siyasətinə uyğun olaraq neytrallıq qorunulmalıdır. Əgər məqaləni digər bir məqaləyə birləşdirmək mümkün olmursa, bu zaman məqalənin məzmunu genişləndirilməlidir.