Ueyn Runi
Ueyn Runi | ||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
ing. Wayne Rooney | ||||||||||||||||||||||||||||||||||||||||
Ümumi məlumatlar | ||||||||||||||||||||||||||||||||||||||||
Tam adı | Ueyn Mark Runi | |||||||||||||||||||||||||||||||||||||||
Ləqəbi | Şrek, Uazza | |||||||||||||||||||||||||||||||||||||||
Doğum tarixi | ||||||||||||||||||||||||||||||||||||||||
Doğum yeri | Krokstet, Liverpul, İngiltərə | |||||||||||||||||||||||||||||||||||||||
Vətəndaşlığı | İngiltərə | |||||||||||||||||||||||||||||||||||||||
Boyu | 1.76 m (5 ft 9 1⁄2 düym)[1] | |||||||||||||||||||||||||||||||||||||||
Çəkisi | 82.7 kq | |||||||||||||||||||||||||||||||||||||||
Mövqeyi | hücumçu | |||||||||||||||||||||||||||||||||||||||
Əsas ayağı | Sağ | |||||||||||||||||||||||||||||||||||||||
Klub haqqında məlumat | ||||||||||||||||||||||||||||||||||||||||
Klub | D.S Yunayted | |||||||||||||||||||||||||||||||||||||||
Nömrəsi | 10 | |||||||||||||||||||||||||||||||||||||||
Karyerası | ||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Mark Runi (ing. Wayne Mark Rooney; 24 oktyabr 1985[2], Liverpul) — İngiltərə futbolçusu. İngiltərənin Everton" klubunun oyunçusu və İngiltərə milli futbol komandasının kapitanıdır.
Runi, futbola 10 yaşındaykən Liverpool Schoolboys adındakı yerli bir klubda başladı. 1996-cı ildən 2002-ci ilə qədər karyerasına Everton-un futbol məktəbində davam etdi. 2002-ci ildə ilk peşəkar matçına çıxdı. 17-ci doğum günündən 5 gün öncə Premyer Liqada atdığı ilk qol, onu liqa tarixində qol atan ən gənc futbolçu etdi. Qısa zamanda komandasının dəyişilməz oyunçularından oldu və klubu ilə 2 sezon keçirdi. 2004-05 sezonu başlamadan öncə Mançester Yunaytedə 25.6 milyon £ qarşılığında transfer oldu. Mançester Yunayted forması ilə beş Premyer Liqa, bir UEFA Çempionlar Liqası, iki İngiltərə Liqa Kuboku, üç FA Community Shiled və bir Dünya Klublar Kuboku çempionluğu ilə bərabər həmçinin iki dəfə Premyer Liqa və Çempionlar Liqası ikinciliyi qazandı. Sentyabr 2013-də Mançester Yunayted formas ilə oynadığı rəsmi matçlarda atdığı qol sayı 200-ü keçdi və bu səddi keçən dördüncü oyunçu oldu. Rooney eyni zamanda klub tarixinin ən çox qol atan 3-cü futbolçusdur.
İngiltərə milli futbol komandası forması ilə ilk maçına 2003-cü ildə çıxan Runi, milli komanda forması geyən (bu ünvan daha sonra Teo Uolkott-a keçdi) və milli komandada qol atan ən gənc futbolçu oldu. 2004 və 2006 ilə 2010 və Futbol üzrə dünya çempionatı 2014-də forma geydi. 2004 Avropa Futbol Çempionatında İsveçrə-yə atdığı iki qol ilə Avropa Futbol Çempionatı tarixində qol atan ən gənc futbolçu. (sonradan bu ünvan eyni turnirdə Yohan Vonlanten-in əlinə keçdi).
Xüsusilə Mançester Yunayteddəki performansı ilə başda Bravo Mükafatı, İngiltərədə İlin Futbolçusu, Barclays Sezon Oyunçusu, İngiltərədə Azərkeşlərin Oyunçusu, Futbol Yazarları Dərnəyi İlin Futbolçusu, və Ser Mett Bazbi İlin oyunçusu olmaq üzrə müxtəlif futbol mükafatları qazandı. Premyer Liqada Ayın Oyunçusu mmükafatını toplamda 5-dəfə qazanaraq,6 dəfə qazanan Stiven Cerard-dan sonra Robin van Persi ilə birlikdə mükafatı ən çox alan ikinci oyunçududur.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 "Wayne Rooney". thefa.com. 22 June 2010 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12 may 2018. (#invalid_param_val)
- ↑ https://www.premierleague.com/players/2064/Wayne-Rooney/overview.