Teymur bəy Novruzov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Teymur bəy Novruzov
Şəxsi məlumatlar
Doğum tarixi 20 aprel 1880(1880-04-20)
Doğum yeri Qovlar, Qazax qəzası
Vəfat tarixi 30 iyun 1961(1961-06-30) (81 yaşında)
Vəfat yeri
Atası Mirzə Hacı bəy Novruzov
Hərbi fəaliyyəti
Rütbəsi general
Döyüşlər
Təltifləri 4-cü dərəcəli "Müqəddəs Georgi" ordeni qılınclı və bantlı 4-cü dərəcəli "Müqəddəs Vladimir" ordeni qılınclı 2-ci dərəcəli "Müqəddəs Anna" ordeni qılınclı 2-ci dərəcəli "Müqəddəs Stanislav" ordeni qılınclı və bantlı 3-cü dərəcəli "Müqəddəs Anna" ordeni qılınclı və bantlı 3-cü dərəcəli "Müqəddəs Stanislav" ordeni 4-cü dərəcəli "Müqəddəs Anna" ordeni 1-ci dərəcəli "Müqəddəs Georgi" xaçı 2-ci dərəcəli "Müqəddəs Georgi" xaçı 3-cü dərəcəli "Müqəddəs Georgi" xaçı 4-cü dərəcəli "Müqəddəs Georgi" xaçı "Poltava döyüşünün 200 illiyinin xatirəsinə" medalı Medal 100 year 1812

Teymur bəy Novruzov (20 aprel 1880, Qovlar30 iyun 1961, Nitsa) — Rusiya İmperator Ordusunun zabiti, Azərbaycan Demokratik Respublikasının general-mayoru. Müqəddəs Georgi ordeninin bütün dörd dərəcəsi ilə təltif olunmuşdur.

Teymur bəy Mirzə Hacı bəy oğlu 20 aprel 1880-ci ildə Qazax qəzasının Qovlar kəndində anadan olmuşdu. Tiflis kadet korpusunda oxumuşdu.

1898-ci ildə hərbi xidmətə başlamışdı. siravi əsgərlikdən general-mayor rütbəsinədək yüksəlmişdi.

Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 2 avqust 1919-cu il tarixli qərarı ilə ordudakı əla xidmətlərinə görə I tatar atlı alayının komandiri polkovnik Teymur bəy Novruzova general-mayor rütbəsi verilmişdir.[1]

1920-ci ildə bolşeviklərin təzyiqindən Almaniyaya mühacirətə getmişdir.

O, 1961-ci ildə Nitsada vəfat edib.

Teymur bəy 6 dekabr 1909-cu ildə 3-cü dərəcəli "Müqəddəs Stanislav" ordeni, 1913-cü ildə 3-cü dərəcəli Müqəddəs Anna ordeni, 2 noyabr 1914-cü ildə 2-ci dərəcəli "Müqəddəs Anna", 24 noyabr 1914-cü ildə 4-cü dərəcəli "Müqəddəs Vladimir" ordenləri, "Georgi xaçı", onların lentləri və qılıncla təltif edilmişdi.

  • Азербайджанская Демократическая Республика: 1918–1920: законодательные акты. Azərbaycan Nəşriyyatı. 1998. 560.