Qəzənfər Nağıyev
Naviqasiyaya keç
Axtarışa keç
Qəzənfər Nağıyev | |
---|---|
Qəzənfər Piri oğlu Nağıyev | |
Doğum tarixi | |
Vəfat tarixi | (75 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | Azərbaycanlı |
Atası | Piri |
Fəaliyyəti | aqronom |
Mükafatları |
|
Nağıyev Qəzənfər Piri oğlu (13 avqust 1915 – 11 aprel 1991, Naxçıvan) – sovet aqronomu, əmək qabaqcılı. Sosialist Əməyi Qəhrəmanı (1948).[1]
Həyatı
[redaktə | mənbəni redaktə et]- 1915-ci il avqust ayının 13-də İrəvan quberinyasının Naxçıvan qəzasının Sust kəndində (hazırda Azərbaycan Respublikasının Naxçıvan MR-nın Babək rayonunda inzibati ərazi vahidi) anadan olub.
- 1932-ci ildə Naxçıvan rayonunun "26 Bakı komissarı" kolxozunda sıravi kolxozçu kimi əmək fəaliyyətinə başlamışdı.
- Eyni zamanda avtobaza müdiri və kərpic zavodunda direktor müavini işləmişdir.
- 1948-ci ildə yüksək əmək göstəricilərinə nail olmuşdur. 1948-ci il 17 avqust tarixində SSRİ Ali Sovetinin Rəyasət Heyətinin qərarı ilə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb.
- 1963-cü ildən kooperativ malları ticarətində tədarükçü işləmişdir.
- 1991-ci il aprel ayının 11-də vəfat edib.[1]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Naxçıvan Ensiklopediyası / V.Y. Talıbov. — Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr. — Naxçıvan: AMEA Naxçıvan bölməsi, 2005. — 2 cilddə. 2-ci cild. — Səh.: 61. — ISBN 5-8066-1468-9.