Həsən Məmmədov (tütünçü)
Həsən Məmmədov | |
---|---|
Həsən Məmmədhüseyn oğlu Məmmədov | |
Doğum tarixi | |
Doğum yeri | Şahtaxtı, Şərur-Dərələyəz qəzası, İrəvan quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | (73 yaşında) |
Vəfat yeri | Şahtaxtı, İliç rayonu, Naxçıvan MSSR, Azərbaycan SSR |
Vətəndaşlığı |
Rusiya imperiyası→ AXC→ SSRİ |
Milliyyəti | azərbaycanlı |
Fəaliyyəti | tütünçü |
Mükafatları |
|
Həsən Məmmədhüseyn oğlu Məmmədov (5 iyun 1912—18 iyun 1985) — Tütünçü, Sosialist Əməyi Qəhrəmanı (1949).
Həyat və əmək fəaliyyəti
[redaktə | mənbəni redaktə et]Həsən Məmmədov 1912-ci ildə Naxçıvan Muxtar Respublikasının Şahtaxtı kəndində anadan olmuşdur. Böyük Vətən müharibəsinin iştirakçısı olmuşdur. 1942-1971-ci illərdə İliç rayonunun H.Cavid adına kolxozunda xolxozçu, manqanaşçısı, sədr və briqadir işləmiş, 1971-ci ildən eyniadlı sovxozda hesabdar olmuşdur. 1946-ci ildən Sov.İKP üzvü olmuşdur. 1948-ci ildə tütünçülük sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur. 14 mart 1949-cu ildə tütünçülük sənayesinin inkişafında göstərdiyi xidmətlərə görə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş, Lenin ordeni ilə təltif olunmuşdur. Həsən Məmmədov 18 iyun 1985-ci ildə Şahtaxtı kəndində vəfat etmişdir.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VI ҹилд: Куба—Мисир. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1982. С. 504.
- Məmmədov Həsən Hacıməmmədhüseyn oğlu // Naxçıvan ensiklopediyası. — Azərbaycan Milli Elmlər Akademiyası, 2005.