Feyruz Mustafayev

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Feyruz Mustafayev
4 aprel 1992 – 16 may 1992
ƏvvəlkiHəsən Həsənov
SonrakıRəhim Hüseynov
22 may 1991 – 18 may 1992
Baş nazirHəsən Həsənov (siyasətçi)
bayraq
Azərbaycan Nazirlər Soveti sədrinin müavini — Daimi Yaşayış Yerlərini Məcburi Tərk Etmiş Şəxslərlə İş üzrə Dövlət Komitəsinin sədri
bayraq2
11 dekabr 1989 – 22 may 1991
Baş nazirHəsən Həsənov
Şəxsi məlumatlar
Doğum tarixi 18 oktyabr 1933(1933-10-18)
Doğum yeri
Vəfat tarixi 7 iyul 2018(2018-07-07) (84 yaşında)
Vəfat yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi

Təltifləri Sosialist Əməyi Qəhrəmanı — 1981
"Lenin" ordeni — 1981 "Oktyabr inqilabı" ordeni — 1976 "Qırmızı əmək bayrağı" ordeni — 1973 "Qırmızı əmək bayrağı" ordeni — 1971 "Şərəf nişanı" ordeni — 1986

Feyruz Mustafayev (18 oktyabr 1933, Mərzili, Ağdam rayonu7 iyul 2018, Gəncə) — Azərbaycan Respublikasının Baş nazirinin səlahiyyətlərini icra edən (4 aprel, 1992[1] — 16 may, 1992[2]); Azərbaycan Baş nazirinin birinci müavini (22 may 1991[3]—18 may 1992[4]); A. R. "Azərquşsənaye" Dövlət Şirkətinin prezidenti (8 fevral 1993[5]); A. R. Taxıl Məhsulları Dövlət Şirkətinin prezidenti (25 noyabr 1993[6] — 16 oktyabr 1994[7]); Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2 oktyabr 2002[8])

Feyruz Rəcəb oğlu Mustafayev 1933-cü il 18 oktyabrda Ağdam rayonunun Mərzili kəndində anadan olub. Mərzili kəndində yeddillik məktəbi bitirdikdən sonra Novruzlu kənd orta məktəbində təhsilini davam etdirib.[9]

1950-ci illərdə Xanlar (indiki Göygöl) rayonunun Samux kəndinə köçüblər. 1955-ci ildə hərbi xidməti başa vurandan sonra Samux kolxozunda sıravi işçi kimi əmək fəaliyyətinə başlayır. Sonra mühasib, kolxoz həmkarlar təşkilatının sədri və kolxoz sədri seçilir. Bu müddətdə Moskva İqtisadiyyat insti-tunda qiyabi təhsil alır.

Kolxozda yüksək nailiyyətlər əldə edən sədr Xanlar rayonuna Rayon İcraiyyə komitəsinə sədr təyin edilir. 1 il sonra Xanlar RPK- nin birinci katibi seçilir. Feyruz Mustafayev daha sonra Şamaxı rayonuna təyinat alır.[10]

Şamaxı rayonunda apardığı quruculuq işləri, dəmyə sahələrə çəkdirdiyi 600 km su xətti[11] və bütün oxşar quruculuq işləri və apardığı islahatlara görə 1981-ci ildə Azərbaycan KP MK-nin birinci katibi H. Əliyev və Sovet İttifaqı KP MK-nin birinci katibi L. İ. Brejnev tərəfindən Lenin ordeninə və Sosialist Əməyi Qəhrəmanı adına layiq görülür.

1975-ci ildə Azərbaycan KP Xanlar RK-nın birinci katibi olan vaxt 343 nömrəli Qızılca seçki dairəsindən Azərbaycan SSR Ali Sovetinin IX çağırış deputatı seçilib. Mədəniyyət komissiyasınınü üzvü olub.[12][13]

1987-ci ildə Aqrar Sənaye komitəsində sədr müavini. Sonra Qaçqınlar komitəsinin sədri, Taxıl Məhsulları Dövlət Şirkətinin prezidenti, Baş Nazirin müavini işləyəndən sonra da Baş Naziri əvəz edib.

31 iyul 1992-ci il tarixində keçirilən Azərbaycan Kəndli Partiyasının təsis qurultayında partiyanın sədri seçilmişdir.[14]

4 övladı, 8 nəvəsi olub.

7 iyul 2018-ci ildə vəfat edib.[15]

  1. "Azərbaycan Respublikasının Nazirlər Kabineti haqqında". 2022-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-07.
  2. "F. R. Mustafayevin Azərbaycan Respublikası Baş nazirinin səlahiyyətlərini icra etməkdən azad olunması haqqında". 2022-03-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-07.
  3. "Azərbaycan Respublikası Baş nazirinin birinci müavinlərinin və müavinlərinin təyin edilməsinə razılıq verilməsi haqqında". 2022-03-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-07.
  4. "F. R. Mustafayevin Azərbaycan Respublikası Baş nazirinin birinci müavini vəzifəsindən azad edilməsi haqqında". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-07.
  5. "Azərbaycan Respublikası "Azərquşsənaye" Dövlət Şirkətinin yaradılması haqqında". 2021-01-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-07.
  6. "F. R. Mustafayevin Azərbaycan Respublikası Taxıl Məhsulları Dövlət Şirkətinin prezidenti təyin edilməsi haqqında". 2022-03-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-07.
  7. "F. R. Mustafayevin Azərbaycan Respublikasının Taxıl Məhsulları Dövlət Şirkətinin prezidenti vəzifəsindən azad edilməsi haqqında". 2021-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-07.
  8. "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında". 2020-01-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-07-07.
  9. Səlim Əzimov, "Ağdam çörək muzeyi:dünəni, bu günü və sabahı" Arxivləşdirilib 2022-03-28 at the Wayback Machine, Təzadlar.- 2011.- 13 dekabr.- S.7.
  10. "Heydər Əliyevin tapşırığı ilə məni direktor qoydular!". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-07.
  11. "Mərkəz.- 2010.- 29 oktyabr.- S. 10–11". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-07.
  12. Азәрбајҹан ССР Али Советинин депутатлары. Доггузунҹу чағырыш (aze-ru). Бакы: Азәрнәшр. 1976.
  13. Итоги выборов и состав депутатов Верховного Совета Азербайджанской ССР, Верховного Совета Нахичеванской АССР девятого созыва, местных Советов народных депутатов Азербайджанской ССР 1975 г (rus). Баку: Азернешр. 1976.
  14. Мустафајев Фејруз Рәҹәб оғлу // Азәрбајҹанда ким кимдир? (Сорғу-мәлумат китабы). Тәртибчи-мүәллифләр: Тејмур Әһмәдов, Тарыјел Ҹаһанҝир. Бакы: "Азәрбајҹан Енсиклопедијасы" НПБ. 1999. С. 362. ISBN 5-89600-253-x.
  15. "Azərbaycanın sabiq baş naziri vəfat etdi". 2018-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-07.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]