Barbados bayrağı
Barbados bayrağı | |
---|---|
Təfərrüatlar | |
İstifadəsi | Milli bayraq və mülki dəniz bayrağı |
Proporsiya | 2:3 |
Vikianbarda əlaqəli mediafayllar |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Barbados bayrağı — Barbadosda işlədilən rəsmi dövlət bayrağı 30 noyabr 1966-cı ildə ölkənin Müstəqillik Günündə qəbul edilmişdir. Bayraqdakı sol tərəfdəki göy rəng göy üzünü, sağ tərəfdəki göy rəng isə okeanı təmsil edir. Qızılı rəng isə ölkənin şəriət ölkəsi olduğunu göstərir. Mərkəzdəki çəngəl isə ölkənin İngilis əsarətindən xilas olduğunu göstərir.
Barbadosun milli bayrağı 1966-cı ildə təsdiqlənmişdir. Bayraq 3 bərabər şaquli hissəyə bölünmüş düzbucaqlı parçadan təşkil olunmuşdur. Bayrağın mərkəzində üçbaşlı əsa şəkli həkk olunub.
Barbadosun milli bayrağını əhali arasında keçirilmiş konkursdan sonra Karl Brudhaqen, Qrantley Preskod və Advena Kendall düzəldiblər. Rəsm müəllimi olan Qrantley Preskodun yazdığına görə, mavi rəng dənizin, sarı rəng isə adanı əhatə edən qızılı qumun rəmzidir.
Üçbaşlı əsa isə Barbadosun demokratik hökumətinin 3 prinsipini özündə cəmləşdirir: xalqdan, xalqla, xalq üçün. Üçbaşlı əsanın tutacaq yerinin olmaması Barbadosun artıq koloniya dövləti olmadığına işarədir. Həmçinin o, dəniz tanrısı, Neptunun rəmzi olmaqla yanaşı, Barbados üçün dənizin əhəmiyyətinin vacib olduğunu əks etdirir. Bayrağın parametrləri 3:2 nisbətindədir.