Abxaziya bayrağı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Abxaziya bayrağı
Digər versiyaları
Abxaziya Prezidentinin emblemiAbxaziya Prezidentinin emblemi
Donanma bayrağıDonanma bayrağı
Təfərrüatlar
İstifadə edən(lər)  Abxaziya
İstifadəsi Milli bayraqdəniz bayrağı
Qəbul edilib 23 iyul 1992
Proporsiya 1:2
Dizayn Yaşıl və ağ rəngli yeddi üfüqi zolaq; kantonda qırmızı sahə üzərində yeddi beşguşəli ulduzdan ibarət yarımdairənin altında ağ açıq əl.
Dizayner Valeri Qamqiya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Abxaziya bayrağı — Bəzi dövlətlər tərəfindən tanınan Abxaziya respublikasının rəsmi dövlət bayrağı.

1991-ci ildə V. Qamqiya tərəfindən hazırlanmış bayraq dörd ədəd yaşıl və üç ədəd ağ paralel zolağın ardıcıl yerləşməsindən ibarətdir. Sol üst küncdə üç cizgi uzunluğunda qırmızı fonda dördbucaq vardır. Dördbucağın içində sağ əlin içi və əlin üstündə yarımdairə şəklində dayanan 7 ədəd 5 guşəli ulduz təsvir olunmuşdur. Bayraqdakı əl dost üçün "Xoş gəldin", düşmən üçün isə "yol yoxdur" mənasını daşıyır. Bayraqdakı 7 ulduz isə Abxaziyanın 7 tarixi bölgəsi olan Abyuva, Bzıp, GQma, Psı-Aybga, Dal-Tzabal, Sadz və Samırzakanı təmsil edir. Bu yeddi bölgə daha sonra 7 şəhərə çevrilmişdir. (Suxuma, Gudauta, Qaqra, Afon, Qal, Oçamçira və Tkuarçal) Yaşıl və ağ zolaqlar isə uyğun olaraq islamı və xristianlığı bildirir.

Açıq əl XIV əsrdə Abxaziya Krallığının simvolu olmuşdur. Üzərində bu cür əl olan bayraq Sebastopolsda istifadə olunmuşdur. Açıq əl abxazların əsas simvoludur.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]