Yaşayış məntəqəsi
Yer kürəsindəki yaşayış məntəqələri təxminən 1 mln.kv.km sahəni əhatə edir (bu, təxminən müasir Misirin ərazisinə bərabərdir). Yaşayış məntəqələrinin yaranmasına və onların sonrakı inkişafına ilk növbədə coğrafi mühit təsir göstərir. Məhz elə bu səbəbdən yaşayış məntəqələri bir-birindən fərqlənir.
Yaşayış məntəqələrinin əsas tipləri bunlardır: meqapolis, konurbasiya, aqlomerasiya, şəhər, şəhər tipli qəsəbə və kənd. Qədim zamanlarda insanlar heyvandarlıqla məşğul olduqları üçün əsaən köçəri həyat keçirirdilər. Əkinçiliyin inkişafı və bununla bağlı yaşayış məntəqələrinin yaranması ərəzilərin mənimsənilməsində yeni bir mərhələ oldu. Bununla belə, dünyanın ayrı-ayrı yerlərində bu günə kimi də bəzi qəbilələr köçəri həyat sürür, komalarda, çadırlarda, dəyələrdə yaşayırlar; məsələn, Saxara səhrasında və Ərəbistan yarımadasında yaşayan bədəvi ərəblər, Şərqi Afrikada yaşayan masailər kimi.
Kənd yaşayış məntəqələrinin əhalisinin artması və bu səbəbdən də ərazilərin genişlənməsi onların daha yüksək pilləyə qalxmalarına. Yeni mahiyyət kəsb etmələrinə səbəb olur. Məhz beləliklə də şəhərlər və alqomerasiyalar yaranır. Tarix boyu getdikcə şəhərlərin yeni-yeni fərqləndirici meydana çıxır. Məsələn, orada sənayesürətlə inkişaf edir.
Şəhərlərin yaranması və inkişafı onların coğrafi mövqeyindən, nəqliyyat şəbəkələrinin səviyyəsindən və ətraf ərazilərdəki təbii sərvətlərin mənimsənilməsindən də xeyli dərəcədə aslıdır. Məhz elə bu səbəbdəndir ki, bəzi şəhərlər yüksək templə inkişaf edir, digərləri isə əksinə, kabus şəhərlərə çevrilirlər. Məsələn, XIX əsrin ikinci yarısında ABŞ-nin cənub-qərb sahilində (Kaliforniyada) "qızıl" dövründə çoxlu qəsəblər və şəhərlər yaradılmışdı. Lakin sonradan, qızıl ehtiyatları tükəndikdə həmin şəhərlər tamamilə kimsəsizləşmişlər. Bu cür kəndlər və şəhərlər Rusiyada vardır. Rusiyanın Mərkəzi Qaratorpaq hissəsindəki bir çox kəndləri əhali tərk etmişdir. Rusiyada Baykal-Amur magistralının keçdiyi zolaqda bir zamanlar salınmış şəhərlər də indi kabus-şəhərlərə çevrilmişlər. Ümumiyyətlə, dünyada çox az adam tapılar ki, kəskin iqlim şəraitində yaşamaq istəsin.
Ölkənin bu və ya başqa regionunda şəhərlərin inkişafı və onların sayının artması urbanizasiya adlanır. Urabnizasiyanın səviyyəsi hər bir ölkədə şəhər əhalisinin xüsusi çəkisi ilə müəyyən olunur. Avropa ölkələrinin əksəriyyətində bu göstərici çox yüksəkdir, belə ki, əhalinin təxminən 75-85%-i şəhərdə yaşayır.
Aqlomerasiyanın müsübət cəhətləriylə yanaşı, mənfi cəhətləri də vardır. Bunlardan ən əsası sosial və ekoloji gərginlikdir. Böyük "milyonçu" şəhərlərdə (əhalisi milyondan çox olan şəhərlərdə) mənzil çatışmazlı üzündən, adətən, şəhər ətarafı zonalarda bir-birinin ardınca çoxsaylı qanunsuz tikililər peyda olur. Özü də bu, demək olar ki, bütün iri şəhərlər üçün səciyyəvidir. Roma şəhərində də vəziyyət eynən belədir. Əhalisi sürətlə artan şəhərlərdə vəziyyət daha mürəkkəbdir. Məsələn, Honkonqda əhalinin bir hissəsi sahildə lövbər salmış qayıqlarda yaşayır, Qanq çayının deltasındakı adada isə insanlar qamışdan tikilmiş evlərdə məskunlaşmışlar.
Urabanizasiya prosesinin yüksək sürətlə getdidyi ərazilərdə alqomerasiyaların sayının artması növbəti mərhələdə konurbasiyaların yaranmasına səbəb olur. Konurqrasiya iki alqomerasiyanın ərazi baxımından birləşməsi deməkdir. Məsələn, Hollandiyada Haaqa ilə Rotterdam,Almaniyada Duysburqla essen şəhərləri və başqaları bu qaydada birləşərək konurbasiyalar əmələ gəilmişlər.
Konurbasiyalar da öz növbəsində inkişaf edərək meqaploislər yaradırlar. Meqapolislər bir neçə konurbasiyanın ərazicə birləşməsidir. Ümumiyyətlə, XXI əsrə doğru bütün dünyada gedən insanlar yerdəyişmə prosesi, kənd yaşayış məntəqələrindən şəhərlərə axın gələcəkdə qitələrin hamısında nəhəng meqaploislərin əmələ gələcəyi ehtimalını artırır.
Əhalinin günü-gündən artması, yaşayış üçün yararlı ərəzinin isə az olması yapon alimlərini dəniz altında şəhər salmaq üçün misli görünməmiş layihələr hazırlamağa sövq etmişdir.