Xassə (fəlsəfə)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Xassə — predmetin digər predmetlərdən fərqini və ya oxşarlığını şərtləndirən və onlarla qarşılıqlı təsirdə təzahür edən tərəfi (məsələn, sahə, elastiklik, rəng, elektrikkeçirmə və s.). Hər bir xassə nisbidir. Ağaca münasibətdə dəmir möhkəmdir, almaza münasibətdə yumşaqdır. Hər bir ayrıca şeyin müxtəlif xassələri vardır. Həmin xassələrin vəhdəti keyfiyyəti təşkil edir (keyfiyyətkəmiyyət). Bütün predmetlərə xas olan və ya materiyanın öz təbiəti bağlı xassələr ümumi (atributiv) xassələr adlanır. Xassələr səciyyəvi və ümumi, başlıca və qeyri başlıca, zəruri və təsadüfi, mühüm və qeyri-mühüm, xarici və daxili, bir araya sığışan və ya bir araya sığışmayan, ayrılan və ayrılmaz, təbii və süni və s.olur. Materializmə görə şeylərin bütün xassələri şeylərin özünə məxsusdur, yəni obyektivdir. Predmetmetlərin ayrı-ayrı xassələrinin öyrənilməsi onların keyfiyyətlərinin dərk edilməsi pilləsidir.