Troyka (at qoşqusu)
Troyka (at qoşqusu)
Troyka, köhnə rus at qoşqusudur. Troyka uzaq məsafəni sürətlə qət etmək üçün hazırlanmışdır. Bu, dünyada fərqli qaçışlara malik atların bağlandığı yeganə qoşqudur. Kök atı - mərkəzi at - sürətli, dəqiq yorğa qaçışla getməlidir, bağlanan atlar - yan tərəfdəki atlar - dördayaq qaçışla qaçmalıdır. Bu zaman sürət yüksələrək 45-50 km/saata çatır. Troykanın mexanizmi ondan ibarətdir ki, mərkəzdəki geniş, yorğa qaçışla qaçan atı, yandakı ona bərkidilmiş dördayaq qaçışla qaçan atlar sanki öz üzərində daşıyırlar. Bu, hər üç atın daha az yorulmasına, lakin yüksək sürəti saxlamasına imkan verir.
Tarixi
[redaktə | mənbəni redaktə et]Rus tarixi boyunca, demək olar ki, "Çar" dan, yəni imperatordan, Sibirdəki kəndlilərə qədər hər kəs troykadan istifadə edirdi və onun hazırlandığı ağacın növü, bəzəyinin çoxluğu sahibinin maliyyə gücünü göstərirdi. Çar, qoşquları daş-qaşlarla, taxta hissəsi qızıl naxışlarla bəzədilmiş troykalarda gəzərkən, zadəganlar və varlılar nisbətən ucuz daşlarla bəzədilmiş troykalardan istifadə edirdilər və sadə insanların troykası son dərəcə adi olardı. Üstəlik yol getməyə yararsız olar, təkərlər kirşə ilə əvəz edilənədək işləyərdi[1].
Troyka meydana gəlişi və indiki adını alması təxminən 200 il əvvələ aiddir. O vaxt ki, qaydalara görə, poçt arabalarında sərnişin daşınarkən, yalnız üç nəfər olarsa üç at bağlamaq olardı. İki və ya bir nəfər olanda bir cüt atla getməli idilər. Zənglərin və zınqırovların yalnız vacib dövlət göndərişləri daşıyan poçt troykalarına və kuryerlərə asılmasına icazə verilirdi. Çar dövründə, vacib bəylərdən başqa, troykalardan poçt işçiləri, yanğınsöndürənlər və uzun müddət yüksək sürətə ehtiyacı olan hər kəs istifadə edə bilərdi. Troyka çox vaxt toylarda və digər bayram şənliklərində də istifadə olunurdu.
Troyka üçün adi at, orta boylu və çirkin, lakin çox dayanıqlı Vyatka atları idi. Zəngin insanlar troyka üçün görkəmli və iri Arlov atları alırdılar. Atların dəstə halında seçilmiş, mərkəzdəki atın isə yan tərəfdəki atlardan nəzərə çarpan dərəcədə iri və görkəmli olduğu troyka ən yaxşı troyka sayılırdı.
1840-cı illərdən Moskva Hipodromunda troyka yarışlar təşkil olunmağa başlandı. Avropada troykanı ilk dəfə 1911-ci ildə - Londonda Dünya Sərgisində gördülər. İmperator mükafatının qalibi Xrenovsk damazlıq at fabrikində doğulan Orlov yorğa atı Ratnik Turetski[2], ona bağlanan atlar isə Striletsk minik atları idi[3]. O əfsanəvi troykanı əks etdirən rəsm hazırda Moskvadakı Timiryazev akademiyasının atçılıq muzeyindədir.
Troyka və atlar
[redaktə | mənbəni redaktə et]Troyka hər cür hava şəraitində istifadə üçün hazırlanmışdır və xüsusən də Sibirin uzun və qarlı qış ayları üçün ondan daha uyğun bir vasitə yoxdur. Qış troykasında oturacaq hissənin altında uzun və yüksək kirşələr var. Qar mövsümü bitdikdə bu kirşələr böyük diametrli təkərlərlə əvəz olunur.
Arabanı çəkən üç at arasında ortada olan at ən vacib funksiyanı yerinə yetirir. Sürücü troykanı dörd cilov ilə idarə edir. Cilovların ikisi ortadakı, digər ikisi yandakı atlar üçündür. Qoşqularda cilovlardan başqa çoxlu dəri olur və ruslar bu dərilərin hər birinin fərqli istifadəyə malik olduğunu söyləyirlər. Sürücünün yanındakı zəng səsi uzaq məsafələrə ötürə bilən metaldan hazırlanırdır.
Ən yaxşı troyka atları Orlov cinsinə aiddir. Ortaya qoyulacaq at üç yarımdan dörd yaşa qədər, yandakı atlar iki yarımdan üç yaşa qədər öyrədilir və təlimi başa çatdıqdan sonra orta hesabla on il xidmət edir[4].
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Troyka, üç atlı arabadır". 2021-09-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-02.
- ↑ Самый престижный приз в Царские времена, разыгрывался на Петербургском ипподроме
- ↑ сейчас этой породы не существует, но на её основе была выведена терская порода
- ↑ "Troyka, üç atlı arabadır". 2021-09-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-02.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]At troykasında merkez. "Rus troykası".
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Ливанова Т. К. Лошади. М.: АСТ. 2001. ISBN 5-17-005955-8.
- Программа Центрального Московского ипподрома за 4 июня 2006 г.
- Ганулич А.К. «Слышен звон бубенцов издалека…». М.: Советская Россия. 1990.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Праздник русской тройки // Культура в Вологодской области, 25 января 2018 года.