Roma
Roma | |
---|---|
Roma | |
41°53′35″ şm. e. 12°28′58″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | təq. 21 aprel e.ə. 753 |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 21 m |
İqlimi | Aralıq dənizi zonası |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +39 06 |
Poçt indeksi | 00118–00199 |
Nəqliyyat kodu | RM |
Digər | |
comune.roma.it | |
Vikianbarda əlaqəli mediafayllar |
Roma (it./lat. Roma) — İtaliyanın paytaxtı, eyni zamanda Roma əyalətinin və Latsio regionunun inzibati mərkəzi.
2,8 milyon nəfər əhalisi olan şəhər Tibr çayı üzərində yerləşir. Roma İmperiyasının paytaxtı olmuş Roma Avropanın ən qədim şəhərlərindən olub çox vaxt "əbədi şəhər", yaxud yeddi təpə üzərində yerləşdiyindən "yeddi təpə şəhəri" adlandırılır.
Tarixi
[redaktə | mənbəni redaktə et]Rəvayətə görə e.ə. 21 aprel 753-cü ildə Romul tərəfindən bünövrəsi qoyulmuşdur. Qədim Roma səlnaməçisi Liviusa görə hər şey latınların paytaxtı Alba Lonqanın hakimi Numitorun qardaşı Amuli tərəfindən devrilməsindən başlanmışdır. Qisasdan ehtiyat edən Amuli Numitorun qızı Rea Silvianın və Marsın oğulları Romul və Remi toxunma səbətə qoyaraq Tibr çayına atır. Xoşbəxtlikdən çayın sahilinə yan almış səbəti bir canavar taparaq əkizləri əmizdirir. Bir qədər sonra çoban Faustul canavarın əmizdirdiyi əkizləri aşkar edərək övladlığa götürüb böyüdür. Sonralar Mars əkizləri tapır. Əhvalatı bildikdən sonra Alba Lonqaya qayıdan əkizlər Amulini öldürüb Numitoru yenidən hakim edirlər. Mars onlara bir şəhər tikməyi tapşırır. Şəhər tikildikdən sonra ad qoymaqda və kimin hakim olacağını müəyyən etməkdə çətinlik çəkirlər. Rem şəhərin Rema, Romul isə Roma adlandırılmasını istəyir. Qarşıdurmada Romul Remi öldürür və şəhərin hakimi olur. Digər bir mənbəyə görə Roma sözü yunan mənşəli Ρώμη (Rome) sözündən olub "hünər, qoçaqlıq" mənasını daşıyır.
Coğrafiyası
[redaktə | mənbəni redaktə et]Roma Aralıq dənizindən 26 km aralıda, Apennin dağ silsiləsinin dənizə enən vulkanik mənşəli (sönmüş Alban vulkanına aid) yamacında Tibr çayının sol sahilində yerləşmişdir. Şərqdən Abruzzen və şimaldan Sabin dağları ilə əhatələnmişdir. Şəhər əsasən mərkəzi Palatin olan təpələr üzərində formalaşmışdır. Şəhərin ümumi sahəsi 1285 km², tarixi hissənin sahəsi cəmi 143 km²-dir.
Təpələrin adları
[redaktə | mənbəni redaktə et]- Palatin (Palatinus, Tibr səviyyəsindən 43 m hündürlükdə)
- Aventin (Palatinus, 39 m)
- Kapitoli (Capitolinus, 43 m)
- Kvirinal (Quirinalis, 48 m)
- Viminale (Viminalis, 48 m)
- Eskvilin (Esquilinus (Cispius, 46 m və Oppius, 79 m))
- Çelio (Caelius, 48 m)
İqlimi
[redaktə | mənbəni redaktə et]
Romanın iqlim cədvəli
Mənbə: Romanın iqlimi
|
Tarixi
[redaktə | mənbəni redaktə et]E.ə. I minilliyin əvvəllərində Apennin yarımadasında yaşayan müxtəlif tayfa və xalqlar içərisində ən inkişaf etmiş xalq etrusklar idi. Etruskların azad şəhərləri və on min yazı işarəsi vardı. Apennin yarımadasının mərkəzindəki Latsio vilayətində yaşayan latınların dili ümumi dilə çevrilmişdi. E.ə. 753-cü ildə Tibr çayının 25 kilometrliyində Roma şəhəri salındı. Romanın ən qədim sakinləri özlərini patrisilər adlandırırdılar.
Roma "Əbədi qızıl şəhər" də adlandırılır. Burada isti və soyuq hovuzları olan termlər (hamamlar) tikilmiş, Romanın ətrafında dəniz döyüşü tamaşası üçün göl yaradılmışdı. Romanın Kapitoli təpəsində sığınacaq məqsədilə qala tikilmişdi. Şəhərin bazar meydanı — forumun yaxınlığındakı Palatin təpəsində saraylar ucaldılmışdı. Romanın ən əzəmətli abidələrindən biri Kolizey amfiteatrı idi.
Çarlıq və Respublika dövrü
[redaktə | mənbəni redaktə et]Romuldan sonra çar Tit Livi Nurna Pompili təyin olunur. E.ə. 509-cu ildə çar Tarkvini Superb devrildikdən sonra Roma respublika elan olunur. E.ə. 390-cı ildə keltlərin hücumuna məruz qalan şəhəri qorumaq üçün Servian qala divarları tikilir. E.ə. 312-ci ildə şəhərə su kəməri — Via Appia çəkilir.
Xalq tribununun yaradıcıları Tiberi və Qay Semproni Qraç öldürüldükdən sonra stabillik pozulur və vətəndaş müharibəsi son həddinə çatır. Məhz bu zaman hakimiyyətə gələn Qay Yuli Sezar özünü diktator elan edərək bir çox islahatlar aparır. Bu vaxtdan Yuli Forumunun tikintisinə başlanılır ki, bu da Romanın ərazisinin genişlənməsinə səbəb olur. E.ə. 44-cü illdə Yuli Sezar sui-qəsd nəticəsində öldürülür.
İmperiya dövrü
[redaktə | mənbəni redaktə et]E.ə. I əsrdə artıq milyonluq şəhər Roma İmperiyasının paytaxtına çevrilir. Flavi sülaləsinin zamanında (eramızın 69–96-cı illərində) yeni-yeni suvarma sistemləri, yol şəbəkələri və digər infrastrukturlar yaradılır. Bundan başqa Panteon və digər məbədlər də tikilmişdir. Kolizeyin tikintisinə məhz bu illərdə başlanılmış və II əsrin əvvəllərində Trayanın zamanında tamamlanmışdır. Avrelian qala divarları tikilir. Roma İmperiyasının intibahı məhz bu illərə təsadüf edir.
Orta əsrlər
[redaktə | mənbəni redaktə et]Orta əsrlərə Roma süqut etmiş imperiyanın xarabalıqları kimi gəlib çatmışdır. Belə ki, german və slavyan tayfalarının aramsız dağıdıcı hücumlarına tab gətirməyən imperiya süqut edir. Şəhər istila olunur. Təkcə Roma papasının iqamətgahı bu talanlardan kənarda qalır.
- Qot kralı Alarix 410-cu ildə şəhərə sahib olur.
- 455-ci ildə barbarlar Romanı yenidən işğal edirlər.
- 476-cı ildə german Odoakr və sonuncu imperator Romul Avqustul arasındakı sülhə görə Roma qərb torpaqları üzərinəki hakimiyyətini itirir.
- 800-cü ildə Böyük Karlın və Papa III Leonun zamanında Roma öz nüfuzunu bərpa etməyə başlayır.
- 843–849-cu illərdə müsəlman ərəblərin müvvəffəqiyyətsiz hücumlarına məruz qalır.
- 1418-ci ildə kilsə parçalanması (sxizma) nəticəsində Papa geri dönərək Vatikanı özünün qərargahı elan edir.
Yeni Roma
[redaktə | mənbəni redaktə et]1861-ci ildə İtaliya Venesiyanın və kilsə dövləti Vatikanın qəbulundan sonra başda kral Viktor II Emmanuel olmaqla qeyri-məhdud monarxiyaya çevrilir. 26 yanvar 1870-ci ildə kral qoşunları Romaya daxil olur və şəhər birləşmiş İtaliyanın paytaxtı elan edilir. 1922-ci ildə faşistlər hakimiyyətə gəlir və kral tərəfindən Benito Mussolini baş nazir təyin edilir.
Mussolininin zamanında kilsə dövlət ziddiyyətləri kəskinləşir və 1929-cu ildə kilsə dövləti Vatikan öz müstəqilliyini elan edir.
İkinci dünya müharibəsindən sonra 1946-cı ildə kral ölkəni tərk edir və İtaliya Respublikası elan edilir.
1960-cı ildə Romada XVII Yay Olimpiya oyunları və I Paralimpiya oyunları keçirilmişdir.
Əhali
[redaktə | mənbəni redaktə et]Texniki problemlərə görə qrafiklər müvəqqəti olaraq söndürülüb. |
|
E.ə. 800-cü ildə Romanın əhalisi kiçik ətraf kəndlərlə birlikdə 1000 nəfərə qədər olmuşdur. İnkişaf edən şəhər sonrakı əsrlərdə meqapolisə çevrilərək əhalisinin sayı 1 milyona çatmışdır. IV əsrdə paytaxt funksiyasının Konstantinopola keçməsi və V əsrdə Şərqi Roma imperiyasının ayrılması əhalinin 100 000 nəfərədək azalmasına səbəb olur. XX əsrdən etibarən Roma yenidən milyonçu şəhərə çevrilir. Hal-hazırda əhali ətraf rayonlarla birgə 2,7 milyon, qeyri-rəsmi məlumatlara görə isə 3 milyondur. Əhalinin 8,4%-ni əcnəbilər təşkil edir.
İnzibati bölgü
[redaktə | mənbəni redaktə et]İmperator Avqusta qədər Roma 4 dairədən ibarət olmuş, onun dövründə isə məhəllələrdən ibarət 14 dairəyə bölünmüşdür.
VII əsrdə 7 dairədən ibarət olmuşdur. Hal-hazırkı Roma 22 inzibati ərazidən ibarətdir.
- 1. Monti
- 2. Trevi
- 3. Colonna
- 4. Campo Marzio
- 5. Ponte
- 6. Parione
- 7. Regola
- 8. Sant'Eustachio
- 9. Pigna
- 10. Campitelli
- 11. Sant'Angelo
- 12. Ripa
- 13. Trastevere
- 14. Borgo
- 15. Esquilino
- 16. Ludovisi
- 17. Sallustiano
- 18. Castro Pretorio
- 19. Celio
- 20. Testaccio
- 21. San Saba
- 22. Prati
Siyasət
[redaktə | mənbəni redaktə et]Covanni Alemanno 28 aprel 2008-ci ildə 53,7% səslə əvvəlki bələdiyyə başçısı Françesko Rutellini üstələyərək Romanın bələdiyyə başçısı seçilmişdir. Kapitolidə yerləşən şəhər bələdiyyəsi 60 nəfərlik icma məclisindən və 15 nəfərlik şəhər məclisindən ibarətdir.
- 1993–2001 Françesko Rutelli, (Bu gün PD)
- 2001–2008 Valter Feltroni, (DS, 2007-ci ildən PD)
- 2008-ci ildən Covanni Alemanno, (PdL)
İqtisadiyyat
[redaktə | mənbəni redaktə et]İkinci dünya müharibəsi sona çatdıqdan sonra İtalyanın ən dinamik inkişaf yolu keçmiş şəhəridir. Maşınqayırma, metallurgiya, yüngül, yeyinti, kimya, kağız sənayelərindən və turizmdən ibarət çox şaxəli iqtisadiyyata malikdir. İqlimi və gözəl monumental memarlığı şəhəri kino sənayesinin mərkəzlərindən birinə çevirmişdir. İtaliya üzrə istehsal olunan məhsulun 5%-i Romanın payına düşür. İşsizlik 7,5% təşkil edir.
Nəqliyyat
[redaktə | mənbəni redaktə et]Hava limanı
[redaktə | mənbəni redaktə et]Leonardo da Vinçi və ya Fyumiçino beynəlxalq hava limanı (it. L'aeroporto di Roma Fiumicino) şəhər mərkəzindən 34 km aralıda yerləşir, 5 terminala malikdir.
- A. — daxili reyslər
- AA. — çarter reyslər
- B. — xarici (Şengen ölkələri)
- C. — xarici reyslər
- 5. — xarici həssas reyslər (ABŞ və s.)
Termini vağzalı
[redaktə | mənbəni redaktə et]1867-ci ildən fəaliyyətdədir. Yenidən qurulmuş metal konstruksiyalı qəbul zalının uzunluğu 128 m eni 32 m-dir. Əsasən, İtalyanın şimal əyalətləri, Paris və Vyana istiqamətlərində xətlərə malikdir. Eyni adlı metro dayanacağına və avtovağzala keçidi var.
İctimai nəqliyyat
[redaktə | mənbəni redaktə et]Metro
[redaktə | mənbəni redaktə et]Digər Avropa metroları kimi Roma metrosu da ən rahat ictimai nəqliyyat sayılır. İki — A və B xətlərindən ibarətdir. Birdəfəlik bilet 1 avro, gündəlik 4 avro, həftəlik isə 16 avrodur.
A (qırmızı) xətti 1980-ci ildə istifadəyə verilmiş, şərqi Roma — "Battistini"dən başlayıb Vatikandan keçməklə dəmir yol vağzalı — Termini və Romanın cənub şərqinə qədər davam edir. Xətt 18,4 km uzunluğa və 27 dayanacağa malikdir.
B (göy) xətti, 9 fevral 1955-ci ildə istifadəyə verilmiş, cənubi Roma — "Laurentina"dan başlayıb "Ponte Mammolo"dan (avtobus terminalı) keçməklə şimal-şərqə qədər davam edir. Xətt 18,2 km uzunluğa və 22 dayanacağa malikdir.
C (2015) və D (2019) xətləri tikilməkdədir.
Avtobus
[redaktə | mənbəni redaktə et]Çox inkişaf etmiş şəbəkəyə malikdir. Adi günlər 10–20 dəqiqə bazar günləri 20–40 dəqiqəlik intervallarla işləyir.
Tramvay
[redaktə | mənbəni redaktə et]Roma tramvayı 2 avqust 1877-ci ildən fəaliyyət göstərir. Yolunun uzunluğu 51,31 km olub, 6 xəttə malikdir. Ən əsas xəttlər "3" ("Trastvere" — "S. Paolo" — "Colosseum" — "Lateran" — "S. Lorenzo" — "Villa Borgeze") və "8"-dir. ("Trastevere" — "Torre Argentino").
Təhsil
[redaktə | mənbəni redaktə et]Şəhərdə yerləşən ən böyük təhsil müəssisəsi əsası 1303-cü ildə qoyulan Roma Sapienza Universitetidir.
Universitetlər
[redaktə | mənbəni redaktə et]Görməli yerləri
[redaktə | mənbəni redaktə et]- Trevi fəvvarəsi (it. Fontana di Trevi) — Romanın ən iri və gözəl fəvvarəsidir, hündürlüyü 25,9 m, eni 19,8 m-dir.
Barokko üslublu bu fəvvarə 1732–1762-ci illərdə memar Nikolay Salvi tərəfindən inşa edilmişdir.
- Navona meydanı (it. Piazza Navona) şəhərin Parone hissəsində yerləşmiş barokko üslublu çox xarakterik bir meydandır.
- Borgeze qalereyası 1590–1610-cu illərdə papa V Pavelin (Borgeze) şərəfinə memar Lunqi və Flaminqo Ponçio tərəfindən inşa edilmiş 100 qranit sütundan ibarət villadır. Burada Antonello da Messina, Bronzino Karavacco, Leonardo da Vinçi, Rafael, Qvido Reni, Rubens, Antonio Tempesta, Titsian və Veronezenin misli bərabəri olmayan sənət əsərləri sərgilənir.
- Həqiqətin ağzı (it. Bocca della verita) e.ə. IV əsrə aid Triton və ya Okean maskası təsvir olunmuş antik dairəvi mərmər üzlükdür. Həqiqət detektoru kimi tanınır: belə ki, yalançı əlini onun ağzına soxarsa, ilahi onu dişləyə bilər.
- Viktor monumenti — birləşmiş İtalyanın kralı Viktor II Emmanuilin şərəfinə ucaldılmışdır. Xüsusən Romanın ponaramını seyr etmək üçün gözəl terassa malikdir.
- Kolizey — (lat. Amphitheatrum Novum və ya Amphitheatrum Flavium) e.ə. 72–80-ci illərdə inşa edilmiş Romanın simvolu sayılan qədim amfiteatr.
-
Antik Romanın bazar meydanı
-
Bocca della verita
-
İspaniya pillələri
-
Trevi fəvvarəsi "Fontana di Trevi" 1995
Qardaşlaşmış şəhərlər
[redaktə | mənbəni redaktə et]- Paris, Fransa
- Açakaçi, Boliviya
- Əlcəzair, Əlcəzair
- Pekin, Çin
- Belqrad, Serbiya
- Brazilia, Braziliya
- Qahirə, Misir
- Kiyev, Ukrayna
- London, Böyük Britaniya
- Madrid, İspaniya
- Marbella, İspaniya
- Monreal, Kanada
- Nyu-York, ABŞ
- Plovdiv, Bolqarıstan
- Seul, Koreya Respublikası
- Sidney, Avstraliya
- Tirana, Albaniya
- Tokio, Yaponiya
- Tongern, Belçika
- Tunis, Tunis
- Multan, Pakistan
Mənbələr
[redaktə | mənbəni redaktə et]- Falk Spirallo Reiseführer Rom, Auflage 2007
- Rom, DuMont Reiseverlag, Auflage 2006
- Metro Roma Broschüre von Metropolitana di Roma S.p.a., Rom ca. 2007.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- http://www.worldweather.org/176/c00201.htm.
- Offizielle Internetseite der Metrobetreibergesellschaft Arxivləşdirilib 2003-10-30 at the Wayback Machine
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 ArchINFORM (alm.). 1994.
- ↑ Superficie di Comuni Province e Regioni italiane al 9 ottobre 2011. Italian National Institute of Statistics.
- ↑ 1 2 https://demo.istat.it/?l=it.
- ↑ http://www.demo.istat.it/bilmens2014gen/query.php?lingua=ita&Rip=S3&Reg=R12&Pro=P058&Com=91&submit=Tavola.
- ↑ Popolazione Residente al 1° Gennaio 2017. Italian National Institute of Statistics.
- ↑ Popolazione Residente al 1° Gennaio 2018. Italian National Institute of Statistics.