Mövlud Çavuşoğlu
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Mövlud Çavuşoğlu | |
---|---|
türk. Mevlüt Çavuşoğlu | |
Türkiyə Respublikasının xarici işlər naziri | |
29 avqust 2014 – 3 iyun 2023 | |
Baş nazir | Əhməd Davudoğlu Binəli Yıldırım |
Əvvəlki | Əhməd Davudoğlu |
Sonrakı | Hakan Fidan |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 5 fevral 1968[1][2] (56 yaş) |
Doğum yeri | |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
Dini | islam |
|
|
Təltifləri | |
mevlutcavusoglu.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Mövlud Çavuşoğlu (türk. Mevlüt Çavuşoğlu; 5 fevral 1968[1][2], Alanya, Antalya ili) — türk siyasətçi, diplomat və dövlət xadimi, Türkiyə Respublikasının xarici işlər naziri (2014-2023), Türkiyə Böyük Millət Məclisinin 22-28-ci çağırışlarının deputatı.
Erkən həyatı və təhsili
[redaktə | mənbəni redaktə et]Mövlud Çavuşoğlu 5 feral 1968-ci ildə Türkiyə Respublikasının Antalya ilinin Alanya şəhərində dünyaya gəlmişdir. Çavuşoğlu H. Əmin Paşa Özəl liseyini birinci sırada bitirmiş, 1988-ci ildə Ankara Universitetinin Siyasi elmlər fakültəsinin Beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr dərəcəsindən məzun olmuşdur.
1991-ci ildə ABŞ-nin Nyu-York ştatındakı Long-Aylend Universitetində İqtisadiyyat sahəsi üzrə magistratura təhsilini başa vurub. 1993-cü ildə isə Ankara Universiteti nəzdnindəki Avropa İttifaqı Elmi-tədqiqat Mərkəzində "Avropa Birliyi üzrə Ekspert Proqramı"nı tamamlamışdır. Həmin il Ankarada yerləşən Bilkənd Universitetinin Beynəlxalq Münasibətlər fakültəsində doktorantura programına başlamışdır. Jean Monnet təqaüd proqramı çərçivəsində 1993–1995 illərdə London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində doktorantura təhsilini davam etdirmişdir.
Siyasi fəaliyyəti
[redaktə | mənbəni redaktə et]Mövlud Çavuşoğlu Ədalət və İnkişaf Partiyasının qurucu üzvüdür. 22, 23 və 24-cü Çağırış Türkiyə Böyük Millət Məclisinə Antalyadan deputat seçilib.
2013-cü ilin yanvar-dekabr tarixlərində Ədalət və İnkişaf Partiyası Sədrinin Xarici işlərdən məsul katibi vəzifəsini icra etmişdir. 2013-cü ildə TBMM Türkiyə-ABŞ və Türkiyə-Yaponiya parlamentlərarası dostluq qrupu rəhbəri olmuşdur.
Diplomatik fəaliyyəti
[redaktə | mənbəni redaktə et]Avropa Parlamentində
[redaktə | mənbəni redaktə et]2003–2014 illərində Avropa Şurası Parlament Assambleyasının (AŞPA) vitse-prezidenti, Türk Heyəti Rəhbərliyi, Miqrasiya, Qaçqınlar və Əhali Komitəsi Rəhbərliyi, Miqrasiya Alt Komitəsi Rəhbərliyi, Turizm İnkişaf Alt Komitəsi Rəhbərliyi, Nəzarət Komitəsi, İqtisadi İşlər və İnkişaf Komitəsi, Hüquq və İnsan Haqqları Komitəsi, Siyasi İşlər və Demokratiya Komitəsi üzvlükləri kimi müxtəlif vəzifələri icra etmişdir.
2010–2012 illərində AŞPA rəhbərliyinə seçilmiş, bu vəzifəyə yüksələn ilk Türk parlament üzvü olmuşdur. 7 aprel 2014 tarixində AŞPA fəxri üzvü adını almışdır. 27 yanvar 2012 – 31 yanvar 2014 tarixləri arasında Venesiya Komissiyasında AŞPA-nı təmsil etmişdir.
2007–2010-cu illərdə Avropa Təhlükəsizlik və Müdafiə Assambleyası (Qərbi Avropa Birliyi Assambleyası) Türk Heyəti Rəhbərliyi vəzifəsini icra edib. 26 dekabr 2013 – 29 avqust 2014 tarixlərində Avropa Birliyi Naziri və Başmüzakirəçi olaraq fəaliyyət göstərib.
Xarici İşlər Nazirliyində
[redaktə | mənbəni redaktə et]29 avqust 2014 – 30 avqust 2015 tarixlərində 62. Türkiye Cumhuriyəti Hökumətinin Xarici İşlər Naziri olaraq fəaliyyətini davam etdirib.
Daha sonra, 64 və 65-ci Türkiyə Cumhuriyəti Hökumətinin Xarici İşlər Naziri olaraq yeniden təyin edilib.
9 iyul 2018də Türkiyə Cumhuriyəti Prezident İdarəetmə Sisteminin ilk Xarici İşlər Naziri olaraq təyin olunmuşdur. Hal-hazırda bu postda fəaliyyətini davam etdirir.
Təltif və Medallar
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Mevlüt Cavusoglu // Munzinger Personen (alm.).
- ↑ 1 2 Davos 2014 Participant List.
- ↑ 1 2 https://www.workwithdata.com/person/mevlut-cavusoglu-1968.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- 5 fevralda doğulanlar
- 1968-ci ildə doğulanlar
- Yaşayan insanlar
- Alanyada doğulanlar
- Ədalət və İnkişaf Partiyasının üzvləri
- Ankara Universiteti Siyasi elmlər fakültəsinin məzunları
- London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin məzunları
- Bilkent Universitetinin məzunları
- Ankara Universitetinin məzunları
- Azərbaycanın "Dostluq" ordeni ilə təltif edilənlər
- Ukraynanın II dərəcəli "Xidmətlərinə görə" ordeninin kavalerləri
- Ukraynanın III dərəcəli "Xidmətlərinə görə" ordeninin kavalerləri
- Polşa XİN-nin "Bene Merito" medalı ilə təltif olunanlar
- Əlifba sırasına görə vəzifəli şəxslər
- Türkiyə siyasətçiləri
- TBMM XXII çağırış deputatları
- TBMM XXIII çağırış deputatları
- TBMM XXIV çağırış deputatları
- TBMM XXVI çağırış deputatları
- TBMM XXVII çağırış deputatları
- TBMM XXVIII çağırış deputatları
- Türkiyənin xarici işlər nazirləri