Jakman ağəsməsi
Jakman ağəsməsi | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Jakman ağəsməsi |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
||||||||
|
Jakman ağəsməsi (lat. Clematis jackmanii) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin ağəsmə cinsinə aid bitki növü.
Təbii yayılması
[redaktə | vikimətni redaktə et]Avropada və Şimali Amerikada mədəni şəraitdə geniş yayılmışdır.
Botaniki təsviri
[redaktə | vikimətni redaktə et]Uzunluğu 3 m-dək olan oduncaqlı lianadır. Yarpaqları cüt olmayan-lələkvari, 3–5 yarpaqcıqlı, gövdənin yuxarı hissəsində çox vaxt sadədir; yarpaqcıqları yumurtavaridən enli-yumurtavariyədək, alt tərəfi əsasən zəif tükcüklüdür. Çiçək saplaqları nazik, mərkəzində 2 yarpaqvari çiçək altlıqlıdır. Çiçəklərin diametri 10–14 sm, əsasən 3 ədəd, enli açılmış, tünd bənövşəyi və ya təxminən çəhrayıdır. Kasayarpaqları əsasən 4 ədəd, əks-enliyumurtavari; erkəkcik saplaqları çox vaxt qısa və ya qeyri-bərabər uzunluqda, bəzən alt tərəfdə tükcüklüdür. Mayda — sentyabrda çiçəkləyir. Meyvələri uzun burunludur.
Ekologiyası
[redaktə | vikimətni redaktə et]İstiyə davamlıdır. Torpağa tələbkar deyil.
Azərbaycanda yayılması
[redaktə | vikimətni redaktə et]Respublikamızın bir çox rayonlarında həyətyanı sahələrdə mədəni şəraitdə becərilir.
İstifadəsi
[redaktə | vikimətni redaktə et]Sarmaşan bitki kimi canlı çəpərlərin salınmasında istifadə olunur. Tibbdə və yaşıllaşdırmada istifadəsi tövsiyə olunur.