Gürcüstan milli futbol komandası

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Gürcüstan milli futbol komandası
Emblem
Konfederasiya UEFA (Avropa)
Baş məşqçi Willy Sagnol
Stadion Boris Payçadze stadionu
FİFA Reytinqi 91 (12 avqust 2021)[1]
Ən yüksək nəticə  Gürcüstan 7-0  Ermənistan
Ən aşağı nəticə  Rumıniya 5-0  Gürcüstan
 Danimarka 6-1  Gürcüstan
FİFA kodu GEO
Uniforma
Ev
Səfər
İlk matç
 Gürcüstan 2:2  Litva

Gürcüstan milli futbol komandasıGürcüstanı beynəlxalq futbol turnirlrində təmsil edən milli futbol komandası. Gürcüstan Futbol Federasiyası tərəfindən rəhbərlik edilir. Gürcüstan milli komandası ilk oyununu 1990-cı ildə hələ SSRİ mövcud olarkən oynamışdı.

Gürcüstan futbolçuları müstəqilliyə qədər bütün oyunlarda SSRİ yığmasının tərkibində iştirak edirdilər. Gürcüstan yığmasının keçirdiyi ilk oyun Gürcüstan hələ SSRİ-nin tərkibində olarkən keçirilib. 1990-cı il mayın 27-də keçirilən oyunda Gürcüstan yığması Litva yığma komandası ilə 2:2 heç-heçə oynayıb. Bu oyun Gürcüstanın yığmasının 9 aprel 1991-ci ildə elan olunmuş Gürcüstanın müstəqilliyinə qədər keçirdiyi yeganə oyun olub. Gürcüstan Futbol Federasiyası 1992-ci ildə UEFAFİFA-nın üzvü olub.

17 illik tarixində Gürcüstan milli komandasının 5 əcnəbi baş məşqçisi — hollandiyalı Yohan Boskamp (1998-ci il), xorvatiyalı İvo Şuşak (2003-cü il), fransalı Alan Jiress (2004–2005-ci illər), almaniyalı Klaus Topmöller (2006–2008), argentinalı Ektor Kuper (2008–2009) olub. Ancaq nə onlar, nə də yerli məşqçilər böyük potensiala malik yığmanı dünya və qitə çempionatlarının heç pley-off oyunlarına çıxara biliblər[2]. 2009-cu ilin noyabr ayında komandanın baş məşqçisi vəzifəsinə Temuri Ketsbaya təyin olunub[3].

  1. "The FIFA/Coca-Cola World Ranking". FIFA (ingilis). 12 avqust 2021. İstifadə tarixi: 12 avqust 2021.
  2. "Duman, salamat qal, dağ, salamat qal!". 2020-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-11-03.
  3. "Gürcüstan yığması Ketsbayaya tapşırıldı". 2009-11-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-11-06.