Fontenblo edikti
Fontenblo edikti — IV Henrix tərəfindən 1598-ci ildə qəbul edilmiş və Hugenotlara din azadlığını təmin edən Nant ediktini ləğv etmək üçün XIV Lüdovikin 18 oktyabr 1685-ci il tarixli edikti.
Tarixi
[redaktə | mənbəni redaktə et]Nant ediktinə könülsüz tabe olan XIV Lüdovik dövründəki katolik ruhaniləri hər vasitə ilə onu məhv etməyə və ya əhəmiyyətini iflic etməyə çalışdılar. Dini təqiblər 1661-ci ildə başladı. Nant ediktinin 9-cu maddəsində 1596 və 1597-ci illərdə ibadət edildiyi yerlərdə ibadət etməyə icazə verildi. Bu əsasda katoliklər başqa yerlərdə protestant kilsələrini dağıtmağa başladılar. 2 aprel 1666-cı ildə Lui Nant edikti ilə tanınan azadlıq prinsipinin məhv edildiyi bir bəyannamə verdi. Nəhayət, 1685-ci il oktyabrın 18-də XIV Lüdovik Fontenbloda Nant ediktini ləğv edən fərman imzaladı. Bu sənəd kansler Letelye tərəfindən tərtib edilmişdir. Kral orada deyir ki, Nant fərmanı onun əcdadı tərəfindən Huqenotların lehinə onları katolik kilsəsinin bağrına qatmaq niyyəti ilə tərtib edilib, lakin təbəələrin ən yaxşı və çoxlu hissəsi katolikliyi qəbul etdiyi üçün, Nant fərmanı artıqlaması ilə çıxır.
Huqenotların son məbədlərini və onların məktəblərini dağıtmaq əmri verildi. VII maddədə deyilirdi: “Biz islah edilmiş dinin xeyrinə güzəştə bənzəyən hər hansı bir güzəşti qadağan edirik”. Nant ediktinin ləğvinin Fransa üçün nəticələri kədərli oldu: ticarət tənəzzülə uğradı, yüz minlərlə protestant Londona (30-dan çox Kalvinist kilsəsi dərhal orada meydana çıxdı), İsveç, Danimarka, Amerika və əksər ölkələrə, çoxu isə Hollandiyaya mühacirət etdilər.
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- O. Douen, «La Révocation de l’Édit de Nantes à Paris» (H., 1894);
- J. Bianquis, «La Révocation de l’Édit de Nantes а Rouen» (Руан, 1885);
- Vaillant, «La Révocation de l’Éd. de Nantes dans le Boulonnais»;
- R. Reuss, «Louis XIV et l’Eglise protestante de Strasbourg au moment de la Révocation» (П., 1887).