Diana (Uels şahzadəsi)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Diana
ing. Diana Mountbatten-Windsor, Princess of Wales
Şəxsi məlumatlar
Doğum adı Diana Frances Spencer
Doğum tarixi 1 iyul 1961(1961-07-01)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 31 avqust 1997(1997-08-31)[1][2][…] (36 yaşında)
Vəfat yeri
Vəfat səbəbi avtomobil qəzası[d][1]
Həyat yoldaşı
Uşaqları

Təltifləri Royal Family Order of Elizabeth II Order of the Virtues Order of the Crown (Netherlands)
Monoqram Monoqramın şəkli
İmzası İmzanın şəkli
royal.uk/diana-princess-…
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ledi Diana Spenser və ya Ledi Di (ing. Lady Diana Spencer, ing. Diana, Princess of Wales; 1 iyul 1961[1][2][…], Sandrinqem sarayı[d], Sandrinqem[d], Norfolk qraflığı, Şərqi İngiltərə[d], İngiltərə, Birləşmiş Krallıq[3]31 avqust 1997[1][2][…], XIII arondisman, XIII arondisman, Fransa[4][5][…]) — Uels şahzadəsi, III Çarlzın birinci həyat yoldaşı.

Diana Spenser 1961-ci il iyul ayının 1-i Norfolkda zadəgan ailəsində dünyaya gəlib[6]. Spenserlər bir neçə nəsillər boyu Kral Ailəsi ilə sıx bağlı olmuşdur. Diana doğulanadək Spenserlər, ailə xəttinin davam etməsi üçün oğlan övladına ümid bəsləyirdilər. Diana Müqəddəs Mariya Maqdalena Kilsəsində, Sandringhemdə vaftiz (xaç suyuna salınma) edilmişdi. Diana ailənin beş uşağından dördüncüsü idi. Diananın üç bacı-qardaşı var idi: Sara, Ceyn və Çarlz[6]. Onun Con adlı körpə qardaşı da vardı, lakin o Diana doğulmamışdan bir il əvvəl vəfat etmişdi. Diananın altı yaşı olanda anası sonralar evləndiyi Peter Şand Kidlə ailəsini tərk etdi. Valideynləri boşananda Diana 8 yaşında idi[7]. Atası uşaqların anaları ilə getməsinə icazə verməmişdir, odur ki, Diana anasını həftə sonları və ya bayramlarda görürdü. Valideynləri ayrıldıqdan sonra Diana atası ilə Londonda yaşamışdır. 1975-ci ildə atası ona irsən lordriçə (ing. Earl Spencer (peerage)) titulunu verdikdən sonra Diana, Xanım Diana kimi tanınmağa başlayır[8]. Çox zaman Diananın utancaq qız kimi böyüdüyü qeyd olunsa da, onun həm musiqi, həm də rəqsə marağı yaranır, onun uşaqlara da böyük marağı var idi. İlk təhsilini Londonda alan Diana İsveçrədə Alpin Videmanette İnstitutunu bitirdikdən sonra Londona qayıdır. Elə o zaman Diana gələcək həyat yoldaşı ilə tanış olur.

Uels şahzadəsi Diananın nişan üzüyü
Şahzadə Diana və Şahzadə Çarlz ABŞ Prezidenti Ronald Reyqan və həyat yoldaşı Nensi Reyqanla çay içərkən. Ağ Ev (9 noyabr, 1985)

Uels şahzadəsi Çarlzın əvvəllər Diananın böyük bacısı Xanım Sara ilə əlaqəsi olsa da, otuz yaşlarında evlənəcəyinə tam əmin olur. Şahzadə 24 fevral 1981-ci ildə evlənməyi təklif edir və Xanım Diana qəbul edir. Lakin onların nişanı bir neçə həftə gizli saxlanır. Onların nişanı rəsmi olaraq 24 fevral 1981-ci ildə — Xanım Diana nişan üzüyünü seçdikdən sonra baş tutur. Xanım Diananın seçdiyi nişan üzüyü onun anasının nişan üzüyünə oxşar olub, 18 karat ağ qızılda 12 karat oval formalı mavi Seylon safiri ilə əhatələnmiş 14 tək brilyantdan ibarət idi.[9] Lakin bu üzük yeganə deyil, üzük sonralar 2010-cu ildə Ketrin, Kembric hersoginyası Midltonun nişan üzüyü oldu.[10] Diana 1981-ci ildə Böyük Britaniya taxt-tacının varisi Şahzadə Çarlzla ailə qurur. Onların toy mərasimi 29 iyul 1981-ci ildə Müqəddəs Paul Kilsəsində baş tutur və 750 milyon insan bu mərasimi televiziya vasitəsilə izləyə bilir[9][11]. Diana £9000 dəyərində gəlinlik geymişdi[12]. Həmin gün Diananın atası BBC kanalına müsahibə verərək demişdir: "Əsrlərdir Spenser ailəsinin monarxiyaya verdiyi dəyərlər olmuşdur. Əminəm ki, bu gündən etibarən ənənəmizi Diana yaşadacaq, içindən gələn sədaqəti ilə Kral ailəsinə misilsiz xidmətlər edəcək".

1980-ci illərin ortalarında vəliəhd ailəsində problemlər başlayır. Çarlz keçmiş tanışı Kamillanı unuda bilmir, Diana isə bunu qəbul etmir. 21 iyul 1982-ci ildə Şahzadə Uilyam (Uels Şahzadəsi Uilyam) dünyaya gəlir. Lakin Şahzadə Diananın doğumdan sonra da evliliyi qaydasında deyildi. 1983-cü ildə isə Şahzadə Harri dünyaya gəlir. Şahzadə Çarlz isə hələ də Kamilla Parker-Boulza aşiq idi. Sonralar Diana "o gün evliliyim öldü" demişdi.

1992-ci ildən onlar ayrı evlərdə yaşamağa başladılar. Çarlz açıq şəkildə Kamilla ilə görüşməyə başlamışdı. Diananın da boşanmamışdan əvvəl bir neçə sevgilisi var idi: reqbi oyunçusu Uil Karlinq və əsgər Ceyms Hevit.

Uels şahzadəsi Diana BBC-nin müxbir üzvü jurnalist Martin Bəşirə baş verən hadisələrlə bağlı müsahibə verir[13]. Diana evliliklərində nələr olduğunu hər kəsə bildirmək istəyirdi. Hər gün qəzetlərdə səhv məlumatlar dərc olunurdu (məsələn, Diananın burnuna estetik əməliyyat etdirməsi kimi). Ceyms Hevitlə əlaqəsindən danışan şahzadə Bəşirə deyir: "Bəli, mən ona heyran oldum və ona aşiq idim. Amma o, məni özündən soyutmuşdu". Həyat yoldaşının Kamilla Parker-Boulz ilə əlaqəsi barədə isə deyir: "Düzdür, bu evlilikdə biz üç nəfər idik". Uels şahzadəsinin (həyat yoldaşının) krallıq üçün yararlılığından danışan Diana qeyd edib ki, "Mən onun xarakterinə bələd olduğuma görə hesab edirəm ki, öz adlandırdığım kimi desəm, bu yüksək vəzifə ona böyük məhdudiyyətlər gətirəcək və mən bilmirəm o, buna uyğunlaşa biləcək, ya yox". Lakin Diana boşanmaq istəmədiyini və "Qəlblərin Kraliçası" olmaq istədiyini qeyd edirdi. Müsahibə 20 noyabr 1995-ci ildə yayımlanır. Əvvəllər heç bir şahzadə bu qədər açıq-aydın danışmamışdı, ona görə də hər kəs bunu zarafatla qarşıladı. Müsahibəni 22,8 milyon nəfər izləmişdi.

1995-ci ilin dekabrında, şahzadənin müsahibəsindən sonra Kraliça Uelsin hər iki şahzadəsinə tezliklə boşanmaları üçün məktublar göndərdi[14][15]. 20 dekabr 1995-ci ildə Bukingem sarayı Kraliçanın Uelsin şahzadələrinə boşanmalarını məsləhət etdiyi məktublar göndərdiyini ictimaiyyətə elan etdi. Baş nazir Con Meycor da da onların ayrılmalarını istəmişdi. Şahzadə Çarlz tezliklə yazılı bəyanatla rəsmi olaraq boşanma ilə razılaşdı[14]. Boşanma 28 avqust 1996-cı ildə başa çatdı və onlar rəsmi olaraq ayrıldılar. Diana özünün Zati-aliləri adını itirdi və əvəzində sadəcə Uels şahzadəsi Diana olaraq qaldı. Hələ bundan bir il əvvəl Tina Brauna görə, Edinburq hersoqu Uels şahzadəsinə əvvəlcədən xəbərdarlıq etmişdi: "Əgər özünü apara bilmirsənsə, qızım, biz sənin titulunu geri alacağıq". Uels şahzadəsinin isə belə cavab verdiyi deyilir: "Mənim titulum sizinkindən çox köhnədir, Filip"[16]. Bukingem sarayı Uels şahzadəsinin taxta ikinci və üçüncü namizədlərin anası kimi hələ də Kral ailəsinin üzvü olduğunu bəyan etdi.

Şahzadə Uilyam anasına təsəlli vermişdi və ona yenidən Zati-aliləri adına malik olmasına icazə verilməsini istədiyini bildirmişdi. Onun belə söylədiyi barədə məlumat verilir: "Narahat olma, anacan, mən kral olanda bir gün sənə o titulu geri verəcəm"[17][18].

Boşandıqdan sonra Diana Kensinqton sarayının şimalındakı iki nəfərlik mənzilində yaşamağa başladı. O, bu evi evliliklərinin ilk ilində Şahzadə Çarlzla bölüşmüşdü və bu ev onun ölümünədək öz evi olaraq qaldı. O, həmçinin Müqəddəs Ceyms sarayındakı iki mənzilindən də istifadə etməkdə davam edirdi[19]. O, bir il ərzində yalnız iki ay övladları ilə vaxt keçirə bildi. Onu ən çox pərişan edən də bu oldu.

Diana, ölümündən sonra yaxın dostları tərəfindən "həyatının sevgisi" adlandırılan britaniyalı ürək cərrahı Hasnat Xanla görüşürdü[20] . O, Hasnat Xanın qohumu İmran Xanın dəvəti ilə Lahora səfər etmiş və gizlicə Hasnat Xanın ailəsi ilə görüşmüşdü[21]. Xan bu əlaqəni gizli saxlayır və mətbuatın ona Diana ilə bağlı verdiyi suallara yanlış cavablar verirdi. Paul Burrelə görə, bu əlaqə şahzadə tərəfindən 1997-ci ilin iyununda sonlandırıldı.

Həmin yay bir ay ərzində Diana öz evinin sahibi Məhəmməd əl-Fayedin oğlu Dodi Fayedlə görüşməyə başladı. Diana həmin yay oğlanlarını Nyu-Yorka, Həmptonza tətilə aparmağı düşünürdü, lakin mühafizəçilər bunun qarşısını aldılar. Tailanda səfərdən imtina etdikdən sonra Diana, Fransanın cənubunda olan Fayedin ailəsinə qoşulmaq barədə onun dəvətini qəbul etdi. Məhəmməd əl-Fayed Diananın oğlanları ilə istirahət etdiyi 60 metr uzunluğunda Conikal adlı bir milyon funt sterlinqdən çox dəyəri olan yaxta almışdı[22][23].

Diananın anası ilə münasibətləri gərgin olub, hətta anası müsəlman kişi ilə görüşdüyünə görə onu döyüb, ona "fahişə" deyib. Anası ilə arasındakı mübahisədən sonra Diana ömrü boyu bir daha onunla danışmayacağını söyləyib. Diananın öz ögey anası Reyn Spenserlə də münasibəti yaxşı olmayıb.[24]

Diana Con Travolta ilə rəqs edir, Ağ ev, (9 noyabr 1985)

Ailədəki problemlərə baxmayaraq, Diana xalqın sosial problemləri ilə dərindən maraqlanır və dünyada sürətlə yayılan QİÇS xəstəliyinin qarşısını almaq üçün müəyyən tədbirlər görməyə başlayır. Məhz Diana ilk olaraq cəmiyyətə QİÇS xəstəliyinin hava, damcı yolu ilə keçmədiyini təbliğ etməyə başlayır. Diana QİÇS xəstələri ilə birgə şəkil çəkdirərək onlara mənəvi dəstək olur. Diana həm də müharibə və aclıq əleyhinə bir çox aksiyalar keçirir. Diana "Minalara qadağa kampaniyasına qoşulur. Bütün dünyada minaların istehsalına qadağa qoyulması istəyi haqda bəyanat verir və bu bəyanat nəticəsiz qalmır.

1997-ci ildə minaların istifadəsini məhdudlaşdıran beynəlxalq konvensiya imzalanmış və ona 100-ə yaxın ölkə qoşulmuşdu. Diana XX əsrin ən məşhur simalarından olmuşdur. İndiyə qədər xalq onu sevə-sevə xatırlayır.

Diananın ölümü

[redaktə | mənbəni redaktə et]
Şahzadə Diananın qəzaya uğradığı yer. Paris, Fransa
Harrodzda Diana və Dodiyə həsr olunmuş xatirə guşəsi
Harrodzda Diana və Dodiyə həsr olunmuş xatirə guşəsi

31 avqust 1997-ci ildə səhər saatlarında Diana Parisdə Pont de l'Alma tunelində yol qəzasında ölümcül yaralanır. Qəza onun yol yoldaşı Dodi Fayed və sürücü Henri Paulun (Məhəmməd əl-Fayedin sürücüsü idi) ölümünə səbəb olur. Diana Fayedin Conikal adlı ailə yaxtasında Fransız və İtalyan Rivierasında onunla doqquz günlük tətildən sonra Londona qayıdırdı. Nə Fayed, nə də Diana təhlükəsizlik kəməri taxmışdılar. Paparatsiya şəkilləri çəkərkən təcili yardım maşını gəlirdi. 2 saat ərzində həkimlər ölümcül yaralanmış Diananın həyatını xilas etməyə çalışdılar. Saat 4-də Şahzadə Diana dünyasını dəyişdi. Təkcə Diananın mühafizəçisi Trevor Riz-Cons sağ qaldı. Fransa məhkəməsinin ilkin tədqiqatları qəzanın Henri Paulun içkili olması və idarəetməni itirməsi səbəbindən baş verdiyi məlumatı ilə nəticələnir[25].

1998-ci ilin fevralında Ritz oteli (Paris)nin sahibi Məhəmməd əl-Fayed Britaniya Gizli Kəşfiyyat Xidmətini (MI6), eləcə də Edinburq hersoqunu ittiham edərək ictimaiyyətə təsdiq edir ki, qəza planlaşdırılmışdır[26][27]. Təhqiqat 2004-cü ildə Londonda başladı və 2007–08-ci ilədək davam etdi[28]. Nəticədə Henri Paulun avtomobili səhlənkarcasına idarə etdiyi və paparatsiyanın onları təqib etdiyi də qəzaya aid edildi[29]. 7 aprel 2008-ci ildə məhkəmə iclasçıları "qanunsuz qətl" hökmünə qayıtdılar. Təhqiqatın sonuncu hökmündən bir gün sonra əl-Fayed bunun qəza deyil, qəsdən adam öldürmə olduğunu sübut etmək üçün 10 illik şirkətini tərk edəcəyini elan etdi. O, şahzadənin övladları xatirinə belə etdiyini bildirmişdi[30].

Dodi Fayedin keçmiş nümayəndəsi Maykl Kol isə təsdiqləmişdi ki, Diana və Fayed cütlüyü qəzadan əvvəl nişanlanmışdı.

Fayedin atası Harrodzda oğlu və Dianaya iki xatirə guşəsi həsr etmişdir. Birincisi 12 aprel 1998-ci ildə açılmışdır və sonuncu nahar zamanı Diananın dodaq boyasının bulaşdığı şərab bakalı, eləcə də Fayedin ölməmişdən bir gün əvvəl aldığı üzüyün olduğu piramida formalı görüntüdən və onun arxasında da hər ikisinin şəklindən ibarətdir. İkincisi 2005-ci ildə açılmışdır və "Günahsız Qurbanlar" adlanır. Həmin memorial guşə albatrosun qanadları altında sahildə rəqs edən iki gəncin bürünc heykəli olub 3 metr hündürlüyündədir[31]. Xatirə guşələri qırx ildən çox Harrodzun memarı olan, Fayedin yaxın dostu 80 yaşlı Bill Mişel tərəfindən layihələndirilmişdir.

Dəfn mərasimi

[redaktə | mənbəni redaktə et]
Şahzadə Diananın dəfn mərasimi
Şahzadə Diana Azərbaycanın poçt blokunda, 1998

Diananın bayrağa bükülmüş tabutu 31 avqust 1997-ci ildə Şahzadə Çarlz və iki bacısı tərəfindən Parisdən Londona gətirildi[32]. Tabut özəl morqa götürüldükdən sonra Müqəddəs Ceyms sarayında, kiçik kral kilsəsində qoyuldu.

Diananın dəfn mərasimi sentyabrın 6-da Vestminster abbatlığında baş tutdu. Əvvəlki gün II Elizabet canlı televiziya verilişində ona öz hörmətini bildirdi[33]. Yas mərasimində Uels şahzadəsi, Edinburq hersoqu və Diananın qardaşı Çarlz Spenserlə yanaşı oğlanları da tabutun arxasınca gedirdilər. Lord Spenser bacısı haqqında demişdi: "O, son illərdə sübut etdi ki, özünün sehrli şəxsi keyfiyyətini yaratmağa davam etməsi üçün kral tituluna ehtiyacı yoxdur"[34].

Elton Conun Dianaya həsr etdiyi "Candle in the Wind" (və ya "Goodbye England's Rose") ifası dünyada məşhur oldu.

Milyonlarla insan Diana ilə vidalaşmağa gəlirdi[35]. İnsanlar bir neçə ay ərzində Kensinqton sarayına gələrək şamlar yandırır, kartlar, güllər və şəxsi məktublarını qoyurdular. Şahzadə Harri isə Diananın tabutuna bir qeyd yazıb qoymuşdu: "Mommy" (anacan). 2,5 milyard insan Diananın dəfn mərasimini izləmişdi. İngiltərə'də bütün kanallar cənazəni göstərdi. Ölkədə bütün bayraqlar salınmış və matəm elan olunmuşdu.[36] Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Şahzadə Diananın vəfatı münasibətilə Böyük Britaniya kral ailəsinə başsağlığı göndərmişdir.

Toni Bler onu "Xalqın Şahzadəsi" adlandırmışdı. Diana hələ də unudulmayan bir şəxsiyyətdir. İngiltərədə qəzetlərdə hər gün Diananın haqqında xəbər yayımlanır. 1 iyul 2007-ci ildə Diana üçün bir konsert hazırlanıb. Hər il Diananı sevənlər Althorp Evinə gedərək Xalqın Şahzadəsi Diananı yad edirlər. Onun geyimləri ve istifadə etdiyi bir çox əşya bu evdədir. Bundan başqa evin həyətindəki gölün ortasındakı adada Diananın məzarı olduğuna görə də bir çox yerli ve xarici turistlər Althorp Evini ziyarət edirlər.

" Hər şeydən çox, mən insanların qəlbində kraliça kimi yaşamaq istəyirəm
Şahzadə Diana
"
  1. English for the Faculties of Arts: Textbook — Baku:"OL" MMC, 2014. səh.153–154
  1. 1 2 3 4 5 6 7 8 9 10 Lundy D. R. Lady Diana Frances Spencer // The Peerage (ing.).
  2. 1 2 3 4 Diana Frances Spencer (Prinzessin Diana, Princess Diana, Diana Princess of Wales, Lady Di) // FemBio database (alm.).
  3. 1 2 3 4 5 6 7 https://www.princeofwales.gov.uk/biographies/hrh-prince-wales.
  4. 1 2 https://www.royal.uk/diana-princess-wales.
  5. 1 2 http://www.tandfonline.com/doi/pdf/10.1080/136008300111600.
  6. 1 2 "Princess Diana Biography". The Biography Channel. 24 September 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 21 May 2011.
  7. Morton, p. 98
  8. "Princess Diana: The Earl's daughter, born to life of privilege". CNN. 4 March 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 30 May 2013.
  9. 1 2 "International Special Report: Princess Diana, 1961–1997". The Washington Post. 30 January 1999. 19 August 2000 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 October 2008.
  10. "Princess Diana's engagement ring". Ringenvy. September 2009. 4 January 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12 November 2010.
  11. "1981: Charles and Diana marry". BBC News. 29 July 1981. 7 March 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 November 2008.
  12. "Princess Diana, Princess of Wales: Diana`s wedding – marriage". Princess Diana. 15 June 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13 October 2008.
  13. "The Panorama Interview". BBC. November 1995. 2 December 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 November 2010.
  14. 1 2 Montalbano, D. "Queen Orders Charles, Diana to Divorce". Los Angeles Times. London. 21 December 1995. 22 February 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 July 2013.
  15. "Charles and Diana to divorce". Associated Press. 21 December 1995. 2 April 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 July 2013.
  16. Brown, Tina. The Diana Chronicles. New York: Doubleday. 2007. səh. 392. ISBN 978-0-385-51708-9.
  17. Pearson, Allison. "Royal wedding: Diana's ghost will be everywhere on Prince William's big day". The Telegraph. UK. 23 April 2011. 1 August 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 January 2015.
  18. Brown, Tina. "Diana at 50". The Daily Beast. 26 June 2011. 4 September 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 May 2013.
  19. "Royal Split". The Deseret News. London. AP. 28 February 1996. 25 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 July 2013.
  20. BBC, 15 December 2007, Today programme
  21. "Imran and Jemima Khan Welcomed Princess Diana In Pakistan". Huffington Post. 25 May 2011. 13 June 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 May 2013.
  22. "Dodi 'ignored' protect Diana advice". metro.co.uk. 18 December 2007. 18 October 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 October 2014.
  23. "Diana chauffeur was driving like a maniac". express.co.uk. 19 December 2007. 1 September 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 October 2014.
  24. "Şahzadə Diananın anası ona "fahişə" deyirmiş..." 2023-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-24.
  25. Oborne, Peter. "Diana crash caused by chauffeur, says report". The Daily Telegraph (1562). London. 4 September 1999. 22 May 2008 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 September 2020.
  26. "Diana crash was a conspiracy – Al Fayed". BBC. 12 February 1998. 14 December 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 October 2008.
  27. "Point-by-point: Al Fayed's claims". BBC. 19 February 2008. 12 January 2009 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 October 2008.
  28. "Inquests into the deaths of Diana, Princess of Wales and Mr Dodi Al Fayed". Judicial Communications Office. 22 March 2009 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 7 December 2011.
  29. "Princess Diana unlawfully killed". BBC News. 7 April 2008. 11 January 2009 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 October 2008.
  30. "Al Fayed abandons Diana campaign". BBC News. 8 April 2008. 6 March 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 January 2012.
  31. "Harrods unveils Diana, Dodi statue". CNN. 1 September 2005. 4 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 June 2011.
  32. "Princess Diana's body comes home". CNN. 31 August 1997. 10 January 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 July 2013.
  33. "The Queen's message". The Royal Household. 8 December 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 June 2011.
  34. Spencer, Earl. "The most hunted person of the modern age". The Guardian. London. 4 May 2007. 13 July 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 June 2011.
  35. "Diana's funeral watched by millions on television". BBC News. 6 September 1997. 7 March 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 October 2008.
  36. Qəlblərin kraliçası [ölü keçid]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]