D vitamini
D vitamini (kalsiferol) — yüksək dərəcədə və qısamüddətli olaraq qəbul edildikdə sümüklərdə kalsiumun artmasına səbəb olur. Mütəxəssislər D vitamininin diş və sümüklərin inkişafında çox vacib olduğunu xüsusilə qeyd edirlər. Kərə yağı, süd, pendir, balıq və qaraciyər başlıca olaraq D vitamini qaynağıdır.
D vitamini antiraxit vitamini də adlanır. D2 və D3 formalarda rast gəlinir. Erqosterinlərin ultrabənövşəyi şüalarla şüalandırdıqda D vitamininə çevrilir. Balıq yağında, yumurta sarısında, süddə və qara ciyərdə var. Çatışmadıqda kalsium və fosfor mübadiləsi pozulur və uşaqlarda raxit xəstəliyi əmələ gəlir. Gündəlik tələbat 400 beynəlxalq vahidə və ya 10 mkq-a bərabərdir. Beynəlxalq vahid (BV) olaraq erqokalsiferolun 0,025 mikroqramı qəbul edilmişdir. Uşaqların D vitamininə tələbatı yaşlılara nisbətən 2–2,5 dəfə çoxdur.[1]
Vitamin D insan orqanizminə günəş şüaları və yaxud günəşdən meydana gələn qida məhsullarının köməyi ilə daxil olur. Uzun müddət günəş altında gəzməyən insanların vitaminlərdə D–nin çatışmazlığı da çox vaxt hiss olunur və bununla bağlı bu növdə olan məhsulların qəbul edilməsi məqsədəuyğundur. Çünki D vitamini çatışmadıqda kalsiumda əskikliklər meydana gəlir və nəticədə dişlərin xəstələnməsinə yol açır. Eyni zamanda sümüklərin boşalması və ürək problemlərini də meydana gətirir. Həkimlər günəş şüalarının çatışmaması üçün bu rasiona daxil olan qidaların qəbul edilməsini məsləhət görürlər. Balıq növləri xüsusən qızılbalıq, tunes (iri yırtıcı balıq), skumbriya və balıq yağı bu tipə aid edilir. Həmçinin tərkibində az miqdarda günəş şüaları olan qidalar da vardır. Bunlara isə malın qaraciyərini, yumurta sarısını və bir neçə növ pendirləri misal göstərmək mümkündür.[2]
D vitamini çatışmazlığında yaranan xəstəliklər
[redaktə | mənbəni redaktə et]Bu vitaminin orqanizmdə çatışmazlığı bəzi ciddi pozulmalara və xəstəliklərər səbəb ola bilər.
1. Osteoporoz
Saglamolun.az xəbər verir ki, D vitamini orqanizmdə kalsiumun mənimsənilməsini yaxşılaşdırır. D vitamininin çatışmazlığı zamanı kalsium pis mənimsənilir və bu da sümüklərin zəifləməsinə səbəb olur.
2. Yüksək xolesterin
D vitamini orqanizmdə xolesterini normada saxlamağa kömək edir. Xolesterinin yüksək səviyyədə olması bir çox hallarda aterosklerozun inkişafına səbəb olur. Ateroskleroz zamanı artıq xolesterin damarlarda yığılır ki, nəticədə damarlar daralır, tıxanır. Ürək və ya beyində damarın tıxanması ürək tutması, infarkt və insulta səbəb ola bilər.
3. İmmunitetin zəifləməsi
D vitamini immun sisteminin normal fəaliyyəti üçün olduqca vacibdir. D vitamininin əskikliyi zamanı insan tez-tez respirator infeksiyalarına, qrip və soyuqdəymə xəstəliklərinə tutulur.
Həmçinin D vitamininin çatışmazlığı orqanizmdə iltihabın artmasına səbəb olur.
4. Əhvalın pis olması, ümidsizlik, depressiya
D vitamininin əskikliyi orqanizmdə serotonin hormonunun səviyyəsinin azalmasına səbəb olur. "Xoşbəxtlik hormonu" sayılan serotoninin ifrazının azalması əhvalın pis olmasına, ümidsizliyə, depressiyaya səbəb olur.
5. Əzələlərdə ağrılar
Əzələlərin tez-tez və səbəbsiz ağrıması D vitaminin çatışmazlığının simptomu ola bilər.
6. Dəri, saç və dırnaqların vəziyyətinin pisləşməsi
7. Xərçəng
Araşdırmalar göstərir ki, D vitamininin əskikliyi xərçəngin riskini artırır.
D vitamininin əsas mənbələri bunlardır:
- balıq və balıq yağı
- yumurta sarısı
- qaraciyər
- pendir
- kərə yağı
Lakin bu vitaminin əsas mənbəyi gün şüalarıdır. Gün şüalarının dəriyə təsiri nəticəsində orqanizmdə D vitamini sintez olunur.
İstinadlar
[redaktə | mənbəni redaktə et]Saglamolun. Az Faydalı məlumat 10.12.2018 10881
Mənbə
[redaktə | mənbəni redaktə et]- ↑ Ərzaq Malları Əmtəəşünaslığı Arxivləşdirilib 2022-03-23 at the Wayback Machine Əhmədov Ə. İ. səhifə 18
- ↑ "D vitamininin qəbulu". 2011-01-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-03-13. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)