Coşua Reynolds
Coşua Reynolds | |
---|---|
ing. Joshua Reynolds | |
| |
Doğum tarixi | |
Doğum yeri | Plimpton, Devonşir |
Vəfat tarixi | (68 yaşında) |
Vəfat yeri | London |
Dəfn yeri | |
Vətəndaşlığı | ingilis |
Fəaliyyəti | rəssam, yazıçı, rəsm kolleksioneri[d], vizual incəsənət rəssamı |
Janrlar | tarixi janr, portret |
Stil | neoklassisizm[1] |
Üzvlüyü |
|
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Ser Coşua Reynolds (ing. Joshua Reynolds; 16 iyul 1723[2][3][…], Plimpton[d], Devon qraflığı[4][5] – 23 fevral 1792[2][3][…], London[4][5]) — tarixi janr və portretçi rəssamı, XVIII əsr ingilis portret məktəbinin nümayəndəsidir. Kral İncəsənət Akademiyasının prezidenti və London Kral Cəmiyyətinin üzvü olmuşdur. Antik incəsənətin öyrənilməsi məqsədilə yaradılmış həvəskar Cəmiyyətin üzvü olmuşdur.
Həyatı və təhsili
[redaktə | mənbəni redaktə et]1723-cü il 16 iyul tarixində Plimptonda, Devonşir qraflığında anadan olub. Atası onun tibb sahəsində nəzərdə tutsa da, amma cavan
oğlanın tez bir zamanda xüsusi sənətə sevgisi və portretçi Corc Riçardsonun traktatlarını oxuması rəsm haqqında onun əsl istedadını müəyyən etdi. 1741–ci ildə Londonda Reynolds portretçi T. Qudsonun şagirdləri sırasına daxil olub, onun rəhbərliyi altında üç il məşğul olmuş, növbəti üç ili Devonportda və yenidən Londonda keçirmiş, 1746–1749–cu illər arası İtaliyaya getmiş və burada, əsasən, böyük ustaları Tisianı, Korredconu, Rafaeli və Mikelancelonu öyrənmişdir. 1752–ci ildə Londona qayıdışında o, özünə yüksək və qeyri-adi mahir portretçi kimi hörmət qazandı və ingilis rəssamları arasında yüksək mövqe tutdu. Ölümünə bir il qalmış o, görmə qabiliyyətini itirmişdir. 23 fevral 1792-ci ildə Londonda vəfat etmişdir.
İctimai və ədəbi fəaliyyəti
[redaktə | mənbəni redaktə et]Londonda Reynoldsun təşəbbüsü ilə ilk dəfə ictimai bədii sərgilər açıldı. 1763–cü ildə o, Conson, Qoldsmit və başqaları ilə birlikdə ədəbi cəmiyyətin əsasını qoydu və 1768–ci ildə Kral İncəsənət Akademiyasının yenidən təsis edilərək prezidenti seçildi və bu hadisə rəssamı zadəganlıq statusuna qədər belə qaldırmışdır. 1784–cü ildə birinci Kral rəssamı adına layiq görülmüşdür. Kral Akademiyasının sədri kimi deyilmiş nitqlər Londonda ilk dəfə 1778–ci ildə olmuşdur, daha sonralar bir neçə dəfə də olmuş, son dəfə 1784–cü ilə təsadüf edir. Reynoldsun ədəbi əsərlərinin tam toplusu 1797 və 1835–ci ildə Londonda dərc edilmişdir. Leyşinq tərcüməsi – "Zur Aesthetik und Technik der bildenden Künste" (Leypsiq, 1893).
Yaradıcılığı
[redaktə | mənbəni redaktə et]Reynoldsu rəssamlıqda ingilis məktəbinin əcdadı hesab etmək olar. Reynolds öz yaradıcılığının bir neçə sevimli keyfiyyətlərini Tisianı, Rubensi, Rembrandtı və Karredconu eyni zamanda bənzətmiş və bu ustaları vahid birləşdirə bilmiş eklektik olmuşdur. Bütün yaxşı oxşarlıq, ifadəlilik, fiqurların zərif qoyulması, aksessuarların ağıllı seçimi və təsvirin cəsarətli, şirəli tərzli çox gözəl portretləri ona yaradıcılığı zamanı müvəffəq olmuşdu. Bəhs edilən janrda Reynoldsun əsas əsərlərindən “Lord sürgünü” (London Milli Qalereyası, London, İngiltərə, Böyük Britaniya), "Həyat yoldaşı və altı uşağı ilə Malboro hersoqu" portretləri (Blenqeyms Qalereyası), "Lord Qitfild", "Vikont Corc Altqorna", "Byut qrafinyaları", "Byukkleyx hersoginyaları", "Faciəli aktrisa Siddons", "Nelli Obrin", "Hemiltonun xanımı", "Xanım Keppel", "Avtoportret", "Kitti Fişer" portretləri, "Strauberiys qızı" (markiz Qertfordda), "Mufta ilə qız", "Qebı şəklində Mistris Meyer" (Rotşilddə baronda, London), "Kiçik Samuel" (Monpelye muzeyi, Monpelye, Langedok-Russilyon, Fransa) və digərlərini misal göstərmək olar.
Reynoldsun tarixi janrda əsərlərinə gəlincə, onlar rəssamın portretlərindən əhəmiyyətli dərəcədə seçilir. Məsələn, "Kardinal Bofortun ölümü" (Dulviç kollegiyası, London yaxınlığında, İngiltərə, Böyük Britaniya), "Uqolino və onun oğullarının ölümü", "Amur, Veneranın qayışını açan" (London Milli Qalereyası, London, İngiltərə, Böyük Britaniya) və başqalarını sadalaya bilərik. Ermitajda Reynoldsun üç əsəri var, "İlanları boğan körpə Herkules" (№ 1391), "Ssipionun təmkinliyi" (№ 1392) və London Milli Qalereyasında saxlanılan "Amur"un nüsxəsi (№ 1390). Reynoldsun əsərlərindən bir çoxu rənglərin ilkin parıltısını itirib və bu səbəbdən çatlar əmələ gəlib.
Sitatlar
[redaktə | mənbəni redaktə et]
"İnsanın həqiqi xarakterini müəyyən etmək üçün onun necə əyləndiyini öyrənməlisən."
Qalereya
[redaktə | mənbəni redaktə et]-
Komandir Avqust Keppelin şərəfinə (Reynoldsun yaradıcılığında ilk Keppel portreti, 1749)
-
Fəxri Kapitan Avqustos Keppel Apollo Belvedere pozasında (1753)
-
Edvard Kornvallis (1756)
-
Çarlz Lennoks, III Riçmond Hersoqu (1758)
-
Corc Monteqyu-Dank, II Qalifaks qrafı (1764)
-
Corc Klayv siləsi və hind qulluqçusu ilə (1765)
-
Elizabet, ledi Amherst (1767)
-
Ceyn, Harrinqton qrafinyası (1778)
-
Ledi Karolin Hovard (1778)
-
Ledi Elizabet Delme və uşaqları (1779)
-
Kapitan Corc K.H. Koussmeyker, (1782)
-
Admiral Hud (1783)
-
Təqsirsizlik epoxası (1788)
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ https://www.tate.org.uk/art/art-terms/n/neoclassicism.
- ↑ 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 Joshua Reynolds (nid.).
- ↑ 1 2 Union List of Artist Names (ing.).
- ↑ 1 2 RKDartists (nid.).
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- 16 iyulda doğulanlar
- 1723-cü ildə doğulanlar
- 68 yaşında vəfat edənlər
- 23 fevralda vəfat edənlər
- 1792-ci ildə vəfat edənlər
- Müqəddəs Pavel kafedralında dəfn olunanlar
- London Kral Cəmiyyətinin üzvləri
- Cəngavər bakalavrları
- Əlifba sırasına görə rəssamlar
- Devonda doğulanlar
- Londonda vəfat edənlər
- Birləşmiş Krallıqda doğulanlar
- İngiltərədə doğulanlar
- Birləşmiş Krallıqda vəfat edənlər
- İngiltərədə vəfat edənlər
- İngiltərə rəssamları
- Britaniya rəssamları
- İngilis rəssamlar