Bakı buxtası
Bakı körfəzi | |
---|---|
az/Bakı körfəzi | |
| |
Ümumi məlumatlar | |
Tip | Buxta (körfəz) |
Adalar | Daş Zirə |
Sahəsi | 50 km² |
Həcmi | 0,7 km³ |
Su tutumu | 3626000 km² |
Sahil uzunluğu | 20 km |
Dərin yeri | 4 m |
Orta dərinliyi | 1,2 m |
Duzluluğu | 13 ‰ |
Yerləşməsi | |
40°21′ şm. e. 49°50′ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Akvatoriyası | |
|
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Bakı buxtası[1][2] və ya Bakı körfəzi[3] — Xəzər dənizinin qərb sahilində, Abşeron yarımadasının cənubundadır. Şərqdə Sultan Burnu, cənub-qərbdə Şıx burnu, cənub-şərq və cənubda Qum, Daş Zirə (Vulf), Böyük Zirə (Nargin) adaları ilə əhatə olunmuşdur. Sahəsi 50 km², sahil xəttinin uzunluğu 20 km. Bakı buxtası şimal və şimal qərb küləyindən qorunduğuna görə gəmilərin daldalanması üçün əlverişlidir. Şiddətli küləklər zamanı dalğanın hündürlüyü 1.5 metrə çatır. Axınları zəifdir. Bakı portu buxtanın şimal sahilindədir.
Tarixi
[redaktə | mənbəni redaktə et]Bakı körfəzi I-VII əsrlərə qədər quraq olmuş və yaxınlığındakı adalarla quru əlaqəyə malik olmuşdur. Ptolemeyin xəitəsinə görə II əsrdə Bakı dənizdən xeyli aralı yerləşmişdir. VII əsrdən başlayaraq IX əsrə qədər Xəzər dənizinin səviyyəsi kəskin qalxmağa başlamış və nəticədə Bakı buxtası formalaşmışdır. Əsas böyük dəyişklik XIII əsrin sonlarında Xəzərin səviyyəsinin 10 m-ə qədər qalxmasından sonra baş vermişdir. İtaliyan coğrafiyaşünası Marino Sanudo XIV əsrdə qeyd edirdi:
Xəzər dənizi hər il bir qarış qalxaraq bir çox şəhərləri yuyub batırmışdır |
Coğrafiyaşünas alim Əbdürrəşid Bakuvi yazırdı ki, 1403-cü ildə Xəzər Bakının bir hissəsini basmış, suyun səviyyəsi məsçidə qədər dirənmişdir. Bu zaman dəniz ləpələri "Qız qalası"nın ayaqlarını yuyurmuş. Məhz bu dövr məlum Qız qalası əfsanəsi ilə uzlaşır. Bu dövrlərdə Sabayıl qəsri su altında qalmış olur. Sonrakı 600 il ərzində suyun səviyyəsi XX əsrin əvvəllərinə qədər enməyə başlamışdır.[4]
Ekologiyası
[redaktə | mənbəni redaktə et]Ekologiya və təbii ehtiyatlar nazirliyinin məlumatına görə Bakı buxtasının çirklənmə səbəbləri müxtəlifdir.[5] Ekoloji vəziyyətin pisləşməsinin əsas səbəbi sahil boyu yerləşən sənaye, yaşayış və məişət obyektlərinin tullantıları, habelə gəmi, neft və qaz yataqlarının istismarı olmuşdur.
1996-cı ildən başlayaraq buxtanın dibi təftiş edilərək batıb qalmış gəmi və metal konstruksiyaların çıxarılmasına başlanılmışdır.
2007-2009-cu illərdə bu işlər daha da genişləndirilərək körfəzin dibindən 4500 ton metal (istismara yararsız boru və istehkamlar, gəmilər, çənlər, çəlləklər) və 412 ton taxta (gəmi və istehkam hissələri) aşkarlanıb təmizlənmişdir.[6]
Liman və körpülər
[redaktə | mənbəni redaktə et]Bakı Beynəlxalq Dəniz Ticarət Limanı - 1902-ci ildə təsis edilmiş və o vaxtdan Xəzər dənizi limanlarının ən böyüyü və ən əhəmiyyətlisi hesab olunur.[7]
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 28 noyabr tarixli 407 nömrəli qərarı ilə Bakı Beynəlxalq Dəniz Ticarəti Limanının nizamnaməsi təsdiq edilmişdir. Bu nizamnaməyə əsasən liman, hüquqi şəxs olaraq tam təsərrüfat hesablı və özünümaliyyələdirmə prinsipləri əsasında fəaliyyət göstərir. Liman il boyu günün 24 saatı ərzində fasiləsiz iş cədvəli əsasında işləyir. Burada 800 nəfərə yaxın işçi çalışır. Liman 5 terminaldan ibarətdir:
- Əsas yük terminalı
- Konteyner terminalı
- Bərə terminalı
- Dübəndi neft terminalı
- Sərnişin terminalı
Turizm
[redaktə | mənbəni redaktə et]Bakı bulvarı — Bakı şəhərində, Xəzər sahilində olan bulvar. Bakı şəhərindəki Dənizkənarı bulvara Azərbaycanın milli sərvəti kimi 29 dekabr 1998-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərmanına uyğun olaraq Milli park statusu verilmişdir.[8] Milli Park ərazisinin böyüklüyünə görə Parisdə Sena çayı sahilindəki parkdan sonra Avropada ikinci yerdədir.[9]
Maraqlı faktlar
[redaktə | mənbəni redaktə et]- Hazırda Bakı buxtasında dəniz sularının altında qalmış 1234-1235-ci illərə aid Bayıl qalası tarixi memarlıq abidəsi yerləşir.[10]
- Yerli salat növlərindən biri Bakı buxtasının şərəfinə adlandırılmışdır.
Poçt markalarında
[redaktə | mənbəni redaktə et]-
2004
-
2012
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Бакы бухтасы // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 558.
- ↑ Bakı buxtası // Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 3-cü cild: Babilistan – Bəzirxana (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2011. səh. 68. ISBN 978-9952-441-07-9.
- ↑ Акваторија // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 199.
- ↑ online Изменения уровня Каспийского моря. Abgerufen am 1. Januar 2013 (rus.).
- ↑ Environmental problems of the Caspian Sea. Ministry of Ecology and Natural Resources of Azerbaijan Republic, abgerufen am 1. Januar 2013 (ing.).
- ↑ Sunken ships cleared from Baku bay. ann.az, 8. Dezember 2011, abgerufen am 1. Januar 2013 (ing.).
- ↑ Beynəlxalq Dəniz Ticarət Limanı Arxivləşdirilib 2019-12-15 at the Wayback Machine
- ↑ Bakı şəhərindəki Dənizkənarı bulvara Milli Park statusu verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı[ölü keçid]
- ↑ "Salmanov R. Milli Park milli sərvətimizdir". 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-06-23.
- ↑ "Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 nömrəli Qərarı e-qanun.az Arxivləşdirilib 2011-08-23 at the Wayback Machine (az.)