Arnold Şvartsenegger

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Arnold Şvartsenegger
ing. Arnold Alois Schwarzenegger
2012-ci il, beynəlxalq San Diyeqo Komikslər festivalı
2012-ci il, beynəlxalq San Diyeqo Komikslər festivalı
Doğum adı Arnold Alois Şvartsenegger
Doğum tarixi 30 iyul 1947(1947-07-30)[1][2][…] (77 yaş)
Doğum yeri
Vətəndaşlığı Avstriya Avstriya, ABŞ
Həyat yoldaşı Mariya Ouinqs Şrayver
Uşaqları 5
Atası Qustav Karl oğlu Şvartsenegger (d. 1907- ö. 1972)
Anası Aureliya Yardni (d. 1922- ö. 1998)
Fəaliyyəti bodibilder, aktyor, rejissor, prodüser, iş adamı, sərmayəçi, siyasətçi
Fəaliyyət illəri 1969-cu ildən
Təhsili
Boyu 1,88 m
Çəkisi 113 kq
Mükafatları Great Golden Medal of Honour for Services to the Republic of Austria "Fəxri legion" ordeni kavaleri
IMDb ID0000216
İmzanın şəkli
schwarzenegger.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Arnold Alois Şvartsenegger (alm. Arnold Schwarzenegger‎; 30 iyul 1947[1][2][…], Tal[d], Müttəfiqlər tərəfindən işğal olunmuş Avstriya[3]) — Avstriya mənşəli ABŞ aktyoru, bodibilderABŞ-nin Kaliforniya ştatının keçmiş (38-ci) qubernatoru.

Arnold Alois Şvartsenegger (almanca Arnold Alois Schwarzenegger) 30 iyul 1947-ci ildə Avstriyanın Qrats şəhəri yaxınlığında yerləşən Tal kəndində anadan olub. Polis zabiti olan atası Qustav, 1938-ci ildən Nasional-Sosialist partiyasının üzvü idi.

Atası Qustav oğlunu futbolçu kimi görmək istəyirdi. Arnold isə uşaqlıqdan bəri ağırlıq qaldırma ilə məşğul olurdu. 1965-ci ildə Arnoldu hərbi xidmətə çağırırlar. Elə həmin ildə o bodibildinq üzrə "Mister Avropa" yarışmasında iştirak etmək üçün özbaşına hərbi hissəni tərk edir və həmin yarışmada iştirak edərək qalib gəlir. İki il sonra isə, o dünyanın ən gənc "Mister Olimpiya" titulunu qazanmış idmançı olur. Sonradan o bu titulu daha 4 dəfə əldə edir.

21 yaşı tamam olanda Arnold ABŞ-yə köçür. Bodibildinq məşqlərini burada da davam etdirir. O burada həmçinin Viskonsin Universitetində təhsil alır və 1979-cu ildə biznes və beynəlxalq iqtisadiyyat üzrə dərəcə alır. İdmandan gələn gəlirlərlə o daşınmaz əmlak alır və bodibilderlər üçün məşq alətləri satan şirkət açır. 22 yaşında isə artıq milyonçu olur.

1987-ci ildə Maria Şrayver ilə ailə həyatı qurub. 4 uşağı var. Arnold ürəyində 2 əməliyyat keçirmişdir və sağlamlığı ilə bağlı olaraq daima narahatdır. Rəqabətli karyerasının ardınca Arnold bir sıra kitablar yazdı. Onlardan ən populyarları bodibildinq üzrə kitablardır: “Bodibildinqin Yeni Ensiklopediyası”[4], “Bodibildinqin inkişafı”[5] və fərdi təlim proqramları toplusu[6]. 2023-cü ildə “Köməkçi ol” kitabı nəşr olundu. Həyatın yeddi qaydası"[7]

Atasının təsiri altında Arnold Şvartsenegger futbolla məşğul olsa da, sonralar bodibildinqə üstünlük verib. Kaliforniyanın 38-ci qubernatoru, respublikaçı Arnold Schwarzenegger düz yeddi dəfə “Mister Olimpiya” titulunu qazanıb. Onun IQ-sü 135-dir. Arni bir zamanlar hərbi xidmətdə olarkən sürücü-mexaniki olduğu М47 tankını Avstriya hökumətindən 1,4 milyon dollara alaraq, Amerikaya gətirib. Əvvəlcə tankı muzeyə versə də, sonradan geri götürərək evinə yaxnın ərazidə quraşdırıb. Т800 filmindəki Terminator obrazına görə Arnold Schwarzenegger qonorar olaraq Gulfstream III təyyarəsini alıb. 1991-ci ildə ekranlaşdırılan “Terminator-2 : Qiyamət günü” filmindəki baş roluna görə onun aldığı qonorar 12 milyon dollar olub. Film boyunca o, təxminən 700 söz işlədib. Beləliklə də Kaliforniyanın keçmiş qubernatorunun ağzından çıxan hər söz 17,143 dollarla qiymətləndirilib. Bu filmdən sonra o, bir daha mənfi obraz yaratmayacağına söz versə də, 1997-ci ildə “Betmen və Robin” filmində Mister Friz obrazını canlandırıb. Boyu 1 metr 88 santimetr olan Arnold Şvartsenegger bir filmə görə 30 milyon dollar qonorar alan ilk aktyordur. İlk dəfə ekranda o, azbüdcəli “Herakl Nyu-Yorkda” filmində görünüb. Onun ingiliscəsi o qədər bərbad olub ki, Arninin yaratdığı qəhrəmanı ayrı aktyor səsləndirib. Onun soyadı alman dilindən tərcümədə qara əkinçi deməkdir. Çətin tələffüz edilən soyadından müvəqqəti imtina edərək, öz kinokaryerasına Arnold Stronq yəni güclü ləqəbi ilə başlayıb. 30 yaşında artıq milyonçuya çevrilən Arnold uğurlu yatırımlar etməklə daha da varlanıb. 21 yaşında Amerikaya gələrəkən ingiliscə güclə danışan Arnolda Hollivudu fəth etməyə heç nə mane ola bilməyib. 2002-ci ildə onun doğma şəhəri Qrasda Terminatora heykəl qoymaq istəyiblər. Lakin layihəyə Arnoldun öz şəxsi istəyi əsasında xitam verilib. Buna baxmayaraq, həmin şəhərdə onun adını daşıyan stadion var. 2004-cü ildə Havay adalarında istirahət edən Schwarzenegger dənizdə batan adamı xilas edib.

ABŞ prezidenti Ronald Reyqan ilə görüşərkən (1984)

22 yaşında o özünü aktyor kimi sınamaq qərarına gəlir və Hollivuda üz tutur. Prodüsserlərin Arnoldun xarici görünüşü və bədən quruluşundan xoşları gəlsə də, onun soyadının çətin səslənməsi onları "Herkules Nyu-Yorkda" (Hercules In New-York) filmində onun adı və soyadını Arnold Stronq kimi qeyd etmələrinə səbəb olmuşdu. 1976-cı ildə çəkildiyi "Ac Qal" (Stay Hungry) filmindəki roluna görə o perspektivli aktyor nominasiyasında "Qızıl Qlobus" mükafatına layiq görülmüşdü. İlk ciddi filmləri 1982-ci ildə çəkildiyi Barbar Konan (film, 1982) (Conan the Barbarian) və 1983-cü ildə çəkildiyi Dağıdıcı Konan (Conan the Destroyer) filmləri olmuşdu. İlk böyük uğuru isə 1984-cü ildə rejissor Ceyms Kemeronun çəkdiyi "Terminator" (The Terminator) filmi olmuşdur. Büdcəsinin az olmasına baxmayaraq film kasset kirayəsində uzun müddət birinci yeri tutmuşdur. Bundan sonra o 1985-ci il "Kommando" (Commando), 1987-ci ildə isə "Yırtıcı" (The Predator) və "Qaçan Adam" (The Running Man) kimi filmlərdə tənha super-qəhrəman kimi çəkilmişdir.

Arnold özünü komediya filmlərində sınamaqdan da çəkinməmişdir. 1988-ci ildə çəkildiyi "Əkizlər" (The Twins) filmində onun tərəf müqabili Denni DeVito olmuşdur. Bundan sonra Arnold periodik olaraq 1990-cı ildə "Uşaq Bağçası Polisi" (Kindergarten Police), 1994-cu ildə "Junior" (Junior), "Doğru Yalanlar" (True Lies) kimi bu növ filmlərdə çəkilmişdir.

1991-ci ildə Ceyms Kemeron tərəfindən çəkilən "Terminator 2: Axirət günü" (Terminator 2 – Judgement Day) filmi olduqca böyük uğur və 4 Oskar mükafatı qazanmışdır.

Onun filmləri arasında uğur qazanmayan 1997-ci ildə çəkilən "Betmen və Robin" (Batman and Robin) və 1993-cü ildə çəkilən "Son Kino Qəhrəmanı" kimi filmlər də olmuşdur (Last Action Hero).

İl Film Rolu Qeydlər
1969 Herakl Nyu-Yorkda (Hercules in New York) Herakl
1973 Uzun Sürən Vidalaşma (The Long Goodbye) Lal-kar qatil
1974 Xoşbəxt İldönümü və Vidalaşma (Happy Anniversary and Goodbye) Riko
1976 Ac qal (Stay Hungry) Co Santo
1977 Dəmir Şişirtmək (Pumping Iron) Özü
1979 Yaramaz (The Villain) Yaraşıqlı Qərib
1979 Zibil Ovu (Scavenger Hunt) Lars, Məşqçi
1980 Ceyn Mensfild hekayəsi (The Jayne Mansfield Story) Miki Hargitay
1982 Barbar Konan (Conan the Barbarian) Konan
1984 Dağıdıcı Konan (Conan the Destroyer) Konan
1984 Terminator Terminator (T-101)
1985 Kürən Sonya (Red Sonja) Kalidor
1985 Kommando (Commando) Con Matriks
1986 Xam sövdələşmə (Raw Deal) Mark Kaminski
1987 Yırtıcı (Predator) Mayor Alan Şeffer
1987 Qaçan adam (The Running Man) Ben Riçards
1988 Qırmızı İsti (Red Heat) Kapitan İvan Danko
1988 Əkizlər (Twins) Yulius Benedikt
1990 Hər Şeyi Yada Salmaq (Total Recall) Duqlas Kvayd/Hauser
1990 Uşaq Bağçası Polisi (Kindergarten Cop) Xəfiyyə Con Kimbl
1991 Terminator 2: Axirət günü (Terminator 2: Judgment Day) Terminator (T-800)
1993 Son kino qəhrəmanı (Last Action Hero) Cek Sleitr/Özü
1994 Gerçək yalanlar (True Lies) Harri Tasker
1994 Cunior (Junior) Dr. Aleks Hesse
1994 Berettanın adası (Beretta's Island) Özü (epizodik)
1996 Yolboyu zəng səsi (Jingle All the Way) Houard Lənqston
1996 Təmizləyici (Eraser) ABŞ marşallı Con 'Təmizləyici' Kruger
1997 Batman & Robin Mr. Friz/Dr. Viktor Frays
1999 Dünyanın sonu (The End of Days) Yerixo Keyn
2000 6-cı gün (The 6th Day) Adam Gibson/Adam Gibsonun klonu
2001 Dr. Dulittl 2 (Dr. Dolittle 2) Ağ Canavar (səsləndirmə)
2002 Ziyanın əvəzlənməsi (Collateral Damage) Qordi Bruyer
2003 Ötmə (Rundown) Bar Sahibi (epizodik)
2003 Terminator 3:Maşınların üsyanı (Terminator 3: Rise of the Machines) Terminator (T-850 Model 101)
2004 Dünya ətrafında 80 günə (Around the World in 80 Days) Şahzadə Hapi
2005 Uşaq və mən (The Kid & I) Özü (epizodik)
2008 Krudun oyandırılması (Crood Awakening) Krud (səsləndirmə)
2009 Terminator: Xilasetmə Gələcək Başlayır (Terminator Salvation: The Future Begins) Terminator (T-850 Model 101) (epizodik)
2010 Qabağıalınmazlar (The Expendables) Trenç (epizodik)
2010 Qabağıalınmazlar 2 Trenç
2013 Qəhrəmanın dönüşü (The Last Stand) Rey Ouens
2013 Qaçış planı (Escape Plan) Emil Rottmayer/Viktor Manheym
2014 Təxribat (Sabotage) Con Uorton
2014 Qabağıalınmazlar 3 Trenç
2015 Terminator: Yaranma (Terminator Genisys) Terminator
2017 Aqibət (Aftermath) Roman Melnyk
2017 Killing Gunther Robert "Gunther" Bendik
2018 Viy 2: Journey to China James Hook
2019 Terminator 6 T-800 "Model 101"

Siyasətçi həyatı

[redaktə | mənbəni redaktə et]
Arnold Şvartsenegger həyat yoldaşı Mariya Şrayverlə birgə respublikaçıların qurultayında (iyul, 2006)

Arnold Şvartseneggerin həyat yoldaşı olan Mariya Şrayver ABŞ-nin keçmiş prezidenti olan Con Keneddinin qohumudur. ABŞ Demokratik partiyasının üzvü olan Mariya ilə evlilik onu partiyanın elitası ilə yaxınlaşdırmışdır. Amma Şvartsenegger özü Respublikaçılar Partiyasını dəstəkləyir və 1980-ci ildən ABŞ-nin siyasi həyatında aktiv iştirak edir. ABŞ-nin keçmiş prezidenti olan ata Corc Buş onu bədən tərbiyəsi və idman üzrə prezident şurasının sədri təyin etmişdi. 2002-ci ildə Şvartsenegger məktəblilərin sinifdənxaric məşğələlərinin keçirilməsi üzrə qanun layihəsinin inisiatoru olmuşdu. 2003-cü ildə Şvartsenegger Kaliforniya ştatının qubernatoru vəzifəsi uğrunda mübarizə aparacağını bildirmişdi. O intensiv seçkiqabağı kompaniya keçirmiş və 8 oktyabr tarixində keçirilmiş növbədənkənar seçkilərdə qalib gəlmişdi. Seçkiqabağı kompaniya ərəfəsində Şvartseneggerin rəqibləri ona qarşı informasiya mübarizəsi apararaq, onu qadınlarla kobud rəftarda, narkotik və steroid maddələrin istifadəsində və nasizm ideologiyasına olan simpatiyada günahlandırmışdılar. Qadınlarlarla olan kobud münasibətinə görə üzr istəyən aktyor, nasizmlə bağlı yayılan şayiələri inkar etmişdi. Buna dəlil kimi isə o mütəmadi olaraq yəhudi təşkilatlarına etdiyi bağışları göstərmişdi. 2006-cı ildə Kaliforniya qubernatoru vəzifəsi uğrunda təkrar seçkilər keçirildi. 7 noyabr 2006-cı ildə Arnold Şvartsenegger öz əsas rəqibi olan ştatın maliyyə naziri Fil Encilaydes üzərində qələbə çalaraq əsaslı olaraq Kaliforniya ştatının qubernatoru vəzifəsinə keçdi.

Arnold Şvartsenegger Respublikaçıları dəstəkləyən çox az saylı aktyorlardan biridir. Amma o, bir çox məsələlərdə öz partiyadaşlarına nisbətən daha liberal mövqeyə malikdir. Bunlara abort etmə hüququ, odlu silahlar üzərində nəzarət, eynicinsli insanların nigahı və s. aiddir. Amma qubernator olduqdan sonra o, eynicinsli insanların nigahının qeydə alınmasına qadağa qoymuşdu. ABŞ konstitusiyasına əsasən Şvartsenegger Avstriyada anadan olduğuna görə prezident seçilə bilməz. Şvartsenegger özü bu qanun ilə narazıdır və bu qanuna lazımi düzəlişlər edilməsini lazım bilir.

  1. 1 2 Arnold Schwarzenegger // filmportal.de. 2005.
  2. 1 2 Arnold Schwarzenegger // Brockhauz Ensiklopediyası (alm.).
  3. 1 2 https://g1.globo.com/Noticias/Mundo/0,,MUL1383296-5602,00-ARNOLD+SCHWARZENEGGER+VISITA+SUA+ANTIGA+CASA+NA+AUSTRIA.html.
  4. "The New Encyclopedia of Modern Bodybuilding : The Bible of Bodybuilding, Fully Updated and Revised".
  5. "Arnold: The Education of a Bodybuilder". 2024-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-03.
  6. "Індивідуальна Програма Тренувань". 2023-09-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-03.
  7. "Be Useful: Seven Tools for Life by Arnold Schwarzenegger review – self-help tips that are more gain than pain".