9A52-4 Tornado
9A52-4 Tornado - reaktiv yaylım atəşi sistemi, bənzəri olan “Smerç” reaktiv yaylım atəşi sistemlərindən daha uzaq məsafəni vura bilir. Bu sistemin bir yaylım atəşi ilə yüz futbol meydançası böyüklükdə olan ərazini əhatə etmək olur.
“Tornado-S” bir yaylım atəşi zamanı hədəfə bir neçə ton ağırlığında partlayıcı maddə “göndərə” bilir və bu da həmin silahı dağıdıcı gücünə görə atom bombasından sonra ikinci ən dəhşətli silaha çevirir. “Smerç” reaktiv yaylım atəşi sistemləri 70–90 km məsafədə hədəfləri vurur, “Tornado-S” isə 120 km. mənzilə malikdir. Perspektivdə raketlərin mənzili 200 kilometrə qədər artırılacaq. “Tornado-S” kompleksi 12 istiqamətləndirici ilə təchiz edilmiş əsas döyüş maşınından, eyni sayda raketlərdən ibarət konteyner daşıyan nəqliyyat-doldurucu maşından, komanda məntəqəsindən və raketlərin hədəfi vurmasını yoxlamaq üçün pilotsuz uçan aparatdan ibarətdir.
“Tornado-S” sistemlərinin ilk partiyası “Motovilixinsk zavodları” tərəfindən Rusiya qoşunlarına 2017-ci ilin avqust ayında yola salınıb. Gözlənilir ki, 2020-ci ilə qədər “Tornado-S” sistemləri Rusiya ordusundakı “Smerç” reaktiv yaylım atəşi sistemlərini əvəzləyəcək.[1]
Variantları
[redaktə | mənbəni redaktə et]9A52-4 Tornado sistemi yüngül reaktiv yaylım atəş sistemidir. Bunların iki versiyası var; Minsk təkərli traktor fabrikinin istehsalı olan 79306 markalı yük maşının şassisi üzərinə quraşdırılmış BM-27 Uragan və ya 6x6 təkər formulu olan Kamaz üzərinə quraşdırılmış olan BM-30 Smerch buraxıcı qurğuları ilə birlikdə olan versiyaları. "Tornado-G" sistemi isə mövcud olan BM-21 Grad üçün nəzərdə tutulmuş olan inkişaf etdirilmiş olan versiyadır. Rus hökuməti, Ural-4320 yük maşınlarının şassisi üzərində quraşdırılmış olan köhnə sistemlərin Kamaz 6x6 şassisinə əsaslanan 36 ədəd yeni "Tornado-G" sifariş etmişdir.
9A52-4, Tornado ailəsinə məxsus olan digər oxşar sistemlər ilə qarışdırılmamalıdır:
- 9A53-G Tornado (2x15 1x40 122mm BM-21 Qrad sisteminin Kamaz yük maşını və ya Ural-4320 şassisi üzərində quraşdırılmış olan reaktiv yaylım atəş sisteminin yenilənmiş versiyasıdır).
- 9A53-U Tornado (2x8 2x6 220mm BM-27 Uraqan sisteminin MZKT-79306 şassisi üzərində quraşdırılmış olan reaktiv yaylım atəş sisteminin yenilənmiş versiyasıdır).
- 9A53-S Tornado (2x6 2x4 300mm BM-30 Smerch sisteminin MZKT-79306 şassisi üzərində quraşdırılmış olan reaktiv yaylım atəş sisteminin yenilənmiş versiyasıdır).
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Rusiya Suriyada atom bombasından sonra ikinci ən dəhşətli silahı sınaqdan keçirib". 2017-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-26.