Əli Rza Paşa
Əli Rza Paşa | |
---|---|
4 oktyabr 1919 – 2 mart 1920 | |
Əvvəlki | Kürəkən Fərid Paşa |
Sonrakı | Saleh Hulusi Paşa |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | İstanbul, Osmanlı imperiyası |
Vəfat tarixi | |
Vəfat yeri | |
Təhsili |
|
Fəaliyyəti | siyasətçi |
Atası | Tahir Əfəndi |
Dini | Sünni, İslam |
Hərbi xidmət | |
Döyüşlər | |
Rütbəsi | marşal |
Vikianbarda əlaqəli mediafayllar |
Əli Rza Paşa (d. 1860 - ö. 31 oktyabr 1932) — VI Mehmed Vahidəddinin səltənətində 4 ay 28 gün sədrəzəm olmuş Osmanlı dövlət adamı.
Həyatı
[redaktə | mənbəni redaktə et]Əli Rıza Paşa və ya Düzdaban Əli Rıza Paşa (1860 - 31 oktyabr 1932[1])), Osmanlı İmperatorluğunun son illərində Əyan Məclisinin üzvü, Hərbi Nazir və Donanma Naziri və 4 oktyabr 1919 - 2 mart 1920 tarixlərində VI Mehmedin dövründə və İstanbulun işğalı altında olduğu zamanlar sədrəzəm vəzifəsində çalışmış dövlət xadimi, Osmanlı müşiri.[2]
1860-cı ildə İstanbulda anadan olub. Jandarm mayoru Tahir Əfəndinin oğludur. 1886-cı ildə Hərbi Akademiyanı ( Mekteb-i Harbiye) bitirib. 1897-ci il Osmanlı-Yunan müharibəsi zamanı Hərbi Əməliyyatlar İdarəsinin müdiri vəzifəsində çalışıb. O, 1903-cü ildə Monastır valisi vəzifəsində çalışarkən, Monastırdakı rus konsulunun qətlinə görə məsuliyyət daşıdığı üçün Rusiyanın təkidi ilə Tripoliyə sürgün edilib.
14 avqust 1908-ci ildə Hərbi Nazir oldu, lakin 41 gün sonra İttihat və Tərəqqi Partiyasının etirazı ilə vəzifəsindən azad edildi. O, 1909 və 1918-ci illərdə iki dəfə Hərbi Dəniz Qüvvələri naziri olub. 1912-1913-cü illər arasında Balkan müharibəsində Qərb Ordusunun Baş Komandanı vəzifəsində çalışıb. Daha sonra İstanbulun işğal olunduğu illərdə 2 oktyabr 1919-cu il - 3 mart 1920-ci il tarixləri arasında baş vəzir (sədrəzəm) vəzifəsində çalışıb. Anadoluda inkişaf edən Qüvayi-milliyə üzvləri ilə anlaşmanın qaçılmaz olduğunu görüb, nümayəndə heyəti ilə əlaqə qurdu və Saleh Paşanı Mustafa Kamal Paşa ilə görüşmək üçün Amasiyaya göndərdi və razılaşma yolları axtardı. O, formalaşdıracağı kabinetdə nümayəndə heyətinin (Heyeti Temsiliye) müraciətlərinə baxacağına söz verib. Lakin o, "Kuvâ-yi Milliye"ni hakimiyyəti ələ keçirməyə və "Heyeti Temsiliye"ni ləğv etməyə cəhd etdi. 1920-ci ildə Müttəfiq dövlətlərin təzyiqi ilə istefa verməli oldu. O, 1922-ci ildə Osmanlının sonuncu kabinetində ictimai işlər və daxili işlər naziri olub.
31 oktyabr 1932-ci ildə İstanbulda Erenköydə vəfat etmiş və İçerenköy qəbiristanlığında dəfn edilmişdir.[1]
Mənbə
[redaktə | mənbəni redaktə et]- http://www.islamansiklopedisi.info/index.php?klme=Ali+R%C4%B1za+Pa%C5%9Fa
- http://www.tarihtoplulugu.com/forums/4704-post1.html[ölü keçid]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 "Arxivlənmiş surət". 2017-11-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-11.
- ↑ http://www.tarihtoplulugu.com/forums/4704-post1.html[ölü keçid] [ölü keçid]