İndoneziyanın dövlət quruluşu

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
İndoneziya
İndoneziya Respublikası
Bayraq Gerb
Bayraq Gerb
Bhinneka Tunggal Ika
Tarixi
 • Müstəqillik əldə etməsi 1949
Paytaxt Cakarta
İdarəetmə forması Prezidentli respublika
Prezident Prabovo Subianto
Vitse – prezident Qibran Rakabuminq Raka
Sahəsi Dünyada 16-cı
 • Ümumi 1910931.32 km²
 • Su sahəsi (%) 4,85
Əhalisi
 • Əhali 248 818 100 nəfər (4-cü)
 • Sıxlıq 120 nəf./km²
ÜDM (AQP)
 • Ümumi 711,765 mlrd. dollar  (19-cu)
 • Adambaşına 4238 dollar
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İndoneziyanın dövlət quruluşu — 1945-ci ildə qəbul edilmiş Konstitusiyaya əsasən hüquqi-siyasi, inzibati, iqtisadi və ictimai münasibətlər sisitemi.

Dövlət quruluşu

[redaktə | mənbəni redaktə et]

İndoneziya məhdud hakimiyyətli prezident idarəetmə üsuluna malik respublikadır. Milli bayram günü olan müstəqillik günü (1945) avqust ayının 17-də qeyd olunur. Ölkə Konstitusiyası 1945-ci ilin avqustundan (1950, 1969, 1998, 2001 və 2004-cü illərdə edilmiş düzəlişlərlə) qüvvədədir[1][2].

İndoneziya hökuməti

[redaktə | mənbəni redaktə et]

İndoneziya hökuməti (Indonesian: Kabinet Republik Indonesia) Prezident tərəfindən təyin olunmuş nazirlərdən ibarətdir. Nazirlər Kabineti Indoneziya Respublikasının Prezidentinə tabedir və onun qarşısında cavabdehdir. Müstəqillik illərindən sonra İndoneziyada çoxlu sayda hökumət qurulmuşdur, Yeni nizam dönəmində ilk 5-illik üçün seçilmiş kabinet sonrakı illərdə demək olar ki dəyişilməmiş qalmışdır. 1945-ci il konstitusiyasında kabinetin tənzimlənmə qaydası öz əksini tapmamışdır, beləliklə də 14 noyabr 1945-ci il tarixindən İndoneziya hökuməti inzibati konvensiya ilə tənzimlənir. Bu günə qədər İndoneziyada iki tip hökumət olmuşdur: prezidentli və parlamentli. Prezidentli hökumətdə prezident hökumətin başçısı kimi onun yürütdüyü siyasətə məsuliyyət daşıyır. Parlamentli hökumətdə isə hökumət özü hökumətin siyasətini formalaşdırır və parlament qarşısına məsuliyyət daşıyır. 1945–1949-cu illər arasında İndoneziya hökuməti gah parlamentli, gah da prezidentli hökumət olmuşdur. Bu dövrdə kabinetdə nazirlərin sayı 16–37 arasında, nazirliklərin sayı isə 12–15 arasında dəyişmişdir.

27 dekabr 1949-cu ildə Niderland İndoneziya Birləşmiş Ştatlarının suverenlyini tanıdı. 1949-cu ilin konstitusiyasına əsasən İndoneziyada parlamentli hökumət idi və nazirlər parlament qarşısında məsul idi. 1950-ci ildə İndoneziya unitar dövlət statusuna qayıtsa da, parlamentli hökumət saxlanıldı. 5 iyul 1956-cı ildə prezident Sukarno 1950-ci il konstitusiyasının qüvvədən düşməsi və 1945-ci il konstitusiyasının yenidən qüvvəyə minməsi haqqına dekret imzalamışdır. Həmin vaxtı kabinet də buraxılmış və qısa müddətdən sonra bu günə qədər davam edən prezidentli sistem formalaşmışdır. Sukarnonun hakimiyyətinin son illərində hökumətdə nazirlərin sayı ən pik həddə — 111 nəfərə çatmışdır. Suhartonun dövründə və ondan sonrakı dövrdə də prezidentli hökumət saxlanılmışdır. Hazırda, 22 oktyabr 2009-cu ildə Susilo Bambang Yudhoyononun inauqurasiyasından 2 gün sonra formalaşmış ikinci birləşmiş İndoneziya hökuməti fəaliyyət göstərir. Kabinetə Yudhoyononun Demokratik Partiyasının və onunla koalisiyada olan digər 5 partiyanın üzvləri (Çiçəklənən Ədalət Partiyası, Milli Mandat Partiyası, Birləşmiş İnkişaf Partiyası, Milli Oyanış partiyası və GOLKAR partiyası) eləcə də, heç bir partiya mənsubluğu olmayan şəxslər daxildir.

Bu hökumətin tərkibinə 3 əlaqələndirici nazir, Dövlət Katibi, 20 nazir və 10 dövlət naziri daxil idi. Yudoyhononun nazirləri yalnız özünün rəhbər olduğu Demokratiya partiyasından deyil, həm də parlamentdə təmsil olunan digər partiyaların rəhbərlərindən də təyin etməsinin əsas məqsədi stabil hökumət formalaşdırmaq idi. Həmçinin bir sıra önəmli nazirliklərə heç bir partiyaya mənsub olmayan həmin sahə üzrə mütəxəssis olan şəxslər nazir təyin edilmişdir. Hər bir nazir hökumətdə xüsusi quruma rəhbərlik edir və bu ibarətdir:

  • hökumət işlərinin alandırılması.1945-ci il konstitusiyasına görə nazirliklərin dəqiq bölgüsü olmalıdır: daxili işlər, xarici işlər və s.
  • Hökumətin məsul olduğu sahələrə daxildir: din, insan hüquqları, hüquq, maliyyə, təhlükəsizlik, ticarət, enerji, təhsil, mədəniyyət, səhiyyə, sosial siyasət, məşğuluq, sənaye, mədənçilik, ictimai işlər, nəqliyyat, informasiya, rabitə, kənd təsərrüfatı, əkinçilik, meşə təsərrüfatı, dənizçilik və balıqçılıq.
  • Kabinet müxtəlif sahələrdə — milli inkişafın planlaşdırılması, dövlət aparatları, dövlət katibi, dövlət müəssisələri, torpaq, əhali, ətraf mühit, elm, texnologiya, investisiya, korparasiyalar, xırda sahibkarlıq və orta ölçülü müəssisələr, turizm, idman, gənclər, mənzil, regionların və ucqar ərazilərin inkişafı, qadınların işi məsələləri üzrə dövlət siyasətini həyata keçirir, koordinasiya edir[3].

Əlaqələndirici nazirliklər

[redaktə | mənbəni redaktə et]

Əlaqələndirici nazirliklər bunlardır:

  • İqtisadi Əlaqələr üzrə əlaqələndirici nazir
  • İnsanların rifahı üzrə əlaqələndirici nazir
  • Siyasi, Hüquqi və Təhlükəsizlik məsələləri üzrə əlaqələndirici nazir

Əlaqələndirici nazirlər Prezidentə dövlət siyasətinin hazırlanmasında, koordinasiyasında və öz məsul olduqları sahədə icra edilməsində köməklik edirlər.

İndoneziyada – Dövlət katibi nazir rütbəsi daşıyan dövlət məmurudur və o Dövlət Katibliyi Nazirliyinin başçısı sayılır. O Prezidentə və Vitse prezidentə övləti idarə etməkdə texniki və inzibati dəstək verir. O həmçinin prezidentə Ali komandan kimi işlərini icra etməkdə yardım edir. Bundan başqa İndoneziyada nazirlik statusu olmayan amma nazirliklə eyni statusu daşıyan qurumlarda fəaliyyət göstərir. Bu orqanlar Prezident qarşısına məsuliyyət daşıyırlar[4]. Bunlar:

  • Baş Prokurorluq ofisi
  • Indoneziya Milli Müdafiə Qüvvələri
  • Indoneziya Milli Polisi
  • UKPPPP (İnkişaf, Monitorinq və Nəzarət üzrə Dövlət Komissiyası)

Inzibati ərazi bölgüsü

[redaktə | mənbəni redaktə et]

Ölkə 31 əyalətə (Açex, Papua və Qərbi Papua əyalətləri xüsusi statusa malikdir), əyalət statusuna malik 2 xüsusi inzibati vahidliyə — Cakyakarta xüsusi dairəsinə və paytaxt Cakarta dairəsinə bölünür[5].

Dövlət başçısı

[redaktə | mənbəni redaktə et]

Milli birliyin rəmzi, hüquqi dövlətin, milli müstəqilliyin və ərazi bütövlüyünün təminatçısı, İndoneziya Respublikasının daxildə və xaricdə ali təmsilçisi sayılan Prezident dövlətin və hökumətin başçısı, habelə silahlı qüvvələrin ali baş komandanıdır. Dövlət başçısı, üzvləri Parlamentdə (XMK) təmsil olunmayan Nazirlər Kabinetinə rəhbərlik edir, ölkənin daxili və xarici siyasətinin həyata keçirilməsinə məsuliyyət daşıyır.

Dövlətin idarə edilməsində vitse-prezident (20 oktyabr 2009-cu ildən Boediono) dövlət başçısına yaxından köməklik göstərir.

Prezident Xalq Məşvərət Məclisi qarşısında məsuliyyət daşıyır, belə ki, Məclis növbədənkənar sessiya çağıraraq ona impiçment elan edə bilər.

20 sentyabr 2004-cü ildə 122 milyon ölkə vətəndaşının iştirak etdiyi ilk ümumxalq seçkilərində (əvvəlki illərdə Prezident Parlament tərəfindən seçilirdi) 60 %-dən çox səs toplamış Susilo Bambanq Yudoyono İndoneziyanın Prezidenti seçilmişdir. 2009-cu il iyul ayının 8-də keçirilmiş növbəti prezident seçkilərində o, böyük səs çoxluğu ilə qalib gələrək növbəti 5 il müddətinə dövlət başçısı vəzifəsini qoruyub saxlamağa müvəffəq olmuşdur.

Qanunverici hakimiyyət

[redaktə | mənbəni redaktə et]

Qanunverici hakimiyyət: Xalq Məşvərət Məclisi 2004-cü ildə İndoneziya Konstitusiyasına edilən dəyişikliklərə əsasən ali qanunverici orqan statusunu itirmişdir və ikipalatalı parlamentə — Xalq Nümayəndələr Şurasına və Regional Nümayəndələr Şurasına çevrilmişdir. 5 ildə bir dəfə çağırılan Xalq Məşvərət Məclisi Xalq Nümayəndələr Şurasının və Regional Nümayəndələr Şurasının üzvlərindən ibarətdir. Qurum Prezidentin inauqurasiyası və impiçmenti, konstitusiyaya düzəlişlər etmək səlahiyyətinə malikdir, qanunvericiliklə məşğul olmur.

Yuxarı Palata – Regional Nümayəndələr Şurası 2001-ci ildə qanunverici orqanın yeni strukturu kimi yaradılmışdır. 33 əyalətdən hər birindən 4 nümayəndə olmaqla 132 üzvü var. 5 illik müddətə seçilən deputatlar partiya üzvü ola bilməzlər. İldə iki dəfə toplanan Şura regionlarla bağlı qanunların hazırlanmasında və qəbul edilməsində Nümayəndələr Palatasına yardım edir.

Aşağı Palata – Xalq Nümayəndələr Şurası Nümayəndələr Palatası da adlanır. Faktiki olaraq birpalatalı parlament kimi bütün qanunvericilik funksiyalarını həyata keçirir və qanunların icrasına nəzarət edir. Palata proporsional — siyahı sistemi üzrə çoxmandatlı dairələrdən 5 il müddətinə birbaşa seçilən 560 deputatdan ibarətdir.

Məhkəmə hakimiyyəti

[redaktə | mənbəni redaktə et]

Üzvləri (60 hakim) Xalq Nümayəndələr Şurasının təqdimatı ilə Prezident tərəfindən təyin edilən Ali Məhkəmə, 2003-cü ildə yaradılmış və dövlət başçısının təyin etdiyi 9 üzvdən (3 hakim Xalq Nümayəndələri Şurasının, 3 üzv Ali Məhkəmənin, digər 3-ü isə Prezidentin təqdimatı ilə təyin olunur) ibarət olan Konstitusiya Məhkəməsi, habelə İndoneziya Məhkəmə Komissiyası ölkədə məhkəmə hakimiyyətini həyata keçirir.

  • Бандиленко Г. Г., Гневушева Е. И., Деопик Д. В., Цыганов В. А. История Индонезии (в трёх частях). — М., 1992–1993.
  • Демин Л. М., Другов А. Ю, Чуфрин Г. И. Индонезия. Закономерности, тенденции, перспективы развития. — М., 1987.
  • Другов А. Ю. Индонезия: Курс страноведения.— М.: Восточный Университет, 2005.
  • Погадаев, Виктор. Индонезия: Краткий справочник. — М.: Ключ-С, 2013. — 248 с. — ISBN 978-5-93136-203-8.
  1. https://tonz94.files.wordpress.com/2011/02/uud-1945-satunaskah.pdf Arxivləşdirilib 2016-03-03 at the Wayback Machine Undang-Undang Dasar Negara Republik Indonesia Tahun 1945 Dalam Satu Naskah (индон.) (PDF). Sekretariat Jenderal Majelis Permusyawaratan Rakyat. — Конституция Республики Индонезии (электронное издание)
  2. Susi Dwi Harijanti and Tim Lindsey. "Indonesia: General elections test the amended Constitution and the new Constitutional Court". International Journal of Constitutional Law. 4 (1). 2006: 138–150. doi:10.1093/icon/moi055.
  3. https://www.doguturkistanbulteni.com/tag/endonezya-hukumeti/[ölü keçid]
  4. "Arxivlənmiş surət". 2021-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-05.
  5. Формирование административных структур провинции Северный Калимантан, учреждённой в ноябре 2012 года, планируется завершить к ноябрю 2013 года