İncil
Bu məqalənin neytrallığı şübhə doğurur. |
Erkən Dövr
Tarix və Ənənələr
Məzhəblər və Hərəkatlar
Əsas mövzular
|
İncil (ərəb. إنجيل; yun. εὐαγγέλιον Evanqelion – "xoş xəbər") — Xristiyanların Müqəddəs Kitablarının bir hissəsi. Hal-hazırda İncil dedikdə, adətən Əhdi-Cədid nəzərdə tutulur.[1] Əhdi-Cədidin ilk dörd kitabı olan və İsa Məsihin doğulmasından, həyatından, möcüzələrindən, ölümündən, dirilməsindən və göyə qalxmasından bəhs edən yazılara da ayrı-ayrılıqda “Evanqelion” deyilir. Lakin Müqəddəs Kitabın Azərbaycan dilinə tərcüməsində bu dörd kitab “İncil” deyil, “Müjdə” olaraq tərcümə olunmuşdur.[2]
İncil kanonu
[redaktə | mənbəni redaktə et]İncil kanonu dedikdə, Kilsə tərəfindən Allahdan ilham almış yazı, Allahın Kəlamı olaraq qəbul edilən yazıların toplusu nəzərdə tutulur. İsa Məsih kitab yazmayıb və yazdırmayıb. Onun İncili və ya Müjdəsi yazıya alınmazdan əvvəl şifahi formada mövcud idi. Həvari Paul eramızın I əsrində bu şifahi Müjdəni (yunan dilində εὐαγγέλιον Evanqelion) İsa Məsihin Özündən aldığını yazırdı.[3] Bu şifahi “İncil” həm İsa Məsihin Müjdəsi, həm də sonra Onun Kilsəsi, yaxud İmanlılar Cəmiyyətinin Müjdəsi olub.
İsa Məsihdən sonrakı ilk iki yüzillikdə erkən xristianların Müqəddəs Kitabı, əsasən, Tövrat da daxil edilməklə bütün yəhudi Müqəddəs Yazıları olub. Xristianların çoxu Müqəddəs Kitabın yunan dilinə məşhur tərcüməsi Septuagintadan istifadə edirdilər. İsa Məsihin həyatı və təlimi haqqında müxtəlif İncil kitabları ortaya çıxmağa başladı. Kilsə bunların dördünün dəqiq olduğunu, qalanlarının isə həqiqətə uyğun gəlmədiyini qərarlaşdırıb. Lakin kanon prosesi başa çatmazdan çox-çox əvvəl məşhur xristian müəllimləri tərəfindən yazılmış əsərlərdə kanonik İncillərdən bir çox sitatlara rast gəlinir. I əsrin axırlarında yaşayan Romalı Kliment Korinflilərə 1-ci məktubunda[4] kanonik İncillərdən sitat gətirir. II əsrin əvvəllərində Antakyalı İqnatiy Mattanın yazdığı Müjdədən sitat gətirir[5] və Müjdələrlə tanış olduğunu bildirir.[6] II əsrin xristian ədəbiyyatında Papiy, Didaxe, Markiona qarşı proloq, Lionlu İrineyin yazılarında və b. əsərlərdə də kanonik İncillərin müəllifləri barədə məlumatlar verilir və onlardan sitatlar gətirilir. Lionlu İriney “Bidətlərə qarşı” əsərində yer üzünün dörd yanı olduğu kimi, İncilin də məhz dörd Müjdələrdən ibarət olduğunu qeyd edirdi.[7] II əsrin sonlarında – III əsrin əvvələrində yaşamış İsgəndəriyyəli Kliment öz əsərlərində kanonik İncillərin ayələrindən geniş istifadə edir və Müjdələrin yazılmasının tarixçəsini yazır: “İlk əvvəl nəsil şəcərəsi olan Müjdələr yazılmışdı. Markın Müjdəsi belə meydana gəldi: Peter Romada ikən Məsihin təlimini vəz etdiyi zaman, Müqəddəs Ruhla dolub, İncildə olanı nəql edirdi. Ona qulaq asan (bunlar çox idilər) Markı inandırdılar ki, o, çoxdan Peterlə birlikdə səyahət edən bir adam kimi onun dediklərini yazsın. Mark məhz belə etdi və bu İncil kitabını ondan xahiş edənlərə təqdim etdi. Peter bunu öyrəndikdə, nəinki Marka qadağan etmədi, daha da onu ruhlandırdı. Nəhayət, Yəhya o İncil kitablarının Məsihin dünyadakı əməllərindən bəhs etdiyini gördü və şagirdlərin təşviqi ilə, Ruhdan ilham alaraq ruhani bir İncil kitabını yazdı”.[8] IV əsrdə kanonun formalaşması başa çatıb.
İncilin qədim əlyazmaları
[redaktə | mənbəni redaktə et]İncilin bir çox qədim əlyazmaları tapılıb və müxtəlif muzey və kitabxanalarda saxlanır. İncilin ilk əlyazmaları, çox güman, o dövrdə geniş şəkildə istifadə edilən, amma davamlı olmayan papirusların üzərində yazılmışdır.
İngiltərənin Mançester şəhərində yerləşən Con Raylands Kitabxanasında, İncilin bilinən ən qədim nüsxəsinin bir parçası saxlanılır. Eramızın 130-140-cı illərinə aid olan və Con Raylands Papirusu kimi bilinən bu parçanın üstündə, Yəhyanın Müjdəsinin kiçik bir hissəsi yazılmışdır.[9] Bu papirus kiçik olmaqla bərabər, Yəhyanın Müjdəsinin yazılma tarixindən sadəcə olaraq 40-50 il sonrasına aid olması baxımından xüsusi əhəmiyyətə malikdir.
İsveçrənin Cenevrə şəhərinin yaxınlığında yerləşən Bodmer Kitabxanasında da mühüm papiruslar saxlanmaqdadır. Onlardan biri, eramızın 200-cü ilinə aid olan Yəhyanın Müjdəsidir. Yenə də eyni illərə aid, İncilin Matta, Mark, Luka və Yəhyadan ibarət olan bir nüsxə, çürümə səbəbilə hal-hazırda Lukanın son yarısı ilə Yəhyanın ilk yarısını əhatə edir.[10]
İrlandiyanın paytaxtı Dublində yerləşən Çester Bitti Kitabxanasında bəzi mühüm əlyazmalar saxlanılır. 200-250-ci illərə aid olan Çester Bitti Kodeksi Matta, Mark, Luka və Yəhya İncillərinin və Həvarilərin İşlərinin hissələrini ehtiva edir.[11]
Misirdə yerləşən Oksirinxus Papirusları (eramızın 200-300-cü illəri), Matta, Mark və Yəhya Müjdələrinin ayrı-ayrı hissələrindən ibarətdir.
İncilin qədim əlyazmalarının sayı başqa qədim əsərlərin əlyazmalarından sayca çoxdur. Homerin əsərlərinin 110, Vergili və Sofoklun əsərlərinin təqribən 100, Esxilin 50, Platonun 11 əlyazması qaldığı halda, İncilin tamamı və hissələrinin əlyazmaları 5 300-dən artıqdır.[12]
Kanonik İncillər
[redaktə | mənbəni redaktə et]- Mattanın nəql etdiyi Müjdə
- Markın nəql etdiyi Müjdə
- Lukanın nəql etdiyi Müjdə
- Yəhyanın nəql etdiyi Müjdə
Apokrifik İncillər
[redaktə | mənbəni redaktə et]Apokrif kəlməsi “gizli”, “üstü örtülü” mənasına gəlir. Apokrifik yazı dedikdə, Kilsə tərəfindən qəbul edilməyən erkən xristian yazıları nəzərdə tutulur.[13]
Eramızın ilk əsrlərində Kilsə İsa Məsih haqqında yazılan müxtəlif kitabların arasından dörd Müjdəni seçib əsl İncil olduğunu, qalanlarını isə həqiqətə uyğun gəlmədiyini qərarlaşdırıb. Bu seçim sadəcə bir coğrafi bölgə ilə məhdud deyil idi, Qüds, Antakya, İsgəndəriyyə, Roma və b. yerlərdə mövcud olan xristianlar tərəfindən qəbul olunub. Kilsə apokriflərə qarşı mübarizə apardığı halda, onlar qorunub-saxlanmış və bir çox qədim dillərə tərcümə olunmuşdur.
Dörd kanonik Müjdələr ilə apokriflərin arasında ciddi fərqlər vardır.
I-II yüzilliyə aid olan "Barnabas İncili".
II əsrə aid olan “Yaqub İncili” Həzrəti Məryəmin uşaqlığı, valideynləri haqqında mözücələrlə dolu rəvayətlərdən ibarətdir.
II əsrdə yazılmış “Foma İncili” İsa Məsihin uşaqlığından bəhs edir, Məsihi hər addımbaşı möcüzələr göstərən təkəbbürlü və sərt bir uşaq kimi təsvir edir. Şənbə günü gildən quş düzəldir və sonra insanların etirazları qarşısında əl çalır və o saat bunlar əsl quşlara dönüb uçmağa başlayır.[14]
Peter İncili, Məryəm İncili, Yəhyanın apokrifi, Matta, Yəhuda, Barnaba və b. apokrifik İncillərin ayrı-ayrı hissələri qorunub-saxlanıb.
İncilin təhrif nəzəriyyəsi
[redaktə | mənbəni redaktə et]Məlum olduğu kimi, müsəlmanların əksəriyyəti İncilin əslinin itirildiyini və hal-hazırda əlimizdə olan İncilin təhrif edildiyini düşünürlər. Bu mövzu xristianlarla müsəlmanların arasında mübahisələrə səbəb olur.
İncilin təhrif edildiyi fikri Qurani Kərimin aşağıdakı ayələrinə əsaslanır:
(Ey müsəlmanlar!) Onlardan (kitab əhlindən) bir zümrə də vardır ki, siz onların oxuduqlarını (Tövratdan) hesab edəsiniz deyə, kitab oxuyan zaman dillərini (qəsdən) o tərəf-bu tərəfə əyirlər (bükürlər). Halbuki onların bu oxuduqları kitabdan (Tövratdan) deyildir...[15]
Yəhudilərin bir qismi (Tövratdakı) sözlərin yerini dəyişib təhrif edir və dillərini əyərək dinə (islama) tənə vurmaq məqsədilə (sənə qarşı): “Eşitdik və qəbul etmədik; eşit, eşitməz olasan (kar olasan) və raina”, – deyirlər...[16]
Xristianlar bu iddialara cavabən belə deyirlər: “Bu ayədə bəzi yəhudilərin “sözlərin yerini dəyişib təhrif etməsindən” bəhs edilirsə də, bundan dərhal sonra “dillərini əyərək” sözündən aydın olur ki, kitabların mətnində deyil, şifahi olaraq “dəyişdirməkdən” söhbət gedir. Xristianlara gəldikdə, onlar İncili dəyişdirməsi yaxud təhrif etməsində günahlandırılmayıblar”[17]
Xristianlar Allahın İncili təhrifdən qorumağa qadir olduğuna və qoruduğuna inanırlar. Xristian alimləri İncil də daxil edilməklə Müqəddəs Yazıların məzmunu təhrif edilmədən, mətninin qorunub-saxlandığına inanırlar. Xristianlıqda vəhy məfhumu ilahi ilə bəşəri amillərin birləşməsini nəzərdə tutur. Buna görə də, xristianlar İncil əlyazmalarında bir sıra cüzi fərqlərin mövcud olmasını təhrif kimi qəbul etmirlər. Mətn tənqidi adında xüsusi bir elmi fənn qədim əlyazmaları tədqiq edərək kiçik xətaları, buraxılan kəlmələri, səhv oxunmaları və s. aşkar edir. Lakin eramızın II əsrindən bəri Kilsə atalarının çox saylı əsərlərinin tədqiqi göstərir ki, mətndə bəşəri amili kimi rast gəlinən cüzi fərqlər və xətalar Bibliyanın vahid əsas ideyalarına, mahiyyətinə xələl verməz. Bu amillər İncilin məzmununu dəyişdirməz.[18] Dörd Müjdə və ya İncil İsa Məsihin doğulması, həyatı, möcüzələri, ölümü, dirilməsi və göyə qalxması haqqında ən qədim və etibarlı mənbə sayılır.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Bax: Müqəddəs Kitab. Əhdi-Ətiq və Əhdi-Cədid. Müqəddəs Kitab Şirkəti, Bakı 2009. Səh. i: “Əhdi-Cədid yaxud İncil…”
- ↑ Bax: Müqəddəs Kitab. Əhdi-Ətiq və Əhdi-Cədid. Müqəddəs Kitab Şirkəti, Bakı 2009
- ↑ Bax: Müqəddəs Kitab, Korinflilərə 1-ci məktub 11:23; 15:3
- ↑ "Arxivlənmiş surət". 2011-10-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-12-26.
- ↑ Bax: İqnatiyin Efeslilərə məktubu 14: http://krotov.info/acts/02/01/0117efs.html Arxivləşdirilib 2022-03-25 at the Wayback Machine
- ↑ Bax: İqnatiyin İzmirlilərə məktubu 6: https://archive.today/20120712140832/library-iliya.ucoz.com/index/0-53
- ↑ Bax: http://krotov.info/library/i/iriney/vers_3.html Arxivləşdirilib 2008-12-02 at the Wayback Machine XI hissə, 8-ci bölmə
- ↑ Bax: Qeysəriyyəli Yevseviy Pamfil (265-340), “Kilsə tarixi”: http://krotov.info/acts/04/1/0324000f.html Arxivləşdirilib 2022-03-25 at the Wayback Machine
- ↑ Bax: http://www.skypoint.com/members/waltzmn/ManuscriptsPapyri.html#P52 Arxivləşdirilib 2012-02-21 at the Wayback Machine
- ↑ Bax: http://legacy.earlham.edu/~seidti/iam/tc_pap75.html Arxivləşdirilib 2011-12-20 at the Wayback Machine; http://www.ewtn.com/library/SCRIPTUR/bodmerpapyrus.HTM Arxivləşdirilib 2018-11-04 at the Wayback Machine
- ↑ "Arxivlənmiş surət". 2018-11-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-12-26.
- ↑ Bax: http://krotov.info/library/bible/comm4/rukopisi.html Arxivləşdirilib 2011-10-12 at the Wayback Machine
- ↑ Bax: http://dic.academic.ru/dic.nsf/relig/75 Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine
- ↑ Bax: Мировая духовная культура. Христианство. Церковь. Лекции и беседы. – М.: Фонд имени Александра Меня, 1995. 671 с. Тир 10 000. 2-е изд.: 1997. http://krotov.info/library/13_m/myen/00049.html Arxivləşdirilib 2013-06-09 at the Wayback Machine
- ↑ Qurani Kərim, Ali-İmran (3) surəsi, ayə 78
- ↑ Qurani Kərim, ən-Nisa (4) surəsi, ayə 46
- ↑ İsa Karataş, Gerçekleri Saptıranlar Hıristiyanlık İle İlgili Gerçek Dışı İddialara Yanıt, Lütuf yayıncılık, İstanbul, 1997
- ↑ Александр Мень. Словарь по библиологии. «Неповрежденность текста Библии»
Mənbə
[redaktə | mənbəni redaktə et]- İncil onlayn: http://www.korpu.net/BibleNorth.html Arxivləşdirilib 2013-09-18 at the Wayback Machine
- Müqəddəs Kitab (Əhdi-Ətiq və Əhdi-Cədid). Müqəddəs Kitab şirkəti. Bakı, 2009.
- Александр Мень. Словарь по библиологии. «Евангелия»; «Канон Священного Писания».
- Prof. F.F. Bruce, İncil Nasıl Yazıldı?, 3-5 s., çev. Yakup Yazman, İstanbul-1979.
Bu məqalə qaralama halındadır. |