29°33′00″ şm. e. 106°30′25″ ş. u.HGYO

Çuntsin

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çuntsin
重庆
29°33′00″ şm. e. 106°30′25″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub 1929
Sahəsi
  • 82.403 km²
Mərkəzin hündürlüyü 237 ± 1 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 32.054.159 nəf. (2020)[1]
Rəqəmsal identifikatorlar
Telefon kodu +86 23
Poçt indeksi 400000–409900
Nəqliyyat kodu 渝 A, B, C, F, G, H
Digər
cq.gov.cn
Xəritəni göstər/gizlə
Çuntsin xəritədə
Çuntsin
Çuntsin
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Çuntsin (ing. Chongqing) — Çində Sıçuan əyalətində şəhər[2], mərkəz tabeliyində şəhərdir.

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Çinin cənub-qərbində ən iri sənaye-ticarət mərkəzi, eləcə də Yantszı çayının yuxarı axarında quru və su nəqliyyatı mərkəzidir. Çuntsin Yantszı və Tszyalintszyan çaylarının qovuşduğu yerdədir. Şəhər ərazisinin mərkəzi hissəsi su ilə əhatələnmişdir və yarımadanı xatırladır. Şəhərin müxtərlif tikililəri təpələrdə salınmışdır, buna görə ona “dağlarda dolu” da deyirlər. Çuntsin kompleks sənaye şəhəridir. Burada metallurgiya, kimya, elektroenergetika, avtomobil, toxuculuq, qida, tibb sənayesi, tikinti materialları sənayesi, maşınqayırma və gəmiqayırma inkişaf edir. Hazırda Çuntsin inkişaf üçün yeni imkanlar qazanmışdır. Ölkənin mərkəzi və qərbi rayonlarının inkişafında, Yantszı hövzəsi ərazilərinin mənimsənilməsində vəgenişləndirilməsində Çuntsinin rolu əhəmiyyətli dərəcədə artmışdır. Bundan əlavə, Sansya su qovşağının tikintisi ilə əlaqədar miqrasiya prosesi və bunun ardınca yeni məskunlaşmış rayonlarda iqtisadiyyatın artımı burada daha böyük istehlak bazarının yaranmasını vəd edir.

Şəhərin əhalisinin sayı 30 751 600 mln. nəfərdən (2017) artıqdır.

  1. 国务院第七次全国人口普查领导小组办公室 中国人口普查分县资料—2020 (çin). 北京市: 中国统计出版社, 2022. 983 s. ISBN 978-7-5037-9772-9
  2. Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 6-cı cild: Çin – Dərk (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2015. səh. 181. ISBN 978-9952-441-11-6.