...

Pekin TikTok satışını təsdiqləsə, tətbiq etdiyimiz tarifləri azalda bilərik - Tramp

Dünya xəbərləri Materials 27 Mart 2025 05:22 (UTC +04:00)
Pekin TikTok satışını təsdiqləsə, tətbiq etdiyimiz tarifləri azalda bilərik - Tramp
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp, çərşənbə günü Ağ Evdə jurnalistlərə açıqlama verərkən, Pekinin TikTok-un satışını təsdiqləməsi halında, ABŞ-nin Çin məhsullarına tətbiq etdiyi tarifləri azalda biləcəyini bildirib.

Trend xəbər verir ki, Prezident Tramp deyib: "TikTok-u almağın bir çox yolu var və biz ölkəmiz üçün ən yaxşısını tapacağıq. TikTok-a gəlincə, Çin bəlkə də sövdələşməni təsdiqləməklə bunda rol oynamalıdır və məncə, edəcəklər. Mən onlara bir az faiz endirimi və ya bunu etmək üçün bir şey verəcəm. Çin məhsullarına tariflər siyahısındakı hər bir maddə TikTok-dan daha çox pula başa gəlir. Ona görə də Çini buna məcbur etmək üçün mən misal olaraq tarifləri endirərdim."

O, həmçinin qeyd edib ki, TikTok sosial şəbəkəsinin ABŞ-da bloklanmasının gecikdirilməsi mümkündür.

ABŞ-nin 46-cı prezidenti Co Bayden 2024-cü ildə Çinin ByteDance korporasiyasını, bu ilin yanvarın 19-dək TikTok-u ABŞ-da satmağa və ya fəaliyyətini dayandırmağa məcbur edən qanunu imzalayıb. CNBC-nin məlumatına görə, ABŞ administrasiyası TikTok-un 50%-ni almaq üçün potensial iddiaçılar axtarır.

Xəbər lenti

Xəbər lenti