...

Avropa İttifaqı düşməndən də betərdir - Tramp

Dünya xəbərləri Materials 26 Mart 2025 12:32 (UTC +04:00)
Avropa İttifaqı düşməndən də betərdir - Tramp
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin prezidenti Donald Tramp Avropa İttifaqının Birləşmiş Ştatları “soyduğunu” və ona düşməndən də betər olduğunu bəyan edib.

Trend xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri yazır.

Trampın sözlərinə əsasən, Avropa İttifaqının bir sıra ölkələri 45 il ərzində Amerikanın zəifliyindən istifadə edərək onu soyub-talayıblar. O, Çinin də oxşar siyasət yürütdüyünü diqqətə çatdırıb. Ağ Ev rəhbəri əmin edir ki, məhz buna görə dövlətin cari borcu 36 trilyon dolları ötüb.

“Əksər hallarda dostlar, dırnaqarası dostlar, düşməndən daha betər olub. Bir Avropa İttifaqına nəzər salın, görün onlar bu ölkənin başına nə gətiriblər, onu necə soyublar”,- Tramp qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti