Bakı. Trend:
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) baş direktoru Rafael Qrossi gələn həftə Pakistan İslam Respublikasına səfər edəcək.
Trend xəbər verir ki, bu barədə İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Şəfqət Əli Xan həftəlik mətbuat brifinqində bildirib.
"Səfər Pakistan hökumətinin dəvəti ilə baş tutacaq. Qrossinin baş nazir Şahbaz Şərif və xarici işlər naziri İshaq Dar ilə görüşləri nəzərdə tutulub", - deyə Şəfqət Əli Xan bildirib.