Bakı. Trend:
“Azərpoçt” 2024-cü ili 73,5 mln. manat gəlir ilə başa vurub. Bu keçən ilin müvafiq dövrü ilə müqayisədə 2% çoxdur.
Trend-in məlumatına görə, bunu “Azərpoçt” MMC-nin İdarə Heyəti sədrinin vəzifələrini icra edən İsi Mustafayev 2024-cü ilin yekunlarına dair brifinqdə deyib.
Onun sözlərinə görə, 2024-cü ildə EBİTDA göstəricisi 9.9 mln., manat xalis mənəət göstəricisi isə 4.5 mln. manat olub.
İsi Mustafayevin qeyd edib ki, “Azərpoçt”da 2021-ci ildən başladılan köklü dəyişikliklər və transformasiya prosesləri Cəmiyyətin zərərdən xalis mənfəətə çıxmasına və maliyyə göstəricilərinin yaxşılaşdırılmasına səbəb olub.
"Cəmiyyət 2020-ci ili 7.7 mln. manat zərərlə başa vurmasına baxmayaraq, 2024-cü ildə 4.5 mln. manat xalis mənfəət əldə edib. Belə ki, 2020-ci ilə nisbətdə “Azərpoçt”un xalis mənfəəti 158 % artıb. Artıq son 3 ildir ki, Cəmiyyət ili xalis mənfəətlə yekunlaşdırır və maliyyə dayanıqlılığını təmin edir", - deyə o əlavə edib.