Bakı. Trend:
Azərbaycanın İqtisadiyyat Nazirliyi Azərbaycan və BMT arasındakı yeni Çərçivə sənədinə yeni istiqamətlərin əlavə olunmasını təklif edib.
Trend xəbər verir ki, bu haqda bu gün Azərbaycanın İqtisadiyyat Nazirinin müavini Səməd Bəşirli Bakıda BMT və Azərbaycan arasında dayanıqlı inkişaf məsələləri üzrə əməkdaşlıq (2026-2030) haqqında Çərçivə sənədi çərçivəsində “Yüksək səviyyəli strateji prioritetləşdirmə” mövzusunda keçirlən tədbirdə çıxışında danışıb.
“Yeni Çərçivə sənədinə bu əsas istiqamətlərin daxil edilməsini təklif edirik: COP29-da elan olunmuş iqlim təşəbbüslərinin gerçəkləşdirilməsi, azad olunmuş ərazilərin reinteqrasiyası üçün dayanıqlı inkişaf layihələri, 18-ci DİM-ə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi (minaların təmizlənməsi məsələsinin), iqtisadiyyatın şaxələndirilməsi, ixracatın genişləndirilməsi və innovasiyaların inkişafı, rəqəmsal iqtisadiyyat və dördüncü sənaye inqilabı sferasında əməkdaşlığın gücləndirilməsi kimi məsələlərin daxil edilməsi”, - deyə o bildirib.