...

Azərbaycan davamlı rəqəmsal gələcək yaratmaq üçün birgə işləməyə hazırdır - Baş nazir

Siyasət Materials 31 Yanvar 2025 11:52 (UTC +04:00)
Azərbaycan davamlı rəqəmsal gələcək yaratmaq üçün birgə işləməyə hazırdır - Baş nazir
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan davamlı rəqəmsal gələcək yaratmaq üçün birgə işləməyə hazırdır.

Trend xəbər verir ki, bunu bu gün Baş nazir Əli Əsəsdov Almatıda “Digital Almaty 2025” beynəlxalq rəqəmsal forumunda çıxışı zamanı deyib.

"Rəqəmsal transformasiya məqsədinə nail olmaq üçün cəmiyyətin bütün təbəqələrinin müasir rəqəmsal xidmətlərə çıxışını təmin edəcək etibarlı infrastruktur yaratmaq lazımdır. Belə infrastrukturun əsas elementlərindən biri yüksəksürətli internetə çıxışdır", - o bildirib.

Baş nazir qeyd edib ki, Azərbaycan həmçinin startapların inkişafı üçün əlverişli şəraitin yaradılmasına, sahibkarlığın stimullaşdırılmasına və innovasiya ekosisteminin dəstəklənməsinə böyük əhəmiyyət verir, sahibkar olmaq istəyənlərin layihələrə başlamasına və onların potensialının inkişafına kömək etmək üçün müxtəlif proqramlar həyata keçirilir.

"Rəqəmsal transformasiya təkcə texnoloji proses deyil, həm də beynəlxalq əməkdaşlığı gücləndirmək imkanıdır. Bu, nəinki yeni perspektivlər açır, həm də birgə həll yolları tələb edən mürəkkəb çağırışlar yaradır. Azərbaycan beynəlxalq əməkdaşlığın inkişafına üstünlük verir və davamlı rəqəmsal gələcək yaratmaq üçün birgə işləməyə hazırdır", - Baş nazir əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti