Bakı.Trend:
Fransa həmişə Ermənistanı dəstəkləyib.
Trend xəbər verir ki, bunu bu gün Bakıda “Fransa və Ermənistan-Azərbaycan münaqişəsi”mövzusunda keçirilən beynəlxalq konfransda çıxış edən professor Məmmədağa Baxışov deyib.
O qeyd edib ki, bu da Azərbaycanla Fransa arasında olan münasibətlərə mənfi təsir edib.
"Fransa birtərəfli mövqedən əl çəkməlidir. Ərazilərimizin Ermənistan tərəfindən işğalına Fransa heç bir fikir bildirmədi. ATƏT-in Minsk qrupunda həmsədr olanda da öz Ermənistanı dəstəkləyirdi. Hazırda da Fransa Cənubi Qafqazda möhkəmlənmək üçün Ermənistanı dəstəkləyir”, - deyə o qeyd edib.
Qeyd edək ki, Bakıda “Fransa və Ermənistan-Azərbaycan münaqişəsi” mövzulu beynəlxalq konfrans öz işinə başlayıb.
Tədbirdə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin idarə heyətinin sədri Fərid Şəfiyev, “Côte d'Azur” universitetindən olan ictimai hüquq üzrə professor Kristian Vallar, Azərbaycan Milli Məclisinin millət vəkili Tural Gəncəliyev, “Musulmans en France" fransız xəbər portalının təsisçisi və baş redaktoru, Parisin “La Gazette du Caucase” internet-qəzetinin baş redaktoru Jan-Mişel Brün və başqaları iştirak edir.