43°04′ şm. e. 44°44′ ş. u.HGYO

Oktyabrskoe (Priqorodnı rayonu)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Oktyabrskoe
Октябрыхъæу, Карца
Шолхи
43°04′ şm. e. 44°44′ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub 1859
İlk məlumat 1770
Sahəsi
  • 67,24 km²
Mərkəzin hündürlüyü 645 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 10.042 nəf. (2023)[1]
Rəsmi dili
Rəqəmsal identifikatorlar
Poçt indeksi 363130
Xəritəni göstər/gizlə
Oktyabrskoe xəritədə
Oktyabrskoe
Oktyabrskoe

Oktyabrskoe (oset. Октябрыхъæу[2], inquş Шолхи[3]) — Rusiya Federasiyası, Şimali Osetiyanın Priqorodnı rayonu ərazisində yerləşən kənd. İnzibati cəhətdən Priqorodnı rayonunun və Oktyabrskoe kənd sovetliyinin mərkəzidir.

Kənd Kambileyevka çayının hər iki sahilində, Vladiqafqazdan 70 km şimal-qərbdə yerləşir.

Müasir kənd XVIII əsrin ikinci yarısında qurulmuşdur. Bu zaman mərkəzi Anquşta olan Böyük İnguşdan kənarda mərkəzi Şolxi kəndi olan Kiçik İnquş bölgəsini fortmalaşmışdır.

1859-cu ildə keçmiş Şolxi kəndinin yerində, Kambileevskaya Sunja müdafiə xətti quruldu. Bu məntəqə 1867-ci ildə ləğv edildi və Tarski xutoruna çevrildi.

Rusiya Vətəndaş müharibəsi zamanı inquşların əksəriyyəti bolşeviklərin tərəfini saxladığından, 1922-ci ildə kazakların yaşadığı kəndlərin əhalisi deportasiya edildi və yerlərinə inquşlar köçürüldü.

1924-cü il 7 iyul tarixində keçmiş adı Şolxi ona qaytarıldı və kənd İnquş Muxtar Vilayətinə verildi (5 dekabr 1936-cı ildən Çeçen-İnQuş Muxtar Vilayəti).

23 fevral 1944-cü ildə çeçen və inquşların QazaxıstanOrta Asiya ərazisinə deportasiyası zamanı bölgə Şimali Osetiya Muxtar Sovet Sosialist Respublikasına birləşdirilir və Şolxi kəndi Kartsa olaraq adlandırıldı

1965-ci ildə RSFSR Ali Soveti Rəyasət Heyətinin Fərmanı ilə Kartsa kəndi Oktyabrskoe adlandırıldı[4].

1992-ci ilin noyabrında Osetin-İnquş münaqişəsi zamanı kəndə ciddi ziyan dəydi. 1993-cü ildən bəri kənd fəal şəkildə bərpa olunur.

Milli tərkib

2010-cu il Ümumrusiya siyahıya alınmasının məlumatlarına görə kəndin milli tərkibi haqqında aşağıdakı məlumatlar verilmişdir[5]:

Xalq Say,
nəf.
Ümumi əhaliyə
olan nisbəti, %
osetinlər 9 110 87,3 %
ruslar 973 9,3 %
ermənilər 108 1,0 %
gürcülər 96 0,9 %
digərləri 149 1,4 %
ümumi 10 436 100 %

Oktyabrskoe rayonunda fəaliyyət göstərən böyük müəssisələr: Oktyabrski konserv zavodu və Oktyabrski qida fabriki[6][7]. Yerli «Alanxim» stadionunda «Avtodor» FK və «FAYUR Beslan» FK (2010-cu ildən) ev oyunlarını keçirir.

Prigorodnı Rayon İdarəsi,

1 nömrəli orta məktəb,

2 nömrəli orta məktəb,

Uşaq musiqi məktəbi,

Uşaq İncəsənət Məktəbi,

Rayon Mədəniyyət Sarayı,

Rayon kitabxanası,

Rayon Xəstəxanası,

Prigorodnı rayonunun 1 nömrəli yanğınsöndürmə məntəqəsi,

Rayon Məhkəməsi,

Rayon vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı şöbəsi.

  1. https://rosstat.gov.ru/compendium/document/13282 (rus.). Росстат, 2023.
  2. Цховребова 3.Д. Ойкономия Осетии (названия населённых пунктов Осетии). Юго-Осетинский научно-исследовательский институт им. 3. П. Ванеева. Цхинвал, 2003.
  3. "А. В. Твердого "Топонимический словарь Кавказа". 2016-03-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-17.
  4. 123. Указ о переименовании отдельных сельских Советов и населённых пунктов Северо-Осетинской АССР. Д. № 621/1
  5. "Том 4. Таблица 4. Национальный состав РСОА по муниципальным образованиям по переписи 2010 года". 2013-08-19 tarixində arxivləşdirilib.
  6. "Консервный завод". 2015-04-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-18.
  7. "Октябрьский пищекомбинат". 2015-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-18.