Kosovo milli futbol komandası

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Kosovo milli futbol komandası
Shirt badge/Association crest
AssosiasiyaKosovo Futbol Asossasiyaları
KonfederasiyaUEFA (Avropa)
Baş məşqçiBernar Şalland
StadionGSP Stadionu
FİFA koduKOS
Ev forması
Səfər forması
Üçüncü forma
İlk beynəlxalq oyunu
 Albaniya 3-1  Kosovo
Ən böyükhesablı qələbəsi
 Kosovo 7-1  Monako
Ən böyükhesablı məğlubiyyəti
 Xorvatiya 6-0  Kosovo

Kosovo milli futbol komandası — Beynəlxalq müsabiqələrdə, müstəqil Kosovo Respublikasını təmsil edən futbol üzrə milli komanda. Kosovo Futbol Federasiyasının rəhbərliyi altında fəaliyyət göstərir.

1993-cü ildə Yuqoslaviyanın süqutundan sonra bölgə özünün müstəqil futbol komandasını təşkil etmişdir. Kosovonun ilk qeyri-rəsmi oyunu Albaniya yığmasına qarşı baş tutur. Bu oyun albanların 3:1 hesablı qalibiyyəti ilə bitmişdir. Hazır ki, vəziyyətə görə kosovolular olduqca az oyun keçirmişlır. Onların böyük qismi isə peşəkar komandalara qarşı baş tutmuşdur. Kosovonun ən böyük hesablı qalibiyyəti 7:1 nəticə olmuşdur. Bu zaman komandanı Muxarrem Saxiti idarə edirdi. Kosovonun ən böyük uğurlarından biri Şimali Kiprdə keçirilən yarışmada əldə edilmişdir. 2005-ci ilin noyabrında baş vermiş yarışmada kosovolular ikinci yeri tutmuşlar. Yalnız yerli komandaya məğlub olmuşlar[1].

6 may 2008-ci ildə Kosovo Milli Futbol Federasiyası FİFA-ya komandanın rəsmən tanınması və FİFA-nın bütün turnirlərində iştirak etmədi üçün müraciət göndərilmişdir. Kosovo Milli Futbol Federasiyasınln Rezidenti Fadil Vokri bu müraciəti «tarixi an» elan edərək və Kosovonun FİFA-ya üzv seçiləcəyinə ümid bəslədiyini bildirmişdir. Kosovonun bu müraciəti qəbul edilməmişdir. Kosovonun müraciəti FİFA parlamentinin 10-cu maddəsini pozduğunu bildirərək onu qəbul etməmişlər. Əsas isə Kosovonun dünyanın bir çox ölkəsi tərəfindən tanınması idi[2].

2012-ci ilin dekabrında FİFA-nın futbol dünyası xəritəsinə yeni dövlət əlavə edilir. Belə ki, Tokiyada təşkil edilən toplantıda Kosovonun klubları, qadın futbol komandası, gənclər komandası yoldaşlıq oyunlarında iştirat etməsinə ixazə verilir[3].

3 may 2016-cı ildə Kosovo rəsmi olaraq UEFA-ya qəbul edilmişdur. 13 may 2016-cı ildə isə Kosovo FİFA-nın üzvü olur.

Kosovo milli futbol yığmasının ilk rəsmi səviyyətə oyunu 2018-ci il DÇ çərçivədində Finlandiyaya qarşı keçirmişdir (5 sentyabr, 2016).

Baş məşqçiləri

[redaktə | mənbəni redaktə et]
  • Albaniya Aet Şoşoli (1993)
  • Birləşmiş Millətlər Təşkilatı Muxarrem Saxiti (2005—2006)
  • Birləşmiş Millətlər Təşkilatı Edmond Ruqova (2006)
  • Xorvatiya Kuytim Şala (2006—2008)
  • Kosovo Albert Bunyaki (2009—)

Yığmanın tərkibi

[redaktə | mənbəni redaktə et]

Sonuncu yarışmalardan biri isə 24 mart 2017-ci ildə baş tutmumdur.

  1. "TR Northern Cyprus - 50 Years Anniversary Cup 2005". 2013-10-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-31.
  2. "FIFA rejects Kosovo football body application". 2014-10-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-31.
  3. "FIFA разрешила клубам из Косово проводить международные товарищеские матчи". 2016-09-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-31.