Əli Səidlu

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa, brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Əli Səidlu
Şəxsi məlumatlar
Doğum tarixi 10 oktyabr 1952(1952-10-10) (72 yaş) və ya 1952
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi
Dini şiəlik
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əli Səidluİran siyasətçisi. Əslən İran azərbaycanlılarındandır. O, 2003–2005-ci illərdə Mahmud Əhmədinejadın dövründə Tehran merinin müavini olmuş və Məhəmməd Baqir Qalibaf yeni mer seçilənə qədər onun səlahiyyətlərini icra etmişdir. Səidlu 2009–2011-ci illərdə Bədən Tərbiyəsi Təşkilatının rəhbəri olmuşdur.[1]

Həyatı

Erkən illəri

Əli Səidlu 10 oktyabr 1952-ci ildə İranda, Şərqi Azərbaycan ostanının Təbriz şəhərində anadan olmuşdur. O, 1975-ci ildə Təbriz Universitetini bitirmiş, sonra ABŞ-yə köçmüşdür. Səidlu 1980-ci ildə doğma şəhərinə qayıtmışdır.

Siyasi karyera

Əli Səidlu 1982-ci ildə Ticarət Nazirliyində maliyyə məsələləri üzrə müavin təyin edilmişdir. O, iki il sonra ticarət nazirinin müavini, daha sonra isə kooperativlər nazirinin müavini seçilib. Səidlu 1990-cı ildən 2002-ci ildə İran Müdafiə Nazirliyinin rəhbəri vəzifəsinə təyin edilməsinə qədər bu vəzifəni icra etmişdir. 2003-cü ildə keçirilən yerli seçkilərdə Mahmud Əhmədinejad Tehran meri seçilir və Səidlu onun müavini təyin olunur. Əhmədinejad daha sonra prezident seçilmiş və Səidlu 2005-ci il avqustun 3-dən sentyabrın 17-dək Tehran merinin səlahiyyətlərini icra etmişdir. O, 2005-ci ildə Əhmədinejad tərəfindən Neft Naziri təyin edilsə də, bu, İran Parlamenti tərəfindən təsdiq edilməmişdir. 2009-cu ilin avqustunda Səidlu Əhmədinejad tərəfindən Bədən Tərbiyəsi Təşkilatının rəhbəri təyin edilir və 2011-ci ilin avqustuna qədər bu vəzifəni tutur.

İstinadlar

  1. "Saeedlou are new head of Physical Organization". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-18.