Vikipediya:Kənd meydanı
"Vəzifəli şəxs" şablonundan bayraqların çıxarılması
Salam. Təklif edirəm ki, {{Vəzifəli şəxs}} şablonundan bayraq parametrlərini çıxaraq və məqalələrdən bunu təmizləyək. Fikirləriniz maraqlıdır. Hörmətlə, Gadirmüzakirə 07:42, 24 iyul 2024 (UTC)
- Bu məsələ xatırladığım qədəri ilə bir neçə dəfə müzakirə olunub. Məncə, qalsın. Ruvikidə də belədir. Atakhanli (müzakirə) 09:20, 24 iyul 2024 (UTC)
- O müzakirələrdə də çıxarılması ilə bağlı fikirlər gəlmişdi. Nümunə kimi götürsək, en və tr vikidə belə şey yoxdur, düzdü, bizə ruvikidən keçib vaxtilə, bir çox təcrübə kimi. Amma bəzəkli fayllara nə gərək var? Nə vəzifənini rəsmi adına, nə də bu piktoqramlara ehtiyac yoxdur, vizuallıq pozulur. Hörmətlə, Gadirmüzakirə 09:28, 24 iyul 2024 (UTC)
- Çıxarıla da bilər, çıxarılmaya da. Standart olaraq gerb və bayraq qoyuruq, amma bunun da əsası yoxdur. Amma fikrimcə, dövlət vəzifələri rəsmi adları ilə verilməlidir. — Toghrul R (m) 11:39, 24 iyul 2024 (UTC)
- Onu başqa başlıqda müzakirə edə bilərik, bu başlıq niyə açılıb bəllidir. Hörmətlə, Gadirmüzakirə 12:06, 24 iyul 2024 (UTC)
- Əksinə, məncə, daha yaxşı görünür vizual cəhətdən. Sadəcə vəzifəli şəxslərdə az qala şöbə müdirin də şablonda parametrdə yazırlar. bu olmasın gərək Atakhanli (müzakirə) 12:18, 24 iyul 2024 (UTC)
- Qalmasında problem görmürəm. Vizual olaraq da pis görüntüsü yoxdur. Hörmətlə, Patriot (müzakirə) 20:01, 24 iyul 2024 (UTC)
- Çıxarıla da bilər, çıxarılmaya da. Standart olaraq gerb və bayraq qoyuruq, amma bunun da əsası yoxdur. Amma fikrimcə, dövlət vəzifələri rəsmi adları ilə verilməlidir. — Toghrul R (m) 11:39, 24 iyul 2024 (UTC)
- O müzakirələrdə də çıxarılması ilə bağlı fikirlər gəlmişdi. Nümunə kimi götürsək, en və tr vikidə belə şey yoxdur, düzdü, bizə ruvikidən keçib vaxtilə, bir çox təcrübə kimi. Amma bəzəkli fayllara nə gərək var? Nə vəzifənini rəsmi adına, nə də bu piktoqramlara ehtiyac yoxdur, vizuallıq pozulur. Hörmətlə, Gadirmüzakirə 09:28, 24 iyul 2024 (UTC)
- Lehinə: ++++ çoxdandır lazım idi. vizual olaraq heç gözəl görünmür. sadə və ciddi olmalıdır şablonlar. bayraq, gerb, dövlət orqanının loqosu çox "şit" edir şablonu. Grenzsoldat 20:06, 24 iyul 2024 (UTC)
- Lehinə: — Bayraq və gerb olmasına ehtiyac yoxdur. Vusalsuvarov1996 (müzakirə) 07:07, 25 iyul 2024 (UTC)
- Lehinə: Düşünülənin əksinə, heç də hər vəzifəli şəxsin məqaləsindəki şablonda bayraq və gerbdən istifadə olunmayıb. Məsələn, Putin, Ərdoğan kimi (bunlar hələ Azərbaycan dilli oxuyucunun marağını daha çox cəlb edən vəzifəli şəxslərdəndir). Daha çox azərbaycanlıların məqaləsində buna rast gəlmək olar. Ya bütün məqalələrdə bu tətbiq edilməlidir, ya da heç birində. Başlıqdan şəxsin hansı dövləti və qurumu təmsil etdiyi açıq-aşkar görünür, bu səbəbdən parametrin silinməsinin informativlik və əlçatanlıq baxımdan hansısa problem yaradacağını düşünmürəm. Bir halda ki, bu parametrlər ancaq azərbaycanlılara münasibətdə tətbiq olunur, problem olacağını heç düşünmürəm; onsuz da şəxsin məqaləsinə daxil olan kimi Azərbaycan vəzifəli şəxsi olduğu məlum olur və bayrağın olub-olmaması nəyisə dəyişmir, sadəcə vizuallığa xidmət edir. --Firuza (müzakirə) 16:10, 12 avqust 2024 (UTC)
- @Toghrul R bəylə əvvəl bunu müzakirə etmişdik. Vizuallığı pozan və istifadəçilər tərəfindən düzgün istifadə olunmayan parametrdir. Məsələn: AzSSR dəfələrlə bayraq gerb dəyişib, amma çox istifadəçi buna diqqət yetirməyərək son versiyanı istifadə edir. Eləcə də, Azərbaycan Respublikasının bayrağının rəngləri 2018-ci ildə dəyişib. Lazımsızdır. Ləğv olunmalı, məqalələrdən botlarla təmizlənməlidir. Dr.Wiki54 (müzakirə) 07:35, 25 iyul 2024 (UTC)
- Bir az da fikir gəlsə çıxara bilərik, çünki saxlanılması yönündəki şərhlər sadəcə "mən bəyənirəm" prizmasındandır, "qalsın problem deyil" deyə qeyd olunub. Sadəcə vizuallıq söhbəti deyil. Çıxarılması üçün bildirilən arqumentlər daha tutarlıdır. Hörmətlə, Gadirmüzakirə 07:56, 31 iyul 2024 (UTC)
- Əleyhinə: Oxucunun məqaləyə daxil olduqda ilk baxışdan məqalənin mövzusu haqqında fikir sahibi olması üçün şablonların mövzuya uyğun kiçik fərqləndirici xüsusiyyətlərinin olmasının tərəfdarıyam. Təbii ki, söhbət hər şablonun bir rəng olmasından, bəzəkli ornamentlərdən filan getmir. Nümunə üçün, Alim şablonunda fərqli elm sahələri üçün şablonun başlığında ona uyğun piktoqram təsvir var. Fikrimcə "vəzifəli şəxs" şablonundakı bayraq və gerb də bu şablonun vizual olaraq fərqləndirici xüsusiyyətinə çevrilib. Məqaləyə daxil olduqda və şablondakı bu vizual xüsusiyyəti gördükdə məqalənin məzmunu haqqında oxucuda müəyyən fikir formalaşır. Şablonun uzun müddətdir belə olması və daimi oxucuların buna öyrəşməsi bir yana, bu, elə bir xüsusiyyətdir ki, vikiyə ilk dəfə daxil olan şəxs belə şablonun dizaynından rahatlıqla bioqrafiyanın kimliyi və məqalənin mövzusu haqqında ilkin fikir sahibi ola bilər. Yanlış istifadə ehtimalının şablonun parametrinin ləğvi üçün səbəb ola biləcəyini düşünmürəm. Bu cür düşünsək yanlış istifadə olunan N qədər şablon və parametr var. Ya da baş açmağın çətin olduğu şablonlar var, hansı ki, yeni istifadəçilər yanlış istifadə edirlər. Dediyim kimi, vizual olaraq informativdir, estetika olaraq isə xeyr, heç də pis görünmür. Kiçik piqtoqramdan gedir söhbət, şablonun başlığında böyük bayraq və gerb şəkli yerləşdirilməyib ki. --Sura Shukurlu (müzakirə) 11:33, 31 iyul 2024 (UTC)
- Əleyhinə: qalmasında problem görmürəm. — Xeyal (müzakirə) 12:00, 3 avqust 2024 (UTC)
- Əleyhinə:@Sura Shukurlu xanımın fikrləri ilə tam raıyam şablonda qalması daha uyğundur - Rosh060 (müzakirə) 14:24, 5 avqust 2024 (UTC)
- Əleyhinə: şablonların əsas funksiyasına ziddir.-Rəcəb Yaxşı (müzakirə) 08:03, 9 avqust 2024 (UTC)
- Əleyhinə: Qalması daha uyğundur. Redivy (müzakirə) 12:02, 10 avqust 2024 (UTC)
- Əleyhinə: Bayraqların çıxarılmasına qarşıyam.
Vikipediyada "Vəzifəli şəxs" şablonunda bayraqların saxlanılması vacibdir, çünki onlar məlumatın vizual təmsilini zənginləşdirir və oxucuların həmin şəxsin mənsub olduğu ölkəni dərhal tanımasına kömək edir. Bayraqlar coğrafi və milli konteksti vurğulayır, bu da xüsusilə dövlət adamları, diplomatlar və beynəlxalq səviyyədə tanınmış şəxslər üçün mühüm əhəmiyyət daşıyır. Bayraqların olması məqalələri daha informativ və istifadəçi dostu edir. Bununla yanaşı, oxucuların Vikipediyadan əldə etmək istədiyi məlumatları tez və effektiv şəkildə almasını təmin edir. Bayraqların çıxarılması oxucu təcrübəsini zənginləşdirən vizual elementləri azaltmaq deməkdir, bu isə məncə, məqbul deyil. --A.Aida88 (müzakirə) 08:35, 3 sentyabr 2024 (UTC)
Kukla siyasətinin qəbul edilməsi
Salam hərkəsə. Azviki üçün önəmli olan siyasətlərdən biri olan Vikipediya:Kuklalar siyasətini tam hazırlamışam. Qəbul səsverməsindən öncə həmişə etdiyim kimi burada müzakirəyə çıxarıram. Düzəlişləri burada müzakirə edə bilərik. Nemoralis (müzakirə) 22:29, 25 iyul 2024 (UTC)
- əslində xırda bir şeydir, amma əgər uyğundursa mətndə istifadə olunan “cəmiyyət” sözünü “icma” sözü ilə əvəz etsək vikiyə məncə, daha yaxın olar. qaydaları tam oxuyub fikirlərimi bildirəcəm. təşəkkürlər, əlinizə sağlıq 😁 Atakhanli (müzakirə) 04:46, 26 iyul 2024 (UTC)
- Dəyişə bilərsiniz, problem deyil. Nemoralis (müzakirə) 07:45, 26 iyul 2024 (UTC)
- Salam. Çıxış edib redaktə etmək bölməsində, anonimə xəbərdarlıq etməklə bağlı hissə var. Bizdə IP-lər statik deyil, xəbərdarlıq məsələsi necə olacaq, IP-lərin müzakirə səhifələrini silirik onsuz. — Bikar müzakirə 07:54, 26 iyul 2024 (UTC)
- Bəlkə adı dəyişib "Kuklaçılıq" qoyaq? Hörmətlə, Gadirmüzakirə 08:46, 26 iyul 2024 (UTC)
- yönləndirmə vermək olar Atakhanli (müzakirə) 15:43, 27 iyul 2024 (UTC)
- bu məsələdə @Sura Shukurlu xanimin fikirlərini alaq. İstifadəçilərin kukla olmasıyla bağlı araşdırmalar o daha çox edir. SE213193 (müzakirə) 21:24, 9 avqust 2024 (UTC)
- yönləndirmə vermək olar Atakhanli (müzakirə) 15:43, 27 iyul 2024 (UTC)
- @Nemoralis Əllərinə sağlıq tam oxuyacam boş zamanda. Redivy (müzakirə) 12:04, 10 avqust 2024 (UTC)
- Oxudum və müəyyən müvafiq düzəlişləri etdim, maşın tərcüməsi hiss olunur, təkrar nəzər yetirilib bir qədər də üzərindən keçilməsi lazımdır. Hörmətlə, Qədir (müzakirə) 12:18, 17 avqust 2024 (UTC)
- Qayda səsverməsi başladı: Vikipediya:Səsvermə/Kuklalar Nemoralis (müzakirə) 18:47, 31 avqust 2024 (UTC)
- @Atakhanli, @Bikar, @Gadir, @Redivy, zəhmət olmasa səsvermədə də iştirak edin. Nemoralis (müzakirə) 22:36, 11 sentyabr 2024 (UTC)
Təklif
Hörmətli viki icma. Hər birinizi salamlayıram. Artıq bir neçə dəfədir ki, mən "Azərbaycan vikimediaçıları" istifadəçi qrupunun İdarə Heyətinin (bundan sonra: İdarə Heyəti) təsdiqlənməsi məsələsini müzakirəyə çıxarıram. Lakin hər dəfə müzakirə ya yarımçıq ya da nəticəsiz qalır. Səbəb isə "Azərbaycan vikimediaçıları" istifadəçi qrupunun İdarə Heyəti haqqında qaydaların (bundan sonra: İdarə Heyəti haqqında Qaydalar) tam tərtib olunmamasıdır. Bu səbəbdən mən İdarə Heyətinin seçilməsi işinin ümumilikdə 3 əsas mərhələyə bölünərək aparılmasını təklif edirəm:
- I mərhələ - İdarə Heyəti haqqında Qaydaların tərtib olunması mərhələsi.
- II mərhələ - İdarə Heyəti haqqında Qaydaların qəbul olunması mərhələsi.
- III mərhələ - İdarə Heyətinin Seçilməsi mərhələsi.
Bura qədər hər şey aydındır. Bəs İdarə Heyəti haqqında Qaydaların tərtibi necə aparılacaq? Bu sualın hazırki vəziyyətdə bir cavabı var; İdarə Heyəti haqqında Qaydaların Tərtibi üzrə Müvəqqəti Komissiyanın (və ya qısaca: QTMK) yaradılması. Sual yarana bilər ki, "bəs bu QTMK qaydaları necə tərtib edəcək?". Əvvəla yaxşı olar ki, elə bu QTMK-nın özünü də seçki yolu ilə təyin edək. Belə olan halda yuxarıda qeyd etdiyim 3 əsas mərhələni özlüyündə bir neçə alt-mərhələyə bölməyi vacib hesab edirəm. Belə ki, I mərhələ - İdarə Heyəti haqqında Qaydaların tərtib olunması mərhələsi özlüyündə 5 alt-mərhələyə bölünməlidir:
- QTMK-nın seçki qaydalarının hazırlanması.
- QTMK-nın seçki qaydalarının icma tərəfindən açıq səsvermə yolu ilə qəbul olunması.
- QTMK-nın fəaliyyət qaydalarının hazırlanması.
- QTMK-nın fəaliyyət qaydalarının icmə tərəfindən açıq səsvermə yolu ilə qəbul olunması.
- QTMK seçkilərinin başladılması və üzvlərin seçilməsi.
Bundan sonra II mərhələ yəni İdarə Heyəti haqqında Qaydaların qəbul olunması mərhələsi gəlir ki, onun özünü də 2 alt-mərhələyə bölməliyik:
- QTMK-nın, İdarə Heyəti haqqında Qaydaları tərtib edib hazırlaması.
- İdarə Heyəti haqqı Qaydaların icma tərəfindən açıq səsvermə yolu ilə qəbul olunması.
Məhz bu mərhələlərdən sonra hesab edirəm ki, III mərhələ, yəni İdarə Heyətinin Seçilməsi mərhələsi olduqca asanlaşacaq və III mərhələnin özü avtomatik olaraq 2 alt-mərhələyə bölünəcək:
- İcmanın qəbul etdiyi İdarə Heyəti haqqında Qaydalara əsasən səsvermə başlatmaq.
- İdarə Heyətini seçmək.
Mən hələlik iki qaydanın (QTMK-nın seçki qaydaları və QTMK-nın fəaliyyət qaydalarını) müvəqqəti olaraq tərtib etmişəm və əgər bu təklifim qəbul olunarsa onları sizə təqdim edəcəyəm.
Hörmətli həmkarlar, nəzərə alın ki, İdarə Heyəti artıq seçilməlidir və bunun üçün artıq ciddi işlərə başlanılmalıdır. --Hörmətlə, Patriot (müzakirə) 17:10, 8 avqust 2024 (UTC)
- Razıyam. Amma qaydaların qəbulu zamanı çalışmalıyıq ki, belə redaktələri və şəxsləri burdan uzaq tutaq. İstifadəçi hamının gözü qarşısında öz xeyrinə qaydanı dəyişdirir ki, okeanın o başında oturub burdakı oflayn fəaliyyəti idarə etsin. Nemoralis (müzakirə) 17:30, 8 avqust 2024 (UTC)
- @Patriot Kor, təşkilatın üzvü olmasam və bu işlə maraqlanmasam da layihə haqqında yazınızdan 90-cı ilərin qoxusu gəlir :) Ortada heç nə yox, 0-ın da altından başlamaq lazım, İH, QTMK :) Hərhalda uğurlar! - Dr.Wiki54 (müzakirə) 17:48, 8 avqust 2024 (UTC)
- @Dr.Wiki54 elədir ki, var 😀. Lakin hələ ki, heç kəs heç bir təşkilata üzv deyil. Amma siz aktiv istifadəçi olduğunuza görə, həm QTMK-ya həm də İH-də namizdəliyinizi irəli sürməlisiniz məncə. Hörmətlə, Patriot (müzakirə) 17:55, 8 avqust 2024 (UTC)
- @Patriot, qaydalar heç ətraflı yazılmayıb, demək olar ki, boşluq çoxdur. Belə olan halda qaydaları qəbul etmək mümkün deyil. Məsələn, İdarə heyətinin fəaliyyəti haqqında detalları qaydalar olmalıdır. Məsələn, İdarə heyəti nələri edə bilər, nələri edə bilməz? İş bölgüsü necə olacaq? və s. Gərək draft çox ətraflı yazılsın. Kosmik Ozan utora! 20:19, 8 avqust 2024 (UTC)
- @White Demon sizinlə razıyam. QTMK təklifi də məhz bunun üçündür. Qaydaların tərtib olunması üçün komissiya yaradılsın. Mənim təklifimi diqqətlə oxuyun. Hələlik mən ilkin mərhələdə qaydaların tərtib olunmasına çalışıram. Hörmətlə, Patriot (müzakirə) 20:27, 8 avqust 2024 (UTC)
- @Patriot, qaydalar heç ətraflı yazılmayıb, demək olar ki, boşluq çoxdur. Belə olan halda qaydaları qəbul etmək mümkün deyil. Məsələn, İdarə heyətinin fəaliyyəti haqqında detalları qaydalar olmalıdır. Məsələn, İdarə heyəti nələri edə bilər, nələri edə bilməz? İş bölgüsü necə olacaq? və s. Gərək draft çox ətraflı yazılsın. Kosmik Ozan utora! 20:19, 8 avqust 2024 (UTC)
- @Dr.Wiki54 elədir ki, var 😀. Lakin hələ ki, heç kəs heç bir təşkilata üzv deyil. Amma siz aktiv istifadəçi olduğunuza görə, həm QTMK-ya həm də İH-də namizdəliyinizi irəli sürməlisiniz məncə. Hörmətlə, Patriot (müzakirə) 17:55, 8 avqust 2024 (UTC)
- @Patriot Kor, təşkilatın üzvü olmasam və bu işlə maraqlanmasam da layihə haqqında yazınızdan 90-cı ilərin qoxusu gəlir :) Ortada heç nə yox, 0-ın da altından başlamaq lazım, İH, QTMK :) Hərhalda uğurlar! - Dr.Wiki54 (müzakirə) 17:48, 8 avqust 2024 (UTC)
- Hədən böyük təklif siyahısı var. Proses sadələşməlidir. Komissiyaya ehtiyac yoxdur. Bir şəxs qaydaları tərtib edib, müzakirəyə çıxara bilər. Müzakirə əsasında da səs vermə ilə qayda qəbul olunar. Sonra qayd əsasında İD heyəti seçilər. Bu işi Gadir üzərinə götürsə məncə öhdəsindən gələ bilər. --Tarixi Nadir (müzakirə) 18:32, 8 avqust 2024 (UTC)
- Razıyam. Lakin sıralamanı izləsək proses öz axarı ilə çox sadə şəkildə davam edəcək. Gadiri də elə bu prosesə nəzarətçi qoymaq olar. İndiki halda sizin təklifiniz mümkünsüz görünür. Qaydalar bir nəfər tərəfindən tərtib olunub müzakirəyə qoyulsa hər kəs özünə sərf edən tərəfdən çıxış edə bilər. Amma qaydaları tərtib edən ayrıca komissiya təşkil olunsa bu artıq ciddi bir məsələyə çevriləcək. Təbii ki, komissiya da hazırladığı qaydanı icma səsverməsinə çıxaracaq. Səsvermə ilə qayda qəbul olunduqdan sonra komissiya ləğv ediləcək. Bu sadəcə müvəqqətidir. Hörmətlə, Patriot (müzakirə) 18:38, 8 avqust 2024 (UTC)
- Bu qədər aşırı niyə qəlizləşdiririk ki? Baxmaq lazımdır digər lokal vikilər necə edib. Konkret tələblər qoyulsun. Hər kəsə də seçici hüququ verilməsin. Namizəd də hər kəs ola bilməsin. İstifadəçilər namizədliyin versin, icma da seçsin. Heyət sonra özü arasında sədrini də seçsin fso Atakhanli (müzakirə) 19:45, 8 avqust 2024 (UTC)
- 1 ildir mən siz deyənləri təklif edirəm amma nəticə yoxdur. Hər şey əslində sadədir amma qaydaların tərtibi müzakirələrə səbəb olacaq. Bu səbəbdən mən qaydaların tərtib edilməsi üçün ayrıca komissiya tərəfdarıyam. Hörmətlə, Patriot (müzakirə) 19:58, 8 avqust 2024 (UTC)
- @Atakhanli ilə razıyam. @Patriot Kor, məsələni bu qədər qəlizləşdirməyə ehtiyac yoxdur. En, Ru və ya TrViki kimi digər böyük vikilərdə qayda nə cürdürsə o tərcümə və redaktə edilsin, müzakirəyə çıxaranda da redaktə edək vse da. QTMK zad nədi tay? Dövlət zad qururuq? 😂 samral müzakirə 20:30, 8 avqust 2024 (UTC)
- @Samral dövlət qurmuruq. Amma mən artıq 4-cü dəfədir bu müzakirəni açıram ki, bu idarə heyəti məsələsi həll edilməlidir. Amma heç kəs bu mövzuda dəstək olmur. Hamı qaydaların tərtib olunmamasından şikayətçidir. Mən sadəcə təklif irəli sürmüşəm. Bu gedişlə qaydalar müxtəlif məqsədlərlə dəyişdirilir. Qaydalar nəhayət tərəfsiz olaraq tərtib olunmalıdır. Bunun üçün bir nəfəri yox bir neçə nəfəri məsuliyyət altına salmaq lazımdır. Bir nəfərlə qaydaların tərtibi yaxşı nəticə verməyəcək. Hörmətlə, Patriot (müzakirə) 20:36, 8 avqust 2024 (UTC)
- @Patriot Kor, idarə heyəti qaydaları ilə bağlı hardasa analoji səhifə var? Nümunə kimi baxmaq üçün. Məsələn, türklər necə edir? Kosmik Ozan utora! 20:48, 8 avqust 2024 (UTC)
- @White Demon mən bu barədə ümumiyyətlə hər hansı başqa User Grouplar üzrə məlumat tapmaqda çətinlik çəkirəm. Türklərdə də həmçinin. Tapa bilməmişəm. Hörmətlə, Patriot (müzakirə) 20:57, 8 avqust 2024 (UTC)

- Salamlar. Düzü, mənim hazırda oflayn fəaliyyətim demək olar ki yoxdur, amma teq edildiyim üçün fikir bildirmək istədim bu dəfə. Məncə də sadələşdirmək lazımdır, @Patriot Kor, məsələn, QTMK-nın seçki və fəaliyyət qaydalarına nə gərək var ki? Təcrübəli istifadəçilərimizdən (qaydalar hazırlamış və bununla maraqlanan) bir neçəsini seçə bilərik (mütləq tərəfsiz və obyektiv olmalıdır, həmçinin bir-birinə uzaq, məsafəli (davalı yox:), sadəcə Vikipediyadan onlayn əlaqəsi olan) istifadəçilərdən seçməkdə fayda var deyirəm) və onlar da bir müzakirə qrupu yaradaraq danışıb hazırlaya bilərlər, daha sonra da təqdim edərlər. Sonra da uyğun düzəlişlər və əlavələr edilər, ardınca çıxarılar səsverməyə. Yəni həqiqətən bu qədər uzatmağa gərək yoxdur, başa düşürəm, hər dəfə həll olunmadan müzakirə bağlandı, amma yenə də ehtiyac yoxdur prosesi bu qədər qəlizləşdirməyə. Qaydaları qəbul etdikdən sonra da üzvləri seçərik rahat şəkildə. Hörmətlə, Qədir (müzakirə) 21:59, 8 avqust 2024 (UTC)
- @Gadir hazırda mən bu qaydaların hazırlanması üçün heç bir fəaliyyət görmürəm. Ümumiyyətlə bu qaydalar hələlik bir-iki istifadəçi tərəfindən yazılıb və istənilən istifadəçi girib redaktə edib dəyişiklik edə bilər. Hamınızla razıyam. Hamı deyir ki, nə var ki, gəlin qaydaları tərtib edək çıxaraq səsverməyə. Bəs niyə tərtib etmirik? Niyə səsverməyə çıxarmırıq? Ümumiyyətlə qaydaları kim və nə cür tərtib edəcək? Hansı təcrübəyə əsasən? Buna görə də mən bir komissiya təklif etmişəm. Şəffaflıq olsun deyə o komissiyanın da səsvermə yol ilə təşkil olunmasını təklif etmişəm. Hörmətlə, Patriot (müzakirə) 22:03, 8 avqust 2024 (UTC)
- Elə həmin seçdiyimiz istifadəçilər özləri maraqlanacaqlar, digər vikilərin təcrübələrinə baxacaqlar, soruşacaqlar edəcəklər. Ona əsasən da hazırlayacaq və təqdim edəcəklər. Yəni qaydaların hazırlanmasında onların olacaq məsuliyyət. Bu istifadəçiləri də şəffaf şəkildə seçdiyimiz kimi, həmçinin qaydalarla kifayət qədər maraqlı istifadəçilərdən seçək, yəni o istiqamətdə fəaliyyəti olanlar namizəd olsun, namizədliyi verilsin. Bir neçə belə istifadəçini səsvermə yolu ilə təyin etmək adekvat addımdır, siz deyənə gəlib çıxır, yəni qısa yoldan belə həll etmək olar. Hörmətlə, Qədir (müzakirə) 22:22, 8 avqust 2024 (UTC)
- Əslində bəzi suallar da çıxır. Azərbaycanda yaşamayan şəxs də seçiləcəkmi? Misal üçün @Eldarado. Qaydalar icazə verməsə o namizəd ola bilməyəcək. Halbuki o olsa səsimi ona verəcəm. İndi müzakirə olmalıdır ki, əgər mütləq Azərbaycanda yaşamalıdırsa, niyə mütləq? Həmçinin @Dr.Wiki54. Və ya istisna olacaqmı və s. Digər yandan mütləq həmin şəxs bilinən üz olmalıdırmı? Yəni elə istifadəçilər var ki, onlar anonimdir. Biz tutaq bilirik və əminik ki, onlar real insanlardır. Yəni kukla və ya fake deyil. Sadəcə onlar mümkün qədər anonim qalmağı seçirlər. Heç bir düşərgə, konfranslarda olmurlar. Halbuki viki üçün faydalı işləri var. Onlar namizədlik verə biləcəkmi? Yəni mütləqdir mi, oflayn tədbirlərdə iştirak edə? Əgər neytral, aktiv və vikipediyada keçmişi və böyük təcrübəsi olan biridirsə. Digər yandan ətrafında kütləsi olub səsovu etmək istəyən istifadəçilərə qarşı mübarizə metodumuz varmı? Sırf bu ad üçün namizəd olanlara qarşı hansısa tədbir növümüz varmı? Atakhanli (müzakirə) 22:08, 8 avqust 2024 (UTC)
- @Patriot Kor, təklif üçün təşəkkür, amma offlayn fəaliyyət məni cəlb etmir. @Atakhanli, maraqlıdır harada yaşadığımı nəyə əsaslandırırsınız? Bu barədə heç yerdə qeyd etməmişəm :) Bu işdə maraqlı deyiləm, çünki oflayn fəaliyyət mənim üçün lazımsızdır. Ümumilikdə xüsusiliklərə isə qarşıyam. Qaydalar hamıya şamil olunmalıdır. Yenə də təşəkkür. Dr.Wiki54 (müzakirə) 22:12, 8 avqust 2024 (UTC)
- @Dr.Wiki54 mən qaydaların tərtib olunmasında şəxsən özüm də iştirak etmək istəyirəm. Lakin idarə heyətində olmaq mənim də diqqətimi cəlb etmir. Hazırda mənim üçün vacib olan məsələ bu qaydalar çox ciddi şəkildə hazırlanmalıdır. İH heyəti AzVikinin gələcək taleyində mühüm rol oynayacaq. Hörmətlə, Patriot (müzakirə) 22:18, 8 avqust 2024 (UTC)
- Atakhanli və bütün bunlara rəğmən hesab edirsiz ki, bir nəfər qaydaları tərtib edəcək və səsverməyə çıxarıb idarə heyətini seçəcəyik? Elə buna görə də ilk öncə qaydaların ciddi tərtib olunması lazımdır. Qaydaların ciddi tərtib olunması üçün, bu qaydaları tərtib edənlərə ciddi məsuliyyət vermək lazımdır. Hörmətlə, Patriot (müzakirə) 22:12, 8 avqust 2024 (UTC)
- Açığı deyim ki, qaydaların hazırlanmasında təcrübəm yoxdur. Hesab edirəm ki, bu işdə Firuza da kömək ola bilər. --Araz Yaquboglu (müzakirə) 05:41, 9 avqust 2024 (UTC)
- @Patriot Kor, təklif üçün təşəkkür, amma offlayn fəaliyyət məni cəlb etmir. @Atakhanli, maraqlıdır harada yaşadığımı nəyə əsaslandırırsınız? Bu barədə heç yerdə qeyd etməmişəm :) Bu işdə maraqlı deyiləm, çünki oflayn fəaliyyət mənim üçün lazımsızdır. Ümumilikdə xüsusiliklərə isə qarşıyam. Qaydalar hamıya şamil olunmalıdır. Yenə də təşəkkür. Dr.Wiki54 (müzakirə) 22:12, 8 avqust 2024 (UTC)
- @Gadir hazırda mən bu qaydaların hazırlanması üçün heç bir fəaliyyət görmürəm. Ümumiyyətlə bu qaydalar hələlik bir-iki istifadəçi tərəfindən yazılıb və istənilən istifadəçi girib redaktə edib dəyişiklik edə bilər. Hamınızla razıyam. Hamı deyir ki, nə var ki, gəlin qaydaları tərtib edək çıxaraq səsverməyə. Bəs niyə tərtib etmirik? Niyə səsverməyə çıxarmırıq? Ümumiyyətlə qaydaları kim və nə cür tərtib edəcək? Hansı təcrübəyə əsasən? Buna görə də mən bir komissiya təklif etmişəm. Şəffaflıq olsun deyə o komissiyanın da səsvermə yol ilə təşkil olunmasını təklif etmişəm. Hörmətlə, Patriot (müzakirə) 22:03, 8 avqust 2024 (UTC)
- Patriotun təşəbbüsü təqdirəlayiqdir. Mənim fikrimcə bir gün vaxt təyin edilsin və online meetinglə edilməli olan işlər görülsün. Fikrimcə istifadəçi qrupunun inkişafı barədə ümumi fikirləri eşitdikdən sonra bu qaydaları tərtib edəcək işçi qrup seçilsin. Əgər kənd meydanına qalsa, proses uzayacaq. Təklif edirəm ki, gələn həftəsonu (17-si və ya 18-i avqust) bir saatda onlayn meetingin olacağı elan edilsin və hər kəsin həmin saatlarda fikri eşidilsin. Moderator Wertuose və ya Patriotun özü ola bilər. Əhməd Qurbanov (müzakirə) 09:29, 9 avqust 2024 (UTC)
- QTMK yadıma 70-cı illərin sovetlərini saldı. Kənardan baxan hansısa kommunist təşkilat qurduğumuzu düşünəcək. Bu baxımdan hesab edirəm ki, QTMK kimi qısaltmalardan çəkinmək lazımdır və çalışmaq lazımdır ki, sadə bir şey olsun.--Crepusculum (müzakirə) 08:04, 10 avqust 2024 (UTC)
- QTMK sadəcə qaydaların tərtib olunmasında məsuliyyətlə çalışan bir neçə üzvdən ibarət komissiya kimi təklif olunub. Əsas məqsədi qaydaları kiminsə öz maraqları daxilində dəyişdirməsinə mane olmaq və tam şəffaf, yekdil qayda hazırlamaqdır. Burada dövlət qurmuruq. Amma Vikipediyada "dövlət" qurulmasına qarşı tədbir görürük. Patriot Kor (müzakirə) 08:13, 10 avqust 2024 (UTC)
- Hər kəsə salam. Bu təklifi illər öncə mən irəli sürmüşəm və Qaydaları Wertuose ilə birlikdə müəyyən qədər işləmişik. Dəfələrlə də özüm də müzakirəyə çıxarmışam və ya müzakirəyə çıxarılan zaman fikrimi bildirmişəm. Heç bir QTMK ya falan ehtiyac yoxdur bu mövcud marağı daha da azaldacaq. Viki sistemlə işləməliyik. İlkin olaraq qayda hazırlanacaq, digər viki qaydalar kimi. Daha sonra viki səsvermə ilə qəbul olunacaq. Sonra isə fondun səsvermə aləti ilə İdarə heyəti seçiləcək. Hal hazırda həmin alətin bizim üçün təşkil olunmasını gözləyirəm. Buna görə də hazırda qaydalarara əlavə və dəyişikliklər edib qəbul etməliyik. İstifadəçi qrupumuzu bu günə kimi əsasən mənim, Wertuoseun və Sortilegusun müəyyən işləri sayəsində fəaliyyətinə davam etdirir. Lakin biz 2016-ci ildən baş tutmuş görüşlərdə (Görüşdə iştirak edənlər təsdiqləyərlər bu fikirləri) bizə dəstəyin lazım olması ilə bağlı fikirlər səsləndirmişik ki, kim istəyirsə qoşulsun və işimiz nisbətən yüngülləşsin. Lakin çox da yüksək marağa səbəb olmayıb. Ona görə də bu təklifi irəli sürmüşdüm və icra olunana kimi də bu yöndə fəaliyyətimə davam edəcəyəm. Yaxın zamanda qaydalar müzakirəyə çıxarılacaq və daha sonra səsvermə müddəti təyin olunacaq. Hörmətlə --eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 17:26, 11 avqust 2024 (UTC)
- Hər şey qalıb qıraqda, rəy yazan, yazmayan QTMK sözünə filan ilişir. AzVikinin oflayn hissəsi Vikipediyaçı olmayanların, qurumların əlindədir və bu, son düşərgədə olduğu kimi, istifadəçilərə təhlükə yarada bilər və yaradıb da. --► Hörmətlə: SolaVirum 21:27, 12 avqust 2024 (UTC)
- @Solavirum son düşərgədə istifadəçilərə necə bir təhlükə yaradıb ? Crepusculum (müzakirə) 05:54, 17 avqust 2024 (UTC)
- Hər şey qalıb qıraqda, rəy yazan, yazmayan QTMK sözünə filan ilişir. AzVikinin oflayn hissəsi Vikipediyaçı olmayanların, qurumların əlindədir və bu, son düşərgədə olduğu kimi, istifadəçilərə təhlükə yarada bilər və yaradıb da. --► Hörmətlə: SolaVirum 21:27, 12 avqust 2024 (UTC)
- Solavirum bu səbəbdən İH yaradılmalıdır. Dövlət qurumu nə tədbir keçirir özü bilər. Amma Vikipediyanın məmur təsirinə düşməsi yolverilməzdir. --Tarixi Nadir (müzakirə) 08:00, 17 avqust 2024 (UTC)
Hər nə qədər də düşünsəm ki, əksər hallarda faydasız və hətta viki üçün əlavə iş yükü yaradacaq qədər problemli olur, amma hesab edirəm ki, oflayn tədbirlərin təşkili lazımdır. Təşkilatçılarına da zaman-zaman öz xoş diləklərimi bildirmişəm daha da inkişaf etdirilməsi üçün. Amma, ən sadəsindən Göygöldə baş verənlərdən sonra ümumiyyətlə həmin növbəti tədbirdə hər hansı təcrübəli istifadəçini görməmək bəlkə də ən doğrusu olardı...
İH-nin yaradılması şərtdir. Kim harada nə tədbir keçirdir, hansı maliyyəni nə edir özü bilər. Amma istifadəçi qrupunun, Vikipediyanın təşkilatçı, dəstəkçi, təşəbbüskar kimi göstərildiyi, həmçinin sitenotice-ə yerləşdirilən istisnasız bütün tədbirlər İH-nin razılığı ilə olmalıdır. İH də icmanın ən etibar etdiyi və ciddi məsuliyyət ala biləcəyi insanlardan seçilməlidir. --Sura Shukurlu (müzakirə) 21:21, 17 avqust 2024 (UTC)
- @Sura Shukurlu, siz Göygöl düşərgəsində olmamısınız. Hansı baş verənlərdən bəhs edirsiniz və olmaya-olmaya hardan eşitmisiniz bu naməlum hadisəni? Nemoralis (müzakirə) 09:24, 18 avqust 2024 (UTC)
- Kimsə nəsə etməyə çalışırsa, xüsusilə də Vikipediya ilə bağlı bunu sadəcə təqdir etmək lazımdır. Çünki bu könüllü bir platformadır və xaricdən qrant almaq çətin məsələdir. Dövlət orqanları oflayn vikitədbirlər keçirilməsinə dəstək olursa bu çox gözəl haldır. Dövlət orqanları əgər nə vaxtsa gəlib öz orqanlarınin əməkdaşları, ya xüsusi şəxslər barədə məqalələr yaradılmasi üçün düşərgələr təşkilini edərdisə bu təşəbbüslərini pisləmək olardı. Hansısa məsələdə etirazı olan varsa qoşulsun növbəti düşərgəyə və fikrini açıq bildirsin. Yoxsa onlayn münasibət bildirib oflayn tədbirdən iştirakdan yayınmaqla nəyəsə nail olmaq mümkün deyil. Həm də etik deyil. Gəlin, görün, gördüyünüz əyrini yerində bildirin və məsələ daha rahat həll olunsun. Hər birinizə dərin hörmət və ehtiramla. Elnur Neciyev (müzakirə) 11:14, 18 avqust 2024 (UTC)
- ümumiyyətlə iştirak edilməmiş bir yerdə, öz gözünüzlə görmədiyiniz bir nüansı hansı fikirlə bildirə bilərsiniz? Kim nə danışırsa bu onun öz baxışıdır. Yəqin görmək istəyənlər və yaxud sizin görmək istədiyiniz kimi qələmə vermisiniz. Belə əsassız fikirlərlə burda qeyd etmək, digər vikipediyaçıların yanlış fikirdə olmasına zəmin yaradırsınız. Əgər siz Göygöldə olmamısınızsa, hardandır sizə bu naməlum söhbətlər??? Olmaya şipyonlarda var?? Vikipdiyada heç nə bəlkələrlə olmur, hər hansı bir nüans varsa qeyd edin! Dəqiq konkret deyə bilərsiniz hansı hadisədən söhbət gedir?? A.Aida88 (müzakirə) 07:30, 19 avqust 2024 (UTC)
- @A.Aida88, məncə sizin inzibatçı namizədliyinizi nəzərdə tutur istifadəçi. Hörmətlə, Qədir (müzakirə) 12:48, 22 avqust 2024 (UTC)
Vikisitat və Vikilüğətə nəzarətlə bağlı
Salam. Digər aktiv olduğum bu iki azərbaycandilli layihədə aktivlik çox olmasa da nizamsızlıq hökm sürür. Mənim hər iki layihədə redaktələrim hələ az olsa da, gündəlik Vikipediyada keçirdiyim vaxt ərzində həmin layihələrə diqqət yetirirəm. Bu alətləri də təcrübəmə əsaslanıb inzibatçı kimi fəaliyyət və iş görmək məqsədilə istəyirəm. Hansısa səhifəyə, kiməsə müraciət edib və baxılana kimi həm vaxt itirənə kimi, həm də operativ olaraq bu istiqamətdə özüm töhfələr verə (eyni zamanda müraciət səhifəsi yaradıb müraciətlərə baxa), inzibati addımlar ata bilərəm. Bunu da nəzərə alaraq, əgər razılaşarsanız, hər iki layihə üçün də inzibatçılıq irəli sürürəm. Bu müzakirənin nəticəsinə görə Metaya müraciət edəcəyəm. Layihələrdəki passivliyi nəzərə alaraq müzakirəni burada açıram. Həmçinin aşağıdakı linklərə də nəzər yetirə bilərsiniz.
Hörmətlə, Qədir (müzakirə) 16:03, 21 avqust 2024 (UTC)
- Dəstəkləyirəm. Hər iki layihədə özünüzü doğruldacağınıza da əminəm. Eyni zamanda hesab edirəm ki, sizin kimi aktiv inzibatçıya ehtiyac var həmin layihələrdə. Patriot Kor (müzakirə) 11:09, 22 avqust 2024 (UTC)
- Açığı, həmin layihələrdə inzibatçı olmağını dəstəkləmirəm. Çünki oralardakı vəziyyət nizamsızlıq yox, faəliyyətsizlikdir. Həmin layihələrdə təcrübənin olmaması problemdir, Vikisitatda cəmi 300 redaktəyə sahib olmaq inzibatçılıq üçün çox azdır. Konkret bir il ərzində bir xeyli fəaliyyət göstərəsən ki, deyə bilək ki, vikisitat prinsipləri haqqında məlumatlısan, inzibatçı olmağa hazırsan. Müzakirələrin birində də "buradakı səhifələrin 95%-i silinəsi haldadır" deməyin də narahat etdi məni. Əgər vikisitatda admin olduqdan sonra atacağın addımlardan biri xeyli səhifə silməkdirsə, onda inzibatçı olma məsələsinə lap isti baxmıram. Şiroi Akuma 23:30, 22 avqust 2024 (UTC)
- Xeyr, inzibatçı olarsam o səhifələri silməyə başlamayacam (Vikipediyada da silinəsi səhifə çoxdur), konsensus olmadığı halda kütləvi heç bir əməliyyatı icra etmərəm ümumiyyətlə. Layihələr barədə deyəndə ki, ümumi işdən anlayışım var və mən vandalizm, səhifələrə yazılan söyüşlər, qeyri-ensiklopedik şəxslərə aid səhifələri silmə və digər təmizlik işləri ilə məşğul olmağı düşünürəm. İstifadəçi kimi fəaliyyət göstərməyə hələ ki imkanım yoxdur həmin layihələrdə. Aralıqlı da olsa hər iki layihədə də 2 ildən çoxdur fəaliyyətim var. Hörmətlə, Qədir (müzakirə) 23:42, 22 avqust 2024 (UTC)
- @Gadir bəlkə layihələrə marağın artırılması istiqamətində də nə isə fikirləşəsiniz? Patriot Kor (müzakirə) 20:23, 23 avqust 2024 (UTC)
- Açığı, azvikidəki işlərimə görə hələ belə orada məzmun üzrə işləmək imkanı tapa bilmirəm, dediyiniz bir az çətin məsələyə oxşayır, nə etsək də ümidim də azdır, layihələrin aktivləşmələri ilə bağlı. Vikipediyada belə aktivlik aşağıdır demək olar. Hörmətlə, Qədir (müzakirə) 20:51, 23 avqust 2024 (UTC)
- @Gadir bəlkə layihələrə marağın artırılması istiqamətində də nə isə fikirləşəsiniz? Patriot Kor (müzakirə) 20:23, 23 avqust 2024 (UTC)
- Xeyr, inzibatçı olarsam o səhifələri silməyə başlamayacam (Vikipediyada da silinəsi səhifə çoxdur), konsensus olmadığı halda kütləvi heç bir əməliyyatı icra etmərəm ümumiyyətlə. Layihələr barədə deyəndə ki, ümumi işdən anlayışım var və mən vandalizm, səhifələrə yazılan söyüşlər, qeyri-ensiklopedik şəxslərə aid səhifələri silmə və digər təmizlik işləri ilə məşğul olmağı düşünürəm. İstifadəçi kimi fəaliyyət göstərməyə hələ ki imkanım yoxdur həmin layihələrdə. Aralıqlı da olsa hər iki layihədə də 2 ildən çoxdur fəaliyyətim var. Hörmətlə, Qədir (müzakirə) 23:42, 22 avqust 2024 (UTC)
Seçilmiş məqalə və Yaxşı məqalə namizədləri
Təklif edirəm ki "Seçilmiş məqalə namizədləri", "Yaxşı məqalə namizədləri", "Seçilmiş siyahı namizədləri" səhifələrindəki namizədlərə baxmaq üçün bir müddət təyin edilsin. Yəni səhifəyə bir məqalə namizəd kimi qoyulubsa buna 1,2 lap 3 ay ərzində baxılsın. Amma bir hədd olsun. Yoxsa baxırsan ki bir məqalə namizəd səhifəsində 5 aydır oturub gözləyir paraleldə də başqa bir məqalə bir neçə gün içərisində yoxlamadan keçir. Ya gözləyən məqalələrə səbəb göstərilməklə yox deyilsin ya da məqalədə hər şey qaydasındadırsa təsdiq edilsin. Bundan başqa məncə inzibatçılardan birinə bu işi tapşırmaq da olar. 14 inzibatçıdan biri bu işi görə bilər yəqin ki. Rəcəb Yaxşı (müzakirə) 11:52, 23 avqust 2024 (UTC)
- Salam. Mən demək olar ki bu bölmədən başqa bütün işlərlə məşğul oluram, buna isə vaxtım qalmır. Hər mövzunu oxumağa da həvəsim olmur. Keçən məqalələr dediyiniz isə öz məqalələrimdir, 2-3 ay gözlədim, dediyiniz kimi, gördüm baxan yoxdur, götürüb özüm keçirtdim, çünki özüm yazdığım üçün doğruluğundan əminəm. Hörmətlə, Qədir (müzakirə) 11:59, 23 avqust 2024 (UTC)
- Bu işi inzibatçılar görməlidir. İnzibatçıları digər istifadəçilərdən fərqləndirən əsas cəhəd məhz budur. İstifadəçi istəsə illərlə Azvikiyə daxil olmaya bilər, ancaq inzibatçının belə bir şansı yoxdur. 14 admindən 3-4 nəfəri bu işlə məşğul olur. Yerdə qalan 10 admin arasında 6-7 nəfəri ömründə bu işlə məşğul olmayıb. Soruşsan onlarla bəhanə gətirəcək ki, bəs mən filan iş görürəm. Bu məqamda mənim ümüdüm yeni seçilmiş adminlərə ola bilərdi. Köhnələrin bu işi görməyəcəyi artıq məlum məsələdirsə, bəlkə yenilər gördü ? Şükür Allaha ki, onlarda görməmək barədə həmfikir oldular. Crepusculum (müzakirə) 00:04, 24 avqust 2024 (UTC)
- Elə bir şey yoxdu. İstər EnViki olsun, istər TrViki olsun, istər RuViki olsun, SM və YM dəyərləndirmələrini adi, təcrübəli istifadəçilər aparır. Süni şəkildə bu məsələni sadəcə inzibatçıların üstünə yükləmək düzgün deyil. Şiroi Akuma 00:09, 24 avqust 2024 (UTC)
- @White Demon haqlıdır. Elə bu yaxınlarda bu istiqamətdə hüquq yaradıldı və siz də o hüquqa sahibsiniz. Hörmətlə, Qədir (müzakirə) 00:46, 24 avqust 2024 (UTC)
- @Gadir əlbəttə sizin @White Demonu haqlı olaraq qəbul etməyiniz başa düşüləndir. Məsələn, bu günə qədər yuxarıda adı qeyd olunan 3 səhifədə 1.000 məqalə təqdim edilibsə onlardan 990-nı inzibatçı olan şəxslər müvafiq səhifələrə əlavə edib, yekunlaşdırıb və arxivləşdirib. Əgər bu məqam süni şəkildə yaradılmış bir hal olsaydı yəgin ki, ötən 18 il ərzində sıradan istifadəçiləri də bunu edərdilər. İcmanın gözləntisi bu redaktələrin inzibatçılar tərətindən icra edilməsi yönündədir. Şəxsən məncə doğru olan da budur. Bəli, mənim həmin redaktələri etmək hüququm var. Sadəcə bir müddət gözləmək istəyirəm ki, görən 15 admindən hansı biri duruma əl atacaq. Bu mövzu haqqında sonuncu şərhimdir. Ömürlük bloklanma üçün daha heç kimə iynənin ucu boyda olsa belə əsas, səbəb verməyəcəm. Hörmətlə: Crepusculum (müzakirə) 15:13, 24 avqust 2024 (UTC)
- Səsləndirdiyiniz fikirlər sadəcə absurddur. Bu sahə üzrə inzibatçı alətlərindən istifadə tələb olunmur, ona görə də mütləq onların baxması şərt deyil. Biz keçmişdən yox, indidən danışırıq. Keçmişə qalsa çox səhvlər olub, vaxt keçdikcə layihə daha da inkişaf edib. İnzibatçıya prezidentdən artıq səlahiyyət yükləmək mənasızdır, texniki imkanı çatan hər fəaliyyəti istifadəçilər də görə bilərlər (hansı ki, bu layihədə də tam imkanlar var). Hörmətlə, Qədir (müzakirə) 17:15, 24 avqust 2024 (UTC)
- @Gadir əlbəttə sizin @White Demonu haqlı olaraq qəbul etməyiniz başa düşüləndir. Məsələn, bu günə qədər yuxarıda adı qeyd olunan 3 səhifədə 1.000 məqalə təqdim edilibsə onlardan 990-nı inzibatçı olan şəxslər müvafiq səhifələrə əlavə edib, yekunlaşdırıb və arxivləşdirib. Əgər bu məqam süni şəkildə yaradılmış bir hal olsaydı yəgin ki, ötən 18 il ərzində sıradan istifadəçiləri də bunu edərdilər. İcmanın gözləntisi bu redaktələrin inzibatçılar tərətindən icra edilməsi yönündədir. Şəxsən məncə doğru olan da budur. Bəli, mənim həmin redaktələri etmək hüququm var. Sadəcə bir müddət gözləmək istəyirəm ki, görən 15 admindən hansı biri duruma əl atacaq. Bu mövzu haqqında sonuncu şərhimdir. Ömürlük bloklanma üçün daha heç kimə iynənin ucu boyda olsa belə əsas, səbəb verməyəcəm. Hörmətlə: Crepusculum (müzakirə) 15:13, 24 avqust 2024 (UTC)
- Hüquq bu yaxınlarda verildiyinə görə xəbərim yox idi təbii ki. Çox sağ olun ki xəbər verdiz. Bundan sonra vaxt tapdıqca bir bir baxacam məqalələrə. Rəcəb Yaxşı (müzakirə) 06:15, 26 avqust 2024 (UTC)
- @Rəcəb Yaxşı, salam. Hüquq əslində iki ildən artıqdır var, sadəcə müvafiq bölmələr üzrə tam icazələr bu il təmin olundu (bax: keçid). Hüquq barədə Vikipediya:Məqalə namizədləri/Yoxlayıcılar səhifəsindən məlumat əldə edə bilərsiniz. Hörmətlə, Qədir (müzakirə) 09:53, 26 avqust 2024 (UTC)
- İndi baxıram mənim yanvarda təqdim etdiyi məqalə 8 aydır dayanıb. Özüdə 4-5 lehinə səsi var. Amma baxan yoxdur heç. Dəhşətdir. Grenzsoldat 10:50, 3 sentyabr 2024 (UTC)
- Aktivlik və layihəyə olan maraqla bağlıdır. Mən də, siz də, White Demon da çox aktiv fəaliyyət göstəririk, amma bu, hər şeyə yetişə bilərik demək deyil. Hörmətlə, Qədir (müzakirə) 12:23, 3 sentyabr 2024 (UTC)
- İndi baxıram mənim yanvarda təqdim etdiyi məqalə 8 aydır dayanıb. Özüdə 4-5 lehinə səsi var. Amma baxan yoxdur heç. Dəhşətdir. Grenzsoldat 10:50, 3 sentyabr 2024 (UTC)
- @Rəcəb Yaxşı, salam. Hüquq əslində iki ildən artıqdır var, sadəcə müvafiq bölmələr üzrə tam icazələr bu il təmin olundu (bax: keçid). Hüquq barədə Vikipediya:Məqalə namizədləri/Yoxlayıcılar səhifəsindən məlumat əldə edə bilərsiniz. Hörmətlə, Qədir (müzakirə) 09:53, 26 avqust 2024 (UTC)
- @White Demon haqlıdır. Elə bu yaxınlarda bu istiqamətdə hüquq yaradıldı və siz də o hüquqa sahibsiniz. Hörmətlə, Qədir (müzakirə) 00:46, 24 avqust 2024 (UTC)
- Elə bir şey yoxdu. İstər EnViki olsun, istər TrViki olsun, istər RuViki olsun, SM və YM dəyərləndirmələrini adi, təcrübəli istifadəçilər aparır. Süni şəkildə bu məsələni sadəcə inzibatçıların üstünə yükləmək düzgün deyil. Şiroi Akuma 00:09, 24 avqust 2024 (UTC)
- Bu işi inzibatçılar görməlidir. İnzibatçıları digər istifadəçilərdən fərqləndirən əsas cəhəd məhz budur. İstifadəçi istəsə illərlə Azvikiyə daxil olmaya bilər, ancaq inzibatçının belə bir şansı yoxdur. 14 admindən 3-4 nəfəri bu işlə məşğul olur. Yerdə qalan 10 admin arasında 6-7 nəfəri ömründə bu işlə məşğul olmayıb. Soruşsan onlarla bəhanə gətirəcək ki, bəs mən filan iş görürəm. Bu məqamda mənim ümüdüm yeni seçilmiş adminlərə ola bilərdi. Köhnələrin bu işi görməyəcəyi artıq məlum məsələdirsə, bəlkə yenilər gördü ? Şükür Allaha ki, onlarda görməmək barədə həmfikir oldular. Crepusculum (müzakirə) 00:04, 24 avqust 2024 (UTC)
Vikipediya senzura yeri deyil
Salam. Vikipediya nə deyil qaydasının "Vikipediya senzura yeri deyil" bölməsini hazırlamışam. Həmin qaydada bu barədə qəbul edilmiş siyasətimiz yoxdur. Fikirləriniz maraqlıdır, problem yoxdursa, daha sonra qəbulu və prinsipə əlavəsi üçün müvafiq səsverməni başladacam. Hörmətlə, Qədir (müzakirə) 14:20, 23 avqust 2024 (UTC)
- Ola bilər — Bikar müzakirə 14:33, 23 avqust 2024 (UTC)
- @Gadir, bura bəlkə siyasətlə bağlı da əlavələr edək? Siyasilərlə bağlı tənqidlər, dövlət başçıları ilə bağlı mülk iddiaları əlavə olunanda çoxu çıxarır. Məsələn, "Həmidov Hüseynovu KQB agenti adlandırmışdır." Biri çıxıb deyəcək ki, Həmidpv türkçü idi ona görə belə danışıb və məlumatı siləcək. - 16:51, 23 avqust 2024 (UTC) Dr.Wiki54 (müzakirə) 16:51, 23 avqust 2024 (UTC)
- @Dr.Wiki54, salam. Bu, səhifəni işləyərkən mənim də ağlımda idi. Amma sosial bunu əhatə edir, yenə də əlavəsində problem görmürəm, əksinə, fayda var. Hörmətlə, Qədir (müzakirə) 16:56, 23 avqust 2024 (UTC)
- Dr.Wiki54, Hörmətlə, Qədir (müzakirə) 11:10, 24 avqust 2024 (UTC)
- Dr.Wiki54, Gadir, qayda qəbul olunsa, nə olacaq ki? Sabah kimsə nəsə yazanda, durub oğurlayıb basacaqlar içəri, məcbur sildirəcəklər. Vikipediyanın səlahiyyəti Azərbaycan dövlətinin gücündən üstün deyil. --► Hörmətlə: SolaVirum 13:44, 26 avqust 2024 (UTC)
- @Solavirum, biz bizə düşən hissəni həll etməliyik. Dr.Wiki54 (müzakirə) 18:53, 26 avqust 2024 (UTC)
- 50 baxış olub səhifəyə, baxanlardan fikir bildirmələri xahiş olunur. Vacib məsələdir, müzakirə edib həll edək, nəticə əldə etmədən arxivləşdirməyək :) Hörmətlə, Qədir (müzakirə) 15:44, 25 avqust 2024 (UTC)
- Şərh: Fikrimcə nəsə əlavə edilməlidir vəya nəsə çatmır amma Lehinə: düşünəcəyim qaydadır və gözəl təklifdir. Redivy (müzakirə) 07:20, 31 avqust 2024 (UTC)
@Bikar, Dr.Wiki54, Solavirum, Redivy, və digər istifadəçilər, qaydanın qəbulu üçün müvafiq səsvermə başladılmışdır, iştirakınız gözlənilir. Qısa və vacib qaydadır, qeyd edim ki, bu başlıq kifayət qədər açıq qaldığı üçün qəbulunun rahatlığı üçün müddət ilkin olaraq 1 həftə təyin olunmuşdur. Hörmətlə, Qədir (müzakirə) 20:13, 8 sentyabr 2024 (UTC)
Salamlar. Bu kimi vacib bir qaydanı artıq qəbulu üçün müzakirələrinizə təqdim edirəm, qayda demək olar tam hazırdır. Nəzər yetirilib nə düzəlişlər lazımdırsa edilib səsverməyə çıxarılacaq. Ümid edirəm ki, diqqət görəcək. Hörmətlə, Qədir (müzakirə) 21:46, 31 avqust 2024 (UTC)
- Əvvəlki müzakirədə dediklərim hələ də qüvvədədir. Hələ bir kuklalar siyasətini qəbul edək. Səsvermədə iştirak edin. Nemoralis (müzakirə) 09:50, 2 sentyabr 2024 (UTC)
- Təftişçi seçək yoxsa qaydanı lokal təftişçisiz hala gətirək? Hörmətlə, Qədir (müzakirə) 14:16, 2 sentyabr 2024 (UTC)
Announcing the Universal Code of Conduct Coordinating Committee
- Original message at wikimedia-l. You can find this message translated into additional languages on Meta-wiki. Zəhmət olmasa dilinizə tərcümə etməyə kömək edin
Hello all,
The scrutineers have finished reviewing the vote and the Elections Committee have certified the results for the Universal Code of Conduct Coordinating Committee (U4C) special election.
I am pleased to announce the following individual as regional members of the U4C, who will fulfill a term until 15 June 2026:
- North America (USA and Canada)
- Ajraddatz
The following seats were not filled during this special election:
- Latin America and Caribbean
- Central and East Europe (CEE)
- Sub-Saharan Africa
- South Asia
- The four remaining Community-At-Large seats
Thank you again to everyone who participated in this process and much appreciation to the candidates for your leadership and dedication to the Wikimedia movement and community.
Over the next few weeks, the U4C will begin meeting and planning the 2024-25 year in supporting the implementation and review of the UCoC and Enforcement Guidelines. You can follow their work on Meta-Wiki.
On behalf of the U4C and the Elections Committee,
RamzyM (WMF) 14:05, 2 sentyabr 2024 (UTC)
Have your say: Vote for the 2024 Board of Trustees!
Hello all,
The voting period for the 2024 Board of Trustees election is now open. There are twelve (12) candidates running for four (4) seats on the Board.
Learn more about the candidates by reading their statements and their answers to community questions.
When you are ready, go to the SecurePoll voting page to vote. The vote is open from September 3rd at 00:00 UTC to September 17th at 23:59 UTC.
To check your voter eligibility, please visit the voter eligibility page.
Best regards,
The Elections Committee and Board Selection Working Group
MediaWiki message delivery (müzakirə) 12:13, 3 sentyabr 2024 (UTC)
Mühafizə təklifi
Salam. Təklif edirəm ki, deputat seçilmiş şəxslərin məqalələrini mühafizə edək. IP-lər tərəfindən hələ vəzifələrinə başlamamış indidən deputat kimi təqdim olunurlar, amma hələ əlavə olunmalı deyil. 1 ay mühafizə yerində olacaq. Hörmətlə, Qədir (müzakirə) 15:38, 8 sentyabr 2024 (UTC)
- Əlavə olaraq təklif edirəm ki, statuslu məqalələr də mühafizə edilsin IP redaktələrdən. --► Hörmətlə: SolaVirum 15:41, 8 sentyabr 2024 (UTC)
- Ola da bilər, olmaya da. Amma açığı, "açıq ensiklopediya" anlayışına zidd olduğunu düşünüb çox da isti baxmıram bu təklifə. Aktivlik zatən aşağıdır, amma elə həm də bu səbəbdən digər səhifələr kimi nəzarət etməkdə müəyyən problemlər yarana bilər. Amma bu mövzu aktualdır deyə müdaxilələrə məruz qalır, statuslu məqalələr elə deyil, elə olanları isə mühafizə etmək olar. Hörmətlə, Qədir (müzakirə) 15:56, 8 sentyabr 2024 (UTC)
- Mən qarşıyam. Statuslu məqalə olmaq üstünlük demək deyil. Keyfiyyətli olub statusu olmayan çox məqalə var. Şiroi Akuma 19:24, 8 sentyabr 2024 (UTC)
- Statuslu məqalələrin ip redaktələrdən mühafizəsinə daha isti baxıram. Deputat seçilmiş şəxslərin məqalələri vandalizmə məruz qaldığı halda bunu etmək olar. Hamısına ehtiyac yoxdur. Hörmətlə --eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 18:51, 8 sentyabr 2024 (UTC)
- Deputatların demək olar hər birinə bu barədə müdaxilələr olunur, belə görürəm onsuz qərar verənə kimi MM açılacaq. Statuslu məqalələrdə mübahisəli mövzularda mühafizənin tərəfdarıyam, digər hallarda yox. Hörmətlə, Qədir (müzakirə) 18:53, 8 sentyabr 2024 (UTC)
Həsən İmanov
Salam. Tək başına qərar almaq istəmədim deyə bura yazıram. Həsən İmanov adlı istifadəçinin fəaliyyətinə nəzər yetirin zəhmət olmasa. Ən azı dörd ildir ki, maşın tərcüməsiylə məqalə yazır. Sildiyim məqalələrin sayını unutmuşam. Təklikim odur ki, sözügedən istifadəçini müddətsiz bloklayım. Belə olmaz. --► Hörmətlə: SolaVirum 15:55, 9 sentyabr 2024 (UTC)
- çoxdan verilməli idi bu qərar. ziyanlı fəaliyyəti var. Grenzsoldat 16:02, 9 sentyabr 2024 (UTC)
- Maşın tərcüməsi edənlərə bir dəfə xəbərdarlıq olunmalı, məhəl qoyulmadığı təqdirmə müddətsiz bloklanmalıdır. Belə qayda olsa maşın tərcüməsinin qarşısını almaq daha asan olar. Thunder Storm (müzakirə) 18:21, 9 sentyabr 2024 (UTC)
- @Solavirum, zəhmət olmasa başlığı VP:Ş səhifəsinə köçürə bilərsən? Orada müzakirə olunub qərar verilsin. Hörmətlə, Qədir (müzakirə) 18:53, 9 sentyabr 2024 (UTC)
Məqalələrdə addəyişmə tarixçəsi
Təklif edirəm ki, əgər məqalənin adı müzakirə ilə dəyişmişdisə, məqalənin "Müzakirə"sində bu qeyd olunsun (müzakirənin linki ilə, müzakirə arxivləşibsə arxivləşmiş səhifənin linkini əlavə etməklə). Misal: ru-Vikidə "Цхинвал" səhifəsinin müzakirəsi. Zohrab javad (müzakirə) 12:49, 10 sentyabr 2024 (UTC)
- Hər məqalə üçün (misal, orfoqrafiya səhvinin düzəldilməsi) buna gərək yoxdur, amma onsuz vacib addəyişmələr müzakirəsiz edilmir, ona görə də onsuz qabaqcadan müzakirə səhifələrində müzakirə açılır. Hörmətlə, Qədir (müzakirə) 13:21, 10 sentyabr 2024 (UTC)
- Söhbət əsasən müzakirə yoluyla addəyişmədən gedir. Təklifim odur ki, məqalənin müzakirə səhifəsində bu barədə məlumat düşsün. Səbəb - ola bilər ki bir dəfə addəyişməyə müraciət olunub və qərar verilib (bu qərarla ad dəyişildi və ya köhnə adın saxlanılmasına qərara alındı), sonra da kimsə yenə də addəyişməyə müraciət etmək istədi, girir müzakirə səhifəsinə, orada da görür ki, bu artıq müzakirə olunub. Əlbətdə ki, yenə də addəyişməyə müraciət edə bilər, amma əvvəlki müzakirəni oxumaqla biləcək ki, indiki adın olmasının səbəbi nədir. Zohrab javad (müzakirə) 17:34, 10 sentyabr 2024 (UTC)
- Ehtiyac olduğunu düşünmürəm. Bizdə ADM-ə edilən çox müraciətin səbəbi yanlış transliterasiya, səhv tərcümə kimi adi səbəblər olur ki, bunlar da tez həll olunur. Bunları müzakirə səhifəsində qeyd etmək artıqdır. Ondansa EnVikidə olduğu kimi addəyişmə müzakirələri müzakirə səhifəsində getsə, daha yaxşı olardı. Şiroi Akuma 17:52, 10 sentyabr 2024 (UTC)
- Elə mən də bunu deyirəm. Kritik və mübahisəli situasiyalar olanda ADM-də yox, daha geniş danışıqlar aparılması üçün müzakirə səhifəsinə yönləndirirəm istifadəçiləri, elə də olmalıdır əslində. Amma bu, bizdə effektiv olmayacaq, məlum məsələyə — aktivliyə və maraqsızlığa görə. Bir neçə dəfə də sınandı: Müzakirə:Twitter və Müzakirə:ABŞ kimi. Hətta buna uyğun şablon da hazırladım: {{Addəyişmə təklifi müzakirəsi}}. Şablon gərək aylarla məqalədə qala, ya da gərək hər dəfə teq edib fikir alasan. Hansısa mövzuda maraqlı olanlar özləri müzakirə səhifəsində müzakirə keçidlərini (qalıcı keçid) başlıq açaraq qeyd edə bilərlər amma. Hörmətlə, Qədir (müzakirə) 20:10, 10 sentyabr 2024 (UTC)
- Ehtiyac olduğunu düşünmürəm. Bizdə ADM-ə edilən çox müraciətin səbəbi yanlış transliterasiya, səhv tərcümə kimi adi səbəblər olur ki, bunlar da tez həll olunur. Bunları müzakirə səhifəsində qeyd etmək artıqdır. Ondansa EnVikidə olduğu kimi addəyişmə müzakirələri müzakirə səhifəsində getsə, daha yaxşı olardı. Şiroi Akuma 17:52, 10 sentyabr 2024 (UTC)
- Söhbət əsasən müzakirə yoluyla addəyişmədən gedir. Təklifim odur ki, məqalənin müzakirə səhifəsində bu barədə məlumat düşsün. Səbəb - ola bilər ki bir dəfə addəyişməyə müraciət olunub və qərar verilib (bu qərarla ad dəyişildi və ya köhnə adın saxlanılmasına qərara alındı), sonra da kimsə yenə də addəyişməyə müraciət etmək istədi, girir müzakirə səhifəsinə, orada da görür ki, bu artıq müzakirə olunub. Əlbətdə ki, yenə də addəyişməyə müraciət edə bilər, amma əvvəlki müzakirəni oxumaqla biləcək ki, indiki adın olmasının səbəbi nədir. Zohrab javad (müzakirə) 17:34, 10 sentyabr 2024 (UTC)
İdarəçilərə müraciət
Salam, hörmətli idarəçilər. Sizin diqqətinizə bir şey çatdıracam. Burada gördüyünüz sürətli silinməli olan 200 səhifə məqalə deyil. Eyni ad-soyadlılar bölməsində 0 və ya 1 məqalə qalanlardır. Yəni say sizi aldatmasın. Bu şəhid məqalələri və s. deyil. Bu, bu və ya bu tipdə boş qalan eyni ad-soyadlı bölümüdür. Xahişim budur bir idarəçi dostumuz həll etsin bunları. Çox sağolun. Grenzsoldat 22:38, 10 sentyabr 2024 (UTC)
- @Gadir, siz bu işi yaxşı bacarırsız. Baxa bilərsiz? Grenzsoldat 15:42, 11 sentyabr 2024 (UTC)
Vikipediya
Son olanları yəqin hamınız bilirsiniz. Tək deyəcəyim odur ki, Vikipediyada fəaliyyət göstərən bəzi şəxslərin həmin təxribatçılarla əməkdaşlıq etməsi üzücüdür. Hər kəsin iç üzünü bu ərəfədə görmüş olduq. --► Hörmətlə: SolaVirum 14:10, 13 sentyabr 2024 (UTC)
- Son baş verənlər qərəzli istifadəçilərin əməyinin nəticəsidir. Patriot Kor (müzakirə) 18:33, 13 sentyabr 2024 (UTC)
- Artıq İdiotizm halına çatıb məsələ. Müzakirə fikir bildirmək yox, şantaj, hədə-qorxu,buling, təhdid, köhnə haqq hesabların çürüdülməsi və s. istifadə edilir. Yəqin bu da bizim milli xüsusiyyətimizdir. Şəhid məqalələrinin silinməsinin əleyhinə olmuşam, hələ də bu fikirdəyəm. Bərpasının tərəfdarıyam. Amma sonra bu Pərdəşünasın sayəsində baş tutdu məsələsi meydana çıxsa, daha heç zad...--Tarixi Nadir (müzakirə) 06:41, 14 sentyabr 2024 (UTC)
- @En Merker mövzu bir çox insanlara və bəzi istifadəçilər xal qazandırır. Patriot Kor (müzakirə) 09:26, 14 sentyabr 2024 (UTC)
- Patriot Kor tamamilə doğrudur. Təəssüf ki, müzakirə gedəndə mən bir dəfə bunun ağır fəsadlarının olacağını qeyd etmişdim. Amma indi bundan əziyyət çəkən iki gənc inzibatcı, bu fikrə əhəmiyyət vermədi. Hazırda bir növ bəziləri üçün qisas xarakterli fürsətə çevrilib mövzu. --Tarixi Nadir (müzakirə) 10:50, 14 sentyabr 2024 (UTC)
- Baş verənlər çox üzücü haldır. Fikrimcə bu cür addım atılmamalı idi. Ən azından tam konsensus olmalı idi ki, təklif qəbul olunsun. Çox yaxşı olar ki, yekunlaşdırmada düzəldilmə edilib, məqalələr bərpa olunsun. Çünki ortada konsensus yoxdur. Hörmətlə --eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 09:31, 14 sentyabr 2024 (UTC)
- Konsensus olmadan 5-6 nəfərin müzakirəsi ilə silinmişdi. İndidə geri qaytarılmalıdır. — Xeyal (müzakirə) 09:54, 14 sentyabr 2024 (UTC)
- Eldarado, Xeyal, konsensus nədir? Hansı qaydada yazılıb ki, neçə nəfər iştirak etməlidir? Bunun əvəzində siz də o müzakirələrdə iştirak etməli idiniz. Hazırda "Oxu.az" kimi saytlarda vikipediyaçıların, əsas da mənim həbs edilməyim tələb olunur. Şəxsi maraqlarınız ucbatından hadisələri bu yerə çatdırmısınız. --► Hörmətlə: SolaVirum 11:56, 14 sentyabr 2024 (UTC)
- Şəhid Məqalələri silinməyib, arxivə göndərilib. Üstəlik 2 fərqli saytada yerləşdirilib həmin məlumatlar. Fərid Pərdəşünasın etsiyi isə avantüradan başqa bir şey deyil. İnsanlara illərdir Wikipediada təmənnasız şəkildə əmək verən insanlara qarşı mənfi fikir alqılandırır. Üstəlik bu iyrəncliyə şəhid ailələrinidə alət edirlər. Bu "vətənpərvər" cənablar qazilər özünü yandıranda harda idi? Niyə səsləri çıxmırdı? Siyasivikiler (müzakirə) 12:30, 14 sentyabr 2024 (UTC)
- Necə göndərilib arxivə elədə geri qaytarilsin(bərpa edilsin vikipediyada) və tema bağlansin 37.26.14.226 13:00, 14 sentyabr 2024 (UTC)
- Mən çox təəssüf edirəm hazırkı vəziyyətə. @Xeyal, @Eldarado, hansısa şəxslərin, vikipediyadan qıraqdan olan təzyiqlər əsasında vikipediyada qərarların alınmasından söhbət belə gedə bilməz. Vikipediya artıq hədə-qorxular, təzyiqlər əsasında idarə olunur, bizim xəbərimiz yoxdu? Ancaq həmin şəxslərin əlinə "kozr" vermiş olacayıq, gələn dəfə nədənsə narazı qalsalar, yenə hədə-qorxu, iyrənc şərhlərə əl atacaqlar, deyəcəklər ki, keçən dəfə alındırdıq, bu dəfə niyə olmasın? Bu dəfə @Solavirumu hədəf alıblar, sabah başqası ola bilər, siz ola bilərsiz. Bu, yolverilməzdir. Milli hisləri ilə vikipediyanın prinsiplərini ayıra bilməyən şəxslər vikipediyada fəaliyyət göstərməməlidirlər. Vikidə vətəpənvərlik Abutalub kimi Azərbaycan haqqında möhtəşəm məqalələr işləməkdir, vətənşüvənlik deyil. Ümumiyyətlə, bu hadisə çox şeyi üzə çıxardı, xüsusilə, eks-istifadəçilərin vikipediya haqqında olan kinli, ittihamlı fikirləri məni daha da şoka saldı. Konkret bu məqamı gözləyirmişlər. Şiroi Akuma 12:31, 14 sentyabr 2024 (UTC)
- 1)Vikipedia hədə-qorxu yeri deyil bunu edən və ona dəstək olanlar fond tərəfindən birdəfəlik cəzalandırılmalıdır.
2)Vikipedia daxilində hər-hansı üzvün həyatında risk faktoru oldusa vəya yarana bilərsə bunu fonda demək lazımdır və (olmasın) hərnəsə olsa adiyyati işlər vaxtında görülsün deyə.
3)Vikipedia daxilində olan üzvlərin data-larının ötürülməsində əli olan vəya vikipedia daxilində olan qaydaların əksinə danışaraq mediada çaşqınlıq yaradan üzvlər cəzalandırılmalıdır.
Məqaləyə gəldikdə isə qalmasında bir problem görmürəm.-Hörmətlə Redivy (müzakirə) 12:37, 14 sentyabr 2024 (UTC)- Tamamilə razıyam. Wikipediaçılara qarşı olmazın təzyiqlər var. Bunlara son qoyulmalıdır. Wikipedia nə vaxtda kimlərinsə diktəsi ilə iş görür? Məqalə yazarkən çox sağ ol deməyənlər, silərkən gündəmi çalxalayırlar.
- -Hörmətlə Siyasivikiler (müzakirə) 12:41, 14 sentyabr 2024 (UTC)
- Şərh:Salam Şəhid məqalələri tez bir zamanda bərpa olunmalıdır. Bu belə davam edərsə Azvikipediyanın gözdən düşməsinə səbəb olacaq. Köhnə açılmış müzakirələrə baxdım orada bir neçə istifadəçi media və ictimai qınaqlar barədə məlumat verib. Buna baxmayaraq silinəndə nə düşünülürdü? Bu gün belə bir problem yaşanır Azvikipediyada Şəhid məqalələrinin bərpa olunması üzrə calışmaq lazımdır. Fikrimcə əlavə müzakirə açılmalı və səs vermə olmalıdır. Endimon☯ (müzakirə) 13:28, 14 sentyabr 2024 (UTC)
- @Endimon568 Cümlədən özünüz nəsə başa düşdünüz ? gözdən düşməyin nə adiyyatı, bura şəxsi hisslər ilə idarə olunmur. Redivy (müzakirə) 14:20, 14 sentyabr 2024 (UTC)
- @White Demon ilə tamamilə razıyam. Vikipediyada indiyə qədər nə vaxtsa bəlkə də təzyiqlə hansısa qərar bəlkə də verilib. Buna xeyli cəhdlər edilib. P…şünasın əsil məqsədinin nə olduğunu hamımız çoz gözəl bilirik. Bu mövzuda 2 sayta açıqlama da vermişəm. Birinə qısa, digərinə geniş. Sözsüz ki, Fəridin belə qoçulanmağında sapı özümüzdən olan bəzi baltaların da heç də az rolu yoxdur. Keçmiş inzibatçı və hazırda passiv olan istifadəçinin dəstək açıqlaması şəxsən məni bir yandan sevindirdi ki, nə yaxşı ki, artıq inzibatçı deyil. Hətta nə yaxşı ki, artıq fəaliyyət göstərmir. @Sortilegusun açıqlaması da adamı dəhşətə gətirir. 15-20 il viki istifadəçisi və inzibatçısı, hətta bürokrat olasan. Amma ən sadə VP:MİLLİ və VP:HƏRBÇİ qaydalarından xəbərsiz olasan, bu dəhşətdir. Hətta faciədir. Hər halda çoxunuz bu paylaşımı da görüb. O paylaşımda istifadə edilən iyrənc sözləri də gördüz hər halda? “Şam tutan”, öz zadını (mən zad yazmışam, orada 3 hərfli söyüş kimi istifadə edilən söz yazılıb gördüyünüz kimi) qurtarmaq” filan. Bu sözləri kim yazıb? Kuklalardan istifadə edərək ümumviki qaydalarını pozan, inzibatçı/bürokrat seçilmək və qalmaq üçün səs ovçuluqları edən, dəfələrlə qaydaları pozduğu üçün bloklanan, 1 dəfə stüart tərəfindən (hansı ki, həmin ərəfələrdə indi bu açıqlamaları verən bu hər 2 istifadəçi deyirdi ki, stüartların lokal vikilərə qarışmağa, müdaxilə etməyə, kimisə bürokratlıqdan və ya inzibatçılıqdan çıxarmağa ixtiyarı və ya səlahiyyəti yoxdur) inzibatçılıqdan çıxarılan, növbəti dəfə icmanın yekdil mövqeyi ilə çıxarılan, dəfələrlə istifadəçilərin şəxsi məlumatlarını məqaləsi silinən şəxslərə ötürməkdə ittiham olunan və bu səbəbdən Fonddan xəbərdarlıq (bunu da inkar edirdi, sonra dedi ki bu sayılmır. Xəbərdarlıq ona deyirmiş ki, qlobal bloklansın. Halbuki qlobal blok xəbərdarlıqsız və qeyd-şərtsiz verilir. Bunu da hamımız bilirik) alan biri. İndi gəlin sizə daha mühüm bir məlumat verim. Bu həmin eks inzibatçı bu yaxınlarda uzun illərdən sonra Azərbaycana gedərkən orada F.P…şünasla görüşüb. Bu sözü də şəxsən özü bizim ikimizin də ortaq tanışı olan bir nəfərə deyib burda Kanadada. Sözsüz ki, indi gəlib bunu da inkar edəcək. Sübut istəyəcək filan. Necə sübut edək ki? Biz istintaq komitəsiyik? Ya xüsusi xidmət orqanı zadıq? Bu şey olub, özü deyib, mən də yazıram. P…şünasın paylaşımlarına baxın. Görün necə spesifik skrinlər və məlumatlar paylaşır. Sizcə F.P. bütün bunları hardan bilir? Müzakirə etdiyimiz məqalələri SNS edən və silənin, xülasə hər kəsin həqiqi kimliyini də bildiyini deyir. Sizcə hardan bilir bütün bunları? F.P.-nin məqaləsi ilk dəfə SNS ediləndə “silinsin” deyən, sizcə necə oldu indi onun ən yaxın dostuna çevrilib və Fərid indi onun sərf edən statuslarını paylaşır. Fəridlə necə yaxın dost olduqlarını Facebookdakı AzViki qrupundakı keçmiş paylaşımlardakı (çünki tərbiyəsizlik etdikləri üçün iksini də bir müddət əvvəl o qrupdan bloklamışam) rəylərdə də görə bilərsiz, Fəridin statuslarında da görə bilərsiz. F.P. təcrübəli bir Vikipediya istifadəçisi deyil. Bütün bu şeyləri o hardan bilir? Mən vurmadım, sən yıxılmadın. VP:ÖRDƏK-ə əsasən də hər şey məlumdur, spesifik dəlilə-sübuta ehtiyac yoxdur. Amma tədbir görülmür. Çünki gah dostu @Eldarado gəlib tərəfini saxlayır, gah da son vaxtlar xanım inzibatçımız @Sura Shukurlu. Yeri gəlmişkən, Surə xanım, maraqlıdır adi vaxtı SNS-də alırsız əlinizə baltanı, məqalələri də az qala odunmuş kimi kəsib doğrayırsız. İndi səsiniz çıxmır. Niyə? Təsadüfdürmü bu mübahisədən əvvəl siz də şəhid şəkillərini sorğulayırdız @Grenzsoldatın müzakirəsində? Hətta onu ittiham edirdiz ki, sən kimə, nəyə xidmət edirsən, onları niyə SNF etmisən, kütləvi sildirmisən filan! Hətta yadınızdadırsa o müzakirədə məni də bloklatdırmışdız. Bütün bunlar təsadüfdür? samral müzakirə 14:25, 14 sentyabr 2024 (UTC)
- @Samral Çoxu yoxdur ortalıqda sərf etmir ona görə həmdə tapılarlar deyə... müzakirə gedə-gedə çoxlarının statusları alınmalıdır və fonda məlumat verilməlidir. Redivy (müzakirə) 14:31, 14 sentyabr 2024 (UTC)
- Bu qlobal müzakirədən sonra Vikipediyanın neytrallığının itmə təhlükəsi yaranacaq. Artıq vikipediya böyük kütləni əlində cəmləşdirən bloqerlər və mediya tərəfindən idarə olunacaq. Ən maraqlısı odur ki, hər gün müzakirələrdə tərəfsizlik, neytrallıqdan danışan istifadəçilər, məsələnin böyüməsindən sonra fərqli istiqamət seçiblər. Məqalələr silindikdən sonra heç kəs bunu vikipediya daxilində açıq müzakirəyə çıxarmamışdı. Məsələ açıq-aşkardır. Bəzi şəhid məqalələri var və heç vaxt silinməyəcək. Mövzu sadəcə məqsədlidir, vərənpərvərlər və vətən xainləri yaratmaq üçün yaxşı şans idi. Patriot Kor (müzakirə) 15:27, 14 sentyabr 2024 (UTC)
- @Samral mən şəhid məqalələrinin silinməsinə hər zaman qarşı olmuşam. Dəfələrlə müzakirələr zamanı bu mövqeyimi ifadə etmişəm. @Pardashunasla Bakıda görüşməmişəm. Yalan, böhtan nə desən var Vallah. @Pardashunas @Solavirum və @Nemoralisi şəxsən tanıyır. Facebookdakı Vikipediya qrupund aktiv olanda zənn edirdin ki, tapması çətin olacaq ? + Fərid, səhv etmirəmsə @Nemoralislə dəfələrlə mübahisə də edib. Vəziyyət bu yerə gəlməməli idi. Sənə danışmaq asandır. Oturmusan Kanadada, camaatı güdaza verirsən. Problem olanda da heç kimin səsi çıxmır. Şəhid məqalələrini bərpa edin və bu söhbət bağlansın. Crepusculum (müzakirə) 21:34, 15 sentyabr 2024 (UTC)
- @Crepusculum, sən Bakıda Pərdəşünasla görüşmüsən. Bunu özün də sağda solda demisən. Fərid də deyib. Od olmayan yerdən tüstü çıxmaz. Facebookdakı AzViki qrupunda bir neçə ay əvvəlki statusların rəylərindəki mehribançılığıvızı da hamı görürdü. Ümumiyyətlə bu ilk halda deyil sən belə bir şeydə ittiham edilirsən. Paylaşdığın, ardınca “ancaq dostlar”, sonda da ya silib, ya da “gizli” etdiyin bu paylaşımda da hamı Fəridlə olan əməkdaşlığıvı və həmkarlığıvı gördü. Fərid də bu statusuvu bəh-bəhlə paylaşdı. Elə zatən o məqsədlə paylaşmışdın. Necə deyərlər onun ocağına odun/benzin olsun deyə. Əlbəttə ki, sən bu iyrənc prosesdə tək deyilsən. Əziz dostun @Eldarado və indi İM-də çarəsizcə mənim və digər azad fikirli həmkarlarımın bloklanmağını tələb edən @Sortilegusla qəşəng “trio” yaratmısız. Onlar da elə statuslar paylaşıb, elə açıqlamalar verdilər ki, Fəridin çörəyinə yağ-duz. Eybi yox. Digər bürokrat və inzibatçıların susması da sizə qol-qanad verib. Elə bilirsiz bu “döyüş”də qələbə qazanacaqsız? Siz qazansaz-qazansaz Pirr qələbəsi qazana bilərsiz ancaq. O da görəcik ki, ən çox kimə zərər edəcək. Kimlərsə susursa şəkilləri yayılanlar kimi linç yemək istəmədikləri üçündür. Kimisi qorxur, kimisi ehtiyat edir. Amma əmin ol ki, hər kəs Fonda azad fikrini deyib. Kim deməyibsə Fond soruşanda deyəcək. Əminəm ki, artıq ona buna yazmağa, zəng etməyə (başqa sözlər yazmıram, hamı bildi) başlamısan. Amma bihudə. Oturun və gözləyin. Son olaraq Kanadada olsam da sinəmi önə vermişəm ki, uşaqlara zərər gəlməsin. Amma sən də Kanadada olsan da əksinə uşaqların ifşası, linçlənməsi, təhqir edilməsi və hətta öldürülə, yaralana və intihar etmə ehtimallarına rəğmən kənardan zövqlə izləyir və Fəridin, Haldunun filan statuslarında yazdığın rəylərdə katalizatorluğa davam edirsən. Deməli hikmət Kanadada oturmaq deyil, necə oturmaqdır. samral müzakirə 03:18, 16 sentyabr 2024 (UTC)
- @Samral, şər atmağa davam edirsən. Mən hər zaman şəhid məqalələrinin silinməsinə qarşı olmuşam. Bu barədə daha əvvəllər baş tutmuş 4-5 müzakirədə öz qəti fikirmi ifadə etmişəm. Bu gündə qarşıyam. 3.000 şəhid haqqındakı məqalə silinməməlidir. @Pardashunasla görüşməmişəm və özü də belə bir şey deməyib. Həmin görüş hansı gün, saat necədə və harada baş tutub ? Facebookda status yazmışam və öz fikirimi ifadə etmişəm. Hansısa vikipediyaçının fiziki zorakılığa məruz qalmasına əsla tərəfdar olmamışam. Sözügedən məsələdə adı halanan şəxslərin hər biri bilinirdi. Necə ola bilər ki, Gənclər və İdman Nazirliyinin facebookda rəsmi səhifəsində həmin şəxslərin fotosu paylaşılır və sən iddia edirsən ki, bunu necə tapıblar ? Fakt olaraq vikipediyaçılar offline fəaliyyətdə də aktiv olublar. Mən kimə hansı məlumatı ötürmüşəm ? Heç kimə heç nə də ötürməmişəm. Heç bir prosesi kənardan zövqlə izləmirəm. Şəhid məqalələri tam bərpa olunandan sonra bir də bu mövzuya qayıtmamaq lazımdır. İcma bu formada gözdən düşməməlidir. Crepusculum (müzakirə) 07:31, 16 sentyabr 2024 (UTC)
- @Crepusculum, sən Bakıda Pərdəşünasla görüşmüsən. Bunu özün də sağda solda demisən. Fərid də deyib. Od olmayan yerdən tüstü çıxmaz. Facebookdakı AzViki qrupunda bir neçə ay əvvəlki statusların rəylərindəki mehribançılığıvızı da hamı görürdü. Ümumiyyətlə bu ilk halda deyil sən belə bir şeydə ittiham edilirsən. Paylaşdığın, ardınca “ancaq dostlar”, sonda da ya silib, ya da “gizli” etdiyin bu paylaşımda da hamı Fəridlə olan əməkdaşlığıvı və həmkarlığıvı gördü. Fərid də bu statusuvu bəh-bəhlə paylaşdı. Elə zatən o məqsədlə paylaşmışdın. Necə deyərlər onun ocağına odun/benzin olsun deyə. Əlbəttə ki, sən bu iyrənc prosesdə tək deyilsən. Əziz dostun @Eldarado və indi İM-də çarəsizcə mənim və digər azad fikirli həmkarlarımın bloklanmağını tələb edən @Sortilegusla qəşəng “trio” yaratmısız. Onlar da elə statuslar paylaşıb, elə açıqlamalar verdilər ki, Fəridin çörəyinə yağ-duz. Eybi yox. Digər bürokrat və inzibatçıların susması da sizə qol-qanad verib. Elə bilirsiz bu “döyüş”də qələbə qazanacaqsız? Siz qazansaz-qazansaz Pirr qələbəsi qazana bilərsiz ancaq. O da görəcik ki, ən çox kimə zərər edəcək. Kimlərsə susursa şəkilləri yayılanlar kimi linç yemək istəmədikləri üçündür. Kimisi qorxur, kimisi ehtiyat edir. Amma əmin ol ki, hər kəs Fonda azad fikrini deyib. Kim deməyibsə Fond soruşanda deyəcək. Əminəm ki, artıq ona buna yazmağa, zəng etməyə (başqa sözlər yazmıram, hamı bildi) başlamısan. Amma bihudə. Oturun və gözləyin. Son olaraq Kanadada olsam da sinəmi önə vermişəm ki, uşaqlara zərər gəlməsin. Amma sən də Kanadada olsan da əksinə uşaqların ifşası, linçlənməsi, təhqir edilməsi və hətta öldürülə, yaralana və intihar etmə ehtimallarına rəğmən kənardan zövqlə izləyir və Fəridin, Haldunun filan statuslarında yazdığın rəylərdə katalizatorluğa davam edirsən. Deməli hikmət Kanadada oturmaq deyil, necə oturmaqdır. samral müzakirə 03:18, 16 sentyabr 2024 (UTC)
- @Samral Çoxu yoxdur ortalıqda sərf etmir ona görə həmdə tapılarlar deyə... müzakirə gedə-gedə çoxlarının statusları alınmalıdır və fonda məlumat verilməlidir. Redivy (müzakirə) 14:31, 14 sentyabr 2024 (UTC)
- Şərh:Salam Şəhid məqalələri tez bir zamanda bərpa olunmalıdır. Bu belə davam edərsə Azvikipediyanın gözdən düşməsinə səbəb olacaq. Köhnə açılmış müzakirələrə baxdım orada bir neçə istifadəçi media və ictimai qınaqlar barədə məlumat verib. Buna baxmayaraq silinəndə nə düşünülürdü? Bu gün belə bir problem yaşanır Azvikipediyada Şəhid məqalələrinin bərpa olunması üzrə calışmaq lazımdır. Fikrimcə əlavə müzakirə açılmalı və səs vermə olmalıdır. Endimon☯ (müzakirə) 13:28, 14 sentyabr 2024 (UTC)
- @Solavirum@Solavirum Mənçün maraqlıdır niyə, heç bir səbəb olmadan şəhid qardaşım Vüsal Kazımov (https://az.m.wikipedia.org/wiki/V%C3%BCsal_Kaz%C4%B1mov) üçün yaratdığım səhifəni silmisiz? Shako Naghison (müzakirə) 16:13, 14 sentyabr 2024 (UTC)
Silinməməsi gərək idi. Silinibsə belə geri qaytarılmalıdır. Hörmətlə
Vikipediya kimlərinsə dövlətdən qisas almaq yeri deyil. Bu oyunu şəhidlərin üzərindən aparmaq yersizdir. 45.15.43.118 15:27, 14 sentyabr 2024 (UTC)
- Burada heç kim dövlətdən qisas almır. Zəhmət olmasa bilmədiyiniz təxribatçı şeyləri yazmayın. Thunder Storm (müzakirə) 09:53, 15 sentyabr 2024 (UTC)
- Şəhidlər müqəddəsdir..... 89.219.159.168 15:43, 15 sentyabr 2024 (UTC)
Son günlərdə mediada yayılan məlumatları izləyirəm, hər nə qədər ümumi müzakirələrdən uzaq durmağa çalışsam da, baş verənlərlə bağlı fikrimi bildirmək istərdim.
- İlk öncə qeyd edim ki, şəhidlərimiz (və onların ailələri/yaxnlarının) adları, ictimai şüurdakı mövqelərini şəxsi məqsədləri üçün istifadə etməyə çalışan şəxsin (konkret olaraq, hər gün intervyular verən Pərdəşünası nəzərdə tuturam) mövqeyi/davranışı ikrah doğurucudur. Şəhidlərimizin/qəhrəmanlarımızın qarşısında borcumuzu nə hansısa məqalələrlə, nə də hansısa fəaliyyətimizlə ödəyə bilmərik. Lakin, Azərbaycan dövləti və dövlət orqanları şəhidlərin xatirələrinin ədəbiləşdirilməsi, ailələrinin təmin edilməsi və şəhidlərin uğrunda canlarını fəda etdikləri Qarabağın bərpa edilməsi üçün inanılmaz nəhəng layihələr icra edirlər. Düşünürəm ki, şəhidlərimizin xatirələrinin yaşaması üçün hanasısa Vikipediya məqaləsinə və ya kənardan "işə barmaq etməyə" çalışan, öz şəxsi mənafeyi naminə şəhid adından istifadə edən şəxslərin müdafiəsinə ehtiyacı yoxdu!
- Vikipediyada hansısa məqalələrlə bağlı qərarlar kənardan heç bir təzyiq olmadan, vikipediyaçıların müzakirələri və artıq qəbul edilmiş qaydalar əsasında qəbul edilməlidir. İndiki halda, fikrimcə, emosional davranışlardan uzaq duraraq hansısa silmə/bərpa/bloklama əməliyyatlarından uzaq durmalı, məsələni ümumi müzakirəyə çıxarmalıyıq. Ehtiyac olacağı təqdirdə hər bir məqalə üzərində ayrıca müzakirə edilməli və qərar verilməlidir. Lakin, verilən istənilən qərar, azviki cəmiyyətinin mövqeyini əks etdirməlidir.
- Media-küyün təsiri altında hamımız Vikipediyanın təməl prinsiplərindən biri - Məxfilik prinsipinin kobud şəkildə pozulmasına göz yumuruq. Fikrimcə bu hal yolverilməzdir. Neçə gündür ki, bir neçə vikipediyasının iradələrinin əksinə olaraq şəxsi məlumatları media orqanlar tərəfindən tirajlanır. Neçə illərdir asudə vaxtlarını aznetin ensiklopedik biliklərlə zənginləşdirilməsinə sərf edən həmin könüllülər bu günlərdə böyük təziq və təhdidlərlə üzləşməli olurlar. Fikrimcə ilk işimiz hər birimizin bir nəfər kimi, təzyiqə məruz qalan vikipediyaçıların ətrafında birləşmək olmalıdır. Böyük əəssüf hissi ilə qeyd etmək istərdim ki, on illər öncə, mənimlə çiyin-çiyinə azvikinin yaradılmasında əmək sərf etmiş bəzi köhnə istifadəçilərimiz də ya təzyiq altında, ya şəxsi maraqlarını əsas götürərək mediaya mübahisəli (bəzən reallığı əks etdirməyən) açıqlamalar verir və ya tamamilə səssiz qalmağı üstün tuturlar. Vikipediyaçılara media hücumun tamamilə dayandırılmasına kimi məqalələrlə bağlı hansısa müzakirə başladılması və ya qərar verilməsinə qarşıyam. Məsələ olduğu kimi dondurulmalı, vikipediyaçıların təhlükəsizliyi (o cümlədən məlumat təhlükəsizliyi) tam təmin edildikdən sonra hansısa addımlar atılması üçün hərəkətə keçilməlidir. Lakin, ilk növbədə, vikipediyaya qarşı media-piar aktivliyinə başladılmış Pərdəşünas, o cümlədən vikipediyaçıların şəxsi məlumatlarını yayan istifadəçilər aşkara çıxarılaraq ömürlük ban edilməli, bu haqqda Vikimedia Fondu məlumatlandırılmalıdır. Hörmətlə, --sefer azeri 17:39, 15 sentyabr 2024 (UTC)
- Vikipediyada hansısa məqalələrlə bağlı qərarlar kənardan heç bir təzyiq olmadan, vikipediyaçıların müzakirələri və artıq qəbul edilmiş qaydalar əsasında qəbul edilməlidir. İndiki halda, fikrimcə, emosional davranışlardan uzaq duraraq hansısa silmə/bərpa/bloklama əməliyyatlarından uzaq durmalı, məsələni ümumi müzakirəyə çıxarmalıyıq. Ehtiyac olacağı təqdirdə hər bir məqalə üzərində ayrıca müzakirə edilməli və qərar verilməlidir. Lakin, verilən istənilən qərar, azviki cəmiyyətinin mövqeyini əks etdirməlidir.
- Şəhid məqalələri silinəndə bu gün, pafoslu status yazan istidadəçilər kənd meydanında müzakirə başlatmamışdı. Bu da onu deməyə əsas verir ki, sözü gedən şəxsə dəstək verən istifadəçilər şəxsi maraqları naminə hərəkətə keçiblər. Məqalə məsələsinə yenidən baxılmasını təklif edirəm amma ilk öncə məlumat ötürənlər barədə səsvermə başlatmaq lazımdır ki, icmanın da yarısından çoxu kim olduqları barədə məlumatlıdır. Sadəcə ikinci "mediya hərəkatı"ndan narahatlıq var deyə heç kəs hələ ki, risk edib bu barədə müzakirə açmır. Patriot Kor (müzakirə) 18:29, 15 sentyabr 2024 (UTC)
- Səhf etmirəmsə mart ayında da buna bənzər olmuşdu Moses tərəfindən olmuşdu Pərdəşünas o, vaxtı da yenidən məlumat yaymışdı ki, şəhid məqalələri silinir. https://www.manset.az/news/102961/index.html baxın bu məlumatı deyirəm. Vusalsuvarov1996 (müzakirə) 19:54, 15 sentyabr 2024 (UTC)
- sefer azerinin fikirləri ilə razıyam, xüsusən də Vikipediyaçılara qarşı media hücumunun dayandırılmasını təmin etmək fikri ilə. Facebookda paylaşdığım tək postun səbəbi də ortalığı nisbətən sakitləşdirmək və mövzunun həllini təmin etmək idi. Mənə görə də mövzunun həlli məqalələrin bərpasıdır və bu fikrə yeni gəlməmişəm aylar öncə də baş tutmuş müzakirələrdə eyni mövqedə olmuşam. Lakin aşağıda açılan başlıqdan elə anladım ki, viki həmkarlar mənim də kimlərəsə məlumat ötürdüyümü zənn edirlər. Mövzusundan asılı olmayaraq bu cür hərəkəti heç vaxt özümə yaraşdırmaram. Fərid postumu paylaşıbsa bu o demək deyil ki, münasibətimiz var. Həmin şəxslə nə online nə də offline heç salam belə verməmişik bir birimizə. Nə qədər də mübahisəli müzakirələrimiz olsa da heç bir vikipediyaçının bu cür qınaq obyektinə çevrilməsi xoş bir hal deyil mənim üçün. --eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 04:48, 16 sentyabr 2024 (UTC)
- Səhf etmirəmsə mart ayında da buna bənzər olmuşdu Moses tərəfindən olmuşdu Pərdəşünas o, vaxtı da yenidən məlumat yaymışdı ki, şəhid məqalələri silinir. https://www.manset.az/news/102961/index.html baxın bu məlumatı deyirəm. Vusalsuvarov1996 (müzakirə) 19:54, 15 sentyabr 2024 (UTC)
Bərpa
- Sabah özüm hamısını bərpa edəcəyəm. Konsensusu icra edən mənəm. Buna görə mənə Vikipediyaçılar dəstək olmadı. Silmək istəsələr sabah, onların adına yazılsın. --► Hörmətlə: SolaVirum 23:14, 14 sentyabr 2024 (UTC)
- Sən xain olaraq Nəcməddin kimi camaatın balasın qırğına verib milyonları basıb yemisən ?
- Eldar Mahmudov və bandası kimi sahibkarları soyub lüt qoyub milyonların yemisən ?
- Tərtərdə hərbçiləri dubinka ilə zorlamısan ?
- Şəhid analarını küçədə sürümüsən ?
- Qaziyəm Qarabağda döyüşmüşəm deyənə …….. döyüşmüsən deyən icra başçısısan ?
- Evi başına uçsa belə ev ala bilməyən şəhid anası Mətanət xanımı süründürən məmursan ?
- Heç bir şeyə görə peşman olma məqalədi silinib bərpa oluna bilər.Ancaq bu yuxarıda yazdıqlarımı eləyənlər Azərbaycanın əbədi və əzəli vətən xainləridir.Bu yazdıqlarımı səsini çıxartmayıb içinə soxub məqalə davası edənlərdə vətənpərvər yox vətənşüvənlərdir. Veli001 (müzakirə) 04:13, 15 sentyabr 2024 (UTC)
- Solavirumun yaxşı niyyətlərini hamımız bilirik. Bu proses keçəcək və Solavirum həm Azərbaycan yazılı ədəbiyyatına, həm də Azərbaycan Türklüyünə öz töhfəsini töhfə verməyə davam edəcək. Güclü qal. Beyoglou (müzakirə) 23:54, 15 sentyabr 2024 (UTC)
Həmkarlar, uzun illərdir ki, məqalələrin silinməməsi üçün əlimdən gələni edirəm. Sizləridə bu işlərdən uzaq durmağa çağırmışam. Amma Nemoralis bəy, məni həmişə nələrlərsə ittiham edib və məni başa düşmürdü. Bu gün hamınızın doğru istiqamətə qayıtması məni sevindirdi. Son ana qədər sizlərdən bu addımı gözləyirdim. Buna görə də vikipediya kənarında olan prosselərə bir-başa qatılmadım. Bunu da qeyd etmək istəyirəm ki, tək vətən müharibəsi şəhidləri bərpa edilməsin. Bütün şəhidlərimizin məqalələri bərpa edilməlidir. Hər biriniz zamanında bu məqalələrin yaradılmasına töhfə vermisiniz. Sizi bu yoldan döndərənlərin olduğuna inanıram. Bu işlər sizin öz iradənizin məsulu deyil. Hər birinizə fəaliyyətinizi davam etdirmənizi və yeni-yeni töhfələr verməyinizi davam etirmənizi istəyirəm. — Khidirzada (müzakirə) 06:54, 15 sentyabr 2024 (UTC)
- Məqalələrin bərpası yaxşı heç nə vəd etmir. Bərpa olunsa belə, sonradan mərhələli şəkildə silinməsi yaxşı olardı ki, hansısa təxribatçılar bundan öz şəxsi məqsədləri üçün istifadə edə bilməsinlər. Əsas təxribatçı Fərid Pərdəşünası isə yalnız məhkəmə yolu ilə cəzalandırmaq lazımdır.--Thunder Storm (müzakirə) 09:51, 15 sentyabr 2024 (UTC)
- @Verman1 həqiqətən sizin yazdığınızı başa düşmürəm. Əgər məqalə silinəcəkdisə niyə yaradılırdı? Bərpa olunursa niyə silinsin ? Heçmi bu neçə gündə Vikipediyaçılara olunan ictima qınaq və təqiblər sizi narahat etmədi ? Necə rahatlıqla yaza bilirsiniz mərhələli silinsin deyə ? Endimon☯ (müzakirə) 10:53, 15 sentyabr 2024 (UTC)
- Əgər Vikipediya hansısa ictimai qınaq əsasında fəaliyyət göstərəcəksə onun azad və müstəqil olması şübhə altında olacaq. Məqalələrin lap əvvəldən yaradılması səhv addım idi, indi həmin səhv qərarların əziyyətini çəkirik. Məqalələr silinməlidir bu və ya digər yolla, bunun başqa alternativi yoxdur. Thunder Storm (müzakirə) 13:22, 15 sentyabr 2024 (UTC)
- @Verman1 zəhmət olmasa yazdığımı diqqətlə oxuyun burada Vikipediyanın fəaliyyətindən deyil Vikipediyaçıların həyatından söhbət gedir. Yenidən yaradılıb silinsə sabahı günü kim nə bilir ki yolda gedərkən başına nə iş gələcək ? Nə qədər həssas mövzu olduğunun fərqində deyilsiniz demək asandır kənardan - Endimon☯ (müzakirə) 15:02, 15 sentyabr 2024 (UTC)
- Mən hər şeyi çox gözəl başa düşürəm. Vəziyyətdən çıxış yolu kimi məqalələrin birdən-birə deyil, tədricən silinməsini, həmçinin ictimaiyyətdə Vikipediyaçılara qarşı təxribatlarla məşğul olanların məhkəmə yolu ilə cəzalandırılmasını təklif edirəm. Əks halda bu təxribatlar və təzyiqlər hər hansı bəhanə ilə davam edəcək. Hamımız yaxşı bilirik məsələ bu məqalələrdə deyil. Thunder Storm (müzakirə) 17:30, 15 sentyabr 2024 (UTC)
- @Verman1 zəhmət olmasa yazdığımı diqqətlə oxuyun burada Vikipediyanın fəaliyyətindən deyil Vikipediyaçıların həyatından söhbət gedir. Yenidən yaradılıb silinsə sabahı günü kim nə bilir ki yolda gedərkən başına nə iş gələcək ? Nə qədər həssas mövzu olduğunun fərqində deyilsiniz demək asandır kənardan - Endimon☯ (müzakirə) 15:02, 15 sentyabr 2024 (UTC)
- Əgər Vikipediya hansısa ictimai qınaq əsasında fəaliyyət göstərəcəksə onun azad və müstəqil olması şübhə altında olacaq. Məqalələrin lap əvvəldən yaradılması səhv addım idi, indi həmin səhv qərarların əziyyətini çəkirik. Məqalələr silinməlidir bu və ya digər yolla, bunun başqa alternativi yoxdur. Thunder Storm (müzakirə) 13:22, 15 sentyabr 2024 (UTC)
- Endimon568 sözlərinə qatılıram. Əgər, qərar yazdığınız kimidir, çox qəribə bir qərardır. Və ümumiyyətlə aydındır ki, son bir neçə gün ərzində aparılan bu müzakirə bir şəxsin KİV kampaniyasının təsiri altındadır. Bu ciddi söhbət deyil. Məqalələri nə cür bərpa edəcəyik? Onların bir çoxu bərbad vəziyyətdə idi, təəssüf ki. Mən gördüyüm bəzilərində çox qısa mətin və cəmi bir istinad var idi. Həmin istinad isə işləmirdi və onun əvvəlki versiyası arxivləşməmişdi. Bunları necə bərpa etmək olar, başa düşmürəm. --Мурад 97 (müzakirə) 13:19, 15 sentyabr 2024 (UTC)
- @Verman1 həqiqətən sizin yazdığınızı başa düşmürəm. Əgər məqalə silinəcəkdisə niyə yaradılırdı? Bərpa olunursa niyə silinsin ? Heçmi bu neçə gündə Vikipediyaçılara olunan ictima qınaq və təqiblər sizi narahat etmədi ? Necə rahatlıqla yaza bilirsiniz mərhələli silinsin deyə ? Endimon☯ (müzakirə) 10:53, 15 sentyabr 2024 (UTC)
- Məqalələrin bərpası yaxşı heç nə vəd etmir. Bərpa olunsa belə, sonradan mərhələli şəkildə silinməsi yaxşı olardı ki, hansısa təxribatçılar bundan öz şəxsi məqsədləri üçün istifadə edə bilməsinlər. Əsas təxribatçı Fərid Pərdəşünası isə yalnız məhkəmə yolu ilə cəzalandırmaq lazımdır.--Thunder Storm (müzakirə) 09:51, 15 sentyabr 2024 (UTC)
Vikimedia Fondunun Məxfilik Siyasəti Pozuntusu
[[1]] Fondun qaydalarını pozan üzvlərin gec olmadan blok olması lazımdır.
Qayda: * Vikipediadan kənar (Fond xaric) Heç vaxt məlumatları marketinq məqsədləri üçün paylaşmayın və satmayın və ya üçün üçüncü tərəflərlə bölüşməyin.
@Eldarado @Sortilegus @Cekli829
- Digər üzvlərin ölkə daxilində təhlükəsini bilə-bilə onları riskə atmaq və vikipedia-dan kənar müzakirələri vikipedia daxilində olan üzvlər ilə əlaqəlindirdikləri üçün daimi olaraq bloklanmalıdırlar. Həmçinin bunu fonda bildirdim istifadəçi adları, çıxışları ilə birlikdə.
@Gadir @Dr.Wiki54 @Nemoralis @Araz Yaquboglu @Sura Shukurlu @Samral @Solavirum və digər üzvlər məsələyə susmaq yerinə operativ müdaxilə etsinlər. Redivy (müzakirə) 15:16, 15 sentyabr 2024 (UTC)
- @Redivy, @Sura Shukurlunün adını boşuna teq etmə. Elə bilirsən təsadüf idi onun bu hadisələrdən cəmi 2-3 həftə əvvəl @Grenzsoldata müəllif hüquqları pozuntusu olan şəkilləri (SNF-də qərar və ümumi konsensus ola-ola) sildiyi üçün onu təhdid edib “sən nəyə xidmət edirsən?” deyə sorğulayırdı. Bundan da əvvəl Fərid Pərdəşünasın dostu eks Baskervilli VP:Ş-də, KM-də canla başla hər vəchlə müdafiə edirdi. İndi də susur. Niyə? Təsadüfdü bütün bunlar? Adi vaxtı SNS-də baltası əlindən düşməyən xanım inzibatçımız haradadı indi? samral müzakirə 03:28, 16 sentyabr 2024 (UTC)
- @Samral Bu vəziyyətə susanlar bu vəziyyəti yaşayacaqlar əmin ol çünki neytrallıq belə gəldi vikipedia qaydaları belə getdi deyə dil-dil ötənlər kimsə onları paylaşar nəm nəsə olar deyə çəkiliblər kənara. Redivy (müzakirə) 07:16, 16 sentyabr 2024 (UTC)
Bu qaydaya görə bloklananlar AzViki səviyyəsində yox, ümumi Vikimedia səviyyəsində bloklanır, başa düşdüyüm qədər. --Мурад 97 (müzakirə) 18:23, 15 sentyabr 2024 (UTC)
- @Мурад 97 Bəli qaydalar bunu tələb edir. Redivy (müzakirə) 19:17, 15 sentyabr 2024 (UTC)
- Redivy, mən vikipediyadan kənarda məlumat paylaşmışam? Anlamadım tam olaraq. --eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 00:39, 16 sentyabr 2024 (UTC)
- @Eldarado Sizin rolunuz həm inzibatçı həmdə bürokratdır kimi məsələdən agah olan kimi fonda məlumat verib məsləyə müdaxilə etmək və hər-hansı xoşagəlməz halın yaşanmaması üçün nəsə etmək əvəzinə digər üzvlərin təhlükəli vəzziyətə düşməsinə təkan olaraq digər adını çəkmək istəmədəyim şəxsə və onun kütləsinə ümumi açıqlama verməyinizdir,zatən bunuda facebook-da gördük. Redivy (müzakirə) 07:15, 16 sentyabr 2024 (UTC)
- Redivy, mən vikipediyadan kənarda məlumat paylaşmışam? Anlamadım tam olaraq. --eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 00:39, 16 sentyabr 2024 (UTC)
ArXiv-də endorsement (təsdiq) almaq üçün köməyə ehtiyacım var
Hörmətli Həmkarlar. Üzürlərimi qəbul edin ki məcburiyyət qarşısında qalaraq uzun müddət sonra vikipediyadan kənar mövzu açmış oldum. Mən informatika və riyaziyyatda həlli hələ tapılmamış ən mühüm və çətin problemlərdən biri olmaqla Minilliyin problemlərindən biri olan P=NP probleminə yeni bir həll tapmış və eyni zamanda Cook-Levin Teoremi və Boolean satisfiability problemlərinin düzgünlüyünün yenidən dəyərləndirilməsi ilə bağlı tədqiqatlarımı yekunlaşdırmış və nəticələri Cornell Universiteti tərəfindən idarə olunan ArXiv-də yayımlamaq üçün akademik məqaləmə əlavə etmişəm. Bu səbəbdən məqalənin vaxt itirilmədən yayımlanması və müxtəlif ölkələrdə olan müstəqil informatik və riyaziyyatçılar tərəfindən tədqiq edilməsi lazımdır. Məqaləmi ArXiv-də, Computational Complexity (cs.CC) kateqoriyası altında təqdim edə bilmək üçün bir ArXiv istifadəçisi tərəfindən endorsement (təsdiq) almam lazımdır amma təsdiq alacağım ArXiv istifadəçisinin son 5 il ərzində aşağıda ki kateqoriyalardan hər hansı biri üzrə ən az 3 məqaləsi olması lazımdır. Bilirəm ki Azərbaycanda müəyyən universitetlərdə bəzi tələbə və ya elmi işçilərin ArXiv hesabları var. Hansı vikipediya istifadəçisi olduğunu xatırlamıram amma istifadəçilərdən kimdəsə daha əvvəl ORCID iD hesabı olduğunu görmüşdüm ORCID hesabı olan birinin ya özünün ya da tanıdığı başqa birinin yüksək ehtimalla ArXiv hesabı olmalıdır düşüncəsiylə vikipediyada bununla bağlı mövzu açmaq məcburiyyətində qaldım. Əgər siz və ya tanıdığınız başqa birinin ArXiv-də hesabı varsa və məni təsdiq edə biləcək bir mövqedədirsə, təsdiq kodunu sizə göndərə bilərəm məni təsdiqləyə bilməyiniz üçün. Araşdırmalarım informatika və riyaziyyat elmlərininin təməl nəzəriyyələrini dərindən sarsıdacaq potensialdadır. Məsələnin ciddiliyini nəzərə alaraq xahiş edirəm əlinizdən gələn köməkliyi edin mənə.
https://arxiv.org/
Hesabımı təsdiqləyəcək ArXiv istifadəçisinin sadəcə bu kateqoriyalar üzrə son 5 ildə ən az 3 məqaləsi olması lazımdır: cs.AI, cs.AR, cs.CC, cs.CE, cs.CG, cs.CL, cs.CR, cs.CV, cs.CY, cs.DB, cs.DC, cs.DL, cs.DM, cs.DS, cs.ET, cs.FL, cs.GL, cs.GR, cs.GT, cs.HC, cs.IR, cs.IT, cs.LG, cs.LO, cs.MA, cs.MM, cs.MS, cs.NA, cs.NE, cs.NI, cs.OH, cs.OS, cs.PF, cs.PL, cs.RO, cs.SC, cs.SD, cs.SE, cs.SI or cs.SY. --Hörmətlə — Eric Moore 💬 05:48, 16 sentyabr 2024 (UTC)