Sloveniya
Sloveniya (sloven. Slovenija) və ya rəsmi adı ilə Sloveniya Respublikası (sloven. Republika Slovenija) – Şərqi Avropada dövlət. Sloveniya Balkan yarımadasının Alp dağlarına yaxın hissəsində yerləşir. Qərbdə İtaliya, şimalda Avstriya, şimal-şərqdə Macarıstan, cənub və şərqdə isə Xorvatiya ilə həmsərhəddir. Sloveniyanın həmçinin cənub-qərbdə Adriatik dənizinə çıxışı vardır. Paytaxtı və ən böyük şəhəri Lyublyana şəhəri, ümumi sahəsi 20,273 kvadrat kilometr, dövlət dili sloven dilidir.
Sloveniya | |||||
---|---|---|---|---|---|
Republika Slovenija | |||||
| |||||
I feel SLOVEnia | |||||
Himn: "Zdravljica" (azərb. Tost) |
|||||
Tarixi | |||||
• Aİ-yə qəbul | 2004 | ||||
Rəsmi dilləri | |||||
Paytaxt | Lyüblyana | ||||
İdarəetmə forması | Respublika | ||||
Prezident | Nataşa Pirts Musar [ 23.XII.2022 ] | ||||
Baş nazir | Robert Golob [ 1.VI.2022 ] | ||||
Sahəsi | |||||
• Ümumi | 20273 km² | ||||
Əhalisi | |||||
• Əhali | 2 040 min nəfər (148-ci) | ||||
• Siyahıyaalma (31.III.2002) | 1 964 036 nəf. | ||||
• Sıxlıq | 100 nəf./km² | ||||
• Ümumi | 62.117.768.015 $[2] | ||||
ÜDM (AQP) | |||||
• Ümumi | 60,5 milyard dollar (103-cü) | ||||
• Adambaşına | 29 400 dollar (56-cı) | ||||
İİİ (2013) | 0.892 | ||||
Valyuta | avro | ||||
İnternet domeni | .si | ||||
ISO kodu | SI | ||||
BOK kodu | SLO | ||||
Telefon kodu | +386 | ||||
Saat qurşaqları | |||||
Nəqliyyatın yönü | sağ[d][3] | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Sloveniya inzibati cəhətdən 212 bələdiyyəni birləşdirən 12 regiondan ibarətdir. Ölkə 25 iyun 1991-ci ildə keçmiş Yuqoslaviyadan müstəqilliyini əldə etmişdir. Sloveniya 29 mart 2004-cü ildə NATO-ya, 1 may 2004-cü ildə isə Avropa İttifaqına üzv olmuşdur. Dinamik inkişaf edən iqtisadiyyata malik sənaye ölkəsidir.
Demoqrafiya
redaktə2002-ci ildə aparılmış rəsmi siyahıya almaya əsasən Sloveniyanın əhalisi 1.964.036 nəfərdir.[4] Hal-hazirda əhalinin təxmini sayı — 2,059,114 nəfərdir (2014-cü il). Ölkənin etnik tərkibinə görə 83,06% slovenlər təşkil edir, ikinci etnik qrup isə 1,98 % serblərdir .[5] Sloveniya əhalisinin 91% ölkənin rəsmi dili olan sloven dilində danışırlar. Əhalinin 58% katolikdir, müsəlmanlar isə burada ölkənin 2,4% təşkil edirlər.[6] Sloveniyanın ən böyük şəhəri paytaxt statusunu daşıyan Lyüblyana şəhəridir.
Coğrafiya
redaktəSlovenyanın böyük hissəsini Slovenya Alpları ilə qablı olub şərqində Macarıstan düzənliklərinin uzadılmaları yer alır. Ölkənin ən yüksək zirvəsi — Triqlav dağıdır (2 864 m). Slovenyanın ən əhəmiyyətli axar suları Avstriya Alplarından gələn Sova və Dravadır. Ölkənin orta hissəsi və şərqindəki düzənliklər bu axar sular tərəfindən sulanır.
Şəhərləri
redaktə- Lyübliana
- Maribor
- Celje
İqlim
redaktəAdriatik dənizi sahilindəki dar bir lentdə Aralıq dənizi İqlimi görülər. İç seqmentlərdə isə iqlim Yer iqlimdir. Xüsusilə şimaldakı dağlıq sahələrdə qışlar çox soyuq və qar yağmurlu keçər. İstilik və yağmur şərtlərinin uyğun olması səbəbi ilə ölkə torpaqlarının %57'si meşələrlə örtülüdür.
İqtisadiyyatı
redaktəSlovenyanın ən əhəmiyyətli yeraltı qaynaqları Linyit, Dəmir, Sink və Civədir. Sənaye çox inkişaf etmişdir. Mebel, dəmir-Polad, Kağız, Tekstil və Kimya başlıca sənaye mənbəələridir. Ölkənin dənizə açılan tək qapısı Qopar şəhərinin limanıdır. Sloveyanın xarici ticarətində ən əhəmiyyətli yeri Almaniya, Xorvatiya, İtaliya, Fransa və Avstriya-dır.
Ərazisinin 38,9 faizi kənd təsərrüfatına yararlı torpaqlardır, onun 29,9 faizi əkin altındadır. Kənd təsərrüfatının əsas sahəsi ətlik-südlük heyvandarlıqdan ibarətdir. Becərilən sahələrin 40 faizi qarğıdalı bitkisi altındadır. ÜDM istehsalı 58,6 milyard ABŞ dolları təşkil edir, hər nəfərə 29,3 ABŞ dolları düşür. Kənd təsərrüfatı dünya kənd təsərrüfatının 0,39 faizini təşkil edir. Kənd təsərrüfatında 1,0 milyard ABŞ dolları məhsul istehsal edilir, əhalinin hər nəfərinə 493 ABŞ dolları düşür.2012-ci ildə ölkədə 14,76 milyard kWt-saat elektrik enerji istehsal olundu.
Bayramları
redaktəSloveniya Respublikasında "Dövlət bayrmaları və bayram günləri haqqında" qanunla aşağıdakı bayram və bayram günləri nəzərdə tutulur:
- 1 və 2 yanvar — Yeni il
- 8 fevral — Preşern günü, Sloveniya Mədəniyyət bayramı
- 1 və 2 aprel — Pasxanın bazar və bazar ertəsi (2018-ci ilə görə)
- 27 aprel — İşğala qarşı üsyan günü
- 1 və 2 may — Əmək günü
- 25 İyun — Sloveniya Milli günü
- 31 oktyabr — İslahat günü
- 1 Noyabr — Anma günü
- 25 dekabr — Milad
- 26 dekabr — Müstəqillik günü
İstinadlar
redaktə- ↑ 11 // Constitution of Slovenia.
- ↑ https://data.worldbank.org/indicator/NY.GDP.MKTP.CD. Dünya Bankı.
- ↑ http://chartsbin.com/view/edr.
- ↑ "Statistical Office of the Republic of Slovenia – Census 2002 (According to final data of the 2002 Census, the population of Slovenia was 1,964,036.)". 2016-12-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-05-30.
- ↑ "Statistical Office of the Republic of Slovenia – Census 2002 : Population by ethnic affiliation, Slovenia, Census 1953, 1961, 1971, 1981, 1991 and 2002 1)". 2011-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-05-30.
- ↑ "Statistical Office of the Republic of Slovenia – Census 2002 : Population by religion and ethnic affiliation, Slovenia, 2002 Census". 2017-05-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-05-30.
Xarici keçidlər
redaktə- Slovenia.si. Your gateway to information on Slovenia.
- Government of the Republic of Slovenia
- Sloveniya Arxivləşdirilib 2010-09-24 at the Wayback Machine